Category: Azərbaycan ədəbiyyatı

  • Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Deyirdilər gedən üçün ağlama
    bilmirlər ki mən nə üçün ağladım
    heç bir zaman xatirəndə saxlama
    Xatirəmdə çox gümanki qalamdın…..

    Üzüb məni yetərincə sözlərin
    ağlar qalıb səndən sonra gözlərim
    şükür hələ gedə bilir dizlərim
    sən heç zaman gerçək hissim olmadın

    Saniyələr ötüşdükcə ömürdən
    çıxmaq olmur tale verib əmirdən
    çarəsini sarılaraq səbrdən
    sən heç zaman mənim çarəm olmadın…

    İtir sənli xatirələr yel kimi
    düşüncələr ağaran bir tel kimi
    ürəyimdə coşub daşan sel kimi
    sabahımda dan günəşim olmadın….

    Veribsədə qəbulumdu bu yazı
    ürəyimi sızlatsada esq sazı
    Fidan artıq tərk eyləyib ayazı
    baharımda bir çöpümdə olmadın….

  • Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)

    1380827_707215725989395_1620152348_n

    Uşaqkən bilməzdim imtahan nədi…
    Sadəcə bilirdim qorxurlar ondan.
    Məni titrətməzdi sorğu-suallar,
    Keçməsəm həyatın sərt sınağından.

    Böyüdüm biliyim, təhsilim artdı,
    Hətta imtahan da etdilər məni.
    Mənə suallar da şirin gəlirdi,
    O zaman bilmirdim məhəbbət nədi.

    Məhəbbət deyilən nə ağır sınaq,
    Cavabsız suallar yaman çətindi.
    Keçəmməsəm ümidlərim sınacaq,
    Sınan qəlbin ağrısına döz indi.

  • Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)

    sefa1-450x300

    bir də qayıt… bir də gəl…
    bir də ölüm-itim mən…
    sonra yenə çıxıb get,
    kol dibində bitim mən…

    arada qırpım gözümü…
    döyüm kirpiklərimi…
    dilim qıymaz özümə,
    söyüm sevdiklərimi…

    aylar keçsin, öyrənim,
    çayı sənsiz içməyi…
    qaranquşa söyləyim
    qəlbdən-qəlbə köçməyi…

    gülmək taxım üzümə…
    axı “güclü qadın”am…
    öpüb yatım şəklini,
    yolun düşsün yuxuma…

    Nolur… bir də qayıt gəl…
    bir də ayrılaq… bir də…
    sən boylanan sözlərə
    şeirlərdi…-deyirlər…

  • Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)

    1423889445_esmer

    İlk bahar çiçəyi təravətlidir,
    Sənə bəslədiyim hislərim kimi.
    Bülbül öz gülünə səxavətlidir,
    Sənə sadiq qalan ürəyim kimi.

    Bir bulaq suyu tək safdır göz yaşım,
    Süzülsə gözümdən eşqin yolunda.
    Günəş sönük qalar, bil, şöləsindən,
    Alışsa ürəyim sevgi odunda.

    Dağlar əzəmətin itirər o an,
    Sevgimin vüqarı danışsa əgər.
    Əslisi uğrunda Kərəmdir yanan,
    Bu sevgi naminə yanmağa dəyər.

    Buludlar ağlayır çəkdiyim dərdə,
    Yağdırır üstümə qəm yağışını.
    Vüsalın həsrəti dayanıb gendə,
    Zilləyib üzümə od baxışını.

    Baxma sən üzümə sual dolusu
    Xəbərin yox kimi bu hicranımdan.
    Qaytar ürəyimi, ay qəlb oğrusu,
    Məgər qorxmursanmı Yaradanından?

  • Mais TƏMKİN.”Olmasın”

    10646868_273655359498567_6620189188081019440_n

     

    A dostlar, sərvətə meyl etməyək çox,
    Yaşayaq həyatda daim gözü tox.
    Yetmişdə, səksəndə köçsək, eybi yox,
    Vədəsiz bir ölüm-itim olmasın.

    Dəyməsin ürəyə kədərin tamı,
    Susmasın qəlblərin arzusu, kamı.
    Atalı, Analı böyüsün hamı,
    Heç kəsin balası yetim olmasın!

    Təmkinəm, səadət dilərəm sizə,
    Şadlanaq toylarda hey süzə-süzə.
    Allah hər neməti bol etsin bizə,
    Güzəran həyatda çətin olmasın!

    Mart 2006

  • Zeynəb DƏRBƏNDLİ.”Qayıtma daha” (Yeni şeir)

    1418360802_10846507_1602122476682163_791140862661844648_n
    Məni var dövlətə satıb getmisən
    Eləbil arzuna çatıb getmisən.
    Özgəni qəlbində tutub getmisən,
    Dönmək istəsəndə, qayıtma daha.

    Mənim hər sözümü söz eylədin sən,
    Sirrimizi yadlara söylədin sən.
    Məni hər yetənə gileylədin sən,
    Dönmək istəsəndə, qayıtma daha.

    Məni yox, özgəni sevib inandın,
    Güya məhəbbətdən yanıb odlandın.
    Get, məni sevmədin, yad üçün yandın,
    Dönmək istəsəndə, qayıtma daha.

    Zeynəbin dərdini qana bilmədin,
    Saf sevgi odunda, yana bilmədin.
    Məni, sən özünkü sana bilmədin,
    Dönmək istəsəndə, qayıtma daha.

  • Allahşükür AĞA.”Bəzəyək həyatı sevgiylə, gülüm” (Yeni şeir)

    1424249538_sekil

    Məhəbbət bağında, sevgi bağında,
    Bəzəyək həyatı sevgiylə, gülüm..
    Ömrün çiçəkləyən gözəl çağında,
    Bəzəyək həyatı sevgiylə, gülüm….

    Asta–asta gəlsin qoy neyin səsi,
    Qarışsın bahara könül nəğməsi,
    Duymuşam səndəki eşqi, həvəsi,
    Bəzəyək həyatı sevgiylə, gülüm….

    Nə qədər imkan var sevək–sevilək,
    Şirin duyğularla döyünsün ürək,
    Ömür yollarında əl–ələ verək,
    Bəzəyək həyatı sevgiylə, gülüm…

    Hər səhər parlayıb günəştək çıxaq,
    Hicranı, kədəri sevgiylə yıxaq,
    Qovuşan çay olub, bir yerdə axaq,
    Bəzəyək həyatı sevgiylə, gülüm…

  • Şəhanə MÜŞFİQ.”Nə yazım?!” (Hekayə)

    1423890042_pic

    Qarşısında dəftər, əlində qələm dayanmışdı. Nə yazacağını, necə yazacağını bilmirdi. Hər zaman səsli – küylü, bir dəqiqə yerində dayana bilməyən nadinc uşaq indi bacardıqca hər kəsdən gizlənməyə çalışırdı. Bəlkə də əlacı olsaydı bu dəqiqə heç kim onu görməsin deyə yerin dibinə də getməyə razı olardı. Körpə qəlbi hürkmüş bir quş ürəyi kimi çırpınırdı, sanki köksünü yarıb çıxmağa can atırdı. Hər gözündə iki damla yaş gilələnib azadlığa çıxmağa tələsirdi. Bircə gözünü qırpmağına bəndmiş kimi bəyaz vərəqin üzərində bozumtul ləkələr əmələ gəldi. Özü öz etdiyindən utanırmış kimi sol əlini həmin ləkələrin üstünə qoyub gizlətməyə çalışdı, ürkək – ürkək ətrafa boylandı. Ondan başqa sinifdəki bütün uşaqlar başını aşağı salıb dayanmadan nəsə yazırdı. Bircə o idi qarşısındakı ağ vərəqə baxan.
    Yaxşı ki pəncərənin yanında oturmuşdu. Arada bir pəncərədən boylanıb idman dərsi keçən başqa sinif uşaqlarını seyr edirdi. Fikri isə nə dərsdə idi, nə də həyətdə oynayan uşaqlarda. Xəyalları çox uzaqlarda idi, çox uzaqlarda…
    – Nadir…
    Müəllimin zəhmli səsi onu bu xəyallardan ayırdı. Onu çağırırdı. Başını qaldırıb Müəllimin üzünə baxmağa utandı. Səsini çıxartmadan başını dəftərinə əydi. Deyəsən, müəllim də yazı yazan uşaqlara mane olmamaq üçün sözünü davam etdirmədi. Ancaq nə olsun ki, yenə də yazmağa heç nə tapmırdı. Onsuz da inşa yazı yaza bilmirdi, həmişə ondan – bundan köçürürdü. Bu dəfəki mövzu isə onun kövrək uşaq qəlbini getdikcə daha da üzürdü. Bir az da beləcə keçdi. Ürəyində dərsin tez bitməsi üçün Allaha dua edirdi. Heç nə yazmadığı “yazı” dan iki alacağını bilirdi, ancaq bu, onu heç düşündürmürdü belə…
    – Nadir, sən niyə heç nə yazmırsan?
    Yenə də müəllim onun yazmadığını görüb acıqlanmışdı. Hələ ondan cavab da tışdı. Hələ ondan cavab da tələb edirdi.
    – Yazıram, müəllim.
    Bu dəfə müəllim sinifə müraciət etdi:
    – Zəngə on dəqiqə qalıb, yekunlaşdırın artıq.
    Bu an uşaq ilk dəfə özü yazdı inşasını. Kimsədən köçürtmədən, kimsədən yardım istəmədən öz sözlərini, öz hisslərini yazdı…
    …Axşam bütün işlərini bitirib səhər şagirdlərinə yazdırdığı inşanı yoxlamaq üçün yazı masasının arxasına keçdi. İbtidai sinif müəllimi idi Rəhimə müəllimə. İyirmi ilə yaxın idi müəllimlik edirdi. Şagirdlərinə daim ana qayğısı ilə yanaşmışdı. Lap körpə yaşlarından uşaqlar ana qucağından çıxıb onun qollarına sığınırdılar. İndiki sinfini də iki il idi ki qəbul etmişdi. Şagirdlərinin ən böyüyünün səkkiz yaşı var idi. Əksəriyyəti yeddi yaşlı uşaqlar idi. Aralarında çalışqanı da var idi, nadinci də, tənbəli də. Ancaq bütün şagirdlərini bir ana məhəbbəti ilə sevirdi…
    Aram – aram dəftərləri açmağa, yazıları oxumağa başladı. Hər yazını oxuyandan sonra müxtəlif hisslər yaşayırdı. Uşaqların səmimi sözləri ürəyini kövrəltmişdi. Nəhayət, növbə Nadir Cabbarlının yazısına çatdı. Nadir də sinifin dəcəllərindən biri, bəlkə də birincisi idi. Dərs oxumaqla da heç arası yox idi. Ancaq saf, mehriban, bir az da kövrək uşaq idi. Digərləri kimi onu da çox sevirdi Rəhimə müəllimə. Bu düşüncələrlə dəftəri açdı. Həmişə olduğu kimi yenə də şagirdinin qarışıq, səliqəsiz xətti ilə qarşılaşdı. Amma yazılı səhifələrin sonuncusunda həm hərflər bir-birinə qarışmış, həm də mürəkkəb yayılmışdı, oxumaq çətinləşmişdi. Elə bil yazının üstünə su dağılmışdı. Onsuz da inşa çox deyildi, cəmi bir neçə cümlədən ibarət idi, buna əsəbləşən müəllimi uşağın bu səliqəsizliyi daha da özündən çıxartdı:
    – Bu uşaq lap həddini aşıb artıq, indi buna iki yazmayıb nə edim mən?
    Bir anlıq əsəbini boğub yazılan cüm
    – Bu uşaq lap həddini aşıb artıq, indi buna iki yazmayıb nə edim mən?
    Bir anlıq əsəbini boğub yazılan cümlələri çətinliklə də olsa, oxumağa çalışdı:
    “Müəllim bizə ana haqqında inşa yazmağı tapşırıb. Bayaqdan fikirləşirəm, ancaq yazmağa heç nə tapmıram. Axı heç vaxt görmədiyim adam haqqında nə yaza bilərəm ki? Anam mən doğularkən ölüb. Mənim “ana” deyərkən anladığım tək şey qəbiristanlıqda bizi gözləyən soyuq məzar daşıdı”.
    Şagirdin göz yaşı ilə islanmış yazısına daha iki damla yaş da qarışdı…

  • Şəfa KAMİLLİ.”Sən” (Yeni şeir)

    sefaxanim

    Baharla bərabər ömrümə gələn,
    Bahar tək özünü mənə sevdirən
    Baharlı günləri mən bəxş edən,
    Təkcə sən, sən oldun ömrümə gələn,
    Gəlişin bahar tək gözəl, gözlədim yolun
    Bahar gəlişi kimi gözlərimi yolda qoydun ,
    Hardaydın, de niyə belə gec gəldin?!
    Qışın buzun ,sazağını, soyuğunu sən əritdin,
    Ömrümə bahar gətirən adam.
    Ən yaxın sirdaşım, ən uzaq olan,
    Ömrümə günümə bahar gətirdin…
    Xəyalı mənlədi, özuysə yoxdu,
    Ən yaxın sirdaşım, bahar ətirlim…
    Sənsən tək sevincim, baharım mənim …

    29.03 .2015. 18 :35

  • Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)

    Qafqaz Əvəzoğlu

    Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
    Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.Hal-hazırda Qubadlı rayonunun dövət qəzeti “Bərgüşad” qəzetinin redaktorudur.
    Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.

    Yeri get, qız

    Sən məni heç zaman sevə bilməzsən,
    Məni sevənlərin sonluğu – yalqız.
    Aldanma beləcə görkəmimə sən,
    Yeri sev ağıllı bir adamı, qız!

    Məni sevənlərin ağılı yoxdur,
    Mənim şıltaqlığım dözülməz, çətin.
    Yeri get yerində sakitcə otur,
    Vallah, mən deyiləm sənin qismətin!

    Səni qısqanaram mən yerə, göyə,
    Doğma ataya da, südvermişə də…
    Kasası – hamıya, nə var hər şeyə,
    Lap belə dünyasın dəyişmişə də!..

    Tüpürüb dabana elə qaçarsan,
    Ancaq dilədiyin şükrlər olar.
    Mənim sevilməyim deyildir asan,
    Belə bir dəlidən kim sevgi umar?!

    Xətrinə dəyməsin, pis olma da heç,
    Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
    Yeri get özünə bir babını seç,
    Məni sevmək üçün ürək gərəkdir!!

