Dəyərli yazarlar, Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII Qrant Müsabiqəsinə bir layihə ilə qatılmaq istəyirəm. 6-10 yaşlı şagirdlərdə milli və ümumbəşəri dəyərlərinin inkişaf etdirmək məqsədi ilə uşaq ədəbiyyatı yazarlarının mətnlərindən ibarət kitab çap etdirmək istəyirəm. Bu kitabları məktəb kitabxanalarına hədiyyə etmək, kitabların oxunmasına maraq yaratmaq üçün məktəblərdə seminarlar təşkil etmək, müəlliflərlə şagirdlərin görüşlərini təşkil etmək, bundan başqa bir neçə silsilə tədbirlər həyata keçirmək məqsədindəyəm.
Sizlərdən uşaqların inkişafına faydası olacaq hekayə və şeirlər gözləyirəm. Layihəmiz müsabiqədən keçsə, uşaqlar üçün dəyərli hədiyyə etmiş olacağıq. Mətnləri gulshanmustafayeva19@gmail.com ünvanına göndərməyinizi xahiş edirəm.
P.S Göndərilən mətnlər inandığınız, amma kimliyini bilməyəcəyiniz redaktor tərəfindən seçiləcək. Son tarix 20.02.2023
Xahiş edirəm, elanı mümkün qədər yayın.

İmza: Gülşən Mustafa