Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilsin:

Hüseynov Mövsüm Turbəndə oğlu
Nuriyeva Sədaqət Məmmədağa qızı
Süleymanova Xatirə Bəylər qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

Mənbə: https://president.az