    Mən dəliyəm, o da kür

    Qaşa-gözə bax Allah,
    Qüdrətinə min şükür.
    Yandırdığın söndürməz,
    Xan Arazla, dəli Kür!

    Hürü-pəri misaldı,
    Baxdım ağlımı aldı.
    Elə bil ac maraldı,
    Adamın qəlbin sökür!

    Mən biləni bu qızın,
    Oğurlasan “saqqız”ın,
    Ürəyində düş qızın –
    Qəlbi yanar görükür!

    Baxıram “bişən” deyil,
    Çıxıb görüşən deyil,
    Kəməndə düşən deyil,
    Belə ceyran tez ürkür!

    A Qafqaz, bu qız bil ki,
    Umur tər-təmiz sevgi.
    Heyif, tutmaz bizimki,
    Mən dəliyəm, o da kür!!

    ÖZGƏ

    – Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
    Istəyin ayrıdı, təmənnan özgə…
    De, mənim qiymətli daha nəyim var,
    Məndə “mən” deyilən ta “mən”dən özgə?!

    Səni axtarıram, dolanır gözüm,
    Axır ürəyimə yaş düzüm-düzüm.
    Alışmır ocağım, od tutmur közüm,
    Olmaz yandıranı bir səndən özgə!

    Dön geri, a mənim könül möhtacım,
    Üzülüb taqətim, yoxdur illacım.
    Heç kimə, heç kimə yox ehtiyacım,
    Sənintək səbrimi kəsəndən özgə!

    Qafqaz Əvəzoğlu hər şeydən betər,
    Gecəli-gündüzlü yolunda bitər.
    Inana bilmirəm səni mən qədər,
    Sevən tapılarmı, de, məndən özgə?!

    2006.

    AĞLADI

    Gözlədim, gəlmədin, görüş yerimiz,
    Halıma mükəddər oldu, ağladı!
    Sənin görüşünə tələsən güllər,
    Əlimdə saralıb-soldu, ağladı!

    Bükdü qamətimi, əydi bu halət,
    Gəldiyin yollar da çəkdi xəcalət.
    Məhəbbət yanğılı bir dəli həsrət,
    Qolların boynuma saldı, ağladı!

    Nə bilim bu imiş yaxınlığımız,
    Bir eşqin oduna yaxındığımız.
    Bir vaxt qucağına sığındığımız,
    Söyüdlər saçını yoldu, ağladı!

    A Qafqaz, bu necə taledi, baxtdı?
    Ahım göyləri də yandırıb-yaxdı.
    Şimşəklər oynadı, ildırım çaxdı,
    Buludlar hönkürüb doldu, ağladı!

    2008.

    AZ

    Deyirsən, uzaq ol, amma bir zaman,
    Bitib yollarımda qalmırdınmı, az?!
    Dolanıb başıma pərvanə kimi,
    Qadamı-bəlamı almırdınmı, az?!

    Süzdürə-süzdürə o qaş-gözünü,
    Qurban eyləyərdin mənə özünü.
    Söykəyib üzümə hərdən üzünü,
    Şirin xəyallara dalmırdınmı, az?!

    Ayrıla bilmidin, zəliydin, zəli,
    Olmuşdun sərsəri, olmuşdun dəli.
    Mənə salam verən hər bir gözəli,
    Şahmar ilan kimi çalmırdınmı, az?!

    Niyə qurdaladın sən yaddaşımı,
    Qafqaz Əvəzoğlu yenə naşımı?!
    Bişirə-bişirə bu gic başımı,
    Gülüstan qoynuna salmırdınmı, az?!

    2008.

    Bacarsanız siz

    Ey əziz dostlarım, a yaxınlarım,
    Bir sözüm var sizə! Bacarsanız siz, –
    Bir uca təpədə – bir uca yerdə,
    Mənim məzarımı qazarsınız siz!

    Başdaşım ucalsın ənginliklərə,
    Dağlara-daşalra, düzənliklərə…
    Bilirsiz vurğunam gözəlliklərə,
    Qəbrimi güllərə qatarsınız siz!

    Demirəm güllərdən tutuban dəstə,
    Hər gün gələsiniz dəstəbədəstə…
    Hərdənbir dönübən qəbrimin üstə,
    O mənli günləri anarsınız siz!

    İşdi, yurd-yuvamız alınsa bir gün,
    Qaralmış ocaqlar çatılsa bir gün…
    Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
    Heç yoxsa bir ocaq çatarsınız siz!

    Bəxtəvər deyərdim bu külbaşıma,
    Ölümüm çıxsaydı yurdda qarşıma!
    Əgər burda ölşəm, sinədaşıma,
    “Öldü vətən deyə” yazarsınız siz!

    Sormayın bu nədi, nə vəziyyətdi?
    Bu da, bir arzudu, bir vəsiyyətdi,
    Qafqazdan sizlərə son əziyyətdi!..
    Bilirəm, sözümə naçarsınız siz;
    Edin dediyimi bacarsanız siz!

    2007

    Gedirəm

    Bələnibən öz ahıma,
    Üz tutmuşam sabahıma…
    Qurban olum Allahıma,
    Dərd sarıdan kef edirəm!

    Uca tutdum mən hörmətin,
    Əskiltmədi kəramətin…
    Hey içirdib qəm şərbətin,
    Dərd də verdi can yedirəm!

    Döyə-döyə közarımı,
    Şükür, açdı “bazarımı”.
    İndi düşüb məzarımı,
    Axtarmağa yol gedirəm!

    2005

    Gedək, canım

    Ömür ötdü, yaş haxladı,
    Çan yetişdi – lalıxladı.
    Ta əzrayıl marıxdadı,
    Verdik ələ yedək, canım!

    Ötürmüşük neçə qış-yaz,
    Qonaq olan bunca qalmaz.
    Çəkilməmiş altdan palaz,
    Dur yır-yığış edək, canım!

    Günü-gündən çaşır təbrim,
    Tükənibdi daha səbrim…
    Gözü yolda qalan qəbrim,
    Nigarandı, gedək, canım!

    2005

    Min, deyir

    Başımda turp əkir gül nəvələrim,
    Ölərəm, desələr, öl,- nəvələrim.
    Açıbdı şipşirin dil nəvələrim,
    Biri bir deyəndə, biri min deyir!

    Qoşulub onlara uşaxlaşıram,
    Bu qoca vaxtımdan uzaxlaşıram…
    Düşüb dizin-dizin iməkləçirəm, –
    Arvad,- mübarəkdi qədəmin,- deyir!

    Minirlər belimə çökdürüb yerə,
    “Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
    Hələ bir üstəlik xırda “heyvərə”,
    -Ay nənə, yer var e, sən də min, deyir!

    Otaxdan-otağa başlanır yolum,
    Belə nəvələrin qurbanı olub!
    Nəvə şirinliyin bilməyən oğlum,
    -Baho, ağlı çaşım dədəmin, deyir!..

    Başıma gələnlər başıza gəlsin,
    Hər nəvə həsrətli tamarı kəsin!..
    Qafqaz Əvəzoğlu Allah kəsməsin,
    Bütün nəvələrdən kərəmin, deyir!

    2005

    Gedir

    Ay Allah, bu qızın ismətinə bax,
    Həyadan yanağı allanıb gedir.
    Onun taleyinə, qismətinə bax,
    Beləsi kor olub allanıb gedir!

    Belə gözəl olmaz, belə qız olmaz,
    Hələ görməmişəm belə sərvinaz.
    Nə olar, ay Allah, onu mənə yaz,
    Qaymaq dödaqları ballanıb gedir!

    Onunla ömr edən nə bəxtəvərdi,
    Kimə könül versə onun nə dərdi!..
    Özümü yoluna durub sərərdim,
    Bilsəydim üstümdən sallanıb gedir!

    Yazardım şəninə gözəl şeirlər,
    Sevərdim, bilərdi necə sevirlər…
    Beləsin görəndə sonra deyirlər,
    Qafqaz Əvəzoğlu hallanıb, gedir!

    2005

    Dağlar

    Sənlə getdi şad günlərim,
    Xoş növrağım, çağım, dağlar!
    Hər sağalan yara deyil,
    Sinəmdəki dağım, dağlar!

    Ağır-ağır bir el idim,
    Zaman-zaman hey qovuldum…
    Qərib eldə bağban oldum,
    Gül açmadı bağım, dağlar!

    Qərib boynun büküb gedər,
    Ürəyini söküb gedər…
    Qaçqın deyib tənə edər,
    Mənə solum, sağım, dağlar!

    Günüm sizsiz keçməz idi,
    İndi gözüm yaş selidi.
    Söylənməmiş bir şərqidi,
    Mənim ahım, ağım, dağlar!

    Bu dərd məni hey ağrıdır,
    Bal da yesəm zəhər dadır…
    Sinən üstə at oynadır,
    Neçə ildi yağım, dağlar!..

    Qafqaz deyir, hanı sənin,
    Babəklərin, nəbilərin?!..
    Bizim kimi “igidlərin”,
    Boyun yerə soxum, dağlar!!

    1996

    ƏSİR DÜŞƏN ŞEİRLƏRİM

    Gəncliyimin xoş çağıydı,
    İlk eşqimin sorağıydı,
    Ürəyimin ocağıydı,
    Əsir düşən şeirlərim!

    Gah utancaq bir gül idi,
    Gah bir ötən bülbül idi,
    Şirin-şəkər bir dil idi,
    Əsir düşən şeirlərim!

    Bəzən qarlı dağım idi,
    Bəzən güllü bağım idi,
    Bəzən xəzan çağım idi,
    Əsir düşən şeirlərim!

    Naxışıydı xanamın, oy,
    Cilvəsiydi sonamın, oy,
    Laylasıydı anamın, oy,
    Əsir düşən şeirlərim!

    Gah titrəyən bir yel idi,
    Gah kükrəyən bir sel idi,
    Gah pərişan ağ tel idi,
    Əsir düşən şeirlərim!

    Bahür idi – yaz kimiydi,
    Bir ismətli qız kimiydi,
    İşvəlydi – naz kimiydi,
    Əsir düşən şeirlərim!

    Anadil tək gah ötərdi,
    Gah qartal tək qıy çəkərdi,
    Kəklik kimi hey səkərdi,
    Əsir düşən şeirlərim!

    Qəlb oxşayan xoş meh idi,
    Gül üstündə bir şeh idi.
    Haqq divanlı bir şah idi,
    Əsir düşən şeirlərim!

    Yandı yurdum-yuvam, qaldı,
    Sərin suyum, havam qaldı…
    Kül olmamaış haram qaldı –
    Əsir düşən şeirlərim!

    Bostanımın tağıydı o,
    Ürəyimin yağıydı o,
    Üç il qabaq sağıydı o,-
    Əsir düşən şeirlərim!

    Bükdü onu bu qışlarmı,
    Çürütdümü yağışlarmı,
    Görən məni bağışlarmı,
    Əsir düşən şeirlərim?!

    1996

    VAR SUMQAYITIM

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.

    Sevdim ilk baxışdan, təmasdan səni,
    Gördüm ürəklərdə bir dastan səni.
    Olasan beləcə gülüstan səni,
    Düşməsin üstünə xar, Sumqayıtım!

    Qəlbimdə yandırdın od-ocağını,
    Ilkin bahar bildim hər bucağını.
    Açıb ana kimi öz qucağını,
    Olmusan bizlərə yar, Sumqayıtım!

    Doldun ürəklərə məhəbbətinlə,
    Ruha qida verdin ülviyyətinlə.
    Tanındın dünyada şan-şöhrətinlə,
    Eylədin özünü car, Sumqayıtım!

    Igid oğlanların bir tərlan-tülək,
    Qoynunu bəzəyən qızların mələk.
    Məhəbbət yanğılı gör neçə ürək,
    Tapdı qucağında yar, Sumqayıtım!

    Hüsnün ürəyimi çəkib qopardı,
    Mənimçün qışın da yazdı, bahardı.
    Könlüm harda belə qərar tutardı,
    Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!

    2009.

    SUMQAYIT GÖZƏLLƏRİ

    (Sumqayıt şəhərinin 60 illiyinə)

    (mahnı)

    Ovsunudur gözlərin,
    Bahardılar, yazdılar.
    Gözəllikdə özlərin,
    Tarixlərə yazdılar,
    Sumqayıt gözəlləri!

    Yaranandan bu şəhər,
    Atıldılar qoynuna.
    Çələng olub təzə-tər,
    Sarıldılar boynuna,
    Sumqayıt gözəlləri!

    Sevsə, cahandan keçər,
    Sevgisinin yolunda.
    Lap belə candan keçər,
    Bağlasan əl-qolun da,
    Sumqayıt gözəlləri!

    Nazdılar başdan-başa,
    Nazlı Xəzərim kimi.
    Hər biri bir tamaşa,
    Yanırlar zərin kimi,
    Sumqayıt gözəlləri!

    Oğulsansa dayan, döz,
    Bu qızlarda baxışa…
    Şair olan, götür yaz,
    Layiqdilər alqışa,
    Sumqayıt gözəlləri!

    2009.

  • Şəfa KAMİLLİ.”Özüm özümü tanımaz öldüm …” (Yeni şeir)

    test

    Həyatım çox sakit ,hissiz ,duyğusuz ,
    Sən gəldin ömrümə ,özümü tanımaz oldum…
    Ölmüşdü hislərim bu həyat eşqim ,
    Nə etdin sən mənə mən belə öldüm…
    Fikirli gəzirəm nütün günü mən,
    Özümdə bilmirəm nə istəyirəm.
    Àyığam, bəlkə də yuxuyadam mən,
    Ən əziz, ən doğma duyğudayam nəm.
    Nədən belə öldüm , bu nə haldı?
    Özümdə özümü tanımaz öldüm .
    Deyirlər ,gülürlər ətrafda hər kəs ,
    Bəs niyə mən belə heş gülməz oldum?!,
    Yataqdan ,döşəkdən heç qalxmaz oldum,
    Süsqünam balıq tək ,mən dinməz oldum.
    Özümdə özümü tanımaz oldum .
    Özümdə özümü tanımaz oldum.

    25.03.2015 6:00

  • Debüt: Xəyalə SEVİL (Gəncə şəhəri).Yeni şeirlər

    1c6ca78d2a83

    Xəyalə Sevil (Abbasova Xəyalə Vaqif qızı) 1985-ci il mart ayının 18-də Gəncə şəhərində anadan olub.Azərbaycan Dövlət Müəllimlər İnistutunun “Pedeqoqika və metodika” fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.”Gənc ədiblər məktəb”ində təhsil alıb.”Səni sevdiyimi bilməyəcksən” , “Bəxtimə çıxan adam” , “Daş”,”Saçlarıma ay qonub” kitablarının müəllifidir.

