Gönülden kurulan dostluklarla başlar aslında her güzel hikâye. Tokat’ta 2015 Temmuz’unun sıcak, güzel bir günü çok değerli eğitimci ve gönül insanı Sayın Mehmet Akça Hocam ile karşılaşmak ve tanışmak kısmet oldu. Domaniç’te doğmuş, büyümüş olmamın verdiği heyecanla yaptığımız sohbetler sırasında Domaniç’ten, Hayme Ana’dan, Domaniçli Habibe Hatun’dan açıldı söz. Sonrasında Mehmet Hocamın vesilesiyle de bir o kadar kıymetli Araştırmacı-Yazar Hasan Akar Hocamla başlayan ve devam eden dostluklar silsilesi. Daha önce yine Tokat Şairler ve Yazarlar Derneği’nce yayınlanan Kümbet Dergisi’nde, Hayme Ana ve Domaniç’li Habibe Hatun’u konu alan değerli dostum ve Domaniç aşığı Tahir Turan’ın “Kuruluşun Toprağı Domaniç, Yiğit Ana Dolu” başlıklı yazısının yayımlanmasıyla temelleri atılan kültür köprüsü.
Kurulan bu dostluklar vesilesiyle başta Remzi Zengin Bey olmak üzere birbirinden kıymetli Tokat Şairler ve Yazarlar Derneği ve Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği Tokat İl Temsilciliği gönültaşlarının desteğiyle 20 Mayıs 2016 tarihinde Domaniç’te ‘’Domaniç Tarih ve Kültürü’ne Bir Bakış’’ konulu panel gerçekleştirdik. Bu gönül ve kültür köprüsünün Domaniç ayağı ise Domaniç Belediyesi, Kayı Boyu Domaniç Kültür Derneği ve Domaniç Kültür Evi tarafından inşa edildi. Domaniç’te gerçekleştirdiğimiz program Eskişehir Kültür Derneği Mehteran Takımı’nın tarihi yaşayarak ve yaşatarak gerçekleştirdiği, büyük beğeni kazanan konser ile başladı. Bunu Domaniç Belediyesi Konferans Salonu’nda Afyon Kocatepe Üniversitesi Devlet Konservatuarı öğrencileri Recep Sav ve Burak Kodu’nun Tokat’ın Onbeşlilerinden aldıkları ruhu tüm Türk Dünya’sında “Üşüyen” kardeşlerimize ve Kütahya’nın Pınarları’na taşıyan konserlerini tarifsiz duygularla dinleyiş takip etti. Hayme Ana’nın otağına, Ertuğrul’un ocağına olan vefasını nakış nakış duygularla işleyen Şair Rasim Yılmaz’ın şiirleri otağın başköşesinde yerini aldı.
Salonun tıklım tıklım olduğu, tarih kokan gecede Domaniç’in ve Domaniç insanının uzun yıllar hasretle beklediği kendi serüvenini ve tarihini Araştırmacı-Yazar Necati Güneş, Gaziosmanpaşa Üniversitesi Fen Edebiyat Fakültesi Tarih Bölümü Öğretim Üyesi Doç. Dr. Alparslan Demir, Araştırmacı-Yazar İsmail Kartal ve Araştırmacı-Yazar Hasan Akar Hocalarımızdan dinleme fırsatını bulduk.
Aslında bu hikâyeye yeni demek hem Hayme Ana’ya hem de Gazi Osman Paşa’ya büyük saygısızlık ve vefasızlık olur. Hayme Ana’nın otağından, Ertuğrul’un ocağından başlayan bu kutlu yürüyüş, yüzyıllar sonra Tokat’ın Türk Milleti’ne eşsiz armağanı olan Plevne Kahramanı Gazi Osman Paşa ve diğer nice kahramanlar tarafından devam ettirilmiştir. Gazi Osman Paşa’nın şahsında Tokat bu kutlu otağa ve ocağa vefa borcunu Plevne’de öderken, O’nun torunları da bugün bu anlamlı vefa borcunu Domaniç’te başlatılan kültür seferberliğine yaptıkları katkılarıyla ödemeye çalışmışlardır. Bugünden sonra da şüphesiz bu gayretin içinde olacaklardır.
Domaniç’in eşsiz doğasını, kadim kültürünü ve Kayı’nın saf ve güzel yürekli insanlarını tanımak ve tanıtmak adına çıkılan bu yolda gerçekleştirilen “Domaniç Tarih ve Kültürü’ne Bir Bakış Paneli”nde emeği geçen Kayı Boyu Domaniç Kültür Derneği Başkanı Sayın Muharrem Tunç ve dernek üyelerine, Domaniç Belediye Başkanı Sayın Sahvet Ertürk’e, Domaniç Kaymakamı Sayın Bünyamin Karaloğlu’na, Domaniç Kültür Evi sorumlusu Arkeolog Nil Bal’a, organizasyonun gizli kahramanı Alpaslan Turan’a, değerli dostum Tahir Turan’a, Tokat Şairler ve Yazarlar Derneği Başkanı Sayın Remzi Zengin’e, Araştırmacı-Yazar Necati Güneş’e, GOP Ün. Öğretim Üyesi Doç. Dr. Alpaslan Demir’e, Araştırmacı-Yazar İsmail Kartal’a, Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği Tokat İl Temsilcisi Hasan Akar’a ve Şair Rasim Yılmaz’a sonsuz teşekkürlerimi sunuyorum.
Author: Delphi7
-
Yard. Doç. Dr. Selçuk ÇETİN.”HAYME ANA’DAN GAZİ OSMAN PAŞA’YA UZANAN KÜLTÜR KÖPRÜSÜ”
-
“Quşlara, Buludlara, Uşaqlara” kitabı işıq üzü görüb

Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, DGTYB üzvü, gənc yazar Allahşükür Ağanın “Quşlara, Buludlara, Uşaqlara” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 108 səhifə həcmində, 500 tirajla işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, Qəşəm Nəcəfzadədir.
Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağını ümid edirik.
Müəllifin həmin kitabına toplanan şeirlərində təbiət və cəmiyyətdə baş verən hadisələr poetik bir dillə ifadə olunur. Şeirlərinin əsas ideyası cəmiyyətin təbiətə inteqrasiya cəhdidir. Artıq buna ehtiyac yaranıb. Sevgi də təbiətə köçür. Duyğular saflaşır.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti -
Polad SABİRLİ.”Sinəmdə”
Eşqimdən danışan, dastan yaradan,
Çalınmayan sazım qalıb sinəmdə.
Ruhumdan süzülən, dilimi tutan,
Batman-batman sözüm qalıb sinəmdə.Ömrümü boş yerə vermədim yelə,
Eşq üçün əridim mən gilə-gilə.
Bir anda yandırıb döndərər külə,
Tərpətməyin, közüm qalıb sinəmdə.Daha istəmirəm dərdi, gileyi,
Sevgini, nifrəti, bilmirəm nəyi.
Sinəmdən aparın yuyub hər şeyi,
Dözə bilmir dözüm qalıb sinəmdə.Qaşıma sinəmin yarasın, qardaş,
Yarsan dərd görərsən arasın, qardaş.
Dərd aldı ömrümün yarısın, qardaş,
Neçə-neçə yozum qalıb sinəmdə.Tək göz muncuğudur gözüm sinəmə,
Yağ kimi yayılır sözüm sinəmə.
Polad, vurulmuşam özüm sinəmə,
Gözüm düşüb, gözüm qalıb sinəmdə.26.11.2015
-
Polad SABİRLİ.”Mənə qaldı”
Əvvəl-axır bildim, geci-tezi var,
Kim üzün çevirdi, kim mənə qaldı.
Çoxundan umsamda olmadı simsar,
Gözümü göynədən nəm mənə qaldı.Saxladım imanı, qorudum dini,
Zərrə-zərrə yığdım topladım mini.
Ətrafdan aldığım sevgini, kini,
Həm əlimdən verdim, həm mənə qaldı.Kimdi bal yerinə içən zəhəri,
Ah çəkdim, yerindən oynatdım yeri.
Gülsə də bir gözüm, ağladı biri,
İşə bax, hər işdə kəm mənə qaldı.Polad, addım-addım çoxdur güdənim,
Cücərsin toxumum, göyərsin dənim.
Təpədən dırnağa eşqdir bədənim,
Bəs niyə axırda qəm mənə qaldı.23.11.2015
-
Mayisə ƏSƏDULLAQIZI.”Rəssam Səttar”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıQonşumuz olmuş, Xalq rəssamı, rəhmət-lik Səttar Bəhlulzadəyə ithaf edirəm…
Yadımdadı, balaca bir qızcığazdım,
qayğılardan uzaq idim,
Həyatın sərt gərdişindən, dərd-qəmindən
iraq idim,
Oyanardım məhlədəki qoşa minarə məscidin
hər səhər azan səsinə,
Rəhmətlik İbad babamı da görərdim namaz
üstədi,
Üz tutub Haqq qibləsinə…
Dan yeri də ağarardı yavaş-yavaş,
O vaxt qorxardım gecədən,
Artıq yox olubdu təlaş…
Oyanardım günəş işiq saçan kimi,
Sevinərdim, tumurcuqlar açan kimi.
