Author: Delphi7

  • “Elf” milad filmi yenidən yayımlanacaq

    “Warner Bros.” kinostudiyası tərəfindən ekralaşdırılan məşhur milad filmi “Elf” 20 il sonra, dekabrın 8-də yenidən ABŞ kinoteatrlarında yayımlanacaq.

    AZƏRTAC xəbər verir ki, amerikalı ssenarist David Berenbaum tərəfindən yazılmış ekran əsəri 2003-cü ildə tənqidi bəyənmə ilə debüt edib və uğur qazanıb.

    Bu şən film Milad ərəfəsində səhvən Şaxta babanın hədiyyələr çantasında Şimal qütbünə aparılan və elf kimi böyüdülən gənc, kimsəsiz uşağın hekayəsindən bəhs edir.

    Ekran əsərində əsas rolları Vil Ferrell və James Caan canlandırıb.

    Mənbə: https://azertag.az/

  • Yusif Səmədoğlunun “Soyuq daş” hekayəsi Almaniyanın ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin dərcinə başlayıb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış filoloq-alim, tərcüməçi Vilayət Hacıyev, redaktoru Hans-Jürgen Maurerdir.

    Xalq yazıçısı Yusif Səmədoğlu “Əməkdar incəsənət xadimi”, “Şöhrət” ordeni kimi fəxri adlara layiq görülüb.

    Geniş oxucu auditoriyası tərəfindən izlənən “Schreiber Netzwerk” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

    Mənbə: https://azertag.az/

  • Musiqili Teatrda yubiley tamaşası: “Qorxma, biz səninləyik!”

    Dekabrın 19, 20 və 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qorxma, biz səninləyik!” tamaşa-konsertin premyerası olacaq.

    Teatrından AZƏRTAC-a verilən məlumata görə, səhnə əsəri tanınmış rejissor və ictimai xadim, 1960-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın 80 illik yubileyi münasibətilə təqdim olunur.

    Tamaşa 42 il əvvəl çəkilmiş “Qorxma, mən səninləyəm!” filminin yaradıcı heyətinin xatirələri əsasında hazırlanıb, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyevdir.

    Tamaşanın ideya müəllifi yubilyarın qardaşı, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandır.

    Əfsanəvi azərbaycanlının yubileyinin vaxtilə çalışdığı teatrda qeyd olunması fikri isə tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevə məxsusdur.

    Səhnə əsərinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz Hüseynova, rejissor assistenti isə Tamilla Aslanovadır.

    Tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının artistləri iştirak edirlər.

    Premyerada yubilyarın özü ilə yanaşı, qardaşı Mixail Qusman, həmçinin Xalq artistləri Polad Bülbüloğlu, Aleksandr Şarovski, Həmidə Ömərova, Sərxan Sərxan və digər tanınmış sənət adamlarının iştirakı da gözlənilir.

    Mənbə: https://azertag.az/

  • Zəhra HƏŞİMOVA.”Əhməd Ümidin  “Qar qoxusu” əsəri”

    “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    Bir çox dünya ölkələri ədəbiyyatınım müxtəlif mərhələlərində rast gəlinən və haqqında ədəbiyyatşünaslar tərəfindən çeşidli fikirlər səsləndirilmiş dedektiv janrı Türk adəbiyyatında özünə lazım olan yeri daha gec almışdır. Türk ədəbiyyatının keçdıyi mərhələlərdəki əsas əsərlərdə detektiv janr mövzusuna demək olar ki, heç toxunulmamış, hətta inanılmaz dərəcədə bu mövzudan yan keçilmışdır .

    12 sentyabr 1980-ci il darbesindən sonra üzvü olduğu Türkiyə Kominist Partiyası tərəfindən Moskvaya ideoloji eğitim üçün göndərilən Ahmet Ümit, Türkiyənin dedektiv janri sahəsindəki ən yetkin isimlerinden olmuş, istər üslub, istərsə də mövzunu təsvir etmək baxımindan özünəməxsusluğu ilə seçilən əsərləriylə ölkəsində çox da yaygın olmayan janrın gözəl nümunələri yaratmışdır.

