Post Views: 114 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Həsrətimi unutmağa, Dərd-sərimi ovutmağa, Urək dolusu udmağa, Bir doyunca havam da yox. Ürəyimi yeyə-yeyə, Haqqım buxarlandı göyə. Kədərimə qədər yiyə, Ürək açan havam da yox. Dəyişib hər yer dəyişib, Yanılmaqdan ər dəyişib. Hamı öz gözündə bişib- Aldanası “avam” da yox. Qınama məni, umanım, Çadır olaydır dörd yanım, …
Azərbaycan ədəbiyyatı
Deyişmə: Pərvanə ZƏNGƏZURLU və Qalib ŞAMXALOĞLU
Post Views: 87 Pervane xanım: Hesreti göynetdi , ah nale etdim , Haray , elden çıxıb itenim haray . Gör neçe illerdi pas tutub sizi , Tarla , düz ekilmir , kotanım haray . Qalib: O hesret meni de göynetdi , bacım , Qelbimde yaratek bitenim haray . Pas atan kotanla yer ekib , biçen …
Elnur ABDİYEV.”Bircə olmayasan,söhbət dəlisi”
Post Views: 82 Dəlilik gözəldir,olasan dəli, Bircə olmayasan,söhbət dəlisi. Buğlana başında Vətən sevdası, Adına deyələr millət dəlisi. Gül olub bitəsən,torpaq üzündə, Xoş ətir saçasan, Vətən düzündə. Sevənin sevdiyi sevgi sözündə, Sevib seviləsən,heyrət dəlisi. Ağlının ipini özün yığasan, Tamahı öldürüb.nəfsi boğasan, Hər Günəş doğanda şeir doğasan, Görələr necədir,fitrət dəlisi. Ola bir stulun,bir işin mini, Böyük vəzifələr …
Mayisə Əsədullaqızını doğum günü münasibətilə təbrik edirik! (23 may)
Post Views: 129 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktorunu, Gündəlik İnformasiya Agentliyinin Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti
İslam Azimov.”Yaman darıxmışam səninçün, yaman !”
Post Views: 160 Nur oldun, şam kimi yandın ömrümə, Mələk tək səmadan yendin ömrümə, Yüz nəzir, niyazla döndün ömrümə Ta vermə həsrətə , hicrana aman Yaman darıxmışam səninçün, yaman ! . Dostdan daldalayıb, eldən gizlədib, Dərdiyim çiçəkdən , güldən gizlədib, Qəlbimdən keçəni dildən gizlədib, Özünə deyəcəm, görüşən zaman, Yaman darıxmışam səninçün, yaman ! . İslam …
Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 83 Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …
Gülnarə İSRAFİLQIZI.”Ölüm dəfn olunmaq deyil….”
Post Views: 96 Ölüm dəfn olunmaq deyil… Cəsədini daşımaqdı.. Ayaq üstə yeriməkdi Danışmaqdı, kiriməkdi. Hər gün bir az əriməkdi.. bir az özünü aldatmaq Bir mədəni dilənməkdi… əzilməkdi, əyilməkdi.. Əylənməkdi, dinlənməkdi, dillənməkdi… Öz halına öyrənməkdi…. Ölüm-ölüm sellənməkdi… Od yeri, ocaq yeridi… Köhnə dayanacaq yeridi… Bəlkə də həsrət qaldığın, sevginin sıcaq yeridi.. Bəlkə də bir təbəssümdü Aldanışdı, …
Məhəmməd Nərimanoğlu Sadıqzadə (Debüt)
Post Views: 145 Məhəmməd Nərimanoğlu (Sadıqzadə) 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır.
Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!”