Çünki indi məktəbə yollanacaqdıq,
Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə
oxuyacaqdıq…
Görəcəydik biz qonşu Səttar əmini,
Rəssam da bizi görən tək atacaqdı
dərd-qəmini…
Deyərdi ki, balalarım, kim əgər “beş”
qiymət alsa,
onun rəsmini çəkəcəm,
Dünyanın rəng butasından ona çələnglər
hörəcəm!
Yığışardıq vaxt olanda Səttar əminin başına,
Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
təkrarsız barmaqlarına!
Hərdən isə nə danışar, nə dinərdi,
Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
saatlarla düşünərdi…
Xəyalən dünyanı Səttar sehrli rəng butasında
parlaq mayaktək görərdi!
Sadə idi, heç sevməzdi şan-şöhrəti,
Rənglər dünyasıydı varı-dövləti… -
Mayisə ƏSƏDULLAQIZI.”Dünyamızın sevgi nağılı”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıİllərin qəmini daha atmışam,
Kədəri dəryada mən batırmışam.
Sübhə kimi xəyallara dalmışam,
Dünyamızın sevgi nağılıyam mən.
Yazdığın nəğməyə ilham vermişəm,
Girmişəm qəlbinə, doğma bilmişəm.
Gəl əl-ələ verək qorxma, gəlmişəm,
Ürəyini aldım oğruyammı mən?
Ömür ötüb keçir sən bir dərdə bax,
Açılmayıb vallah hələ qaşqabaq.
Görməmisən belə yuxu, belə baxt,
Görəsən bu yolda döğruyammı mən? -
Müzəffər MƏZAHİM.”Hanı o qüvvə”
Ən böyük dərddir Vətən məhbəsə , zindana dönə.
Əl-qolu bağlı oğullar ürəyi qana dönə.
Yağı düşmən dərbəylik edə yurdunda sənin.
Onda tükdən asılar taleyi məhkum Vətənin.
Vətən övladı döyüş , güc sənə haqdan düşəcək.
Yetişən meyvə dərilməsə budaqdan düşəcək.
Bil , sənin haqq səsinə haqqı sevənlər gələcək.
Yurdun azadlığı dan ulduzu tək hey güləcək.
Qərq edə bilməyəcək xalqımı böhtanla yağı.
Çünki qeyrətdir , cəsarətdir bu yurdun dayağı.
Hansı dildə Vətənə “sevgili canan” deyilib ?
Hansı xalqın və zaman qətlinə fərman deyilib ?
Hanı o qüvvə Vətən eşqinə qalib gəlsin ?
Hanı o bəndi- bərə daşqına qalib gəlsin ? -
Müzəffər MƏZAHİM.”Haqqa layiq ol”
El içində saf dolan , pak adla xoş niyyət qazan,
Ol ləyaqət timsalı , səksiz səlahiyyət qazan.Olma şöhrət , var əsiri , çünki yoxdur faydası,
Axirət dünyasına hazırla yük , xeyrət qazan.At lovğalıq hissini , ol sadə bir Allah bəndəsi,
İnsan ol , insanlara hörmət elə , biət qazan.İstəsən könlün firavan , ömrün olsun çox rahat,
Ol şirindil , qəlbi saf, hər kəslə ünsiyyət qazan.Ömür Allahdan mükafatdır , Müzəffər , düz yaşa,
Haqqa layiq ol , döyüş nəfsinlə , hürriyyət qazan. -
Polad SABİRLİ.”Görmüşəm”
Baxmayıb çətinə, ağ-qarasına,
Tikəsin yarıya bölən görmüşəm.
Məlhəm neyləyəcək söz yarasına,
Sözündən yıxılıb ölən görmüşəm.Şairin şeirdir, sözdü var, yoxu,
Söz yoxsa hədəfdən yayınar oxu.
Ürəklə gözünü yaşardar çoxu,
Ürəksiz gözünü silən görmüşəm.Köz üstə qovrulur köz-közdü ürək,
Toxunma yandırar alovdan əl çək.
Odu söndürəcək, oda dönəcək,
Yaxşı ki, sevgiyə güvən görmüşəm.Gördüyü hər işin əlhəmin tutan,
Ləngərin saxlayan, yöndəmin tutan.
Sanbalın qoruyan, həmdəmin tutan,
Eşqin məbədinə dönən görmüşəm.Gözdən pərdə asan, pərdələnən də,
Bəxtindən küsən var, bəxt güləndə də,
Polad, tonla gəlir dərd gələndə də,
Dərddən havalanıb gülən görmüşəm.28.11.2015
-
Polad SABİRLİ.”Dərdi”
Hər gün bir dərd doğa-doğa,
Canım çəkib başa dərdi.
Gördüm ki, dağ çəkdi dağa,
Mən də çəkdim dişə dərdi.Söz ruhuma gəlir göydən,
Duya bilməz yoldan ötən.
Ömrüm boyu mənimlə mən,
Bir çəkmişəm qoşa dərdi.Su torpağa necə hopur,
Dərd də məni elə tapır.
Ah çəkəndə yer, göy qopur,
Necə verim boşa dərdi.Bu dünyada cənnətimlə,
Öz-özümə rəğbətimlə.
Qürurumla, qüdrətimlə,
Döndərmişəm daşa dərdi.Dərd əlindən etdim təlaş,
Öz içimdə yavaş-yavaş.
Bulaq olub gözümdə yaş,
Gətirməsin xoşa dərdi.Dərd keçirib mən qarmağa,
Ova çıxdım söz tutmağa.
Təbim də söz yığa-yığa,
Yaman tutub tuşa dərdi.Polad, duyub bilməkdənsə,
Havalanıb gülməkdənsə.
Günah edib ölməkdənsə,
Səssiz-küysüz yaşa dərdi.19.12.2015
-
Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər
YAŞADIM
Ömrü böldüm fəsillərə, aylara,
Yarpaq-yarpaq, gilə-gilə yaşadım.
Sinə gərdim dağlar boyda dağlara,
Ağlamadım, gülə-gülə yaşadım.Qovuşmağa son addımı atmadım,
Bir günahsız günahına batmadım,
Ilk sevginin vüsalına çatmadım,
Həsrətini şələ-şələ yaşadım.Sevənlərə vüsal, murad dilədim,
Yaxşılara canım qurban elədim,
Üşüyəni nəfəsimə bələdim,
Göz yaşını silə-silə yaşadım.Dəstə-dəstə kürəyimə düzməyə,
Daşdan çıxan çörəyimə düzməyə,
Muncuq təki ürəyimə düzməyə,
Dərdlərimi dələ-dələ yaşadım.Haqla oldum anrı-bərim olmadı.
Simuzərim, ləl-gövhərim olmadı,
Demirəm ki, heç xəbərim olmadı,
Mən bu ömrü bilə-bilə yaşadım.15.05.16
TORPAĞAMMIŞAM
Deyirdim adamam palıd gövdəli,
Kökləri quruyan budağammışam.
Illərin payızı saraldıb tökən,
Ayaqlar altında yarpağammışam.Yiyə durammıram yazıq sözümə.
Boylana-boylana qalıb üzümə.
Nifrət eləyirəm özüm özümə,
Gözlərimə girən barmağammışamSaxlaya bilmədim əlimin üstdə,
Həyat dərdi yığdı belimin üstdə,
Güclə saxlayıram dilimin üstdə,
Söz öpüb oynadan dodaqammışam.Taleyim, iqbalım getdi yatmağa,
Ümidim qalmayıb əlim çatmağa,
Haçansa düşəcək ölüm tutmağa,
Dünyaya atılmış qarmağammışam.Doğulub ölürük qanuna bir bax,
Gedəndə geydiyi donuna bir bax,
Bir insan ömrünün sonuna bir bax, .
Ilahi, bir ovuc torpağammışam.20.05.16
-
Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər
ÇİÇƏKLƏYİR
Fəsillər qarışıq düşüb qəlbimdə,
Yazın ortasında qar çiçəkləyir.
Süzülür gözümün al gilələri,
Elə bil üzümdə nar çiçəkləyir.Həsrət dəstə-dəstə qolumun üstə,
Boşdan dolu yağır dolumun üstə,
Hayana gedirəm yolumun üstə,
Tələ pöhrələyir, tor çiçəkləyir.Göz yaşı içində cücərir qəm də,
Boğulur insanın sevinci nəmdə,
Sözləri doğmamış ölən sinəmdə,
Başdaşı göyərir, gor çiçəkləyir.Qüssədən, kədərdən gen ürəyimdə,
Indi dərd-qəm gəzir şən ürəyimdə,
Gəlmə alışarsan sən ürəyimdə,
Alov yarpaqlayır, qor çiçəkləyir.Həyat aparmadı de nələrimi,
Yarımçıq saxladı nəğmələrimi,
Demə ki qurutdum ümidlərimi,
Sula göz yaşınla gör çiçəkləyir?03.05.16
DƏRGAHINA
Görmək istəyirəm səni, İlahi,
Varımdı bir neçə söz dərgahına.
Mənə bir yol göstər sənin yanına,
Diz üstə gələcəm düz dərgahına.Sənin səxavətin, kərəmin çoxdu,
Səni mənim kimi sevənin çoxdu.
Bilirəm gələnin-gedənin çoxdu,
Məni də növbəyə yaz dərgahına.Zikr eləmək olub adını peşəm,
Hərdən elə olub qəm də yemişəm,
Mənə nə vermisən şükür demişəm.