    “Bab-ı esrar “, *Kırlangıç Çığlığı”, “Sis ve Gece”, *”Sultanı öldürmek” və s. kimi dedektiv romanların müəllifi olan yazıçının Sovetlər Birliyinin hələ mövcud olduğu illərdə bizzat yaşamış olduğu təcrübələrinə və gəncliyində təhsil aldığı Rusiyadakı təhsil mərkəzində gördüyü, hiss etdiklərinə əsaslanaraq qələmə aldığı “Kar Kokusu romanında ilk diqqət çəkən məsələ məkan seçimidir. Hadisələr qar, qış, qiyamət üçlemesinin vəhdət təşkil etdiyi bir ölkədə-Rusiyada baş verir. Əsərdəki intriqa bir yanda ortaq idealları uğruna canını qoymuş gənc TKP üzvləri, digərnda isə “yoldaş” dediklərinə işgəncə edə biləcək və ya buna göz yumacaq qədər makam sevdalısı olan insanlar araşındadır . Karakter anlatımı və xüsusilə də kommunizm fəlsəfəsini devrimci romantizm üslubu ilə təsvirinin daha dominant olduğu əsərdə hadisələr düslərinin ölkəsinə ideolojik təhsil almaq üçün gəlmiş partiya üzvü olan Mehmetin oldürülməsi ilə başlayır. Son nəfəsini verərkən belə tək məyusluğu ölkəsindən minlərlə kilometr uzaqda talihsizce oldurulməsi olan Metmet obrazı ilə Ahmet Umit sanki ölüm haqqındakı düşüncələrini əsərdə ilk və son dəfə təsvir edərək , ölüm ilə vətənpərvərlik anlayışlarının bütünləşmiş ahəngini oxucuya hiss elətdirməyə nail olmuşdur. Demək olar ki, əsərdə yaratdığı bütün obrazların aksioloji xüsusiyyətlərini incə detallarla işləyən müəllif, bir-birinə zidd olan xarakterləri yaratmaqla əslində oxucunu bir dilemma qarşısında qoyaraq düşünməyə

    vadar edir. Istər Türk, istərsə də rus obrazlarının çoxluq təşkil etdiyi əsərdə Leonid, Cəmil, Kərəm, Hikmət , Nikolay, Viktor, Asaf, Ilya, Durmuş, Ildırım, Şerif, Turgut və başqa obrazların həm iç dünyası həm də dış yaşantıları yazıçı tərəfindən daha incə şəkildə işlənmişdir . Yazıçının cinayət, qatil, soruşdurma, şübhəli kimi dedektiv janra xas olan xüsusiyyətləri tümüyle kendisinde bulundurduğu romanını elə aid olduğu bu janr baxımından təhlil etdikdə sanki əsərdəki məqsədin cinayəti çözmekden çox , cinayətə səbəb olan mühiti və həmin ortamdakı insanları anlamaq və ya anlatmaqdan ibarət olduğunu görürük. Müəllif tərəfindən əsərin əvvəlindən etibarən incə-incə işlənmiş detallar ilk baxışdan ağır görünsə də , əsərdəki cinayətin hipotez şəklində həllində böyük rol oynayaraq sonrakı səhifələrdə onun estetik zövqünü artırır. Əsərin əvvəlindəki hadisələri üç istiqamətdə təhlil etmək olar : Kurkinodakı oyuncaq mağazasında tapılan şifrəli mesaj, Mehmetin qətli və Kərəmin intiharı. Əsərin sonrakı bölümlərindəki hadisələr məhz bu iki mövzu ətrafında cərəyan edir. Süjet xəttində çözülmeyen bir sıra düyümlərin olduğunu gördüyümüz əsərdə, xüsusilə, gizli təşkilat üzvlərinin bir-birləri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri semiotik işarələrin K.Marks və F.Engelsin ortaq qələm təcrübəsi olan “Manifesto” əsərində təsvir edilməsi, hər kəsin düşüncəsində “Məhz nə üçün bu kitab?” sualını meydana gətirməsinə baxmayaraq, əsərdə bu sual cavabsız qalır. Hadisələrə İntuisional (enstüisyonalist) tərzdə yanaşdıqda isə bunun səbəbinin, kommunizmlə mübarizə içərisində olan MİT təşkilatının aralarına yerləşdirdiyi gözcü ilə xəbərləşməsi üçün, marksizm ideologiyasını öyrənmək məqsədilə ölkəsindən kilometrlərlə uzaq bir ölkəyə gəlmiş partiya üzvlərinin dərindən bağlı olduqları ideaları özündə barındıran və həmçinin, həmin ideyaların yaradıcılarının qələmə aldığı bir kitabdan istifadə edəcəyinin ilk başda heç kimin ağlına gəlməməsi olduğunu, elə bu səbəbdən də adı çəkilən kitabın da əsərin sonlarında yaxın aşkarlandığını görürük.