Post Views: 92 Elə istəyirəm qığılcım axsın, Parlasın, gözümün yaşı yerinə. Çiynim bu dünyanın yükü altında, Əzilib getməsin boşu yerinə. Elə istəyirəm küləklər əssin, Çiçəklər dayansın dodaq-dodağa. Bu öpüş qanadlı mələyə dönsün, Aparsın məndən də məni uzağa. Elə istəyirəm nağıl danışsın, Hər gecəm, gündüzü yatırmaq üçün. Sinəmdə doğulmuş, körpə arzumu, Qızılgül içinə batırmaq üçün. Elə …
Saqif QARATORPAQ.”Bu can deyil artıq,bilirəm can belə olmaz”
Post Views: 82 Bu can deyil artıq,bilirəm can belə olmaz, Salmış qəfəsə canımı,canan belə olmaz. Səpdim yoluna göz yaşımı, döndü dürr oldu, Baxdı rəqibim,söylədi ehsan belə olmaz. Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər, Bu surət ilə vallahi insan belə olmaz. Həsrət gözümü şad elə,bir pərdə görün sən, Bir pərdə qədər ömürdə hicran belə olmaz. Yalvarsam əgər Fatehə …
Şəfaqət CAVANŞİRLİ.”Ölümə”
Post Views: 95 Qaşla-göz ayrımında qalan ölüm, Tələsmə ömrümə balta vurmağa, Təzədən cücərir sönmüş arzular, Təzədən həvəsim var yaşamağa. Könlün arzulayır əbədi qonaq, Ruhun bir üzünü yorğun görəndə, Nə qədər cavanıq, insafın olsun Qurdlar süfrəsində qurdlar görəndə. Ya çəkimiz ağır qoca dünyada, Ya da başqa gözlə çox pis baxırsan. Almısan əlinə min cür silahı, Biz …
Şafa KAMİLLİ.” Birdənəmsən…”
Post Views: 89 Sen olmasa neçə gülum, Dodağimda ğülüşmsən, Bu dünyada sevinc payim, Tək ,yeganə, sevgilimsən… Sensiz qala bilmirəm mən, Senlə nəfəs aliram mən, Sevgi payim ,ğülüş payim, Tək ,yeganə sevgilimsem, Sen mənimsən ,yeganəmsən , Birdənmsən ,ürəyimsən, Gülüş payim ,hər şeyimsən… Bəxd ulduzum yaşa daima, Bu ürəkdə yeganəmsən… 17.05.2015
Zeynəb Dərbəndli (Yeni şeir) Laçınım….
Post Views: 110 LAÇINIM Sənə dağ çəkdilər,yara vurdular, Yol, cığırlarını kəsib durdular. Milləti arı tək əzib, qırdılar, Oldu kənd, şəhərin talan Laçınım. Ay gözü yollarda qalan Laçınım. Körpələr tank altda əzdi, boğuldu, O cənnət el oba yandı, dağıldı. Sanmayın, yazdığım keçmiş nağıldı, Çöl, çəməni xəzan olan Laçınım. Ay güzləri yolda qalan Laçınım. Səni əsir edib, …
Əziz MUĞANİ.”Dost”
Post Views: 104 Dərd üstə inləyən bir saz kimiyəm Səsimdə bilinər kədərim, qəmim Sevincdən avazım bəlkə ucalar Dost mizrabı ilə çalınsa simim Böyükdür hikməti anlasan əyər Nadandan soruşma, o uca bilmir Bir hecaya sığan böyük xisləti Cümlələr sətirlər tam aça bilmir Böyük bir ümmandı, dərin dəryadı Sirrini anlasan qəlbinə dolar Xəyanət eyləsən əhdi peymana O …
Debüt: Aqil KƏNGƏRLİ (Göyçay rayonu).Yeni şeir
Post Views: 153 Aqil Kəngərli (Cəfərov Aqil Abbas oğlu) 1972-ci il 1 sentyabrda Göyçayda anadan olub. 1995-ci ildə BDU-nu, 2002-ci ildə Azərbaycan Müəllimlər İstitutunu bitirib.Tarixçidir. Bir neçə il “Azərbaycan” nəşriyyatında, müxtəlif redaksiyalarda jurnalist kimi çalışıb.”Xalq”, “Millət”, “Vətən səsi”, “Press-əks səda”, “Hünər”, Sabaha inamla”, “Hürriyyət”,”Azad yeni fikir” və s.qəzetlərdə müxbir,şöbə müdürü,redaktor işləyib. 2001-ci ildən pedaqoji sahədə …
Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) TANRI BUYURUBSA….
Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru TANRI BUYURUBSA Ay sevgilim, gəlsən əgər, Xoş arzuma yetərəm. Qəlbimdəkin bilsən əgər, Çiçək olub, bitərəm! Axı özün bilirsən ki, Sənsiz bir bənövşəyəm. Səni uzaqdan görüncə, Şirin nar, gülövşəyəm. Ürəyini verəsən, Qədrini bilənlərə. Daim dua edəsən, Sevib-sevilənlərə! Sevgi ətri …
Şəfa VƏLİYEVA (Yeni şeir) “Bizim” dediyimiz ömür qurtarıb
Post Views: 135 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü nə eləsən elə… yadıma gəlmir, necə açılmışdı tale qapımız… Bakı küçələri tapa da bilmir harda dolaşıbdı addımlarımız… bizim pəncərəmiz yaman utanıb, örtüb rübəndini yanaqlarına… “bizim” dediyimiz ömür qurtarıb, yaşam artıq “sənin”, “mənim” adında… o qız ölüb… məzar daşı ömrünün …
Gülnarə SADİQ.”Nə vaxtsa…” (Yeni şeir)
Post Views: 136 Nə vaxtsa bir gün, şeirin birində, Hansısa misrada qovuşacağıq. Sərin kəlmələri düzüb yan – yana, Elə şeirdəcə yaşayacağıq. Gecə ulduzları – qələm götürüb, Düzəcək sakitcə vərəq üstünə. Durmadan yağacaq o ağ yağışlar, Eşqimin rəsmini sözlər çəkəcək. Heç vaxt dadmadığım göz yaşlarını, Tökəcək gözümə bu şair indi. Həsrətdən üşüyən hər ümidimi Yanan ürəklərə …
Hikmət Məlikzadə (Yeni şeir) Düşür….
Post Views: 93 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Düşür…. Gülmə, güldükcə, mələklər də olur xar, düşür, Hərə bir donda, müəmmada səbəbkar düşür. Sevmək üstündə neçə aşiqi boğmuş hicran, Eşqi donmuş adamın qəbri, baxın, dar düşür. Torpaq, üstündə gedən köçlərə ünvan vermir, Tanrı sıxdıqca, bulud silkələnir…, qar düşür. …
Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) VƏTƏN OĞLU.
Post Views: 127 VƏTƏN OĞLU. Sən vətənin övladısan, Şanı, şöhrəti, adısan. Elin qolu, qanadısan, Məğrur yaşa vətən oğlu. Elinin dayağı oldun, Işığlı çirağı oldun. Düşmənə göz dağı oldun, Məğrur yaşa vətən oğlu. Səni əymədi şər, yalan, Qoydun millət yolunda can. Səninlədir Azərbaycan, Məğrur yaşa vətən oğlu. Adın gələndə yer əsir, Düşmən ölməyə tələsir. Sözün, …
Şəfa KAMİLLİ.”Uzaq dur məndən…” (Yeni şeir)
Post Views: 143 Uzaq dur məndən… Hec sevməzdim gərək , Bu mənim nəyimə gərk Ağrilr acilar isdemirəm mən , Bu ürək qiriqdi yetəriqədr , Uzaq dur ,sil at qəlbindən , Demişdim ,üzərəm qiraram səni , Uzaq dur ,sən məndən , Yarali qəlbimdən , Sevmə ,yaziqsan səndə qel məni , Məndə söz bir daha sevməyəcəyəm , …
Pərvanə İsmayılova (Yeni Şeir) Kaş…..