Heç vaxt etməmişəm naz dərgahına.Bu yeri, bu göyü sənsən yaradan,
Seçmək istəyirəm ağı qaradan,
Əlim ətəyinə toxunsun bir an,
Bir azca söykəyim üz dərgahına.Dünyada qalacaq dünyanın varı,
Könlümdən keçəni qoy deyim barı,
Niyə bəyənmirsən sağ adamları,
Öldürüb çəkirsən öz dərgahına?04.05.16
-
Şəhla RAMAZANQIZI.Yeni şeirlər
Dünya!
Sənin üzünə heç ağ olmuşammı?
Məni üzüqara eləmə, dünya!
Hər işdə üzümü ağ et, bəsimdir,
Könlü para -para eləmə, dünya!Sakitcə işimi görüb gedirəm,
İzninlə meyvəndən dərib gedirəm,
Bir nəfəs misralar sərib gedirəm,
Ruhumu biçara eləmə, dünya!Nə olsun atasız, anasız təksən,
Sevgi verə bilsən, eşq görəcəksən,
Yetimin başına bir sığal çək sən,
Qəlbini dərd yara eləmə, dünya!Dünən qarşıma çıxdın,
Ürəyim dağa döndü.
Sevincimdən az qala
uçdum göyün qoynuna.
Bir anlığa unutdum,
Həsrətli uçurumu.
Xatırladım gecdən gec,
həyatın acısını.
Susdura bilmədim ki,
Qəlbimin sancısını. -
Şəhla RAMAZANQIZI.Yeni şeirlər
Vəfasız!
Mənsiz ürəyində çoxmu boğuldun,
İntihar etdimi tər xəyalların?
Günəşsiz sabahın necə açıldı?
Mənimlə başlardı hər xəyalların.Məni misra-misra öldürmədinmi?
Qiyamət qopdumu dirilim, gəlim?
Lal baxış dilləndi, sən dillənmədin,
Mənim də sevməyə getmədi əlim.Vəfasız, de görüm, indi necəsən?
Ruhunu titrədən qadın bəs hanı?
Halı pərişansan, çoxmu incidin?
Nə bildin, üzəndə günahsız canı?Hər dəfə əsəndə dəli küləklər,
Qıyılı gözlərin yadıma düşür.
Gecə ay işığın yaydıqca yerə,
Bilirəm, ruhumuz yenə görüşür.Ərköyündür məhəbbət,
Bir dodaq büzməyi var.
Od saçan baxışıyla,
Gözləri süzməyi var.Ərköyündür məhəbbət,
Qapını çırpa bilir!
Könlünə dəyən olsa,
Küsüb yola düzəlir.Ərköyündür məhəbbət,
Aşiqlər dözsün gərək.
Əhdinə vəfalıdır,
Kəsmişdirsə duz-çörək. -
Mayisə ƏSƏDULLAQIZI.”Sevgi həmdəmim”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıSən orda, mən burda, bu insafmı heç?
Kəsir yolumuzu həsrət, kədər, qəm.
Vüsal gah yaxında, ya tez, ya da gec,
Səslər ikimizi gözlərində nəm.Ürəkdi yaşadan saf məhəbbəti,
Ömrümə gecikmiş sevgisən gülüm.
Bu zərif ürəyin çoxdu qüdrəti,
Alışan sevgini gərək mən bilim!Bahar bənövşəsi, dağların qarı,
Daha bu qəlbin yox nə dərdi, qəmi.
Sən mənim ömrümün dövləti-varı,
Ey mənim könlümün sevgi həmdəmi! -
Mayisə ƏSƏDULLAQIZI.”Dünya”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıÜzümüzə gülən dünya,
Qərinələr səndən keçdi,
Qəddimizi əyən dünya,
Sevilməsək, sonra gecdi!Birinin baxtına yazdın,
Birinin taxtına yazdın,
Kimə vaxtsız məzar qazdın,
Kiməsə şan-şöhrət verdin!Gəl bizi dindirmə belə,
Hikkəni yeritmə elə,
İnsan köçün vermə selə,
Qərinələr itdi-getdi!!! -
İltimas İSMAYIL.”Ağlıyorum”
Sus gamlı yüregim bir daha gülme
Gönlüm matemdedir, bana ağlıyor
Kırılılmış kalbimden git, umut gelme
Gönlüm matemdedir ona ağlıyor.Sonunda oldu yar, beni terk ettin
Bizi ayrılığın koynuna ittin
Ardına bakmadın, sessizce gittin
Gönlüm matemdedir, cana ağlıyor.Sevda çiçekleri daha açılmaz
İçim hep karanlık ışık saçılmaz
Alın yazım böyle ondan kaçılmaz
Gönlüm matemdedir, tana ağlıyor.Hüzün dağlarından rüzgarlar esti
Soğuk bakışların umudu kesti
Artık gücüm bitti, zulumun besti
Gönlüm matemdedir,sana ağlıyor05.02.2016
-
İltimas İSMAYIL.”Affetme gönül…”
Kafamda hüzün dumanı
Kaplıyor bak her alanı
Beni bu hala salanı
Affetme gönül, affetme.Hani beni çok sevmişti
Sevda yolunu seçmişti
Anladım bunlar geçmişti
Affetme gönül, affetme.Sandım bir umut bitirdi
Allahım bana yetirdi
Sana gam keder getirdi
Affetme gönül, affetme.Gitsin gezsin güzelleri
Günde bir aşk gezenleri
Seni böyle üzenleri
Affetme gönül, affetme.18.03.16
-
Rahilə DÖVRAN.”Ağdamım mənim”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,QARABAĞ ƏDƏBİYYATI
Unutmayaq- Bu gün Ağdamın işğalından 23 il keçir…
Dünyanın məhvəri pozulan zaman,
Əsib qara yellər, qopanda tufan.
Kəmfürsət, pis yağı vermədi aman,
Kafirlər cəm olub, kəsildi qənim,
Oldu bağrı talan, Ağdamım mənim.Qalxdı düşmən üstə öz hünəriylə,
Şəhidi, qazisi,oğul, əriylə.
Şeytan fitvasıyla,iblis şəriylə,
Odlandı, kül oldu, cənnət gülşənim,
Əl- qolu bağlanan, Ağdamım mənim.Tanklarla şumlandı damı, daşları,
Al qana boyandı vətəndaşları.
Gözlərdə qurudu, dondu yaşları,
Qanla qüsul oldu çölüm, çəmənim,
Köməksiz, tək qalan, Ağdamım mənim.Heç baxan olmadı tökülən qana,
Uydular şöhrətə,ucuz ad- sana.
Ağdam getdi bada, kürsüdən yana,
Qəhr olmuş, atılmış, bəxtsiz vətənim,
Gözü nəmli,nalan, Ağdamım mənim.Indi zaman bizə, türkə işləyir,
Dağım da, daşım da, intiqam deyir.
Tezliklə söylərik”sabahın xeyir”,
Çəkilər üstündən dumanın, çənin,
Dövran deməz yalan, Ağdamım mənim. -
Rahilə DÖVRAN.”Xəyallarım”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Götürüb xəyallarımı
qapadacağam,
Qaranlıq tənha bir otağa.
Qoymayacağam məni götürsünlər,
gah arana,gah da dağa.
Xatirələrimə qoyacağam qadağa.
Deyəcəyəm:-yetər artıq,
məni rahat qoysunlar.
Gecəsi-gündüzü olmayan,
üzülmüş xəstə canınımı.
cəllad kimi az soysunlar.
Bəlkə onda rahat düşünəm,
rahat yazam,rahat yaradam.
yaxamdan əl çəksin
nisgilim,dərdim,qadam.
Baş barmağın isladaraq,
xəyallarım bir-birini,
varaqlasın varaq-varaq.
Xatirələr bəhsə girsin,
əlli yaşlı bir yaddaşı oyadaraq.
Həmin otaq mənsiz belə,
dönəcəkdir mənlə dolu
bir dünyaya.
Həvəslənmiş xəyallarım,
qağayıtək baş vuracaq
gah dənizə,gah da çaya.
Bu otağa toplaşacaq görün-
kimlər?…
açılacaq çoxlu sirlər,
qırılacaq neçə illik tilsimlər.
Uşaqlığım,cavanlığım,uzaq keçmiş,
neçə şirin,neçə acı
anlar,günlər,aylar,illər,
Sanki bunlar yoxmuş,heçmiş.
Bir də ,həyata keçməyən,
nə qədər arzum.
Sevdiklərim tərəfindən
tapdanmış haqqım,
basılmış çörəyim,duzum.
Sığışmazlar xəyallarım yerə-göyə,
Qoy özləri mənsiz qalsın,
baş çəksinlər bir-birinə,
qapıların döyə-döyə.
Istərlərsə, bir-birini söyə-söyə.
Təki məndən əl çəksinlər,
tənha qalım özüm ilə.
Xidmət edim Yaradana,
xidmət edim vətənimə,
qələmimlə,sözüm ilə… -
Nəriman Zeynalzadəni doğum günü münasibətilə təbrik edirik! (25 iyul 1954-cü il)

HƏLƏ ÜRƏYİNDƏ DƏRDİ CAVANDI
Titrədi əlində qələm-kağızı,
Misrası cavandı, bəndi cavandı.