    Illərdir kommunist partiyası üzvlərinə müəllimlik edən Leonidin, bir vaxtlar partiyanın qurucularından olan Asafın yanına getməyə tələsərkən qətl edilən tələbəsi Mehmetin cansız bədənini tapması və bir-birlərinə zidd xarakterə sahib iki rus polisinin

    soruşdurmaları ilə cinayətin kim tərəfindən, hansı şəraitdə işləndiyi haqqında məlumat sahibi oluruq. Soruşdurmanı aparan Viktor və Nikolay fərqli xüsusiyyətlərə sahib olsalar da ,hər ikisi hadisələrə reduksional şəkildə yanaşaraq ilk əvvəl göz önündəki faktlara əsasən, Şerif, Kərəm, Nejat və Cəmildən şübhələnirlər. Lakin biz bu sorğuda polislərin “Suçu ıspatlanana kadar herkes masumdur” yox, “Suçsuzluğu ıspatlanana kadar herkes zanlıdır.” inamı ilə davrandığına şahid oluruq. Xüsusilə də , Cəmilin sorğusu zamanı Viktorun öz fikrini həqiqət olub-olmadığına əhəmiyyət verməyərək (vəhmlə) , hadisənin relativistik cəhətlərini nəzərə almadan qərarlar verməsi və bunun qarşılığında , bütün məsələlərin, Leonidin telefon sırasında təsadüf əsəri rast gəldiyi sərxoş Aleksey sayəsində çözülməsi , əslində yazıçı tərəfindən əsərinin mövzusunu həsr etdiyi kommunizmin həm də tənqidi cəhətlərini göstərməsinin bir yolu kimi təsvir oluna bilər. Əsərin bir sıra bölmələrində kommunizmin əsas atributlarından sayılan və “eyni istiqamətdə birləşmək” mənasını bildirən “yoldaş” sözünün absurdluğunu da görmək mümkündür. Yazıçı, romanında “yoldaş” anlayışının tənqidi simvolikasını təsvir etməklə , “üslub ağırlığı” adlandırılan və özünün tez-tez işlətdiyi detalların əslində “düşüncə ağırlığı” olduğunu göstərir. Əsərdəki ziddiyyətlər bir növ aparılan sorğular zamanı özünü büruzə verir. Belə ki, milliyətindən asılı olmayaraq eyni ideologiya ətrafında birləşmiş insanların bir-birlərinə çətin anlardakı mənfi davranışlar, məsələn , rus polislərinin , hətta öz milliyyətindən olan Asafın cinayətdən sonra ilk olaraq Türk qrupundan şübhələnməsi , Cəmilin sorğusunda işgəncəyə göz yumması və büten bunların “yoldaş” sözü ilə gözardı edilməsi əsərdə yazıçı tərəfindən uğurla işlənmişdir. Bütün bunlar baş verərkən şübhəlilərdən biri olan Kərəm məktub buraxaraq intihar edir. Hər zaman onları hadisələrin həllinə doğru aparacaq bəsit faktlara yönələn rus polisləri, bu dəfə Kərəmin bir tələbə olduğunu unudaraq əl yazısının doğruluğunu araşdırmaq əvəzinə yenidən bir qatil axtarışına çıxırlar. Əsəri oxuduğumuz zaman cinayətin işlənmə məqamından qatilinin və görcünün kimliyinin müəyyənləşdirildiyi ana qədər bir sıra cavabı olmayan suallarla qarşılaşırıq . Məsələn, polislərin gözcü və qatil olaraq düşündüyü Cəmilin şübhələrə son qoyulması üçün göndərildiyi və qarşısında MİT

    polisinin olduğu metro stansiyasında gülərkən Boris tərəfindən çəkilmiş şəkli aşkarlandıqdan sonra biz bu “sinsi” gülüşün kimə və ya nəyə doğru yönəldiyinin izahını görmədən Kərəmin qatil, Mehmetin isə gözcü olduğunu öyrənirik. Bundan başqa , romanın sonunda MİT tərəfindən partiya üzvlərinin arasına sızdırılmış polis olduğunu öyrəndiyimiz Mehmetin məhz Asafın yanına tələsərək vacib bir məsələ ilə bağlı gedərkən öldürülməsi də diqqəti cəlb edir ki, bu məsələ də əsərdə öz gizliliyini qoruyaraq qalır. Bir sözlə, sonda qurban bildiyimizin əslində elə olmadığını , qatil bildiyimizin isə qurban olduğu gerçəyi ilə qarşılaşırıq.