    Saçlarıma ay qonub

    Düşdü tanrı əlindən,
    Gecə yerə dagıldı.
    Saçlarıma ay qonub
    Nə bəxtəvər çagımdı.

    Üzüm qəmi tərgidib,
    Sevincimi bərkidib.
    Məhhəbbətim kök atıb,
    Könlüm lağım-lağımdı.

    Birdən üşütdü əynim,
    Aşağı düşdü boynum.
    Yaman uzandı oynum,
    İnanmayın nağıldı.

    Nağıl

    O vaxtlar nə gözəl vaxtlardı, Allah,
    Həsrəti gözümdə sel eyləyərdi.
    Bircə təbəssümü, bircə baxışı,
    Dərdimi yandırıb kül eyləyərdi.

    O vaxtlar nə gözəl vaxtlardı, Allah,
    Qəlbi yarpaq kimi əsim-əsimdi.
    Görüşə gələndə gizli təlaşı,
    Narahat duruşu mənim bəsimdi…

    Durub yollarımda boyun bukənim,
    Yollar kimi gedənlərə tay oldu.
    Mənim sevincimin, onun eşqinin
    Ömrü təəssüf ki , bircə ay oldu.

    Perikmiş, sozalmış, ölmüş arzular
    Bu qəbristan gözlərimə yığılmış.
    Sonradan bildim ki, vaxtlar o vaxtlar,
    Ömrüm boyu deyəcəyim nağılmış.

    Daş adamlar

    Bağışla, atam, bağışla,
    Bağışla, anam, bağışla,
    Həyat məni dərdli etdi,
    Mən də sizi…
    Qırıldı, min qırıq oldu ürəyim
    Dərdlərimə sarıq oldu ürəyim,
    …görmədilər.
    Dağa vurdum, daşa vurdum özümü,
    Gözümdəki yaşa vurdum özümü,
    Çılikləndim,
    yığışdırdım özümü,
    Heç qədrimi bilmədilər
    adamlar…
    Ah! Bu adamlar…
    daş adamlar,
    Qəlbi bumbuz qış adamlar,
    Gülə-gülə yaşadılar,
    Ölə-ölə gözlərindən yaş çıxacaq.
    Öləndə canlarından,
    Ruh yerinə daş çıxacaq.
    Atılacaq başlarına
    Bir də bir də atılacaq…
    Sonra milyon dollarlara,
    cəhənnəmə satılacaq.
    Üzü bəzək dünyamızın
    astarında daş adamlar.
    Budur mənim ömür yolum
    Kandarında daş adamlar.
    Daşlı-daşlı baxışların
    Altında əzildim daha,
    Yığıldım bir damcı oldum
    Hansısa bir günahsızın,
    Gözündən süzüldüm daha.
    Bağışla, atam, bağışla,
    Bağışla, anam, bağışla,
    Güldürmədim üzünüzü…

    Uşaqsız gəlinlərə

    Üzümə vurma, ay uşaq,
    Üzüm tökülür yerə.
    Toz basmışdı ürəyimin üstünü
    Tozum tökülür yerə.
    Allah məni elə seçdi,
    Gəlinlərin arasında,
    Mənim evlad payım gəlməz,
    Gələnlərin arasında.
    Göydə külək uğuldayır,
    Buludlara layla çalır.
    Mən yazığın dili çönüb,
    Laylanı da vayla çalır.
    Üzümə vurma, ay uşaq,
    Üzüm tökülür yerə,
    Ağlayıram gözlərimdən,
    Oğlum,
    qızım tökülür yerə…

    Anamın əlləri

    Anamın əlləri qocalır yaman,
    Əllərinə cavan qırışlar düşür.
    Aybaay, günbəgün, saatbasaat
    Cavanlığı barmağından sürüşür.

    Anamın əlləri qocalır yaman,
    Əllərinə illər ağrısı çökür.
    Bizim qayğımızı, zəhmətimizi,
    İndi də qocalmış əlləri çəkir.

    Bu qocalmış əllər cavan əllərin,
    Beşik yürgələyən xatirəsidi.
    Anamın əlinə düşən qırışlar
    Onun taleyinin xəritəsidi.

    Anamın əlləri qocalır yaman,
    Ömrümü o qoca əllərə yazın.
    Ölsəm, ruhumu da yaşadar mənim,
    Qəbrimi anamın əlində qazın.

  • Debüt: Anar ALIYEV (Qax rayonu).Yeni şeirlər

    1510721_10202304578655695_5077328084540758844_n

    1973- cü il 21 iyun tarixində Qax rayon Almalı kəndində anadan olmuşam. Ailəmiz 7 nəfərdən ibarət idi. 3 bacım, qardaşım ,anam və mən.Atam dünyasını dəyişib.Tam orta təhsilimi doğma kəndimdə almışam.Ailəmiz ziyalı ailəsidir.1991-1996-cı illərdə hərbi xidmətdə olmuşam.1997-ci ildə bakı Dövlət universitetinin tarix fakültəsinə qəbul olmuşam.Müəllimlik fəaliyyətinə Qax rayonunun Almalı və Dəymədağlı kəndlərindən başlamışam.2005-ci ildən Qaradağ rayonunnun Puta qəsəbəsində məskunlaşmışam.Ailəliyəm ,iki övladım var.2007-ci ilin sentyabırından Korgöz qəsəbəsində müəllimlik edirəm.Hal hazırda həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müaviniyəm.

    Nənəm şeri

    Nənəmə dedim ki,ay nənə mənə
    Atalar məsəli bir söyləsənə
    Bir az düşünüb xəyala dalır
    Könül dəftərindən gör nələr alır:
    “Ömür qısadır tez yetir başa
    Çalış həyatda özünçün yaça
    El üçün ağlama kor olar gözün
    Palaza bürünüb el ilə sürün
    O qurd ki,dəymir mənə
    min yaşasın dedi nənə,
    düz adam düzdə qalar
    böylə demişdir atalar”
    Söylədi nənəm mənə
    -Dedi:”bildiyin budur
    O vaxt yox idi məktəb
    Bəsdir,ta məndən əl çək!
    Məndə bir şey qalmadı
    nəvəmə söyləyəcək.
    Çox düşündüm dinmədim
    nə söyləyim bilmədim
    Sağ ol dedim nənəmə.
    Sonra açıb kitabı
    Üz tutdum Babəkimə
    oğluna söylədiyini
    şərəf bildim özümə
    “Qırx günlük köləlikdən
    Bir günün azadlığı”
    Daha çox örnəklidir
    Nənəm dediklərindən..

    Bu üç rəngli bayrağa bax !

    Bu üçrəngli bayrağa bax !
    Bürümüşdür Vətəni !
    Bu üçrəngli bayrağa bax!
    Sevgisiylə fəth edib ,
    Milyonlarla qəlbləri.
    Bu üçrəngli bayrağa bax!
    Bənzər ana bətninə
    Ay-ulduzu əkizlərtək,
    Düşmüş onun bəxtinə.
    Bu üçrəngli bayrağa bax!
    Hamilədir hər günə,
    Gözlər günəş batmağın,
    Ay, ulduz doğsun deyə
    Bu üçrəngli bayrağa bax!
    Əvəz edib kəfəni,
    Torpağın soyuğundan,
    Yağışından, darından
    Qoruyar şəhidləri.
    Bu üçrəngli bayrağa bax!
    Ətəyini hər kəs öpər,
    Əyilməyən başlar belə,
    Hüzurunda baş əyər.
    Bu üçrəngli bayrağa bax!
    Hər rəngində bir məna var,
    Dostlar görüb sevindikcə,
    Düşmənlərə dərd olar.
    Bu üçrəngli bayrağa bax!
    Babalardan qalıb miras,
    Neçə toy, nişan görüb,
    Neçə kədər, neçə yas.
    Gülənlə gülə bilmiş,
    Acıyanla acımış.
    Sevincindən qüdrət alıb,
    Acımızdan pay ummuş.
    Bir istəkdən dolayı,
    Zindanlara atılmış.
    Bu bayrağı harada gördün,
    Yerdə gördün, göydə gördün.
    Yerdə gördün göyə qaldır!
    Göydə gördün yenə qaldır!
    Qaldır, qaldır, ərşə qaldır!
    Qoyma birdə büksün boyun!
    Dalğalandır, dalğalandır!

  • Elnur ABDİYEV.”Bu gün gəldik,üz-üzə”

    1424259792_elnur

    Bu gün gəldik,üz-üzə,
    Yanında həyatının,
    Yoluna yoldaş olan,
    Səni sənlə yaşayan,
    Bir sevgi heykəli var.
    Sənə baxdım ustaca,
    Toqquşarkən baxışlar,
    Endi gözlərdən yerə,
    Sarmaşdı,bir-birinə,
    O şirin sözlərimiz.
    Gör,nə qədər dəyişib?
    O uşaq üzlərimiz?
    O hamar çöhrələrə,
    Vaxt salıb şırımını.
    Araya salıb,gülüm,
    Həsrət aşırımını.
    Daha yollar haçalı,
    Sənin öz ocağın var.
    Bəlkə,bir gül körpəyə,
    Sığınacaq verməyə,
    Bir ana qucağın var?
    Yox,sən öz yolundasan,
    Mən azmışam yolumu,
    Gözünün qarasında,
    Dəfn elə bu son dəfə,
    Könüldən pıçıldayıb,
    Dediyim sağolumu.
    Get,get ,baxma geriyə,
    Qoyma,qəlbində bir də,
    Sevgi mənə yürüyə.
    Get,xoşbəxt ol,xoşbəxtlik,
    Bəzəsin ömrünüzü.
    Mən bu sevgi yolunda,
    Üçüncüyəm,sevgilim!
    Həyat qəbul eləməz,
    Bir adla üçümüzü!

  • Nail DAĞLAROĞLU.”Xəsdə tək dərdindən qoyma sozalım”

    10671462_1506906362912856_7090846000264678093_n

    Elə dayanmısan bir maral kimi,
    Susuram önündə, sanki lal kimi.
    Yuxumu görürəm bir xəyal kimi?,
    Qıymaginən səsiz qalım, a zalım,
    Xəsdə tək dərdindən qoyma sozalım.

    Rəsmınə baxdıqca çoxalır dərdim,
    Xumar gözlərini duyğulu gördüm.
    Dağlar çiçəyindən bir cələng hördüm,
    Telinə düzməyə yetər gözəlim,
    Xəsdə tək dərdindən qoyma sozalım.

    Həsrətindən yanar oda qalandım,
    Səndən ayrı dərdə, qəmə calandım.
    Nail deyər dərd əlindən talandım,
    Birazda ümid ver təzdən düzəlim,
    Xəsdə tək dərdindən qoyma sozalım.

  • Əlirza HƏSRƏT.”Şehində şəfəqlər saçıb çəmənin”

    575949_448528385223558_1371442086_n

    …Gözünün yuxusu qaçıb çəmənin,
    Şehində şəfəqlər saçıb çəmənin.
    Külək yaxasını açıb çəmənin,
    Mindirib şöhrətə,şana gülləri.

    Qəfəsdə çırpınan divanə quşdum,
    Ən gözəl nəğməmi bahara qoşdum.
    Onda gözlərimdə suya qoymuşdum,-
    Dərib döndərdilər qana gülləri.

  • Hikmət MƏLİKZADƏ.”Sən elə bildin ki, eşq səltənətdir…”

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Sən elə bildin ki, eşq səltənətdir,
    Hər axşam üzümə qapı bağladın.
    Qonşu elçi gəldi, baş barmağına
    Mənim rənglədiyim sapı bağladın.

    Dünən düşüb itib nişan üzüyün,
    Bilirəm, dünəndən əlin üşüyür.
    …Mənim də gözümdə məndən nigaran
    Bir ruhu havalı gəlin üşüyür…

    Könül vəsf eləmir sən deyən sözü,
    Götür nəyin varsa, canımdan gen dur.
    …Tanrı, insaf elə, köç vədəsidir,
    Bu gün bu xınalı xanımdan gen dur!

  • Saqif QARATORPAQ.”Qabağımı kəsən var”

    saqif muellim

    Daha səni qaçırası deyiləm,
    Daha yoxdu yollarının qorxusu.
    Anan bilsə çəkməyəcək daha qəm,
    Qaçmayacaq innən belə yuxusu.

    Yuxularım çin olmadı, neyləyim?!
    Nədən oldu?-Ya taledən, ya baxtdan,
    Sinəm dolu, üzüm gəlmir söyləyim,
    Köks ötürüb boylanıram uzaqdan.

    Arzularım, diləklərim, şüşəydi,
    Sındı qəfil, qəlpə-qəlpə töküldü.
    Səni tale, məni də ki vaxt əydi,
    Sınan qəlbi bacarırsan tik indi!

    Görən sənmi, görən mənmi günahkar,
    Ya ağlımla dil tapmayan ürəyim?!
    Göstər mənə günahsız bir Adam var,
    Tanrı deyim, ulu deyim, pir deyim.

    Daha səni qaçırası deyiləm,
    Daha məndən hər gün uman-küsən var.
    Daha səni ötürəsi deyiləm,
    Bilirsənmi, qabağımı kəsən var.

  • Mais TƏMKİN.Yeni şeirlər

    10646868_273655359498567_6620189188081019440_n

    Verin

    Demirəm ki, qızıldan
    siz mənə taxt-tac verin.
    Qaytararam yenə də,
    Yaxşılığı borc verin.

    Sevən qəlbi sıxmayın,
    Yandırmayın, yaxmayın.
    Şairləri yıxmayın,
    Həvəs verin, güc verin!

    …Sözdən başqa işim yox,
    Ayrı bir vərdişim yox,
    Sağlığımda ,,beş”im yox.
    Heç olmasa öləndə,
    Sağlığıma üç verin!!

    22.03.2015

    Dərdimin

    Nəşəm qəmdən aşağıdır,
    Üzümdəki yaş, ağıdır.
    Gözlərimdən yaş axıdır,
    Yoxdur həyası- dərdimin.

    Tükənməyir, yetmir sona,
    Vərdiş edib, qəlbə qona.
    Gündə girir dondan-dona,
    Mindi boyası,-dərdimin.

    Hay verən yoxdur səsimə,
    Nə zilimə, nə pəsimə.
    Necə qıyım özgəsinə,
    Özüm geyəsi dərdimi?

