Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

Mənbə: https://president.az