Qonşu məhəllədə bir qız görübdü,
Sevgidə cücərən dəndi, cavandı.Nə qədər havanın dəmin tutacaq,
Zilini tutacaq, bəmin tutacaq,
Nakam bir sevginin qəmin tutacaq,
Sərəcək sinəyə, tərdi, cavandı.Ömrümü, günümü yaşadı mənə,
Dərdim ki, tək deyil, qoşadı mənə,
Vallahi, bu oğlan oxşadı mənə,
Hələ ürəyində dərdi cavandı.01.05.2016
O QIZI ALMAĞA PULUM OLMADI
Kəsəcək yolumu məhlə uşağı,
Gəldim ki, almağa dərs küçənizdən,
Qoy axsın üstümə ağzımın qanı,
Bilərək gəlmişəm tərs küçənizdən…Bazarlıq etdilər bəzi atalar,
İçi boş, sevgisiz ürək satdılar.
Elə bil qoyunun yağlı yerindən,
Kəsib tikəsini itə atdılar.Sevgi var ucuzdur, qəpiyə dəyməz,
Sevgi var villalı, içi bahalı.
Bir kəsin görməyən, duya bilməyən,
Ürək gəzdirirəm içi yaralı.Həyat yıxdı məni, üzüstə gəldim,
Sevgimə çatmağa yolum olmadı.
Qarıdı, qocaldı, soldu arzular,
O qızı almağa pulum olmadı.23.04.2016
-
Polad SABİRLİ.”Duyğular, düşüncələr”
Hər söz gəzdirənin, ağzı göyçəyin,
Felinə uymadım, düşmədim tora.
Qanqalın, tikanın, gülün, çiçəyin,
Şirəsini çəkdim, yetişdim kara.Qabığım soyuldu, çıxdım dərimdən,
Adımı qoruyub saxlamaq üçün.
Kimlər gəlib keçdi həndəvərimdən,
Mənə tən olmaqçün, haxlamaq üçün.Ağzımdan, dilimdən ələnib keçir,
Xəlbirdən ələnən dən kimi sözüm.
Sözbazlar söz gəzir, dilənib keçir,
Məndən nə istəyir bilmirəm özüm.Quluna dönmüşəm arzularımın,
Arzumla imkanın çox uzaq düşüb.
Üfüqü görünmür yazılarımın,
Şeirin hər bəndinə bir boyaq düşüb.Elə simsar tapım halıma yansın,
Polad, təkbaşına baş olan hanı?
Eynimə gün doğsun nura boyansın,
Dağılsın başımdan dərdin dumanı.25.12.2015
-
Polad SABİRLİ.”Polad şeir oxuyanda”
Ruhum yerindən oynayar,
Damarlarımda qan donar.
Aləm də nura boyanar,
Polad şeir oxuyanda.Tanrım biri eyləyər min,
Ürəklərdən silinər kin.
Mələklər də deyər Amin!
Polad şeir oxuyanda.Qanana var ehtiramım,
Sarsılmadı heç inamın.
Aşıb-daşdı da ilhamım,
Polad şeir oxuyanda.Bədxah adamlar ucalmaz,
Sevən ürəklər qocalmaz,
Göydə quş da qanad çalmaz,
Polad şeir oxuyanda.Kaş qovuşaydı yara yar,
Hər bir sevgi verəydi bar.
Dərdlilər dərdin unudar,
Polad şeir oxuyanda.Oxu Polad, gəlsin səsin,
Tükənməsin heç həvəsin.
İmansız imana gəlsin,
Polad şeir oxuyanda.14.10.2012
-
Mayisə ƏSƏDULLAQIZI.”Sevgi küləyi”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıUzun oldu bu gecə,
Bu baharın,yazın oldu bu gecə…
Qəlbimin həsrət
Nöqtəsi kiçildi.
Kədərin boyuna kəfən biçildi.
Vüsal gülə-gülə yolumu kəsdi,
Sevgi küləyi əsdi…
Qəlbi həyəcalı, sevən qadınların,
Həsrətində, gah sığalın, gah tumarın…
Bəlkə də, bu sözlərə gülürsən,
Özünü bu söhbətdən kənar bilirsən…
Bu sözləri anlayar,
Hissləri ilə baş qatan,
Axır murada çatan…
Düşüb eşqin bəlasına,
Uyub sevgi laylasına…
… Qəlbimin həsrət
Nöqtəsi kiçildi.
Kədərin boyuna kəfən biçildi.
Uzun oldu bu gecə,
Bu baharın, yazın oldu bu gecə… -
Mayisə ƏSƏDULLAQIZI.”Atılmış körpə”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı…O körpənin təbəssümü,
Daha görməz bu gecəni.
Çünki… daha onun uyuduğu
Boş beşiyi, anası elə
Körpəsini atdığı kimi, atdı zibilliyə…
O evdə daha
Körpə görməz bu gecəni…
Zülmət qaranlıq isə
Üşüdər gəlib-keçəni…
Körpəni zibil yığan baba ilə, polislər
Çoxdan apardılar,
Buz bağlamış pilləkandan qopardılar…
İndi, o körpənin beşiyi də,
Zibillikdə üşüyəcək,
Anası körpəsini atdığı yerdən,
Qaçıb-qaçıb,
Həyəcandan tövşüyəcək…
Və bir gün, o körpə böyüyəcək,
Həyatını öyrənəndə,
Bu dünyaya inamı da dəyişəcək!!
O körpənin təbəssümü daha
Görməz bu gecəni,
Zülmət qaranlıq isə,
Üşüdər gəlib-keçəni… -
Müzəffər MƏZAHİM.”Qorxudur məni”
Halaldır üz-üzə vuruşan mərdə,
Namərdin pusqusu qorxudur məni.
Həmd olsun Allahın verdiyi dərdə,
Bəndənin basqısı qorxudur məni.Çoxda gözüm yoxdur, aza dözərəm,
Belimə şəllənən duza dözürəm,
Hər türlü cəfaya, naza dözərəm,
Duyğusuz vasvası qorxudur məni.Qayıdar özünə etdiyin qarğış,
Öz bahar ömrünə gətirmə qar-qış,
Sözü üzə deyən düşmənə alqış,
Dostların “mus-mus”u qorxudur məni.Yenə kosa-kusa saqqal dəbərdir,
Sülənən nəfsini yala gəbərdir,
İçi kin-küdurət, əməli şərdir,
Gülümsər maskası qorxudur məni. -
Müzəffər MƏZAHİM.”Ləpə və qaya”
Şair dostum Camaləddin Əjdəroğlunun
“Ləpə” şerini oxuyarkənİllərlə sahili yudu ləpələr,
Yaladı qayanı suların dili.
Bu qayğı, nəvaziş, tumar önündə,
Ovuldu qayanın əyilməz beli.Elə ki, yumşaldı əridi sahil,
Sular hücum çəkdi, bəndləri yıxdı.
Yaltaq ləpələrin coşan selinə,
Qaya təəssüflə son dəfə baxdı. -
Abdulla MƏMMƏD.”Yurd daşı bağrımı yarır”
(Didərgin şərqisi,qaçqın harayı silsiləsindən)
Qəzəb gözdə qara bulud,
Yurdsuz dərdinə əl çalır.
Dərd yiyəli yiyəsiz yurd
Düşmən əlində alçalır.Qan ağlayır Həkəriylə,
Çıxa bilmir yaza yurdum.
Araz axır qəhər ilə,
Dərdimi kim yoza,yurdum?!Hərə çəkilib içinə,
Qılınc tək qında korşalır.
Vətəndə yurdsuz keçinən,
Özgə havanı gur çalır.Kül üfürüb el gözünə,
Hərə bir cür baş girləyir.
Haqqı danan-Haqq sözünə
Yol boyu daş diyirləyir.Yurd daşı bağrımı yarır,
Döndükcə məzar daşna.
Bir yol özünə gəl barı,
Ya tök külünü başına.Torpaq mənim məzar yerim,
Son mənzilim,son pənahım.
Torpaqdan pay olmaz,yeri,
Allahın olsun-Allahın!…Əyil,təmizlə torpağı,
Yad daşdan,yad tapdağından.
Ya başından at papağı,
Ya da yapış torpağından! -
Abdulla MƏMMƏD.”Dünya”
“Keçi can hayında,qəssab piy gəzir,”
Gör kimlər qoynunda yarınır,Dünya.
Başlılar başını götürüb gedir,
Başsıza baş olur harının,Dünya.Səni duyan kəslər vaxtsız qarıyır,
Abrına sığınır baxtsız qarıyır.
Özündən qaçanlar dərdə yarıyır,
Qoruya-qoruya arını,Dünya.Nə var yaşamağa-ürək boşdusa,
Ürəksiz yanında sözün başdısa…
Düzə göz yumduğun ehtiyacdısa,
Zəlzələ dağıdar barını,Dünya.Ayıl,bu qəflətdən bir gözünü aç,
Acın gözü toxdur,toxun gözü ac.
Qiyamət gününə qalıbmı əlac?
Soyub talayırlarvarını,Dünya!Azərbaycan.Quba.
10.09.2000. -
Uşaqlar savaşan dünyanın saf, məsum və balaca insanlarıdır
Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir.
Bəziləri evlərində, küçələrində, bağçalarında şənlənib, oynayarkən üzərlərinə düşən bombadan sonra canını Allaha təslim edir. Bəziləri isə sağ qalıb xarabalıq içində yaralı, şikəst halda valideynlərinin, qardaş və bacılarının, dostlarının parçalanmış bədənlərinə dərin kədər, təəccüb və çarəsizlik içində baxır.
