TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 30-cu ildönümü münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi eləan edir. Müsabiqədə 18 yaşından yuxarı şairlər, söz yazarları iştirak edə bilərlər. Sizi müsabiqədə iştiraka dəvət edirik!
Tövsiyələr və nəzərə alınmalı məqamlar:
-Himnin sözləri üçün nəzərdə tutulmuş şeir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un missiyası və məqsədləri ilə uyğun olmalıdır;
– Təşkilatın üzvü olan ölkələrin, bütövlükdə türk dövlətlərinin, topluluqlarının tarixi, yaradıcı, sosial-mədəni elementlərini ifadə etməli, türkcə danışan ölkələr arasında qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edən və türk dövlətlərinin ilk mədəni əməkdaşlıq təşkilatının 30 illik təcrübəsinə və fəlsəfəsinə uyğun olmalıdır; eyni zamanda türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edən bədii körpü olmalıdır;
-Şeirlər Azərbaycan dilində yazılmalıdır;
– Şeirlər insan haqqları, insan ləyaqəti və mənəviyyatının əleyhinə olmamalı, siyasi məzmun daşımamalıdır;
– Şeirlər hər biri 4 misralıq 4 bənddən və nəqəratdan ibarət; qafiyəli;, himn, marş ovqatına və prinsiplərinə müvafiq olmalıdır;
– Şeirlər yalnız müsabiqə münasibətilə yazılmış olmalı, daha əvvəl heç bir yerdə nəşr olunmamalı, heç bir müsabiqədə iştirak etməməli, səslənmiş olmamalıdır.
-Müraciətlər fərdi qaydada olmalı, şeirin mətni (müəllifin, inisialları göstərilmədən), mətnin yuxarısında müəllifin rəmzi və ya şərti adı göstərilərək ayrı faylda (ya jpg (şəkil), yaxud Word formatında) göndərilməlidir;
-Eyni zamanda, ayrı Word faylında müəllifin adı, soyadı, bioqrafiyası, ev ünvanı, telefonları və elektron poçtu göstərilərək göndərilməlidir.
– Mətnlər 2023-cü il martın 10-dan-20-ə qədər aşağıdakı poçt ünvanına göndərilməlidir:
bilge.turk@mail.ru
Mənbə: https://edebiyyatqazeti.az/