    Pəl qatır, xoş diləyimə,
    Hopub qana, iliyimə.
    Neştər olub ürəyimə
    Batır tiyəsi dərdimin.

    Könül sızlar, hər gün, hər ay,
    Bir kimsədən gəlməz haray.
    Ürəklərdə qurub saray,
    Üzdə dəyəsi*- dərdimin.

    Andıra qalmış birdimi?
    Dərdim açılmaz sirdimi?
    Mən belə dərd istəmirəm,
    Gəlib aparsın dərdini,
    Kimdi yiyəsi- DƏRDİMin!!!

  • Xalq şairi Səməd Vurğun doğum günündə anılıb

    sekil

    21 mart 2015-ci il tarixdə Qazax rayonunda yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi Səməd Vurğunun doğum gününə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Qazax və Ağstafa rayonlarında yaşayan sakinlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal növbədə tədbir iştirakçılarını salamlayaraq, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib.
    Düzənlənən tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edən Barat Vüsal Səməd Vurğun poeziyasının poeziya sevərlərin qəlbində həmişə yaşayacağını vurğulayıb.Tədbirin gedişatında musiqi məktəblərinin şagirdləri saz havaları üstündə şairin şeirlərini böyük məmnunluq hissi ilə ifa ediblər, şair haqqında öz fikirlərini bölüşüblər və Uca Tanrıdan Səməd Vurğuna rəhmət diləyiblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Başa düşsəydin!” (Yeni şeir)

    10649557_1595229947361302_2038457091311851064_n

    Başa düşsəydin!
    incitməzdi sözüm.
    bilirəm,başa düşməyəcəksən.
    yadındadır?
    çürütdüyün xəzinənə
    işıq daxil olmuşdu ki…
    xərclədiyin ləlin qədərini biləsən.
    hardan yadında olsun ki…
    yadında olsaydı,
    xəzinəni, başayaq keçən günlərə dəyişməzdin.
    bir udumluq, dünyanın ovcunda
    çiliklənməzdin…
    hardan biləsən ki,
    çilginin, doğrayır ömürünü.
    bir gün kaşlar,
    parçalarını birləşdirəcəkmi?!
    birləşmək,
    çiliklənmək qədərmi?!
    suallar cavab dolu…
    cavablarsa sual dolu ölür.

  • Fidan ABBASOVA.”Seçməsəydim, xoşbəxtliyim dururdu…” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Nə ümidlər bəsləmişdim içimdə,
    bir başqası gəlib onu uçurdu.
    Tələsdim mən bu taledə seçimdə,
    seçməsəydim, xoşbəxtliyim dururdu…

    Vədəsinə səbr, dözüm qalmadı,
    təsəlliyə toxdur mənim ürəyim.
    Bir gün olsun axtarmadı, sormadı,
    indi artıq deyildir o gərəyim…

    Ruhu ölmüş, eşqi sönmüş küləm mən,
    ocaq altda, odun üstə səpilmiş.
    Gözü dönmüş , sözü bitmiş diləm mən,
    nə bilim ki, məndən də vaz keçilmiş…

    Bir gün məni tərk etdiyin bu yerə,
    gətirəcək səni izlər, əzizim!
    Fidan getdi mən dəymişəm qəlbinə
    demək, burda artıq bitib sevgimiz…

  • Şəfa VƏLİYEVA.”Poçtalyona məktub…” (Yeni şeir)

    sefa1-450x300

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ…
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun..
    .
    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər…

    Hirsini sənə tökəcək…
    Ayrılıqdan yaman qorxar…
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam…
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

  • Şəfa EYVAZQIZI.”Bir şəklin qalaydı” (Yeni şeir)

    1423756700_sefa-xanim

    O ötən günlərdən xatirə kimi,
    Nə ola bir şəklin qalaydı məndə.
    Qırıq ürəyimə kömək, təsəlli,
    Nə ola bir şəklin qalaydı məndə.

    Gecdi göz yaşımı töküm o günə,
    Günlər yas saxlamır itkin ömrünə.
    Mən kölgə oluram yollara yenə,
    Nə ola bir şəklin qalaydı məndə.

    Bilirəm rəsmin də qəm gətirəcək,
    Zilimi udacaq, bəm gətirəcək,
    Quruyan gözümə nəm gətirəcək,
    Nə ola bir şəklin qalaydı məndə.
    Nə ola bir şəklin qalaydı məndə.

  • Şəhanə MÜŞFİQ.”Məni Sənə qısqanan saat” (Yeni şeir)

    1423890042_pic

    Bu gün uzun oldu deyəsen,
    Sənsiz hansi günüm yerindədir ki?
    Yoxluğun könül evimdə taxt qurub,
    Səndən yadigardır deyə
    Ona da baş əyirəm…
    Sənsiz saat da qəsdimə durub elə bil,
    Əqrəbin hər addımı
    Adını pıçıldayır qulaqlarıma…
    Saat məni sənə qısqanırmış elə bil
    Səninləykən yel qanadı açan əqrəb
    Indi yeriməyə də tənbəllik edir.
    Üçümüzük otaqda:
    Mən…
    Yoxluğun…Və saat.
    Hava da yaman soyudu birdən-birə,
    Yoxsa sənsizlikdirmi
    Məni üşüdən?
    Sənsizliyin soyuğundan qorunmaq üçün
    Sarılıram yoxluğuna,
    Sığınıram xatirələrə…
    Saat məni yoxluğuna da qısqanır,
    Əzizim,
    Deyəsən, yenə qanad açıb…

  • Teymur HƏBİBİ.”O qızı unutmaram mən”

    1491698_1718348995058408_1892849279862912385_n

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

  • İlkin ABBAS.”Tənha küçələrin “yol yoldaşı”yam” (Yeni şeir)

    10515052_1454147261518412_988404994_n

    Yoxluğun gətirdi ömrümə qəmi,
    Soldum susuz qalan zəmilər kimi.
    Gedişinlə mənim sevən qəlbimi,
    Batırdın dəryada gəmilər kimi.

    Artıq ürəyimdə qalmayıb dözüm,
    Gözlərdən axan bir kədər yaşıyam.
    Ardınca qaçıram xəyallarının,
    Tənha küçələrin “yol yoldaşı”yam.

    Nəyin çatışmadı, de, axı nəyin?
    İnan acıyıram sənin halına.
    Mən sənə ömrümü hədiyyə verdim,
    Sən məni dəyişdin dünya malına.

    “Əlvida” söylədin sən gülə-gülə,
    Həsrətin üstümə sarılır hər gün.
    Getmək…Necə asan səslənir dildə,
    Burda bir sevən qəlb qırılır hər gün.

    Daha həmin eşqi, o məhəbbəti,
    Başqa birisində görə bilmərəm.
    Bəlkə də xoşbəxtsən, vallah, nə deyim,
    Sənin günahına girə bilmərəm.

    Bu gediş səninçün çox asan oldu,
    Ruhumu canımdan qoparıb getdin.
    Gedərkən acıq da verdin üstəlik,
    Tüstümü təpəmdən çıxarıb getdin.

  • Vasif ZÖHRABOĞLU.”Yatmağa həvəsim yoxdu qəbirdə…” (Yeni şeir)

    1601578_710347309084020_7077466699777794928_n

    Dünya da küsdürdü özündən məni,
    Yox daha, ürəyim heç kəsi sevməz.
    Allahın sevdiyi kasıb bəndəni,
    Allahın qarnı tox bəndəsi sevməz.

    Baxdığın aynada özünü tanı,
    Səni bu aynadan qoparan da var.
    Allahdan havayı aldığı canı,
    Allaha minnətlə qaytaran da var.

    İnsanın ayagı torpağdadırsa,
    Torpağın bətnində kiriyər belə.
    Şamın kəraməti yanmağdadırsa,
    Şam da öz dibinə əriyər belə.

    Aldanma dünyanın hər daş-qaşına,
    Şeytanın ev yıxan min bir şəri var.
    Ey insan, deyilsən sən öz başına,
    Dünyanın Allahı, Peyğəmbəri var.

    Dayanma özgəylə çiyin-çiyinə,
    Özün öz boyunu öz əlinlə ölç.
    Səni kim danlayar özgə yerinə?
    Ölçürsən özünü əməlinlə ölç.

    Padşahı zülümkar, cəlladı axmaq,
    Səni də asarlar bir gün dilindən.
    Şairin silahı sözüdür, ancağ,
    Bu dərdin əlindən, qəmin əlindən.

    Allaha getməyə yolun da ola,
    Dərdini Allahla böləsən rahat.
    Ölüm də, əlinin altında ola,
    Ölmək istəyəndə öləsən rahat.

    Daş-qalaq eyləyin, susdurun məni,
    Gəlmərəm dünyaya, gəlmərəm bir də.
    Allahin yanında basdırın məni,
    Yatmağa həvəsim yoxdu qəbirdə

  • Elnur RƏSULOĞLU.”Məmməd Arazın” (Yeni şeir)

    elnurresuloglu

    Kədərə qərq edib Azərbaycanı
    Ağlatdı vəfatı Məmməd Arazın.
    Nə qədər dünya var yaşayacaqdır,
    Bitsə də, həyatı Məmməd Arazın.

    Fırçatək yaratdı min rəng qələmi.
    Mizrabtək yaratdı ahəng qələmi.
    Həqiqət uğrunda tüfəng qələmi,
    Söz oldu sursatı Məmməd Arazın.

    İti qələmiylə söz kəsarəti
    Qaldırdı ayağa xalqı, milləti.
    Fəxri təltiflər yox, xalq məhəbbəti
    Oldu mükafatı Məmməd Arazın.

    Bütün aləm nura boyanıb durur,
    Yatmış gözəl hislər oyanıb durur,
    Gözlərim önündə dayanıb durur
    Çəkiləndə adı Məmməd Arazın.

    Qəlbinin bəhəri sözləri oldu.
    Açılan səhəri sözləri oldu.
    Ölməz əsərləri, sözləri oldu
    Bizə amanatı Məmməd Arazın.

  • Elnur ABDİYEV.Yeni şeir

    1424259792_elnur

    Gecə Vətən dərdinə,
    Söykənib baş qoyuram.
    Səhər Vətən ağrısın,
    Ağrım bilib gözümdə,
    Mən qəlbən yuyunuram.
    Dərdlərim damla-damla,
    Süzülür,gözlərimdən,
    “Tanış olaq,oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki səsimi,
    Xocalının ahına,
    Qəlbimin sevgi adlı,
    Vətən qibləgahına,
    Yönəltmişəm nə vaxtdır?
    Bu mənəm ki elimdə,
    Soydaşlarım yuxulu,
    Düşmənlərim oyaqdır.
    Bizi səsləyir,Vətən,
    “Tanış olaq oxucum,
    Tanış olaq,bu mənəm!”
    Bu, mənəm ki sinəmin,
    Altında vurmur ürək,
    Onu döyündürməyə,
    Mübariztək ər gərək.
    Mübarizə yolunda,
    Mübarizlər gərəkdir.
    Tanış olaq oxucum,
    Mübariz nə deməkdir?
    Sadəcə yatmaq deyil,
    Bir az ayılmaq yetər,
    Mübarizlərdən doğur,
    Bütün mübarizələr.
    Vətən xəritəsinə,
    Gəl,yaxşı nəzər salaq,
    Mənlə deyil,oxucum,
    Vətənlə tanış olaq,
    Tanış olaq oxucum..

  • Debüt: Allahşükür AĞA (Saatlı rayonu).Yeni şeirlər

    1424249538_sekil

    Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ” adlı kitabların müəllifidir.DGTYB-nın üzvü, “Ocaq” qəzetinin bölgə müxbiridir.Hal-hazırda ixtisası üzrə öz rayonu olan Saatlıda Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.
    Gənc yazar Allahşükür Ağanın şerilərini təqdim edirik…

    Dönən deyiləm…..

    Məhəbbət məşəli yanır qəlbimdə,
    Gecə də, gündüz də sönən deyiləm….
    Min gözəl eşqini bəyan etsə də,
    Mən sənin eşqindən dönən deyiləm….

    Təsəlli ol mənə , barı təsəlli,
    Günahım sevməkmi, ey şəkər dilli?
    Eşqim, məhəbbətim gözümdən bəlli,
    Mən sənin eşqindən dönən deyiləm….

    İsti nəfəsinlə gəl, isit məni,
    İsidə bilmirsən, tap, üşüt məni.
    Harayıma hay ver, bir eşit məni,
    Mən sənin eşqindən dönən deyiləm….

    Dəyir xətrinə….

    Uşaq kimi dəymə–düşər olmusan,
    Adicə bir sözüm, dəyir xətrinə….
    Gözlərim gözünə elə bənd olub,
    Göz vuranda gözüm, dəyir xətrinə…

    Yandırıb yaxırsan sevəni qəsdən,
    Qısqanırsan hətta çiçəklərə sən,
    Günəşli günlərdə kölgəniydim mən,
    Yoxsa ayaq izim, dəyir xətrinə?

    Bu qədər insafsız olmaz ki, adam
    Görünür qəlbində hələ də yadam,
    Soyuq havalarda ocağam, odam,
    İsidəndə közüm, dəyir xətrinə….

    Xatirələr var….

    Xəyal aləminin tənhalıq quşu,
    Alaraq qoynuna apardı məni…
    Xəyallı dünyada qanad çalaraq,
    Saldı yaddaşıma olub keçəni….

    Gözümdə canlanır o illər mənim,
    Aradan ötsə də neçə qış, bahar..
    Qədrini bilmədim, bilmədim nədən,
    İndi o illərdən xatirələr var…..

    01..14..2015

  • Sadiq SALEH.Yeni şeir

    10754872_1513798758877123_2004902654_n

    Ey gül, eşidərkən gedişin qəmli küləklərdən,
    Bir ahu –nəva hasil olar göydə mələklərdən.

    Bir aşiqin əlbəttə ki, dövründə mənim qədri,
    Başı gözəlim çəkmədi ta dərd fələklərdən.

    Bülbüllərik əfqan edən hicrində ,əlamətdir,
    Qan yaşımızın rəngi,gülüm,bağda çiçəklərdən.

    Ya Məhdi zuhur etki düzəlsin bu fəna mülki,
    Ətrin gəlir hər bir açılan əldə,diləklərdən..

    Yox taqətim ey dil uzanıb əlləri zülm əhlin,
    Qeyrətləri yoxdur ki tutublar da bələklərdən..

    Zülm əhli qoparsa belə başları çiginlərdən,
    Saleh, qoparılmaz bu Hüseyn eşqi ürəklərdən.