Sevgi, şəfqət və hüzura ən çox ehtiyacları olduğu dövrdə dəhşətli, qəddar və qanlı müharibənin ortasında qalıb həyatlarını xilas etməyə çalışırlar. Evləri, məhəllələri, məktəbləri, oyun parkları artıq yoxdur. Qalan xarabalıqların içində isə indi əli silahlı insanlar var. Bir gün əvvəl əmin-amanlıq içində yaşadıqları isti və rahat yuvalarından aclıq, susuzluq, xəstəlik, soyuq, əziyyətlərlə dolu, hər cür yardıma möhtac qalacaqları tamamilə başqa bir dünyaya addımlarını atırlar.
Suriyada, İraqda, Yəməndə, Liviyada, Livanda, Türkiyədə, Əfqanıstanda, Qəzzada, Ukraynada, Kolumbiyada, Myanmada, bir çox Afrika ölkəsində müharibə və münaqişələr səbəbindən həyatları alt-üst olmuş bu uşaqlardan milyonlarladır.
Avropa Komissiyasının 2016-cı il fevral tarixli “Humanitar yardım və mülki müdafiə” adlı hesabatında UNICEF, UNHCR, UNESCO kimi təşkilatlar mənbə göstərilərək “təcili köməyə ehtiyacı olan uşaqlar” başlığı altında bu məlumatlara yer verilir:
“Uşaqlar müharibədən ən çox zərər görənlər arasındadır. UNICEF-in proqnozlarına görə, müharibədən təsirlənən ölkələrdə yaşayan 250 milyondan çox uşaq var. Bir çox uşaq müharibənin mülki itkiləri arasındadır. Oğlan və qız uşaqları əsasən silahlı qruplar və ya cinayətkar təşkilatlar tərəfindən döyüşmək və ya kəşfiyyat toplamaq məqsədilə istifadə edilir, cinsi istismar və insan alveri təhlükəsi ilə üz-üzə qalır. YUNESKO-ya görə müharibədən əziyyət çəkən ölkələrdə 37 milyon uşaq məktəbə getmir”.
Başqa bir mənbədə vuruşan ölkələrin uşaqlarının qarşılaşdığı fəlakət belə təsvir edilir:
“Bir çox münaqişə bölgəsində uşaqlar itkilərin ən böyük hissəsini təşkil edir. Çoxu silahlardan yox, qarşısı alına biləcəyi halda, səhiyyə sistemi və infrastrukturu darmadağın olduğu üçün müalicə edilə bilmir və xəstəliklərdən ölür. Demokratik Konqo Respublikasında 2.7 milyon uşaq qarşıdurmanın nəticəsi olaraq həyatını itirdi”.
Müharibələr səbəbindən uşaq itkilərinin bu gün ən yüksək səviyyədə olduğu ölkə şübhəsiz, Suriyadır. Əhalisinin 4.6 milyonu qaçqın, 6.6 milyonu isə ölkə daxilində yer dəyişdirmiş suriyalıların yarısını uşaqlar təşkil edir. Bir çox qaçqın uşaq ailələrini saxlamaq üçün cüzi əmək haqqı müqabilində təhlükəli və ağır işlərdə çalışır. Təhlükəli şəraitdə hər cür cinsi istismara açıqdırlar. Qızlarının pis yola düşməsindən qorxan bəzi ailələr, xüsusilə dul analar onları çox kiçik yaşlarda ərə verir. 2-3 milyona yaxın suriyalı uşaq məktəbə getmir.
Suriyalı uşaqlar rejim qüvvələrinin məktəb, xəstəxana, oyun parkı ayırd etmədən həyata keçirdiyi hava hücumlarının, atdığı varil bombalarının, açdıqları artilleriya atəşlərinin ən böyük qurbanlarıdır.
«Syrian Observatory for Human Rights»ın açıqlamasına görə Suriya vətəndaş müharibəsi başladığından etibarən təxminən 12.000 uşaq həyatını itirib. Sağ qalan on minlərlə uşaq isə faciəvi şəkildə yaralanmış, gözünü, qulağını digər orqanlarını itirmiş şəkildə kiçik yaşda şikəst olaraq həyatlarına davam edir.
Suriyadan sonra müharibə mənşəli yer dəyişmələrin ən çox olduğu ölkə Kolumbiyadır. Burada 6.5 milyon insan qarşıdurmalar səbəbindən evlərini tərk edib. Ölkədəki FARC adlı terrorçu qrup münaqişə bölgələrindən qaçan 11-15 yaş arasındakı qız uşaqlarını ələ keçirərək əxlaqsızlıq etməyə məcbur edir.
Şərqi Ukraynada müharibə səbəbindən yer dəyişdirən 1.700.000 insanın 250.000-i uşaqlardır. Donbasdakı müharibə Balkan Müharibələrindən sonra Avropadakı ən böyük humanitar böhrana çevrilib.
Bir də kiçik yaşda silahlarla tanış edilərək zorla bu müharibələrin bir hissəsi halına gətirilən uşaq əsgərlər var. Ön cərgələrdə döyüşmək, canlı bomba, ya da canlı qalxan olaraq istifadə edilmək üçün təlim keçirlər.
Məsələn, PKK terror təşkilatının düşərgələrində hazırda ən kiçiyi 8-9 yaşlarında 3 min uşaq, hərbi və ideoloji təlim keçir. PKK Türkiyədə "çözüm sürəci" adlandırılan dövrdə son bir neçə il ərzində yaşları 12-17 arasında dəyişən 2500-dən çox uşağı ailələrinin razılığı olmadan, silah gücünə dağa qaçıraraq öz sıralarına qatdı. «Human Rights Watch» təşkilatının hesabatlarında PKK-nın Suriya qolu PYD-nin 12 yaşlı uşaqları belə silahlandırdığı bildirilir.
Terror təşkilatı tərəfindən zorla ələ keçirilən qız uşaqları isə təşkilat üzvləri tərəfindən təcavüz edilərək hamilə qalır. Qaçıb evlərinə qayıtmağa nail olsalar belə, bir çoxu ailələri tərəfindən qəbul edilmir, təşkilat tərəfindən ələ keçirilib geri aparılır və ya ailələri tərəfindən namus cinayətlərinə məruz qalır.
Müharibədən əziyyət çəkən uşaqlarda fiziki travmalardan əlavə bir çox psixoloji travma da yaranır.
Daim qeyri-müəyyənlik, şiddət və ölüm təhdidi uşaqlarda tədricən pessimist, qayğılı, depressiv, içinə qapalı, bəzən təcavüzkar və üsyankar ruh halları formalaşdırır. Bunların çoxu daimi travmalara çevrilə bilir. Ən yaxşı halda isə hər hansı bir qaçqın düşərgəsinə sığınan uşaqları alçaldılma, döyülmə və təhqir dolu həyat gözləyir. Livan qaçqın şəhərciyindəki bir qrup uşağın dünya ictimaiyyətinə yazdığı açıq məktub bu faciəni ortaya qoyur:
“Biz suriyalı uşaqlarıq, bəzimiz iki, bəzimiz üç, ya da dörd il əvvəl Livana gəlmişik. Bir çox problemdən əziyyət çəkirik. Bunlardan biri də başqaları tərəfindən döyülməkdir. Məsələn, məktəbdə livanlı uşaqlar tərəfindən döyülürük. Küçələrdə eyni şəkildə kötək yeyirik və bəzi insanlar bizimlə lağ edir. Bir dostumuz və qardaşı qaldığı evin sahibi tərəfindən döyülür”
Bu məzlum uşaqlar masa başındakı bəzi rəhbərlərin qürunun, inadkarlıq, fanatizm və hərisliyin zərərçəkənləri olduqlarını anlamırlar. “Terrorla mübarizə” adlanan cəfəngiyyat uğrunda aparılan hava əməliyyatlarının, dron hücumlarının qurbanları olduqlarından xəbərləri belə yoxdur. Onlara “beynəlxalq silah firmalarının qazanc axtarışlarının nəzərə alınmayan itkiləri” olduqları deyilsə,buna məna verə bilməzlər.
Bu saf, məsum və pak varlıqlar zalım müharibələrin qurbanı olmamalıdırlar. Bunu dərk edən vəvicdanı məsuliyyət hiss edən insanlar müharibələri dayandırmaq üçün bütün gücü ilə əlindən gələni etməlidir. İlk növbədə, ölkələrarası qarşıdurmaların səbəblərini aradan qaldırmaq üçün ortaq sevgi dili yaradılmalı, hərbi üsullar əvəzinə, problemlərin sevgi əsaslı diplomatiya ilə həll edilməsi təmin olunmalıdır.
Sevinc HAQVERDİZADƏ
-
Gənc xanım yazar Şəfa Eyvazın şeiri “Kümbet” dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın “Ehtiyac” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Çukurova vilayətində fəaliyyət göstərən “Usare” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
QEYD: Şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın şeiri
“Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti -
Harika Ufuk Doğum gününüz kutlu olsun..