Post Views: 147 İsmayılova Pərvanə Nurəddin qızı 1990-cı il may ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Baki Dövlət Universitetini bitirərək psixoloq ixtisasına yiyələnib Ailəlidir. 2 övladı var Qələm də bezibdi səndən yazmaqdan, Artıq tükənibdi gözümdəki yaş. Sətirlər dillənir ,misralar dinir, Ah səni unuda biləydim mən kaş…. İndi o həsrətin mənə yük qalıb, Taleyim …
Kənan AYDINOĞLU
Post Views: 91 Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə Bir dövrün, zamanın astanasında,- Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi. Doğma diyarının ulu öndəri,- Hayanda oldusa yenə haqq dedi. Bu ulu torpağa, ulu diyara, Öndərin sevgisi bitmədi şükür. Sevincdən gözləri dolan torpaqda, Rəhbərin zəhməti itmədi şükür. Yenə tarix boyu göyə ucalan, …
Şəfaqət Cavanşirli “Satılmışlar” (Hekayə)
Post Views: 111 Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın …
Şəfaqət CAVANŞİRLİ.”Nə qədər yanımdasan”
Post Views: 102 Nə qədər yanımdasan, Vaxt itirmə, əylənək, Ürəyimizi boşaldaq, danışaq, Lazım olsa savaşaq,
Deyişmə: Pərvanə İsmayılova və Elnur Coşqun
Post Views: 103 Pərvanə İsmayılova Getdin bir qış günü sorğu-sualsız, Qorxdum baharı tək çağıram sənsiz. Hicranın həsrətli yağışı kimi, Özgə çöllərinə yağıram sənsiz.
Debüt: Müzəffər MƏZAHİM (Neftçala).Yeni şeirlər
Post Views: 138 Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir. Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc …
Zeynəb DƏRBƏNDLİ.”Şuşam”
Post Views: 216 Soldu gülüm, baharım, Bağda məhv oldu barım. Muğamatlı diyarım, Sənsiz qanadsız quşam. Mənim yaralı Şuşam. Söndürüldü öcağım, Tapdalandı torpağım. Küsdü çəmənim, dağım, Sanki, sınıq bir daşam. Mənim yaralı Şuşam. Qərib oldun yerində, Bilinmədi sirrin də. Yandı qəbirlərin də, Buza börünmüş qışam. Mənim yaralı Şuşam. Yetim qaldı çöllərin, Xəzan oldu güllərin. Susdu Xan …
Gülnarə İSRAFİLQIZI.”Həyat bir az beşik”
Post Views: 88 Həyat bir az beşik, bir az da məzardır.. ölümlə ömür qardaşdılar. biri beşikdə, o biri məzarda günlənib yağışlanır. biri sabahlanır, biri axşamlanır. biri zülmətlənir biri nurlanır. hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir yer kürəsi çevrildiyi kimi. hər nurun arxasında bir zülmət, sabaha boylanır. Bəlkə də pıçıldayır… qəbrin nurla …
Fidan ABBSOVA.”Uşaqlıq sevdamın həsrətindəyəm”
Post Views: 95 Uşaqlıq sevdamın həsrətindəyəm o zaman her seyden xebersiz idim indi mən dünyanın harasındayam ? bəlikə o zamanlar belə deyildim…. Sevirdim sübəsiz təmiz ürəklə ana məhəbbəti, ata sevgisi boyuye – boyuye alisdim məndə öyrendim nə imiş dosluq sevgisi… Hərdən, ağlamışam , hərdən gülmüşəm o məsum gülüşün əvəzi yoxmuş böyüyüb nə qədər yalan görmüşəm …
Şəfa EYVAZ.”Məhəbbət”