  • Şəfa KAMİLLİ.” Sən necə unuda bilirsən məni?!” (Yeni şeir)

    sefaxanim

    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Gecəmdə, gündüzümdə,
    Hara baxsam gözümdə
    Sən varsan.
    Hər anımda, sən varsan,
    Min dəfə doğlub dünyay gəlsəmdə,
    Min dəfə bu dünyadan köçsəmdə,
    Qəlbimdə sevgin doğulub,
    Qəlbimdə sevgin ölərəm
    Amma düşünmə ki,
    Mən səni unuda bilərəm
    Sən mənim yuxusuz gecələrim,
    Yuxulu sabahlarımsan,
    Sən mənim sağalmaz yaram,
    Bitməz əzablarımsan
    Sən mənim arzum diləyimsən,
    Dünənim, bu günüm, gələcəyimsən,
    Hara baxsam bu dünyada
    Tək gördüyüm, görəcəyimsən.
    İndi mənə deyirsən ki,
    Deyirsən yaddaşım çox zəifləyib,
    Sən necə unuda bilmisən məni?
    Mən?
    Səni unutmaq?
    Səncə unuda bilmişəmmi?

  • Hikmət MƏLİKZADƏ.”Fikrim başayaqdır, duyğum ütüsüz” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Fikrim başayaqdır, duyğum ütüsüz,
    Nifrət bombasıyam ta mən Allahsız.
    Ürək qızdırmalı bir bəndə qalmıb,
    Ya Allah mənsizdir, ya mən Allahsız.

    …Sən kimsən, nazından öldüyüm adam?
    Tətiyə yönəlmiş barmaq kimisən.
    Sən də, a ürəyi qara daş qadın,
    Könül bulandıran qarmaq kimisən…

    Mən fəda elədim yolunda, nə var,
    Ağlama, gözünə yazığın gəlsin.
    Yüz baxış çürütdüm, bir demədin ki,
    Hayıfsan, özünə yazığın gəlsin.

  • Saqif QARATORPAQ.”Nəyi gözləyirsən susub bu qədər” (Yeni şeir)

    saqif muellim

    Nəyi gözləyirsən susub bu qədər,
    Bəs niyə demirsən qəlbindəkini?!
    Dolanıb dünyanı əlində çıraq
    Gəzib tapammazsan bir də bu günü…

    Hələ səninkidi bu vaxt,bu vədə;
    Hələ əlindədir bütün ixtiyar.
    Bu saxta qüruru tulla bir yana,
    Bu qapı,bu kilid,bax,bu da açar.

    Tanrı qədəminə düzüb bu yolu,
    Bəs niyə gedirsən ayrı yolla sən?
    Qanrılıb o yana-bu yana baxma,
    Dayanma,dəyişmə yolunu qəsdən.

    Həmişə ağlına qulaq asıbsan,
    Qəlbinin sözünə bax bircə dəfə.
    Taleyin payııdı bəlkə bu görüş,
    Bəlkə üzə gülür baxt bircə dəfə…

    Baş qoşma kimsənin məsləhətinə,
    Nə sən birincisən bu yolda,nə mən.
    Məhəbbət dənizdi-düşdün dayanma,
    Batıb gedəcəksən üzə bilməsən.

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib

    gem

    11 mart 2015-ci il tarixdə, saat 14 : 00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə AYB üzvü,Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhməd, AYB və DGTYB üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” İctimai Birliyinin sədri, gənc xanım yazar Günay Həsənli, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinin tələbəsi, gənc xanım yazar Gültən Qədirli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.Daha sonra isə sözü düzənlənən tədbirin bugünkü qonağı Elçin İsgəndərzadəyə verib.Tanınmış alim idə öz növbəsində yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin Rəhbərliyi başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
    Müxtəlif illərdə qələmə aldığı şeirlərindən tədbir iştirakçıları üçün səsləndirilib, ona ünvanlanan sualları cavablandırıb. Tədbirin gedişatında müxtəlif illərdə işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.”Türkün Türkçülük Dastanı” (Poema)

    10603255_706637782754308_673706837506198075_n

    Azerbaycan türkcesinden Türkiye türkcesine çeviren:

    Kamran MURQUZOV
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Kurucusu ve Çevirme bölümünün Baş editörü

    “Türk’ün Türkçülük Destanı”

    (Poema)

    Türk-Müslüman dünyasının kurulmasında ve toprak bütünlüğünün korunmasında zaman zaman kendi hökmdarlı borçlarını layıkıyla yapan Nuri Paşa’ya, Osman Gazi’ye, Ertuğrul beye ulu sayqılarla!

    “Türk’ün Türkçülük Destanı” yoğrulub gelir Turandan,
    Türkler yine ikna kalır Allah’la rehber “Kur’an” dan.
    Osman Gazi, Ortoğrulla meydanlarda cana gelip,
    Nuri Paşa at sırtında bak, Azerbaycan’a gelip.
    Meydanlarda döyüşməkçün ömrü boyunca er olmuşlar,
    Yağıyla meydanda bile halkına hüner olmuşlardır.
    Kalpleri yüzyıllardır coşup, taşıp çeşme gibi,
    Düşmanları meydanda da karşılayıp misafir gibi.
    Tarihlerin denemesinden yüzleri de beyaz çıxıbdı,
    Nuri Paşa, Osman Gazi-dözümlükdə dağ çıxıbdı.
    Kalbinde vatan özlemi, gözünde üzüntü olmuş,
    Meydanlarda tarih boyunca savaşı zafer olmuş.
    Şükür, yine zaferi tarih boyunca varaqlanıb,
    Nuri Paşa, Osman Gazi tarihlerden soraqlanıb.
    Turan adlı büyük yurdu sevibler göz yaşı kadar,
    Yiğitlikte kale olup yurdun, dağı, taşı kadar.
    Destanlardan tarihlere yaş gibi süzülüp gelip,
    Meydanlarda cəsrətçün toprağa dizip geldi.
    Karma düşmeyip yine yurtta Türk’ün yası, toyu,
    Canındadı, ruhundadı yiğitliği ömrü boyunca.
    Palan atın sırtında meydanda ruhu görmüşlerdir,
    Seve seve hak “Kuran” ı Adem’le Nuh’u görmüşlerdir.
    Kalbinde vatan özlemi yanaqdakı yaşa dönüp,
    Erenlikde dağlar gibi yurtta dağa, taşa dönüp.
    Bir zamanın diliminde candakı bir ruha hopub,
    Edirne’den, Erzincan’dan fırtına gibi bazen kopup.
    Osman Gazi, Ortoğrulla hükümdar-paşa olmuşlar,
    Vatan aşkı ile yanıp, bulutlar gibi dolublar.
    Vatanı darda qoymayıb meydanlarda döyüşüblər,
    Meydanlarda yağılarla yiğit gibi görüştüler.
    Toprağın uğruna yine tökübdülər al kanını,
    Tarih gibi yazıbdılar tarihine er canını.
    Kalbinde Allah kelimesi, dilinde Türk’ün sözüyle,
    Zengin tarihine dönüp sabaha bakan gözüyle.
    Kalbinde hasret dolusu inildeyen Lute gibi,
    Tarihini, geçmişini varaqlayıb kitap gibi,
    Ana yurdu seçmediler gözlerinin karasından,
    Kalplere süzülüp geldi taşlarının arasından,
    Feryat oldu, nale oldu zaman zaman, tarih boyunca,
    Dünya, hafızasında hatırla çok uludu Türk’ün soyu.

    ***

    Yunusumdan süzüldüler, Türk’ün Ana toprağında.
    Dastan olup dizildiler, Türk’ün Ana toprağında.
    Sultan Murad, Sultan Selim, toprağın kendim geleyim.
    Sıkıntıya göğüs gerim, Türk’ün Ana toprağında.
    Selam olsun erenlere, Şere göğüs gerenlere.
    Hakkı deyip, görenlere, Türk’ün Ana toprağında.
    Dağlar gibi çığlık çekim, Çələngimdən saray çekim,
    Hem güneş, hem de ay çekim, Türk’ün Ana toprağında.
    Bir ruh ile cana dönüm, Pıhtılaşan Gana dönüm.
    Zaman zamanla ana dönüm, Türk’ün Ana toprağında.
    Ertuğrul’u anayım, Osmanlı’nın gönlün alayım.
    Yunus gibi şair kalım, Türk’ün Ana toprağında.
    Mövlanamı atayım yada, Ömrüm de geçmesin bada.
    Türklere gelmesin yasak, Türk’ün Ana toprağında.
    Elenen bembeyaz kar olayım, Mevlam gibi bir tar olayım.
    Türklerime ben yar olayım, Türk’ün Ana toprağında.
    “Kuran” ı gözüm biliyorum, Türkleri tahammül biliyorum.
    Destanı kendim biliyorum, Türk’ün Ana toprağında.

    ***

    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Tarih boyunca meydanlarda hem feryat, hem çığlık oldun.
    Türk’ün şanlı tarihinde, doğan güneş, hem ay oldun.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Hem rusa, hem Ermeniye, ömrü boyunca baş eymedin.
    Silahsız birkaç yağının, kalbine de hiç dəymədin.
    Kareler kendisinde de, qəddi-kametin əymədin.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Kalbindeki özleminden, gözünün yaşı süzüldü.
    Türkiyəmi Qorumaqçün, senin tek erler dizildi.
    şükürler Ermeni, Rus’un, Yine dudağı büzüldü.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Erzincan’dan, Edirne’den, Ankara’dan, İstanbul’dan, –
    Büyük Türk’ün toprağından, zaman zaman yol gəlibsən.
    Azerbaycan toprağını koruyarak yağılar,
    meydanlarda erler gibi, yağının kalbin dəlibsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Səngərlədə silah gibi, Torpağımın gözündəsən.
    Dastan gibi yoğrularak, Türklərimin sözündəsən.
    Türk’ün şanlı varaqlanan, Tarihinde, özündəsən.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    Türkün öz yurdu gibi, ruhumdasan, canımdasan.
    Zaman zaman kalbim gibi, döyünürsən, yanımdasan.
    Türksün, Büyük Türk oğlusun, Allah diyen anımdasan.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    “İstiklal”, “Hürriyet” kelimesi,-Türklərimin ilk harayı.
    Sengerde silahlı erler, durup yurttan başka.
    Nuri Paşam-Türkler için, yurdumun güneşi, ayı.
    Zaman zaman Türk’ün oğlu, Nuri Paşam-ordum benim.
    “Azerbaycan!” Söyleyince, at sırtında kurdum benim.

    ***

    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Tarih boyunca Türklərimin, bak, hüneri destan oldu.
    Yanaqdakı gözün yaşı, hem düğünden, hem yasdan oldu.
    Dar gününde dayanak olan, toprağım dosttan oldu.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    “Allahuekber” derken, nurlu gözü dolup gelen.
    Vatanın özlemi için, içelim gibi solup gelen.
    Ertuğrul sonra büyük, Türk’ün olup gelen,
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Yıldırımlar torpağmda, siyah bulut gibi çakıyor.
    Kederi, qüssəsi kalbin, süzülüp gözünden akıyor.
    Tarih kendisi yigitliğe, bugün hayran hayran bakıyor.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Meydanlarda zafer için, yağıyla yüz yüze gelen.
    Yeni yeni sefer için, yağıyla yüz yüze gelen,
    Ordu-ordu sabah için, yağıyla yüz yüze gelen.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    Dağlar gibi, taşlar gibi, titrəməyəndə əsməyən.
    Kapanan Eski peymanı, tarih boyunca kesmeyen.
    Tarihin denemesinden da, yiğitler gibi küsməyən.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.

    ***

    Osman Gazi, Orhan Gazi,-Türk’ün hünərlik destanı.
    Osmanlı’dan başlar bak, Türk’ün hünərlik destanı.
    Osman Gazi, Orhan Gazi, yiğitlik hünerim benim.
    Osmanlı’yı koruyarak, Turanim kocam benim.
    Meydanlarda savaş oldu, yağılarla görüşme oldu.
    Zaferlerden ilham alıp, tarih kendisi hayran kalıp.
    Türklərimi her anıp,-Türk’ün hünerlik destanı.
    Candan cana hopub gelip, tufan olup, kopup gelip.
    Yaradan’ı bulup gelip,-Türk’ün hünerlik destanı.
    Yine ruhum, canım oldu, zaman zamanla anım oldu.
    Pıhtılaşan kanım oldu,-Türk’ün hünerlik destanı.

    ***

    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Osmanlı’yı düşününce, gözün yaşına dönüyorum.
    Erenlikde erler gibi, yurdun taşınabilir dönüyorum.
    Kah güzelin hünerine, kah kaşına dönüyorum.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Haray içsem, harayıma, dağlar kendisi kaçıp gider.
    Osman Gazi Türkiye’den, mezarını açıp gelir.
    Güneş kendisi şəfəqinlə, aydınlığa dönüp saçıp gelir.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Tarih kendisi hünərinə, ömrü boyunca şahit oldu.
    Osmanlı’da, Türkiye’de, toprak gibi birim olup.
    Şer yürürlüğe dersler geçen, tarih boyunca zahid olup.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Erenlikdə erler gibi, canım kadar aziz oldun!
    Toprağına bağlılıkta, kanım kadar aziz oldun!
    Hasret çeken, feryat çeken, anma kadar aziz oldun!
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    Meydanlarda zaferler, yurdum için zafer oldu.
    Mezarına baş çekmemek, benim için kader oldu.
    Allah’a şükür, yağının, umutları heder oldu.
    Ömrü boyu arşa ulaşan, feryadımla ahım benim,
    Osmanlı’da Türk’ün oğlu, Ertoğrulum şahım benim.

    ***

    Adına destan qoşdumsa, göz yaşına dönmeyimmi?!
    “Türkler var” diye coşdumsa, göz yaşına dönmeyimmi?!
    Yunus gibi süzüldümse, destan olup düzüldümse,
    Dudak gibi büzüldümse, göz yaşına dönmeyimmi?!
    Seni görünce ağladımsa, Allah bel bağladımsa,
    Fırat gibi çağladımsa, göz yaşına dönmeyimmi?
    Kanını kanım bildimse, canını canım bildimse,
    Ruhunu anm bildimse, göz yaşına dönmeyimmi?
    Gözüm nuru “Kur’an” dısa, Türkçülüyüm Turandısa,
    Vilayetim Arandısa, göz yaşına dönmeyimmi?