BUGÜN CUMA
Güler yüzle eksik etme selamı,
Bugün cuma Müslüman’ın bayramı…
Dualarla uzaklaştır hep gamı,
Bugün cuma Müslüman’ın bayramı…Yardımlaşma, dayanışma zamanı,
Kalbimizde hissedersek âmanı,
Mutlulukla dolar ömrün her anı,
Bugün cuma Müslüman’ın bayramı…Harika dost içtenlikle seslenir,
Duymazsanız bakışları sislenir,
Güzellikler iyilikle beslenir,
Bugün cuma Müslüman’ın bayramı…ADANA
23.01.2015
SAAT: 12.30 -
Harika Ufuk Doğum gününüz kutlu olsun..
KADİR GECESİ
Çok şükür ki ulaştık mübarek Ramazan’a,
Herkes sevinçli mutlu; baba, oğul, kız, ana,
Kur’an-ı Kerim’imiz bildirir her insana,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.Kibirden uzaklaşır bütün rütbeler, sanlar,
Çünkü Allah katında eşittir tüm insanlar,
İftar sofralarında toplanır dostlar, canlar,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.Gönülde din sevgisi, eller göğe açılır,
Üstümüze Rab’bimin rahmetleri saçılır,
Sevaplar kazanılır, günahlardan kaçılır,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.Hazreti Muhammed’dir gönlümüzün sultanı,
İsmini söyledikçe güçlendirir imanı,
Camiler dolar, taşar; dua süsler cihanı,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.Harika’dır Müslüman, yardım eder herkese,
Yoksula dağıttıkça azalmaz artar kese,
“Allah, Allah!” dedikçe gül karışır nefese,
Bin aydan daha kutsal yetiş Kadir Gecesi.ADANA
25 AĞUSTOS 2010
SAAT: 21.15 -
Rauf İsayeni doğum günü münasibətilə təbrik edirik!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, oğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
-
Mayisə ƏSƏDULLAQIZI.”Çiçək satan uşaqlar”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıRayonlarımıza səfər edərkən, yol kənarında dayanıb, yaz-yay aylarında əllərində çiçək tutub satan uşaqlara həsr eləmişəm.
Göz açıb dünyanı alışan görüb,
Adəm övladını çalışan görüb,
Xeyiri şər ilə çarpışan görüb,
O körpə qəlbində hey haray salar.
Əkdiyi güllərin qeydinə qalar.
Əlində gül tutub yol kənarında,
Bəlkə də ürəyi yanır alovsuz.
İndidən yer alıb qəm məkanında.
Bəlkə də çoxdandı çörəksiz-susuz.
Yaşamaq istəyir o da, adam tək,
O sinə gərəcək tufana, qara,
Keçmişi qalacaq bir gülsatan tək,
Zəfər çalacaqdır qasırğalara!!
Birinin əlində gül, heykəl olub,
Gözlərini yumub, yatan görmüşəm,
Saflığı özünə bir əngəl olub,
Dərdi-qəm içinə batan görmüşəm!
O kimdi? Bilmirəm, qəlbiaçıqdı,
Başqadı, ürəyi, adı, yeri də,
Gül satıb, haqqını qazanacaqdı,
Əzəldi saflığı, həm hünəri də!
Elə çığırır ki, “çiçək var, çiçək!”
Göylərdə alışan tüstümə gəlin,
Ürəyində vardı min arzu-dilək,
Sanki çığırır ki, üstümə gəlin!
Arzum budur sənin həyat yolunda
Nə dərdin, kədərin, məlalın olsun,
Kövrək şairənin dualarından,
O ananın südü halalın olsun! -
Mayisə ƏSƏDULLAQIZI.”Bilmirsiniz ki”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı2015-ci il, dekabr ayında baş verən Xəzərdəki faciyəyə ithaf
Mavi dalğalar qoynunda,
Dumanlı şəhərim…
Uzaq ilğımlar boynunda,
Qaranlıq səhərim.
Qapa neftim,
Qara bəxtim…
Bizi yaşatsa, min illərcə,
Fırtınalı Xəzərimin
Mavi gözlü gözəlimin,
Qəm yaddaşı yaşadacaq…
Bəlkə, hələ bu fırtına,
Bizim kimi çoxlarına
Daş atacaq!!
Xəzərim də,
Ruhumuzu
Min illərcə daşıyacaq.Bilmirsiz ki, o fırtına,
Bizdən sonra dayandımı?!
Cəhalətlə sürüklənən
Əqidələr oyandımı?!..
Bilmirsiz ki,
Bizdən sonra, evdəkilər
Acı fəryad qopardımı?!.
Bizdən uzaq sahillərdə,
Limanlarda, yol gözləyən,
Çiçəklərimiz soldumu?!
Analar saçın yoldumu?
Bəlkə də,
Alışıb yanan sözlərə,
Qan-yaş tökən bu gözlərə,
Badalaq vuran olacaq!
Fırtınalı xatirələr,
Yaddaşlarda qalacaq!
Fırtınasa,
Hələ neçə əsrlərin,
Nəsillərin əllərini sıxacaq!! -
Polad SABİRLİ.”İçində”
(Övladlarıma nəsihət)
Başınızı uca tutun balalar,
Vətənin içində, elin içində.
Hər sözdə, söhbətdə hikmət axtarın,
Arılar bal gəzər gülün içində.Ruzi başınızdan axsın, gur olsun,
Bəxtiniz gül açsın, gözdə nur olsun.
Həyat yolunuza min uğur olsun,
Yaşayın həmişə ləlin içində.Təmiz adınızla bizi qoruyun,
Qəlblərdə iz qoyun, izi qoruyun.
Nahaq danışmayın, düzü qoruyun,
Yoxsa boğularsız selin içində.Eldə hörmət olmaz eli söyənə,
Yalan danışana, şər də deyənə.
Baltanı vurmayın hər əyilənə,
Batıb qalmayasız lilin içində.Polad haqq işində bişdi savaşda,
Yerini tutubdur həmişə başda.
Mənim nəsihətim qalsın yaddaşda,
Köz də axtarmayın külün içində.14.05.2014
-
İltimas İSMAYIL.”Mezarında…”
Bir name bekledim ömrüm boyunca
Şimdi yazıyorsan yaz mezarında
Aşkını öldürüp kabre koyunca
Kime kızıyorsan kız mezarında.Bağlandığım aşkı çekip kopardın
Bıraksaydım başka neler yapardın
Tüneller kazarak yoldan sapardın
Hala kazacaksan kaz mezarında.Tevbelerin artık faydası yoktur
Kuru yeminlere karnımız toktur
Toprağın altında yılanlar çoktur
Bir şeyler çalarsan saz mezarında.Bir konuş demedin hatır sayayım
Yandırıp yaktın ki acı duyayım
Tanrım şahit sana nasıl uyayım
Dualar beklersen vaaz mezarında.İnmişsin toprağın derin katına
Ne gemine benzer ne de yatına
Dünyaya çekilen haber hattına
Haber sızacak san sız mezarında.
12.06.2016. -
İltimas İSMAYIL.”Ağlar Kadınlar”
Gözü sulu deyip yargılamayın
Alışıp yanarsa, ağlar kadınlar
Neler yaşar diye sorgulamayın
İki göz pinar sa, ağlar kadınlar.Ayları, yılları hesaba katmaz
Umutla bekler hep kadere çatmaz
Sevgiye muhtaçtır kalbinden atmaz
Kırılıp sınarsa, ağlar kadınlar.Sevince her kesin gözüne batar
Sessizce geceyi gündüze katar
Derdini anlatmaz içine atar
Yüreği kanarsa ağlar kadınlar.Yolunda özünü oda attığı
Hep huzur vererek, hüsran tattığı
Güvenin içine yalan kattığı
Sözlere kanarsa, ağlar kadınlar..Neleri istedi, neleri aldı
Gelen giden onun ömründen çaldı
Yıllarca bir kalpte aç susuz kaldı
Maziyi anarsa, ağlar kadınlar .Bazen yalan, yalnış baş kakışların
Sarhoşken söylenen can yakışların
Yaşlanmışsın diyen buz bakışların
Altında donarsa ağlar kadınlar.
27.05.2016 -
Günel NAZİM.”Yar gəlməmiş məzara qoymayın məni! “
Yazım dönübdür çovğuna qara.
Sevincim bürünüb qara torpağa.
Sanki girmişəm qara zindana.
Yar gəlməmiş məzara qoymayın məni!Allah, bu nə dərddir vermisən mənə?
Hanı “yar” dediyim ömür bəzəyən.
Cəhənnəm atəşi sarıb qəlbimi.
Yar gəlməmiş məzara qoymayın məni.Arzular, niyyətlər puç olub daha.
Sevgi ucuzlaşıb satılmır baha.
Allah, sevgimi itirdiyim bu diyardan.
Yar gəlməmiş o diyara aparma məni! -
Polad SABİRLİ.”Üzüm haqqa tərəf, yönüm Allaha”
İstərəm hər kəsə kaş ki, həyatda,
Ögey olmayaydı zaman, ay Allah!
Haqsızlar haqlının başından basıb,
Yerin tutmayaydı aman, ay Allah!Böyüyə dərs verən uşaq görmüşəm,
Elə böyük var ki, dağlıdır qəlbi.
Elə anlamaz var söz başa düşmür,
Eləsinin sözdür qəlbinin həbi.Adam var yüz dəfə ölür, dirilir,
Ehmal demədiyi sözünə görə.
Çoxu ağzın qoyub Allah yoluna,
Kül ilə oynayıb közünə görə.Kimi başqasına yükdü nədənsə,
Kimi də çoxunun yükün daşıyır.
