Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Türkün taleyi” adlı bu kitabda ölməz söz ustadının böyük Türk dünyasına dərin məhəbbətdən doğan və təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da sevilə-sevilə oxunan şeirləri və “Mövlana”, “Yunus Əmrə dastanı”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “İçimdə ağlayan Krım”, “Çanaqqala dastanı” və “Bir kövrək havadı sazımda Kərkük” poemaları yer alıb.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “Nəfəs” İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən reallaşdırılan layihənin rəhbəri və ön sözün müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, kitabın tərtibçisi və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçilər “Beynəlxalq “Alaş” mükafatı laureatı Əkbər Qoşalı və “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, buraxılışa məsul isə Regional Hüququ və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovadır.

Xatırladaq ki, kitabın ilk təqdimatı noyabr ayının sonlarında Türkiyənin paytaxtı Ankara şəhərindəki “Türk Ocaqları” Baş Qərəragahında keçirilib.

Mənbə: https://moderator.az/