Post Views: 102 Nə qədər qaçsan da küncə bucağa, Gəlib düz içindən keçər məhəbbət. Doldurar badəyə şərbət əvəzi, Axan göz yaşını içər məhəbbət. İcazə istəməz, çalar qəlbini, Göz yaşı gətirər, verməz səadət. İçində cücərən yaşıl ümidi, Qazıyar kökündən, biçər məhəbbət. Qapayar, gözlərin doğrunu görməz, Dilində bal dadar acı həqiqət. Getmək istədimi əliboş getməz, Ruhunla dünyadan …
Şəfa VƏLİYEVA.”Qayıt, boyuna qızlar”
Post Views: 108 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü qayıt, boyuna qızlar, ürəyinə buzlar qurban. eşq dininə imansızlar, gülünə yarpızlar qurban. qayıt, aç qapımızı, o üzündə qonaq var. əzbərləyib adımızı, bu yayda da qınaq var… qayıt, ay kəndi yanmış, şəhəri talan olmuş… illərin səndən danmış, xoşbəxtlik yalan olmuş…
Şafa KAMİLLİ.”Qan yaddaşımız…”
Post Views: 87 Dağ cəlib sinəmizə, Canimizi yarimcan ediblər , Qaradaği alb bizdaən , Bağrimizi qan ediblər , Cox sevinmə ey ermən , Cox cəkməz bu ayriliq , Tezlik ilə Qarabaği , Şuşamizi , Alib sizden torpağmizi, Şadliq edib seinərik , Öz Azeri bayrağmizi , Qarabağa gətirerik , Dağ cəkilmiş sinəmizə , Qan yaddaşmizi biz …
Xəyalə SEVİL.”Payız”
Post Views: 115 AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Üşüyər,üşüdər pəncərəmi də, Gəlməz içəriyə, yadındı payız. Sarı saçlarını töküb çiyninə, İlahi, nə gözəl qadındı payız. Həmişə gözündə yaş saxlayanım, Sənə oxşayıram,gözüm bir əsim. Çağır,çağır gəlim buludun olum, Mənə göylərində yer ver tələsim. Üzünu , gözünü yuyum yolların, Üstünün, başının …
Ülkər PİRİYEVA.”Bilmirəm”
Post Views: 125 İlahi çəkdiyim ömür yoluyla, Bəxtimin əlindən gedə bilmirəm. Özümə heyranam daha özümdə, Xoşbəxtlik nədədir nədə bilmirəm. Ruhum nəfəsimi çəkir göylərə, Ürəkdən fəryadım çökür göylər Göz yaşım buludlar tikir göylərə, Vurulub nə qədər zədə bilmirəm. Bəlalar yurd saldı axır başımda, Taledən şimşəklər çaxır başımda. Az qala ağlımda çıxır başımdan, Dərdimə bir çarə edə …
Əsmər QASIMLI.”Məhəbbət”
Post Views: 137 Məhəbbət bir dənizdir, Sahilləri olmayan… Məhəbbət bir dalğadır, İpə-sapa yatmayan… Məhəbbət sərt qayadır, Çox məğrurdur, əyilməz, Məhəbbət bir alovdur, Yanğısına dözülməz… Bir gilədir məhəbbət, Heç gözə görünməyən. Hərdən də bir oğrudur, Ürəklərə girərkən, İzi də bilinməyən. Bəzən bir ələm olar, Bəzən onun dərmanı. Bəzən bir təbib olar, Bəzən ölüm fərmanı. Kiminsə nəzərində …
Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”
Post Views: 95 (Sumqayıt şəhərinin 60 illiyinə) Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur. Sevdim ilk baxışdan, təmasdan səni, Gördüm ürəklərdə bir dastan səni. Olasan beləcə gülüstan səni, Düşməsin üstünə xar, Sumqayıtım! Qəlbimdə yandırdın od-ocağını, Ilkin bahar bildim hər bucağını. Açıb ana kimi öz …
Rafiq ODAY.”Çanaqqala zəfəri!”