Ölməli olmayan gedib həyatdan,
Ölməli olan var keflə yaşayır.Üzüm haqqa tərəf, yönüm Allaha!
Haqsıza rast gəldim haqq deyə-deyə.
Polad, çox ah çəkib qəm yemə daha,
Özünə ağasan, sözünə yiyə.25.07.2014
-
Polad SABİRLİ.”Dönməz qəti”
Əzilsəm də dost yolunda,
Əziz tutdum sədaqəti.
Əhvalımın bu halında,
İtirmədim ləyaqəti.Üz geyərsə, kim üzünə,
İnam olmaz heç düzünə.
Elə döyər hey dizinə,
Yaman olar aqibəti.Qaça-qaça dəyənəkdən,
Yorulmadım haqq deməkdən.
Keçirdim, keçdim ələkdən,
Tapdım haqqı-ədaləti.Dən-dən olub üyüldüm ki,
Qarşısında əyildim ki,
Ona görə sevildim ki,
Mən də sevdim həqiqəti.Tərs düşsə də yeklə şeşin,
Yola gətir bişin-bişin.
Gözəl olar savab işin,
Gözəl olan fəziləti.Yandırdılar, kül dedilər,
Ağlatdılar, gül dedilər.
Zəhər verib ləl dedilər,
Hara yozum bu niyyəti.Kim ki, vurar mıxa, nala,
Düşə bilməz aydın yola.
Polad haqlı ola-ola,
Haqq yolundan dönməz qəti. -
Mayisə ƏSƏDULLAQIZI.”Bu gecənin hənirtisi”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıBu gecənin hənirtisi,
Məni yaman üşüdür.
Yadıma körpə vaxtı eşitdiyim,
Qorxunc nağıllar düşür.
Sanki, tənha oturduğum,
Bəzəksiz-düzəksiz otağımda.
Ocağımın odu sönüb,
Közüm qurtarıb,
Dilimdə, gizlətdiyim
Sözüm qorxudan buz tutub.
Yüyürürük, yıxılırıq, əzilirik,
Tutub qalxmağa bir
İmdad yox.
Yavanca çörəkdə,
Dad yox.
Sabaha balalarımızın
Körpəcə gözləriylə baxırıq.
Dünya necə bəxtəvər görünür,
Sabahlarımız sanki, öyünür.
Kaş ki, nahaq qanlar kəsilə
Yer üzündə.
İnsanlığın bəxti var ola,
Dünya bəxtəvər ola!
Kaş ki, Yer üzündə,
İnsanlara elə bir
Qanun qoyula,
Bütün vicdanlar ayıla!
… Bu gecənin hənirtisi,
Məni yaman üşüdür.
Yadıma körpə vaxtı eşitdiyim,
Qorxunc nağıllar düşür. -
Mayisə ƏSƏDULLAQIZI.”Şair təbiətlim”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatıŞeir-sənət yolunda,
Zamanın atındayam,
Sevgisi aşıb-daşan,
Hayqıran fırtınayam,
Zarafatla deyirlər,
Cənub-qərb küləklisən,
Neyləyim, ölməliyəm??
Şair təbiətliyəm!!
Dərd bölənə bacıyam,
Məhəbbətin tacıyam,
Şirin şəkər kimiyəm,
Haqq sözünü deyəndə,
Acı zəhər kimiyəm,
Kiməsə adi bir dost,
Kiməsə sevgiliyəm,
Qısqancam, küsəyənəm,
Şıltağam, ərköyünəm,
Hərdən fikirləşirəm,
Allah bu nə xislətdi?
Qəribə xasiyyətdi!
Yaşayıb, sevməliyəm.
Keçən ay sevgilimlə,
Təsəvvür etdiyimiz,
Körpəmi görməliyəm.
Bədxahlara zəlzələ,
Ölümlük bir şimşəyəm.
Deyirsiniz, nəçiyəm??
Şair təbiətliyəm!!
Kimsə sevib sözümü,
Sevgi yağan gözümü,
İzləyibdi özümü.
Bir az mərhəmətliyəm,
Bir az da qüvvətliyəm,
Deyilən hər xoş sözə,
Xoş günlərə layiqəm,
Vətənimin daşıyam,
Qaymağıyam, aşıyam,
Sərraf sözün tuşuyam,
Deyim, niyə beləyəm?!
Şair təbiətliyəm!! -
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir.
Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!Dərin hörmətlə,
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti. -
Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Sən ulu öndərisən bu xalqın, bu millətin
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummillilideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə
Sən zülmət gecələrin bir ümid çırağısan,
Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
Sən hürriyyət sədası, azadlıq sorağısan,
Hər qarışda izin var, bu izi silmək çətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Vətənin hər daşını sevginlə naxışladın,
Bu yurda kəc baxanın yolunu yoxuşladın,
Sən qalan ömrünü də xalqına bağışladın,
Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Əshabi-kəhf timsallı neçə pirlər burada,
Hər qayanda qorunur neçə sirlər burada,
Sənə yön çevirdilər “91-lər” burada,
Bir daha bəlli oldu xalqına sədaqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Sən haqqa arxa durdun, əsarətə yox dedin,
Acın dərdini bilməz heç bir zaman tox, dedin,
Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
Aydınlıq nuru qonsun üzünə məmləkətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Bu dövlətin qırılmaz təməlində yaşarsan,
Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
Vətən sevdalıları cəm elində – yaşarsan,
Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
Yüksəliş müjdəlidi hər açılan səhərin,
Daha yolu rəvandı aşılmaz zirvələrin,
Bütün dünya çevirib yurduma öz diqqətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Ən böyük əmanətin İlham Əliyev bizə,
Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
Onunçün o, qatır ki, gecəsini gündüzə,
Heç zaman laxlamasın özülü bu qüdrətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
Bütün cahan bir ola boğa bilməz bu səsi,
Hələ qarşımızdadır Qarabağ təntənəsi,
Ürəyində gömərik düşmənin bəd niyyətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.And içirik günəşin sübh doğan çağına,
And içirik qan ilə boyanan torpağina,
And içirik üçrəngli müqəddəs bayqağına,
Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
Sən ulu öndərisən bu xalqın, bu millətin.Ali Baş Komandanım!
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına
Bütün türk dünyasının gözü dikilib sana,
Türk dünyası bir yana, Azərbaycan bir yana,
Yüz milyonluq millətə Azərbaycan bir ana,
O mənim görən gözüm, o mənim cismim, canım,
Ali Baş Komandanım!Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
Ay gecəyə nur çilər, günəş səhərə arxa,
Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
Azadlıq naxışıyla zinətlənir hər anım,
Ali Baş Komandanım!Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
Vətən, millət sevdalı soyuna qibtəsi var,
İnam, güvənc yerimsən – bunu mən necə danım,
Ali Baş Komandanım!Neçə yüz milyonların çörəyi səndən keçir,
Cahanın qan paylayan ürəyi səndən keçir,
İlləri aydan soruş, ayları gündən keçir,
Gör hansı kürsülərdən təriflənir ad-sanım,
Ali Baş Komandanım!Heydər baba naxşı var yurdun hər qarışında,
Dünya baş əymiş ona siyasət yarışında,
Bir çözümü olmalı sülhün də, barışın da,
BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
Ali Baş Komandanım!Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
Şovinist ocağında neçə «yan» var – seç dedi.
Önündə bir körpü var – bu körpüdən keç dedi,
Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
Ali Baş Komandanım!Xocalı faciəsi tarixin dərsi bizə,
Neçə tale çarxının fırlandı tərsi bizə,
Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
Bircə anda yetişdi dada Şahi-Mərdanım,
Ali Baş Komandanım!İyirmi faiz torpağım yağıda qala bilməz,
Çala, çapa, talaya, dağıda – qala bilməz,
Bundan artıq millətim ağıda qala bilməz,
Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
Ali Baş Komandanım!Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
Haqqa qılınc çalanın qollarını bükərik,
Yurdun hər kədərinə, sevincinə biz şərik,
Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
Ali Baş Komandanım!Azərbaycan güvənir müzəffər ordusuna,
Qoymaz yağı önündə bu xalqı ordu, sına,
İstər tufanda yoxla, yağışda, qarda sına,
Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
Ali Baş Komandanım!Ulu öndər eşqinə qılıncı qından çıxar,
Gündə min dona girən iblisi dondan çıxar,
Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
Ali Baş Komandanım! -
Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
Ailəlidir. Iki övladı və bir nəvəsi var.SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?! -
Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!Mətbuat xidməti
əfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
“Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.***
Başımdan sevda havası
Duman-duman çəkilir ey…
Kədərlə sevinc davası
Baxış-baxış sökülür ey…Ey… bəxti olmayan sevdam,
Xoşuna gələn bəddimi?
Ey… yoxluğuyla ovudan
Hisslərimin sərhədini…Yox-dediyin əbədi Var!
Var-dediyin könlü yıxar.
Adında eşq məbədi var,
Əlim günbəzinə qalxar…***
Qapı acıq, taybatay,
Getmək ürək istəyir.
Bax bu il… elə bu ay
Ölmək ürək istəyir.Ölməyə söz vermirəm,
Gedirəm… bax, gedirəm.
Sənə vida etmirəm,
Dərdə qonaq gedirəm.Gedişlər möhtəşəmdi,
Yola salan sağ olsun.
Dilimdə pörşələndi,
Burax, sözüm dağ olsun.Könlünə xoş gəlmədim,
Yolum uzağa düşdü.
