Azərbaycan Respublikası Təhsil İnstitunun aparıcı elmi işçisi, zərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru şairə Adilə Nəzərinin “Topla məni, İlahi” adlı şeirlər kitabı “Qanun” nəşriyyatı tərəfindən 192 səhifə həcmində, 500 tirajla işıq üzü görüb. Kitabın redaktoru Aləm Kəngərli, ön söz müəllifi isə yazıçı Səfər Alışarlıdır.

Kitab müəllifin oxucularla sayca 8-ci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Ədəbiyyat sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib. Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San yarlığı” mükafatına layiq görülüb. Şeirləri Türkiyə türkcəsinə, rus, fars, ingilis, qazax və özbək dillərinə tərcümə olunub.

Bundan başqa, istedadlı şairə Adilə Nəzər 2 elmi əsərin (“Fəlsəfə terminlərinin izahlı lüğəti” və “Monoqrafiya”) müəllifidir.

Qeyd edək ki, bundan öncə şairə-publisist Adilə Nəzərinin “Həsrəti öldürürəm”, “Sabahım sənmisən gələn”, “Yuxuma yağış yağır”, “Sevgi qum saatıdır”, “Xəbərin oldumu”, “Mən və sonrası”, “Beşinci mövsüm” şeirlər kitabı nəşr olunmuşdu.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti