Sentyabrın 14-də “Azərikimya” İB-nin akt zalında Türkiyənin ən nüfuzlu neft-kimya şirkətlərindən olan “Petkim Petrokim¬ya Holding A.Ş.”-də təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin müəssisələrimizdə yay is¬teh¬salat təcrübəsi keçmələri üçün əl¬verişli şərait yaradılması bizim kadr hazırlığı proqramı üzrə nəzərdə tutduğumuz tədbir¬lərlərdəndir və son bir neçə ildə artıq ənənə halını almışdır. Bu il də İnsan Resursları Departamenti ilə birgə həyata keçirdiyimiz keçirilən “Yay təcrübəsi proqramı” layihəsi çərçivəsində Birliyimizin dəs-təyi ilə respublikamızın aparıcı ali təhsil müəssisələrinin – Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri əvvəlcə Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində 10 gün müddətində kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırmış, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçəcək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirmişlər. Sonra isə bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən, dünyanın nü¬fuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holdinq” şirkətində istehsalat təcrübələrini davam etdirmişlər. Natiq qeyd etmişdir ki, biz işimizi bununla bitmiş hesab etməyərək, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçiririk. Bunda da məqsədimiz həm tələbələr arasından özümüzə gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
Tədbirdə “Azərikimya” İB-nin İcraçı direktorunun birinci müavini – baş mühəndis, səmərələşdirici təkliflərlərin qiymətləndirmə komissiyasının sədri Nadir Alıyev çıxış edərək daxil olan təkliflərə (30 təklif) öz münasibətini bildirmiş, bir-birindən maraqlı təklifləri ilə onları təəccübləndirən tələbələrin gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etmişdir.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulamışdır. Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Biz bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi kimya sənayesinin gələcəyimizə zəmanət kimi dəyərləndiririk.
Tədbirdə “İstehsalat üzrə ən yaxşı səmərələşdirici təklif və ideyaların qiymətləndirilməsi” mövzusunda keçirilən müsabiqədə səmərələşdirici təklifləri yüksək dəyərləndirilən 4 tələbəyə – Kamran Əliyevə (Bakı Ali Neft Məktəbi, bakalavr, IV kurs, Kimya mühəndisliyi – I yer), Əli Qasımova (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi – II yer), Aysel Hüseynovaya (Sumqayıt Dövlət Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi – III yer) və Cəmilə Zabirovaya (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, magistr, II kurs, Kimya – IV yer) “Azərikimya” İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuş, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.
Tədbirin sonunda Yay istehsalat təcrübəsinin rəhbəri, SDU müəllimi İradə Nəsirova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Əli Qasımov onlara yapadılmış imkana, göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər. Tədbir xatirə şəkli çəkilməklə başa çatmışdir.
Rafiq Oday,
Əməkdar jurnalist
Vüqar Abdullah (foto)