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm.“AĞARMIŞ GÜN”
Səndən ayrılmaq
səninlə yaşamaqdı, əslində,
sonsuz kədərləri.
Səni unutmaq
əbədilik qazandırmaqdı, əslində,
yaddaşımdakı xatirələrə.
Səni sevmək
Dünyadan bac almaqdı, əslində,
acılmayacaq sabahlara.
Sənsiz ölmək
ağarmış günlərə bürünməkdi, əslində,
kəfən əvəzinə.
Bağışla.
Sözündən çıxdım yenə də.
Ağartmadım günlərimi,
İstərsən,
Bağışlama.
Və bir daha heş kimi
Yollarına baxmaqdan qarasını itirən
göz kimi
ağarmış günə yollama.***
Əntiqə Səməndərə
Dostum, küsə bilərsən,
Yenə ikinci oldun.
Getdi bütün sevgilər,
Mənsə seyrci oldum.Sənə “bağışla” demək
Günahım sayılacaq.
Dodağım büküləcək,
Gözlərim qıyılacaq.Bu qız sənə tanışdı,
Darıxar özü üçün.
Gəl, bir şeir danışım,
Elə belə, söz üçün.Küssək də hər axşamdan,
Bu günlə barışmışıq.
Bir də, soruşmasan da,
“O”nunla ayrılmışıq.***
Yaxşı ki, soruşmadın
Bu il də əhvalımı.
Gözümdən oğurladın
Köhnə, nimdaş halımı.Sən soruşmadın deyə
Mən də “sənsiz” olmadım.
“Darıxmaqdan ölməyə”
Bir il cığır salmadım.Amma… birdən inciyər
O kicik söz: – necəsən?
Gərək elə mən deyəm?!
Özün söylə! Necəsən?***
Üşüdünmü bu axşam?
Keçdimmi ürəyindən?
Mən elə darıxmışam.
Sən bildinmi, bilmirəm…Ütüləyib yığdığım
Xatirələri açdım.
Bir vaxtlar utandığım
Şəkillərinə baxdım.Adın şəkdim… bəzəndi
Dünyam nişanlı qıztək.
Günlər ürək üzəndi,
Gəl, ömrün ipini çək.Gəl, götür əllərimdən
Əlinin yaddaşını…
Pozmağa da cəhd elə
“Dəli”nin yaddaşını.Üz bütün ümidləri,
De ki, heş olmamışam.
Yandırdım şəkilləri,
Üşüdünmü bu axşam? -
Toğrul Kərimlini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1994-cü il)
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Sular daşa dönübdü
Bir buz küləklərin sərin istisi,
bir qara günəşin üşüntüsü var.
Bu ağ adamların,ağ ürəyində,
qara dərd saxlayan döyüntüsü var.Allah,ağacların quşa dönübdü,
bu dünya gör neçə başa dönübdü.
Bir də gördük sular daşa dönübdü,
daşların su kimi ərintisi var.Hamını içimə büküb gözlərim,
bəxtini ölümə dikib gözlərim.
Bu gecə yuxuda çəkib gözlərim,
məndə o dünyanın görüntüsü var. -
Kənan AYDINOĞLU.”Müqəddəs Məkkə torpağı”
Salehlərdən olmaq üçün,,
Sübh namaza durmalıyam.
Könül dünyama baş vurub,
Şeir mülkü qurmalıyam
Müqəddəs Məkkə torpağı.Ömrüm boyu görmədiyim,
Gözəlliyi gördüm səndə.
Dildən “şükür” töküldükcə,
Sevinirəm, düzü, mən də.
Müqəddəs Məkkə torpağı.Bu dünya dağılan zaman,
Bilirəm ki, qalasısan.
Nə yaxşı ki, kainatda,
“Şəhərlərin anası”san.
Müqəddəs Məkkə torpağı.Canım burda yurd salsa da,
Döyünür səninlə qəlbim.
Unutmalı deyiləm ki,
Pakdı, müqəddəsdi Rəbbim.
Müqəddəs Məkkə torpağı.Qul oldumsa yaradana,
Fərq eyləməz hansı yaşda.
O haqq günü gələn ikimi,
Titrəyəcək dağ da, daş da.
Müqəddəs Məkkə torpağı.Şəriətə tabe olub,
İsrafil surun çalacaq.
Şaşqınlıq içində, inan,
Bütün dünya dağılacaq.
Müqəddəs Məkkə torpağı.Üzü qara zalım tayfa,
Yer üzündən silinəcək.
Allahın iznilə o gün,
Mömin, kafir bilinəcək.
Müqəddəs Məkkə torpağı.Cənnət qapısı önündə,
Mələklər dilə gələcək.
Kimsi zəlalətdə qalıb,
Kimsi sevinib, güləcək.
Müqəddəs Məkkə torpağı.Haqqı danan zalım tayfa,
Atılacaq yanar oda.
Yana-yana əriyəndə,
Çatan olmayacaq dada.
Müqəddəs Məkkə torpağı.30 oktyabr-1 noyabr 2009.
Sumqayıt-Lökbatan -
Kənan AYDINOĞLU.”Nəyinə inanım mən bu dünyanın?!”
Hər ömrə bir yağı kəsilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!
İnsanlar zəmi tək biçilibdisə,
Nəyinə inanım mən bu dünyanın?!Yenə də biçilmiş zəmi kimidi,
İnsanın kədəri, qəmi kimidi.
Bir səsin yüksələn bəmi kimidi,
Nəyinə inanım mən bu dünyanın?!Dəhşət,qırğınların yolu bilinmir,
Sağı bilinirsə, solu bilinmir.
Dəclənin, Fəratın qolu bilinmir,
Nəyinə inanım mən bu dünyanın?!Qəti fikirləri əsdirəcəksə,
Başımın üstünü kəsdirəcəksə,
Məni doğmalarla küsdürəcəksə,
Nəyinə inanım mən bu dünyanın?!Göz yaşı içində boğulacamsa,
Kədərin içində yoğrulacamsa,
Qəm-qüssə içində doğulacamsa,
Nəyinə inanım mən bu dünyanın?!Onsuz da vədləri hədərdi, hədər,
Əvvəli sevincdi, sonu da kədər.
Elə yaranışdan bu günə qədər,
Nəyinə inanım mən bu dünyanın?!Şerimi eşidən dənim deyilsə,
Buludum deyilsə, çənim deyilsə,
Əzizim deyilsə, mənim deyilsə,
Nəyinə inanım mən bu dünyanın?! -
Polad SABİRLİ.”Üzüm haqqa tərəf, yönüm Allaha”
İstərəm hər kəsə kaş ki, həyatda,
Ögey olmayaydı zaman, ay Allah!
Haqsızlar haqlının başından basıb,
Yerin tutmayaydı aman, ay Allah!Böyüyə dərs verən uşaq görmüşəm,
Elə böyük var ki, dağlıdır qəlbi.
Elə anlamaz var söz başa düşmür,
Eləsinin sözdür qəlbinin həbi.Adam var yüz dəfə ölür, dirilir,
Ehmal demədiyi sözünə görə.
Çoxu ağzın qoyub Allah yoluna,
Kül ilə oynayıb közünə görə.Kimi başqasına yükdü nədənsə,
Kimi də çoxunun yükün daşıyır.
Ölməli olmayan gedib həyatdan,
Ölməli olan var keflə yaşayır.Üzüm haqqa tərəf, yönüm Allaha!
Haqsıza rast gəldim haqq deyə-deyə.
Polad, çox ah çəkib qəm yemə daha,
Özünə ağasan, sözünə yiyə.25.07.2014
-
Rahilə DÖVRAN.”Gecələr”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Şəvə, ipək tülün çəkib başına,
Gəlir həmdəm ola dərd sirdaşına.
Olur dərdəyanan, həmdərd, aşina,
Lal- dinməz, ulduzlu,aylı gecələr.Çox şükür Xaliqin verdiyi paya,
Könül qucaq açır ulduza, aya.
Xəyal, xatirələr gəlməyir saya,
Lal- dinməz, ulduzlu, aylı gecələr.Olur qəlb tarının, yetim segahı,
Əridir kədəri, qübarı, ahı.
Qovur könüldəki suçu, günahı,
Lal- dinməz, ulduzlu, aylı gecələr.Axşamlar durulur damarda qanı,
Hüzura can atır, insanın canı.
Sehriylə ovudur şair Dövranı.
Lal- dinməz, ulduzlu, aylı gecələr. -
Rahilə DÖVRAN.”Güzgü”
Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,Göstərər hər şeyin əslin, düzünü,
Baxanlar ayırmaz ondan gözünü.
Əksində hər adam tapar özünü,
Tanıdar insanı özünə güzgü.Bulaq suyu kimi şəffaf, dumduru,
Gizlətməz gördüyü nöqsan, qüsuru.
Sanmayın cansızdır,yoxdur şüuru,
Düz baxar gerçəyin gözünə güzgü.İnsanın bir gözü güzgüdə qalar,
Baxar surətinə, xəyalə dalar.
Hamını səliqəyə, səhmana salar,
Görər öz işini düzünə güzgü.Zahiri bəllidir, insan olanın,
Gözlə izləyirik saatın, anın.
Hər kəsin batində, gizli qalanın,
Nə ola, söyləyə, üzünə güzgü