  • Gənc yazar Kənan Aydınoğlu ilə görüş keçirilib

    01

    02

    03

    04

    10 mart 2015-ci il tarixdə, saat 13:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbin Rəhbərliyinin təşkilatçılığı ilə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimi və şagird heyəti iştirak edib.Tədbiri giriş sözü ilə açan 197 saylı tam orta məktəbin direktor müavini Anar Alıyev ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Kənan Aydınoğlunun həyat və yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairin üzvü olduğu müxtəlif ədəbi dərnəklər haqqında məlumat verib.Daha sonra isə sözü Kənan Aydınoğluna verib.Düzənlənən tədbirin keçirilməsinin əsas səbəbkarı sevimli şair, gənc yazar Kənan Aydınoğlu ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu dilə gətirib.Son zamanlar yetişməkdə olan gənc nəslin nümayəndələrinin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Qədim Azərbaycan torpağında yaşayan azərbaycanlıların istedadlı bir xalq olduğunu xüsusilə diqqətə çatdırıb. O, həmçinin Çağdaş dönəmdə istedadlı gənc yazarların ədəbi mühitdə tanınmasının, müasir ədəbi prosesə cəlb edilməsinin, yazılarının müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunmasının, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi”nə üzv olmağın önəmli olmasından ürəkdolusu danışıb.
    Sonra məktəbin müəllim və şagird heyətinin ünvanladığı sualları cavablandırıb, müxtəlif illərdə qələmə aldığı şeirlərdən səsləndirib, böyük məmnunluq hissi ilə həmin tam orta məktəbin şagirdlərinin qələmə aldığı şeirləri dinləyərək, hər birinin istedadlı gənc yazar olduğunu bildirib, qarşıdakı illərdə müxtəlif çətinliklər qarşısında dözümlü və səbirli olmağı, öz iradələrini nümayiş etdirib yaradıcılıq imkanlarını genişləndirilmələrini tövsiyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl…” (Yeni şeir)

    sefa1-450x300

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə…

  • Ramil ƏHMƏD: Özüylə söhbəti…

    ramilehmed

    Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını bir yerə yığanda isə belə bir söhbət alındı:

    – Sənin təsəvvüründə şair obrazı necədir?
    – Bizdə daha çox sovet dönəmindən qalan pafoslu bir şair obrazı var: çox içən, əlindən siqareti əksik olmayan, ütüsüz köynəkli, üzü tüklü və sair. Şair deyəndə sakit bir küncə çəkilib davamlı mütaliə edən, yazan bir insan düşür yadıma. Yaxşı mətnin arxasında içki, siqaret yox, istedad, zəhmət, mütaliə dayanır. Əksinə, indi şairlər daha rasional, nizamlı olmalıdırlar. Çünki günümüzdə şeirin oxucusu azalmaqdadır. Gərək şair istər mövzu, istərsə də forma baxımından oxucunun diqqətini öz üzərinə çəkə bilsin.

    – İlham, istedad, zəhmət…
    – Çox yazmaq yox, yaxşı yazmaq. Kəmiyyət yox, keyfiyyət. Kitabım olsun deyə tez-bazar kitab çap eləmək yox, yaxşı bir iş ortalığa qoymaq. İlham pərisini gözləmək yox, qrafiklə işləmək, zəhmət. Mükafat iddiası yox, yaxşı mətn iddiası.

    – “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”…
    – Tez-tez özümdən soruşuram: kitablar ölürmü? Ölürsə, kitablar üçün də cənnət, cəhənnəm varmı? Bəlkə də… Amma hər insanın alın yazısı olduğu kimi, kitabların da öz həyatı, öz taleyi var. Onlar da insanlar kimi doğulurlar, ev-ev, ölkə-ölkə gəzirlər, kiminə dost, kiminə düşmən olurlar… Və sonda ya əbədi həyatla mükafatlandırılır, ya da tarixin tozlu bir küncünə atılırlar. Yaxşı kitablar həyatımızın bələdçiləri olurlar, yolumuzu aydınladırlar. Pis kitablar isə, sadəcə, vaxt itkisi…

    – Belə fikir var ki, ən çox satılan kitablar ədəbi dəyər baxımından əhəmiyyətsizdir, yüksək tirajla satılan əsərlər yalnız geniş kütlə üçündür.
    – Mən Ximenesin “şeir ucsuz-bucaqsız azlığa səslənməkdir” fikriylə razılaşır, istənilən cəmiyyətdə şeir kitablarının az oxunmasını qəbul edirəm. Nəsrdə isə oxucu daha çox kitabı sıxanda bir vedrə göz yaşı tökülən ucuz eşq macəralı, bütün mahiyyəti ancaq qatili tapmağa yönələn detektiv mövzulu mətnləri sevdiyini də anlayıram. Nə qədər satılmağın, əslində, mətnin dəyərinə elə bir təsir göstərmədiyini düşünürəm. Fikrimcə, pis kitabın çox satılması yox, çox satılanın bir növ ədəbi ölçüyə çevrilməsi daha təhlükəlidir.
    – Zamanın hökmü…
    – Bir çox şeylər zamandan, dövrdən asılıdır. Məsələn, hər nə qədər adı ətrafında mübahisələr olsa da, bəlkə də, Şekspir müasirimiz olsaydı, Hollivud filmləri üçün ssenari yazan biri olardı. Kim bilir…

    – Ədəbiyyat cəmiyyətin problemini qabartmalı, onu tərbiyələndirməli, doğru yol göstərməlidirmi?
    – Ədəbiyyatın üzərinə zorla bu cür missiyalar yükləmək doğru deyil. Biz üzərinə missiyalar qoyulmuş ədəbiyyatın halından da xəbərdarıq. Uzağa getməyək, Sovet dövründə yüz minlərlə tirajla nəşr olunan, o çağın gəncliyinin kult romanları, sevimli yazıçıları günümüzdə nə qədər tanınır və ən əsası həmin əsərlər ədəbiyyat tarixində nə qədər önəmlidirlər? Reallıq budur ki, nəinki zamanın sınağından çıxmaq, heç həmin əsərləri oxuyub üçdən-beşdən bir qiymət almağa məcbur olan tələbənin “sınağından” belə keçə bilmir. Vaxtilə Sovet ideologiyasına, o dönəmin oxucusuna hesablanan, ədəbi zövqdən başqa üzərinə hər cür missiya qoyulmuş əsərlərin ömrü də SSRİ-dən uzun olmadı…

    – Yazarın ən böyük istəyi nədir?
    – Hər bir yazar yazdığı kitabın onu yaşatmasını istəyir. Sözün hər iki mənasında; həm zamanın yaddaşında, həm də kitablarının qarşılığında normal qonorar alıb yaşamağı nəzərdə tuturam. Ədəbiyyat tarixində sağlığında tanınmayan, ağır həyat tərzi keçirən onlarla yazıçı, sənətkar adı saymaq olar. Ancaq kim deyə bilər ki, sahib olduğu dəyərli əşyaları satmaq, girov qoymaq, bu cür əzab-əziyyət çəkmək onların – təbii, mazoxistləri nəzərə almasaq – ürəyincə idi?!…

    – Sənət dünən və bu gün..
    – Çağdaş insan alim, şair, yazıçıdan daha çox şou əhlinin sözünə ehtiyac duyur. Günümüzdə insanlara sənətin, yoxsa televiziyanın, sosial şəbəkələrin daha çox təsir etməsi haqqında nəsə deməyə, məncə, lüzum yoxdur. Bütün bunları deməkdə məqsədim televiziya və interneti ittiham etmək deyil. Belə bir fikir var: uşaqlar valideynlərindən daha çox zəmanəsinə oxşayırlar. Bu gün isə bütün dəyərlərin bir-birinə qarışdığı, yaxşıyla-pisin, sivilizasiyayla-barbarlığın arasındakı sərhədin silindiyi bir dövrdür…

    – Bir az da ədəbi tənqid barəsində…
    – Birincisi, oxucunun ölçü meyarları başqadır, onu asanlıqla aldatmaq olar. Orta statistik oxucu daha çox pafosu yüksək qiymətləndirir, yalnız süjet arxasınca qaçır, əsərin strukturu, forması, dili onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir. İkincisi isə Dostoyevskini Baxtini və ya Puşkini Belinskinin gözüylə oxuyan oxucu əsərlərin dərin qatlarında gizlənənləri, fərqinə varmadığı mətləbləri daha yaxşı başa düşür. Dəyərlərin qorunması və böyük bir xaosun qarşısını almaq baxımından ədəbi tənqid vacibdir. İndi narahatlıq doğuran bircə sual qalır: ədəbi tənqid nə qədər sağlam və obyektivdir? Deyəsən, bu sualın qarşılığında çox az adamın nikbin cavabı var. Bəziləri üçün ədəbi tənqid və tənqidçi öz funksiyasını, missiyasını bitirmiş sayılır. Məncə, ədəbi tənqidi lazımsız bir iş kimi qəbul etmək insafsızlıq olardı. Hansısa bir əsər haqqında nə qədər çox yazılsa, bu, həmin əsərin uğuru deməkdir. Çünki hər kəs mətnə öz yozumunu verir, hər kəs mətnin fərqli-fərqli tərəflərinə fokuslanır. Müasir estetikaya görə isə yaxşı əsərlər çoxqatlı olmalıdır və bir mətnin nə qədər çox yozumu, şərhi varsa, bu, müəllifin uğurudur.

    – Müharibədə itirdiklərimiz və qazandıqlarımız….
    – Yəqin, nikbinliyimizdən irəli gəlir ki, itkilərimizə yox, qazanclarımıza fokuslanırıq. Müharibə olmasaydı, bu gün heyranlıqla izlədiyimiz filmlərin, rəsmlərin, zövqlə oxuduğumuz mətnlərin bir çoxu olmayacaqdı. Bilirəm, indi belə bir sual yaranır: qazandıqlarımızla itirdiklərimizi kompensasiya edə bilərikmi? Mənə görə, hansısa bir filmi bu gözlə izləmək, mətnə bu tərzdə yanaşmaq, hər əsərdə özünü axtarmaq doğru deyil. Bu yerdə Milan Kunderanın xoşuma gələn bir fikrini sizinlə bölüşürəm: “Kafkanın əsərini başa düşmək üçün onu roman kimi oxumaq lazımdır”. Biz yaranan əsərləri müharibədə itirdiklərimizlə, şəxsi faciəmizlə ölçsək, çox ucuz görünəcək. Amma bu sənətdir və o, bizim yaşantılarımız, itirdiklərimizlə yox, konkret meyarlarla, ölçülərlə dəyərləndirilir.

    – Nə üçün insanlar çox asanlıqla müharibə isteriyasına qapılırlar?
    – Freyd, Eynşteynə yazdığı məktubunda insanı nifrət və dağıdıcı instinktin müharibəyə sövq etdiyini vurğulayır və belə bir sual verir: “Məncə, biz müharibəyə ona görə nifrət edirik ki, təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik?” Yaxşı sualdır. Və nə yaxşı ki, ömür vəfa elədi, əgər İkinci dünya müharibəsinin başlaması iyirmi iki gün geciksəydi, Freyd bu sualın cavabını tapa bilməyəcəkdi. Görünür, hər işdə bir xeyir var…

    … və şeirləri

    AMERİKA

    Hər qadın bədəni
    kişi üçün yeni bir qitə…
    Kəşf edilir;
    aza-aza, keçə-keçə,
    üzə-üzə, öpə-öpə…
    Bütün kişilər Kolumbdu, bəlkə?
    Sevgi inanmaqdı
    ömrün sonuna qədər,
    ömrün sonuna qədər
    Amerikanı Hindistan bilməkdi.

    QIRMIZI

    naməlum bir ölü tapılanda
    gecə saatlarında,
    polis maşınının
    yanıb-sönən mavi işıqları altında
    protokola yazılmışdı
    mərhumun günahı:
    göydələnin damındakı
    antenin qırmızı işığından keçib
    və çox sevirmiş, çoooox…

    SEVGİNİN ZAMANI

    Sevginin üç zamanı var:
    darıxmaq, ayrılmaq və unutmaq.

    Əslində,
    biz özümüzü tanımaq üçün sevirik –
    necə sevdiyimizi,
    necə darıxdığımızı,
    necə ayrıldığımızı,
    necə unutduğumuz bilmək üçün…

    NİKBİNLİK

    Yolmayın,
    çobanyastığının günahsız ləçəklərini,
    Yormayın eyni suallarla onu:
    – Sevir, sevmir…

    Cavabını bildiyiniz sualları
    başqasından soruşmayın.
    Çiçəklər uşaqlar kimidir,
    yalan danışa bilməzlər…

    Göndərməyin parabüzənləri
    sevdiyinizin arxasınca,
    düşünün.
    Bəlkə də,
    barmağınızın ucundakı böcək
    elə sizi aparmaq üçün gəlmiş…

    O

    Bu qədər sevgilərin içində
    elə bil kiminsə sevgisi itkin düşüb.
    Bu qədər səsin içində hansısa bir doğma səs yox.
    Bu qədər adamın arasında kimsə çatmır.
    Əslində, bu qədər sevgilər, səslər, adamlar artıqdı.
    İndi bizə lazım olan
    sevginin, səsin, adamın sonuncu parçasıdı.
    Və xoşbəxtliyə bircə hərf çatmır – o…

    GÜNƏŞ

    Hərəni öz eşqi boyda göyə çevirir Allah!
    (Vaqif Bayatlı Odər)

    Bir boşluq ki içində
    heç dolmur…
    Boşluqlarla dolusan indi.
    Bir kədərə hamiləsən ki
    doğulmur illərdi,
    İçində böyüdərsən kədər balanı,
    Tanrı ruh üfürməz.

    Gülüşü kədərinə,
    sözləri sükutuna uduzan adam,
    uduzduqca hər gün özünə,
    baxıb, baxıb göy üzünə
    soruşar: niyə?
    Niyə, İlahi,
    hamıdan gücsüzəm,
    hamıdan zəif?

    Sanma özünü kimsəsiz,
    O, səndən xəbərsiz, səssiz,
    oturub öz taxtında,
    hamını öz vaxtında
    gözləyər göy üzündə.

    Ağrıdığın,
    ağladığın qədərsən…
    Nə qədər ki,
    göy üzündən
    minlərlə gözlər baxır,
    Nə qədər ki,
    O var, qorxma,
    ölməzsən, ölməzsən…

    Hesabla,
    ömrün boyu Günəşə
    nə qədər baxdın doyunca?

    Zəngli saatın
    səni hər səhər
    işə, dərsə, görüşə
    getməyin üçün oyandırdı.
    Heç Günəşi qarşılamaq üçün
    çaldımı zəngli saatın?
    Günəşi görmək üçün oyandınmı?