Post Views: 94 Çanaqqala Zəfərinin 100 illiyinə Azadlığı başa tac Seçənlərin püşküdü, Vətənə namus andı İçənlərin püşküdü, Bu andla şirin candan Keçənlərin püşküdü, – Əbədiyyət yoluna Çıxanların səfəri, Çanaqqala zəfəri! Gözümüzün qan adlı, Seli, suyu qurudu, Bu qan aydan arıdı, Bu qan sudan dururdu, Türkün qurtuluş himni, Varolma düsturudu, Odur bizə bəxş edən Al şəfəqli …
Saqif QARATORPAQ.”Yol açıq”
Post Views: 88 Yol açıq, getməyə nə var, üzünə durub, açılmaz bağlı qapılar… Baxt-bağlı qapıdı, gah düşər,gah düşməz kilidinə əlindəki açar. Ümid-tənha çiçək, göz yaşında islanıb, ürəyində bitəcək. itəcək…yollarda bir ömür,bir həyat… Heyhat! Mən də yaşadım deyə bir təsəlli var…
Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”
Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bük əllərini, cam elə, Məni bu gecə şam elə… İstəyirsən, edam elə, Mənim səndən xoşum gəlir. Könlüm görmür çaxışını… Mamır basır naxışını. Yana əymə baxışını, Mənim səndən xoşum gəlir. Dağlar gərdi yelə sinə. Düz vermədi selə, sinə… Eləsinə, beləsinə, Mənim …
Əlirza HƏSRƏT.”Yolum diskindi”
Post Views: 88 Qondu arzularım tikanlı telə, Açım qanadımı çətir tut yelə. Xatirən sığınan qucaqdım elə, Yerini boş görüb qolum diksindi. Divanə yolçudur ruhum bədəndə, Hələ Vətən gəzir bu qərib bəndə. Arxamca əlvida söylədin sən də, Ayaqlar altında yolum diksindi. Sən başqa məmləkət,mən ayrı ölkə, Nədir üstümüzə düşən bu kölgə? Dünyadan köçməyə qorxurduq bəlkə, Sevib …
İlkin ABBAS.”Sən qoxulu şəhər”
Post Views: 82 Bu gün yenə keçirdim, Sən qoxulu şəhərdən. Yollar mənə danışdı, Sən adlı bir nəfərdən. Dedim a yollar, baxın, Necədir mənim halım? Qonaq olur röyama, Tez-tez onun xəyalı… Yollar, o bir mələkdir, Geyinib insan donu. Mənə özəl yaradıb, Xaliqi-Sübhan onu. Onun qara qaşına, Gözünə qurban olum. Hər səhər sizdən keçən İzinə qurban olum. …
Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”
Post Views: 143 Ah,nə ola bir dəfə, Baxışımız toqquşa. Dayanaraq üz-üzə, Gözlərimiz danışa. Danışmaya dilimiz, Hətta bir kəlmə belə. Qorxuram dilimizdən, Acı zəhər tökülə. Heç yaxın da gəlmərəm, Inan mən sənə sarı. Heç nəyə dəyişmərəm, Bircə o, baxışları. Hər səhər o, baxışlar, Salam verib keçəydi. Düşünəydim gün boyu, O baxışlar necəydi? Mən sənə baxmaq üçün, …
Mais TƏMKİN.”Sən tanımasan da, olar!”
Post Views: 92 Deyirsən: ,, Yox, tanımıram,” Sən tanımasan da, olar. Səni heç də qınamıram, Sən tanımasan da , olar. Qartal gəzən dağda varam, Bülbül uçan bağda varam, Budaqda, yarpaqda varam, Sən tanımasan da , olar… Həm bəmdənəm, həm zildənəm, Dörd hikmətdən.. fəsildənəm. Halal əsil-nəsildənəm, Sən tanımasan da, olar. Sufi, dərviş, abid mənəm, Görünməzə şahid …
Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”
Post Views: 93 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Arada bir zəng elə, De ki, səni sevirəm. De ki, sənin ətrini, Güldən ala bilmirəm, De ki,ay mənim ömrüm, Sənsiz qala bilmirəm. De ki, sənin həsrətin, Məni buza döndərir, Şirin-şəkər söhbətin, Ömrü yaza döndərir. De ki, sənin gülüşün, Gül-çiçəkli bahardı, De ki, sənin öpüşün, Təzətərdi, nübardı! …
Hikmət MƏLİKZADƏ.”Göyün bir üzünü tüstü aparır”
Post Views: 104 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Köhnə qapı kimi cırıldayır Göy, Göyün bir üzünü tüstü aparır. Anamın alnında can verir qırış, Kimsə ovduğumuz bustu aparır. Düz otuz ildi ki, canıma yükdü, Nə vaxtsa kölgəmi asacam mən də. Adamtək alçalmaq böyüklükdüsə, Bugündən səbrimi basacam mən də. Nə …
Tural SAHAB.”Leksik mənamsan mənim”
Post Views: 99 leksik mənamsan mənim yəni həqiqətim Sənsiz qoşma, bağlayıcı uzaq başı ədat, nida olaram dodaqlarda uzaqlarda yəni sənsiz ürəyimdəki sözlərdə boğularam Ürəyimin hərəkəti hərəkətinin tərzi, yeri, zamanısan sevgin rəngdədi damarımda qanım mən varlıq, sən adım əvəzliklərə kimidi sözüm söhətim səndən sonrası yox səni əvəz edən yox bax belə bir taledi, qədərdi mənim həyatım …
Debüt: Toğrul KƏRİMLİ (Tovuz rayonu).Yeni şeir
Post Views: 128 Məni həsrət qədərsevənmi var ki? məni ümid qədər axtaranmı var? Məni ümid qədər itirmədilər, məni həsrət qədər axtarmadılar. Mənə ruhum kimi göz qoymadılar, qara kölgəm kimi izləmədilər. Gedəndə dalımca kimsə baxmadı, gələndə yolumu gözləmədilər. Axı bir eh boyda çəkilmədim mən, axı bir ah boyda yaşamadım ki. Yer boyda savabın qurbanı oldum, axı …
Vasif ZÖHRABOĞLU.” Qoru gözlərimi gün işığından!”