    Ömründə bircə yol
    iş üçün yox,
    dərs üçün yox
    günəşi görmək üçün,
    yaşamaq üçün olsa
    gözlərinin ilk açılışı,
    sevsən adamları,
    dünyanı,
    ağacları,
    günəşi,
    yağışı,
    onda hamıdan,
    hamıdan güclü olacaqsan!

    BİR ÇAY QAŞIĞI ÜMİD

    Hava proqnozundakı
    qısa ətəkli aparıcı
    üşümədən dedi ki,
    Somaliyə qar yağacaq…

    Görəsən,
    oradakı uşaqların ürəyindən
    qartopu oynamaq keçirmi?
    “Somali qutusu”na atılan
    qara qəpiklər
    onları ağ günə çıxardarmı?
    Somali üçün nitq söyləyənlər
    onlar üçün bircə gün ac qalarmı?

    Bir uşaq
    oturub yol kənarında,
    həyatla ölüm arasında.
    Həyatla ölüm arasında
    bir stəkan su,
    bir dilim çörək
    qədər məsafə…

    Xəyalları ilə oynayır uşaq,
    amma xəyalına belə gəlmir
    NTV-də italyan salatının hazırlanması:
    Holland pendiri – 200qr.
    Bolqar bibəri.
    Şüyüd.
    Reyhan.
    Zeytun.
    Mayonez.

    Afrika salatının resepti həmişə eynidir:
    BİR damcı göz yaşı.
    Vitamin A.
    Bir DAMCI göz yaşı.
    Vitamin B.
    Bir damcı GÖZ yaşı.
    Vitamin C.
    Bir damcı göz YAŞI.
    Kalsium.
    Bir çay qaşığı da ÜMİD…

    Bilmirsiniz,
    neçə dərəcə soyuq var Somalidə?..

  • Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib

    ramilehmed

    3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Gənc Ədiblər Məktəbi”nin məsul katibi, gənc yazar Emin Piri, DGTYB Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İbrahim İlyaslı, DGTYB və AYB üzvü, gənc xanım yazar Şəfa Valiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Günay Həsənli, DGTYB Yönətim Kurulunun üzvü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc yazar Ramil Əhmədin həm özü, həm də yeni işıq üzü görmüş kitabı haqqında məlumat verib.Daha sonra Xəyal Rza rəhbəri olduğu aybkitab layihəsi çərçivəsində işıq üzü görən kitablar haqqında ürəkdolusu danışıb, gənc yazara yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin səbəbkarı gənc yazar Ramil Əhməd yaradılan şəraitə görə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)

    234435423665547648

    Elə istəyirəm qığılcım axsın,
    Parlasın, gözümün yaşı yerinə.
    Çiynim bu dünyanın yükü altında,
    Əzilib getməsin boşu yerinə.

    Elə istəyirəm küləklər əssin,
    Çiçəklər dayansın dodaq-dodağa.
    Bu öpüş qanadlı mələyə dönsün,
    Aparsın məndən də məni uzağa.

    Elə istəyirəm nağıl danışsın,
    Hər gecəm, gündüzü yatırmaq üçün.
    Sinəmdə doğulmuş, körpə arzumu,
    Qızılgül içinə batırmaq üçün.

    Elə istəyirəm buludlar kimi,
    Ağlayım, quruyan dodaqlar üstə.
    Baharda ağacda tumurcuqlayım,
    Gizlin-gizlin açım budaqlar üstə.

    Elə istəyirəm torpaq ağlayım,
    Tökülsün gözümdən torpaq adamlar.
    İçimdə göyərən, içimdə ölən,
    Bir- bir yerə ensin yarpaq adamlar.

    Elə istəyirəm torpaqdan bitim,
    Yeriyim, yeriyim uzanım göyə.
    İçimdə göyərən, içimdə ölən,
    Yarpaq adam kimi ölməyim deyə.

  • Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Baxıram ürəyim ağrıyır yaman
    başımı alıbdır qatı bir duman
    sabaha olsaydı inanki güman
    səni sevmək üçün gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Kaş əlindən tutub yürüyə bilsəm
    kaş ki, həsrətini unuda bilsəm
    gütdiyin yolları geriyə dönsən
    səni görmək üçün çıxıb yollara
    qaçardım arxanca sonsuz xülyaya…

    Ruhum səni gəzir dağda , aranda
    kimə nə söyləyim səni soranda ?
    hisslərim dəli tək məni boğanda
    tutardım əlindən gedib röyaya
    qaçardım arxanca sonsuz xülyaya…

    Nə yaxşı sevmişəm səni əzizim
    nə qədər taqət var yorulmaz dizim
    dünyada ən gözəl bu sevgimizin
    sarıb isti- isti bərk- bərk yorğana
    səni aparadım şirin xülyama…

    Səni gördüyüm gün ən gözəl günüm
    həyatım, varlığım, inan hərşeyim
    Fidan sənin üçün bəlkə taleyin
    verdiyi bir paysa gəlib dünyaya
    qaçardım arxanca sonsuz xülyaya…

  • Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)

    sefa1-450x300

    Baxışında qar donub,
    Gözümdən yağış yağır.
    Xatirəylə ovunub,
    Günüm yolundan çıxır…

    Daha mənə söyləmə,
    Gün çıxacaq nağılı…
    Bilmirsənsə, öyrətmə
    Unutmağa ağılı…

    Soyuqluğun öyrədib,
    Ömrün qışı hardadır…
    Kirpiklərin gizlədib,
    Baxışında qardadır…

  • Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)

    1423756700_sefa-xanim

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər

    1425097377_11006139_657467767712978_2018236402_n

    Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir.

    GÜNAHSIZ ”QATİL”

    Kimsəsizlər adasına yola saldım düşüncələrimi,
    Uzaqlaşdırmaq istədim mənim olan dünəni,
    Köksünə xəncər sancıb ölümünə bais olduğum
    Xatirələrimin yasını tutdum sonra.
    Gözlərimdə məzar qazdım ,
    Elə oradaca dəfn etməkçün illərin əzabını.
    Gözdən iraq olsa könüldən də uzaq düşəcəyi qorxusu vardı.
    Bəlkə də qəlbimdə.
    Fərqinə varmırdım bəzən davranışlarımın,
    Gah öldürüb, gah diriltmək istəyirdim hisslərimi.
    Axı sevginin mərhəməti qürurundan çox olur.
    Hisslərimin kölgəsiydim mən də əslində
    Hara getsə aparırdı məni də.
    Cinayətkar həbsə məhkum olmalıdır.
    Mənimsə cəzamı verən olmadı.
    Qatil idim mən də.
    Fəqət günahsız” qatil”.
    Məhkumlar başqalarına əzab verənlərdir.
    Mənsə içimdəki insanı öldürmüşdüm
    Xatirələrimin ölümünə səbəb olarkən…

    METAFORA

    Bu gün ilhama gəlib,
    Şeir yazır buludlar,
    Qüssə adlı nəğməni
    İfa edir ağaclar.
    Ürək neftsiz, benzinsiz,
    Qəmindən, kədərindən
    Od tutub hey alışar.
    Dalğalar aği deyib,
    Dənizini qucaqlar.
    Bir başqadir ,elə bil,
    Bu gün çilğin təbiət.
    Solub üzü, bənizi,
    Dəyişib əski səsi.
    Dünyaya vida edib,
    Gedib sanki əzizi.
    Göy üzündən ələnir,
    Hər yerə səpələnir,
    Sonra da heçə dönür.
    Qəmli- qəmli yağışlar

  • Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir

    11015859_1571129903127579_1875483957_n

    Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai fəaliyyətinə və liderliyinə görə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşdür.2014-cü ildə bakalvr pilləsini tamamlayaraq,Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində magistraturasına qəbul olmuşdur.2015-ci ildən yeni yaradılan Azərbaycan Tələbə Yazarlar Birliyini sədridir.

    ***

    İçimdə təşviş var,
    Elə yorulmuşam bu axtarışdan.
    Çox uzaq ulduztək
    yaxın ol mənə.
    Yaxınlıq görünər uzaqlığında…
    Yoxsa ki, yoxsa ki…
    Sayım saat-saat sənsizliyimi…
    Unudub özümü haraya gedim?!
    Bircə əlacım var,
    Elə bu gecə…
    Saydıqca yorulub yuxuya gedim.
    Aparsın ovcunda məni ta yuxu,
    Hardasa,hardasa sən olan yerə…
    Nə bilim…
    bəlkə də daha qar yağıb,
    Sənin sinəndəki mən olan yerə…
    Səni axtarıram son ulduzumda,
    Deyirəm sonumda bəlkə “SƏN”im var…

  • Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)

    1423890042_pic

    Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir götür” məsləhətinə qulaq asmadığım üçün də peşmançılıq keçirirdim içimdə. Amma onsuzda istifadə etməyəcəyimi bilirəm axı… Yayda eynək, yağışda da çətir istifadə etmək heç adətim deyil. Eynəkdən istifadə etməməyimin səbəbi hər şeyi öz rəngində görmək marağımdır. Günəşi də, dənizi də, ağacı da, bir sözlə hər şeyi öz rəngində görmək istəyirəm. Bəlkə də bu, bir çoxları üçün mənasız bir istək kimi görünə bilər, amma neyləyim, sevmirəm süni boyanı. Çətir isə uşaqlıqdan heç sevmədiyim bir əşya olub. Uşaq vaxtı yağışı çox sevirdim, yağış yağarkən həyətə, yağışın altına qaçmağa can atırdım. Elə indi də yağışa olan sevgim qalıb, amma indi yağışın altında olmaqdansa, ona kənardan, məsələn, evimizin balkonundan, ya da pəncərədən baxmağı daha üstün tuturam. Nə isə…
    Yağışın altında metroya doğru qaçarkən gurultulu alqış səsi məni dayanmağa məcbur etdi. Gözümün altından səs gələn tərəfə doğru baxanda yolun o biri tayında bir binanın qarşısına yığılmış insan ordusu diqqətimi cəlb etdi. Görəsən, bu camaatı bu soyuq havada ora yığışmağa vadar edən səbəb nə ola bilərdi? Bu sualın cavabı yağışdan da, soyuqdan da, evə gecikmək qorxusundan da daha vacib idi. Məhz bunu öyrənmək üçün istiqamətimi dəyişib həmin izdihama doğru getməyə başladım. Bu dəfə addımlarımı daha sürətli atır, tez bir zamanda oraya çatmağa çalışırdım. Eee, bu maşınlar da imkan verir ki… Piyadanın yolunda da piyadaya imkan vermirlər…
    İzdihama yaxınlaşarkən səslər daha aydın seçilməyə başlayırdı. Deyəsən, kimsə danışırdı… Yaxınlaşdım… Boyum balaca olduğundan heç bir şey seçə bilmirdim. İnsanlardan üzr istəyə-istəyə izdihamın ortasına doğru irəlilədim. Məni süzən əsəbi baxışları, dalımca deyinən insanları görsəm də fikir vermədən irəliləyirdim. Neyləyim, görmürəm axı…
    Axır ki, səhnəni görə biləcəyim rahat bir yer seçdim özümə… İndi görək nələr olur…
    Səhnənin ortasında bir tribuna qoyulmuşdu. Tribunanın arxasında əlində mikrofon tutan 45-50 yaşlarında bir kişi danışırdı, daha doğrusu, demək istədiklərini qarşısındakı vərəqdən oxuyurdu. Bu mənzərəni görəndə bir fikir məni götürdü: görəsən, vərəqdəkiləri özü yazmışdı, yoxsa kiməsə yazdırmışdı? Nə isə, bundan mənə nə… Kişinin görünüşü çox səliqəli idi. Qara kostyum, ağ köynək geyinmişdi. Köynəyin düymələrini axıra qədər düymələmiş, üstündən də qara rəngli qalstuk taxmışdı. Geyimi səliqəli olsa da, qabağa çıxan qarnı bu səliqəyə xələl gətirirdi. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, bu qarnı olmasaydı, heç olmasa biraz bundan balaca olsaydı necə gözəl olardı, yaşından da daha cavan görünə bilərdi… Nə isə, əsas məsələ onun görünüşü, səliqəsi yox, danışdıqlarında idi:
    -Əziz seçicilərim (hə, deməli bu adam nəyəsə namizəd imiş), mən artıq bir dəfə sizinlə görüşmüşəm. Məramım, məqsədim və saf niyyətim sizin hər birinizə artıq məlumdur…
    Saf niyyət? Söhbət deyəsən, komediyaya doğru inkişaf edir axı… Gözləyək, görək, axırı necə olacaq.
    – Bu gün də buraya toplaşmağımızın əsas məqsədi həm sizinlə səmimi münasibət yaratmaq, həm də sizə şən saatlar bəxş etməkdir. Mənim bütün həyatım boyu tək məramım olub:vətənimə, xalqıma namusumla, vicdanımla xidmət etmək! Bu gün Ulu Tanrım mənə bu məramımı daha gözəl bir şəkildə həyata keçirmək üçün bir şans verib. Əgər siz də mənə bu şansı versəniz əminəm ki, peşman olmayacaqsınız. Mən vəzifəm müddətincə sizinlə sıx-sıx görüşlər keçirəcək, sizin problemlərinizə qulaq asacaq və bu problemləri aradan qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Mən vəkili olduğum bu millətin səsini dövlətimizdə duyuracağam. Bundan sonrakı illər ərzindəsizin həyat səviyyənizi maksimuma, problemlərinizi isə minimuma çatdırmaq üçün dayanmadan işləyəcəyəm…
    “Namizəd” sözünü buraya çatdıranda gurultulu alqış sədaları qalxdı. Təəccüblə ətrafıma baxanda hər kəsin üzündə bir sevinc, bir razılıq ifadəsi gördüm. Elə bil danışan adam verdiyi vədləri elə indicə həyata keçirmiş, xalqın bütün dərd-sərini aradan qaldırmışdı. Bu insanlar nəyə bu qədər sevinirdilər, görəsən? Axı bu danışılanların quru vədlərdən başqa bir şey olmadığını bilməli idilər. Bəlkə də mən səhv etmişəm düşünərək yenidən fikrimi həmin namizədin danışığında cəmləşdirməyə çalışdım:
    – Əziz həmvətənlərim, mən bir çoxları kimi sizə yalançı vədlər vermək fikrindən çox uzağam. Sizə verə biləcəyim tək söz ondan ibarətdir ki, əgər məni seçsəniz, mənə etibar etsəniz sizin etibarınıza layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Eşq olsun Azərbaycan xalqına!!!
    Yenə də gurultulu alqışlar qopdu. Danışan adam bir neçə saniyə fəxrlə, qürurla izdihamı seyr edib möhtəşəm bir ədayla səhnədən enmək üçün pilləkənlərə doğru addımladı. Bu yerişdə elə bir əda var idi ki, elə bil artıq
    seçilib xalqın vəkilliyi vəzifəsini öz öhdəsinə götürmüşdü…
    Elə o səhnədən enmişdi ki, açıq-saçıq geyimli, yaşı 60-ı keçmiş, ancaq hələ də özünü cavan qız kimi aparmaqdan utanmayan müğənni qadın oynaq bir mahnının sədaları altında özünü səhnəyə atdı. Onu görərkən düşündüyüm ilk şey bu oldu ki, görəsən, bu soyuqda bu cür açıq paltarda üşümür? Səhnəyə çıxmağı ilə də heç sevmədiyim bir ifadəni işlətməsi bir oldu:
    – Əlləri görmürəm…
    Elə bu sözə bənd imiş kimi bütün millət başladı gurhagur əl çalmağa. Qadın isə açıqda qoyduğu sallaq qarnını oynada – oynada oxumağa, daha doğrusu, diskdə oxuyan mahnını ağız hərəkətləri ilə göstərməyə başladı. Camaat bir coşmuşdu ki, getdikcə daha da qəzəblə yağan yağışı, qılınc kimi kəskin soyuğu bilə hiss etmirmiş kimi hamı yerində rəqs edirdi. Onlara baxdıqca həm acıyır, həm də həsəd aparırdım. Yəni, bir milləti iki yağlı söz, bir oynaq mahnı ilə aldatmaq bu qədər mi asandı? Elə bu vaxt telefonumun cibimdə titrədiyini hiss etdim. Tez telefonumu çıxarıb baxdım, ekranda anamın adı və nömrəsi yazılmışdı. Ekranın yuxarı hissəsində “cavabsız zənglər” işarəsi də var idi. Allah bilir neçə dəfə zəng edib, eşitməmişəm. Tələsik zəngi açdım, amma bu səs-küydə səsini eşidə bilərəmmi əmin deyiləm:
    -Alo…
    Telefonun o biri başından nə isə xırıltılı səs gəldi. Əvvəlcədən zənn etdiyim kimi bu qədər qarışıqlığın içərisində anamın səsini eşitmək mümkün olmurdu. Onun nə dediyini eşitmədən onun məni eşidib anladığına ümid edərək dedim:
    -Ana, mən sənin səsini eşitmirəm. Amma narahat olma, burada bir tədbir var, ona görə gecikirəm. Indi çıxıram burdan, bir saata evdə olaram. Hələlik.
    Bunu deyib cavab gözləmədən telefonu söndürdüm. Onsuzda onun səsini eşidə bilmirdim axı…
    Anamın zənginə cavab verəndə bir tərəfdən də fikrim səhnədəki müğənnidə, onun hərəkətlərində idi. Zalım qızı Azərbaycan dilində elə bir cümlə bilirmiş kimi tək bir cülməni təkrarlıya -təkrarlıya durmuşdu:
    -Əlləri görmürəm… Eşq olsun Azərbaycan xalqına!..
    Artıq bu komediyaya dözə bilməyəcəyimi düşünərək oradan uzaqlaşmağa qərar verdim. Gördüyüm bu mənzərə onsuzda yerində olmayan əsəblərimi daha da korlamışdı. Sürətli addımlarla oradan uzaqlaşmağa, daha doğrusu qaçmağa başladım. Oradan uzaqlaşdıqca səs də arxamda qalır, mənim sürətimə çata bilmirdi. Lakin səhnəyə çıxan hər kəsin dilində əzbərə çevrilmiş o cümlə qeyri-ixtiyari mənim də dodaqlarımdan süzülürdü:
    -Eşq olsun Azərbaycan xalqına!!!
    Əlbəttə, sizin kimilərin sözünə hələ də inanan, etibar edən bu saf niyyətli xalqa EŞQ OLSUN!!!
    Yağış isə hələ də yağmağa davam edirdi. Ancaq bu dəfə sanki məni sakitləşdirmək, təskin etmək istərcəsinə daha aramla, daha mülayim.

  • Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir

    1423889445_esmer

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA

    (Z.Yaqubun eyniadlı şeirinə…)

    Gəlmədim hər kəsə yar demək üçün,
    Gülmədim sevənənar demək üçün,
    Sevmədim sevgilim var demək üçün,
    Bu sevgim çatıbdır ulduza, aya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Soruşma halımı, kədərlənərsən.
    Bəlkə də ağlarsan, bəlkə gülərsən.
    Məndən də dəli tək sevən görərsən.
    Bu da bir sübutdur yalan xülyaya
    Səni sevmək üçün gəldim dünyaya.

    Yoluma qar düşdü, şaxta buz saldı
    Qar dedim, buz dedim, qalanlar qaldı
    Mane olanlarım hey fürsət aldı
    Əldə qalanım da getdilər zaya,
    Səni sevmək üçün gəldim dünyaya.

    Dərdimi çəkənlər dərd oldu mənə.
    Mümkünmü sevən kəs sözündən dönə
    Demişəm sözümü, deyirəm yene.
    Baş getdi səcdəyə, dilim duaya.
    Səni sevmək üçün gəldim dünyaya.

  • Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər

    1425096966_ulkerxanim

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Allahım sən alma bu gözəlliyi

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər

    1425096609_10930950_824311900945041_1211605298913058029_n

    Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub.
    Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    AĞACINDAN

    Kimsəyə güvənim, etibarım yox
    Alıb asıbdılar dar ağacından.
    Şərəfi, isməti, xasiyyətini
    Töküblər zamanla ar ağacından.

    Bu gün bir səs, sabah bir səs duyulur,
    Yalanlar içində içim oyulur.
    Ümidlərim ürəyimdən soyulur-
    Güllə bağlayırlar xar ağacından.

    Zamanımı, gənc çağımı aldılar,
    Şeytan kimi xəyalıma daldılar.
    Arzularmı yarı yolda saldılar,
    Məni ayırdılar yar ağacından.

    Bəxtim əzrayılın əlinə keçib,
    Dünyanın nahaqqı səbrimi biçib.
    Sevdiyim sandığım qanımı içib,
    Yıxıb baş-aşağı bar ağacından.

    MƏHƏBBƏT

    Eşqə, məhəbbətə əsir düşmüşəm
    Ağıldan, kamaldan didərginəm mən.
    Bütün varlığımla yanıb-bişmişəm
    Məni boran-qar da soyutmur, nədən?

    Ilahi, ürəyim necə can çəkir!
    Zalım rəssam gözlərimə qan çəkir.
    Sevincdən, nəşədən məni yan çəkir,
    Vüsalın ruhunu unudub bədən.

    Ülviyyətin, səadətin yoxdusa,
    Kimə gərək, ədalətin yoxdusa?
    Sevənlərə məhəbbətin yoxdusa
    Məhəbbət, özünü harda gəzərsən?!

    AĞLADI

    Səni andım, ruhum səni səslədi,
    Könlüm yorğun düşdü, gözüm ağladı.
    Hicranı qəlbimdən şeirlə aldım
    Sevən könüllərdə sözüm ağladı.

    Vüsalı gözlədim yol qırağında,
    Ayrılıq dən oldu eşq darağında.
    Çökdüm dizim üstə yar sorağında
    Yollar susqun qaldı, dizim ağladı.

    Gəzdim bağça-bağı, çölü-çəməni,
    Soruşdum daşlardan, çiçəkdən səni.
    Yordu sənsizliyin kədəri məni
    Geridə qoyduğum izim ağladı.

    GƏL GÖRÜŞƏK

    Gəl görüşək, ay bənizlim,
    Bu dünyanın o üzündə.
    Adət etsin bizi gəzsin,
    El məhəbbət dənizində.

    Burda sevib sevilən yox,
    Sol kürəkdən çırpılır ox.
    Sevilməyi istəyən çox,
    Amma sevgi yox gözündə.

    Bir yurd salaq burdan uzaq,
    Sevgimizə dastan yozaq,
    Nəğmə qoşaq, şeir yazaq
    Qalsın bizdən eşq izində.

  • Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”

    Qafqaz Əvəzoğlu

    Yurd-yuvamda keçirtdiyim hər günüm,
    Ötüşən il, ay yadıma düşübdü!
    Bir səs olcaq ayağından başacan,
    Kəndə düşən hay yadıma düşübdü!

    İşdən-gücdən yorğun-arğın qayıdıb,
    Dincələrdik körpələri oynadıb.
    Qapımızda samavarı qaynadıb,
    Dəmlədiyim çay yadıma düşübdü!

    Neçə vaxtdı bir dərd əyib qəddimi,
    Bölə bilmir köhnə qonşum dərdimi.
    Düşünürəm viran qalan kəndimi,
    Başdan-başa tey yadıma düşübdü!

    Demə orda yaşamışıq bəy kimi,
    İndi burda dolaşırıq səy kimi…
    El yığışıb götürdüyü toy kimi,
    Qapımdakı vay yadıma düşübdü!

    Ov etdiyim dərələrdə hənirti,
    Kol dibindən qopartdığım göyərti,
    Hərlədiyim yeddi nömür kərənti,
    Qatladığım lay yadıma düşübdü!

    Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
    Hardan alım Qoç Nəbini, Həcəri?!
    Göz yaşımdı Bərgüşadla Həkəri,
    Baş vurduğum çay yadıma düşübdü!

    Kəndimizdə “toybaşı”ydı üç nəfər,
    Həsənalı, Həsənqərə, Qəzənfər…
    Qara zurna nazlanardı bəxtəvər,
    O “Yallı”lı toy yadıma düşübdü!

    Gül açmadı ta Qafqazın dediyi,
    Zəhər oldu neçə vaxtdı yediyi…
    Qonşuların qonşulara verdiyi,
    Göndərdiyi pay yadıma düşübdü!!

  • Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”

    Rafiq Oday foto

    «Gəl gör mənə eşq neylədi»
    Yunis İmrə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarısı var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?

  • Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)

    saqif muellim

    Zalım,mən ha demədim
    Başa çəkək bu dərdi.
    Əlim ətəkdən uzun…
    Haşa! Çəkək bu dərdi.

    Ağla,bu gülə ağla,
    Dən düşən telə ağla.
    Oda yan,külə ağla,
    Yaşa… çəkək bu dərdi.

    Əlimdə eşqin camı,
    Süzmüşəm göz yaşıımı.
    Görsən ki dönüb hamı
    Daşa,çəkək bu dərdi…

  • Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Bezib şeytan yazıq təsbeh öpməkdən,
    Gəzib ömrü boyu səfil, qocalıb.
    O qıza deyin ki, güzgüyə baxsın,
    Yoxsa elə bilər qəfil qocalıb.

    Çoxunun İlahə sandığı qızı,
    Bir göz qırpımında gəzib, atırıq.
    Bir parça kağızdır arzular sanki,
    Elə ki, dəmləndik, əzib atırıq.

    Bilmirdin, yol güdən özünü güdür?
    Nəyini sevmişdin dəli Kərimin?
    Çəkil, kainatı sahmana salım,
    Yeri behişt olsun Əli Kərimin……

  • Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)

    1409288674_13314_src-300x207

    Dağın arxasında məst olub Günəş,
    Süzür gözlərini qürub saatı.
    Çarmıxa çəkilən yol ayrıcında,-
    Ürəyim döyünən qərib saatı.

    Bir eşq ünvanı tək saata baxdın.
    Könlümdə çağladın,gözümdə çaxdın.
    Əqrəblər nazıyla oynayır vaxtın,
    Kim belə divanə görüb saatı?!

    Gözlərim diksindi saat səsinə,
    Uzaqda bəlkə bir nəğmə isinə.
    Sən allah,qulaq ver zənguləsinə,-
    Gör, zalım nə gözəl qurub saatı!

  • Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Baxdı neçə-neçə şeirlərimə,
    İstədi don biçə şeirlərimə,
    Köçdü küçə-küçə şeirlərimə,
    Mənim küçələrim üşümür daha…

    Bu yükə toxunma, daşıyan mənəm,
    Bax, ölüb-dirilən, yaşayan mənəm,
    Nə yaxşı, elə tək üşüyən mənəm…
    Mənim küçələrim üşümür daha.

    Dərdim bu dünyanın çiyninə deyil,
    Sözüm küçələrin əyninə deyil…
    Dizəcən yağan qar eyninə deyil,
    Mənim küçələrim üşümür daha.

    Qəlb yanar, özünü vurdusa közə,
    Ürək lazımdı ki, tablaya, dözə.
    Ta deyə bilmirəm: “Dur gedək bizə!” …
    Mənim küçələrim üşümür daha.

    Bu necə ömürdür, bu nə pay, Allah?
    İtirdim hesabı, özün say, Allah…
    Allah, sənə şükür, şükür, ay Allah –
    Mənim küçələrim üşümür daha!

  • Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Tamah mənim gözümdəymiş,
    Dünya, məni bağışla, sən.
    Demə , günah özümdəymiş,
    Dünya, məni bağışla, sən!

    Durdum neçə can qəsdinə,
    Nahaqdan dəydim şəstinə.
    Qan tökdüm, yıxdım üstünə,
    Dünya, məni bağışla, sən.

    Sən safsanmış, təmizsənmiş,
    Çəmən, meşə, dənizsənmiş.
    Yaradana əzizsənmiş,
    Dünya, məni bağışla, sən.

    Hərdən həddimi aşmışam,
    Nə bilim, bəlkə, çaşmışam.
    Hər gün sənlə dalaşmışam,
    Dünya, məni bağışla, sən.

    İndi-indi anlamışam,
    Özümü sahmanlamışam.
    Əbəs səni danlamışam,
    Dünya, məni bağışla, sən.

    Şeirsənmiş, qəzəlsənmiş,
    Sən Adəmdən əzəlsənmiş,
    Yaşamağa gözəlsənmiş,
    Dünya, məni bağışla, sən.

    Kin bəsləyən ürək də ,,mən,”
    ,,Bədniyyət*”, xoş dilək də mən.
    Şeytan* da mən, mələk də mən,
    Dünya, məni bağışla, sən.

    Sülh bağlayaq, savaş bitsin,
    Sevinc gəlsin, kədər itsin.
    Sənə qarşı eylədiyim,
    Pislikləri unut getsin,
    Dünya, məni bağışla, Sən!