Post Views: 98 Batmağa yollanar gün yavaş-yavaş, Şəkilim üşüyər başın üstündə. Mən dəli bir sevgi, sən həykəltaraş, Yon mənim əksimi daşın üstündə. Bu daş ki, sükutdur-sükut hələlik, Tozumdan gözünə vurmasın külək. Biraz tənhalıq ver, biraz dəlilik, Vicudum ruhunu oxşasın gərək! Ürək qoy sinəmin üstünü oyub, Bəlkə də qədrimi bilərsən mənim. Darıxsan gözünün üstünə qoyub, Arada …
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranması və ədəbi-mədəni mühitin formalaşmasında rolu
Post Views: 142 Şəkidə elmi- mədəni mühitn formalaşmasında Şəki Regional Elmi Mərkəzi mühüm rol oynayır. sоn illərdə fəaliyyətə başlayan labоratоriyalardan biri də, zamanın tələbi ilə yaradılan “Fоlklоrşünaslıq və el sənətləri” labоratоriyasıdır. Bu laborotoriyanın yaradılmasında əsas məqsəd Balakən-Şəki regionunda təşəkkül tapan folklor örnəklərini toplamaq, sistemləşdirmək, araşdırmaq və nəşr üçün hazırlamaq idi. Labоratоriya 1989-cü ildə yaradılmış və …
Nigar RÜSTƏMQIZI.”Elə yorulmuşam bu axtarışdan”
Post Views: 141 İçimdə təşviş var, Elə yorulmuşam bu axtarışdan. Çox uzaq ulduztək yaxın ol mənə. Yaxınlıq görünər uzaqlığında… Yoxsa ki, yoxsa ki… Sayım saat-saat sənsizliyimi… Unudub özümü haraya gedim?! Bircə əlacım var, Elə bu gecə… Saydıqca yorulub yuxuya gedim. Aparsın ovcunda məni ta yuxu, Hardasa,hardasa sən olan yerə… Nə bilim… bəlkə də daha qar …
Cahan GÜLSÜN.”Ölü Dəniz”
Post Views: 85 Qulaq ver səsimə,duy harayımı, İndi təsəlliyə ehtiyacım var. Viranə qoyublar qəlb sarayımı, Səntək gözəlliyə ehtiyacım var. Gəlmişəm hal-əhval edim səninlə, Dalğalar ruhumu alsın aparsın. Gəlmişəm baş alıb gedim səninlə, Bu zalım dünyadan canım qurtarsın. Bəs sənə nə olub niyə durğunsan?! Gözümə birtəhər dəyirsən bu gün. Bir az kədərlisən, bir az yorğunsan, Bir …
Əsmər QASIMLI.”Kaş kəpənək olaraq bu dünyaya gələydim…”
Post Views: 100 Kaş kəpənək olaraq bu dünyaya gələydim… Çiçəklərdən zövq alıb ömrü vuraydım başa, Bir kəpənək ömrüyle mən də ömür sürəydim, Qısacıq məhəbbətim onda dəyməzdi daşa… Kaş kəpənək olaraq bu dünyaya gələydim… Qanadlarım zər dolu, ipək kimi qalaydı, Kaş bu sözü o zaman men ürəkdən deyəydim, Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı… Kaş kəpənək olaraq …
Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb
Post Views: 108 Yazıçı Eyvaz Zeynalovun növbəti kitabı işıq üzü görüb. “Alatoran” nəşriyyatının buraxdığı kitaba yazıçının “Alın yazısı” romanı daxildir. Romanın süjet xətti təyyarə qəzasında həlak olmuş bir gəncin Rusiyanın və Ukraynanın şəhərlərində başına gələn maraqlı hadisələrdən ibarətdir. Kitabı Bakının kitab mağazalarından əldə etmək mümkündür.
Şəfa VƏLİYEVA.”Bizim pəncərəmiz yaman utanıb”
Post Views: 88 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü nə eləsən elə… yadıma gəlmir, necə açılmışdı tale qapımız… Bakı küçələri tapa da bilmir harda dolaşıbdı addımlarımız… bizim pəncərəmiz yaman utanıb, örtüb rübəndini yanaqlarına… “bizim” dediyimiz ömür qurtarıb, yaşam artıq “sənin”, “mənim” adında… o qız ölüb… məzar daşı ömrünün …
Elnur RƏSULOĞLU.”Bayatılar”
Post Views: 184 Əzizim, ala gözlər, Bircə cüt ala gözlər. Qorxuram baxışlarla Canımı ala gözlər. Əzizim, dağlar qalıb, Sinəsi dağlar qalıb. Laçında ürəyimiz, Şuşada dağlar qalıb. Əzizim, gözəl yara, Vurğunam gözəl yara. Bu sevən qəlbimə sən Vurma, ey gözəl, yara. Əzizim, gözlər qalıb, Üz solub, gözlər qalıb. Evlərdə neçə uşaq Atasın gözlər qalıb. Əzizinəm, aranı, …
Şafa KAMİLLİ.”Niyə sən..?”
Post Views: 97 Niyə bu qədər doğmasn mənə , Bu qədər ,doğmanin ,yadin içində , Ançaq sən doğmasan,əzizsən mən, Görəsən ,niyə sən ? ,goğmasan belə , Ömrümə ,bəzəysen ,işiqsan belə , Görəsən ,bəs niyyə doğmasan dellə, Bu qədər , insani icində ,nədən ? Təkcə sən ,doğmasan ,əzizsən belə… Sən sanki , elə mənim özümsən , …
Fidan ABBASOVA.”Ruhumu oxşayır bahar ətirli”
Post Views: 94 Ruhumu oxşayır bahar ətirli çiçəklər, bənövşə , yasəmən kimi Üzümdə canlanlr dərin sətirli qəlbimdə çalınır nəğməmim simi… Qaranquş yuvadan boylanır baxır Qəlbimdə ən dərin sevgi oyanır cəh -cəhlə hər yanı rəngə boyanır Əlimdə ən isti əllərin kimi… Sanki ilk eşqimi xatırlayıram Qaranqus gələndə bahar yaz kimi onu hər nəfəsdə arzulayıram ömrümün ən …
Allahşükür AĞA.”Qoca…”
Post Views: 76 Sual işarəsinə oxşayır qoca, Sualın içində yaşayır qoca, Yol gedir. yol gedir xatirələrə… Sualın cavabı nəvələr gəlir, Nidalar kimi.. Ayağını azca ləngidir qoca Bir azca əyir belini Nəsə tapırmış kimi Yenidən boylanır xatirələrə… Xatirələr uzaqda deyil ki, Əlində, üzündə qollarındadır. Onunçün torpağa o əyilir ki, Xatirələr getdiyi yollarındadı.. Əyilir birini qaldıra bilmir, …
Abdulla MƏMMƏD.”Qəribəm yurdumda, qəribəm, canım”
Post Views: 97 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə didilən bir əlçım yunam, …