    Bir dövrün və onun devrimcilərinin yaşantılarının belgesel tadında sunulduğu romanda, bir-birlərinə istər zidd, istərsə də identik olan obrazların daxili duyğularını və bunun xarici mühitə yansımasını əks etdirən özünəməxsus xüsusiyyətləri dialoq və monoloqlar şəklində əks etdirilmişdir. Əsərin ilk səhifələrindən etibarən yazıçı tərəfindən ən yaxşı ifadə edilmiş olaraq gözə çarpan obraz, Beynəlxalq Leninizm Institutunda TKP üzvlərinə dərs deyən Leoniddir. Öz düşüncələrini hər zaman önəmsəyərək , digərlərinin onun haqqındakı fikirlərini aldırmaması və bunları açıq şəkildə deməkdən çəkinməməsi Leonidin romandakı obrazlardan aksioloji xüsusiyyətləri ilə fərqlənir. Leonid yazıçının prototipi kimi də düşünülə bilər . Ahmet Ümit təcrübəsi ilə dərslərinin əsas mövzularından birinin müstəqil düşüncə olduğu Leonidin Sovetlər Birliyi haqqındakı tənqidi fikirləri arasındakı paralelliklər, yazıçının prototipinin məhz bu obraz olduğunu bizlərə bir daha hiss elətdirir . Hətta əsərdəki sözüylə siması eyni, bütün duyğuları üzünə yansıyan tək obraz olmasını da Ahmet Ümitin roman içərisindəki reaksiyası ilə də əlaqələndirmək bilərik. 10 il öncə həyat yoldaşı Larissanı itirdikdən sonra alkol tedavisi görmüş , zamanla böyük dəyişimlər yaşamış bu obrazın köhnə dostu Andrey Alegoviç ilə dialoqlarında Nitşe, Şopenhauer kimi ekzistensializm nümayəndələrinin əsərlərini oxuması ilə bərabər, illərin onda yaratdığı düşüncə tərzi və həyat fəlsəfəsini də öyrənə biirik . Onu bir növ həyata yenidən bağlayan müəllimlik peşəsini deontoloji qaydalara sadiq şəkildə tətbiq edən Leonid , Şopenhauer fəlsəfəsinin təməlini təşkil edən idrak qaramsarlığını inkar edərək,

    intuisional nisbiyiliyi qaramsar gerçəklikdən üstün tuturdu. Kommunizmin vətəni sayılan bir ölkənin vətəndaşı olaraq yaradılmış obrazın gözündən təsvir edilmiş “Türk” anlayışı dünyada hələ də mübarizə aparmağa dəyəcək “nikbin ümidlər” in bir simvoludur. Ölkəsində bir zamanlar hökm sürmüş devrimci ateşinin hal-hazırda Türkiyədə alev almasını sanki bu ölkənin gənclərində görən müəllim türk və rus düşünə, inanc bənzərliyinə könüldən inanır. Cinayətin həllində böyük rol sahibi olan bu obrazı yaradaraq ,yazıçı sanki varoluşcu marksizm ideyalarını əks etdirməklə, həmçinin yaşadığı tarixi dönəmin “azad düşüncə “ prinsipi ilə oxucunu baş-başa qoyur . Şopenhauerin rasional fəlsəfəsinin doğurduğu gerçəkliklərinə qarşı həyatını mərhələsiz, rəngləriylə yaşaşayan, sorğuda belə irrasional düşüncələrinə sadiq qalan və bununla da hadisələrin həllində baş rol oynayaraq haqlı çıxan bu obrazın xarakterik və həmçinin ziddiyyətli xüsusiyyətləri özünü sorğu zamanı göstərir . Əsərdəki cinayət və intiharın septik cəhətlərini təhlil etdiyimiz zaman da tələbələrinin ən böyük əskikliyini tənqidçi və şübhəçi olmamaq kimi dəyərləndirən bir müəllimin rus polislərini paranoyak adlandırmasını əslində onun daxili ziddiyətləri ilə əlaqələndirmək mümkündür. Nikolay və Viktorun bəsit faktları birləşdirmələri sayəsində gəldikləri nəticəyə inanmayaraq öz septik düşüncələrinin arxasınca gedən Leonidin, fikrimizcə, bu yolun sonunda uğurlu olmasının səbəbi, həmçinin onun empati sahibi olması və relavistik düşüncə tərzidir. Hər nöqteyi-nəzərin öz həqiqətinin olduğuna inanan Leonid, qəhrəman olaraq tanımladığı tələbələrinə qarşı olan şübhələrini sadəcə faktlarla deyil, həmçinin onların yaşantılarını göz önündə canlandırmaqla doğrulayır. Yazıçının bu obrazın istər öz xüsusiyyətləri, istərsə də digərləri haqqındakı fikirləri ilə toxunmaq istədiyi məsələrdən biri də, fikrimizcə, “INSAN” problemidir. Leonid ,bir ekzistensialist oxucusu olaraq insan təbiətinin mürəkkəbliyini və bu mürəkkəblikdən doğan dəyişkənliyini qavrayır . Lakin əsərdəki əsas məsələ bu dəyişikliklərin cəmiyyət qanunları ilə ahəngidir. Belə bir cəmiyyətin olmadığı ölkədə özünü bəsit biri zənn edən bir müəllimin düşüncələrini “tuhaflıq” adlandırılır . Həm də səmimiyyətsiz davranışları, göstərişli cümlələri və bacarıqlı aktyorluğu olan Ilya kimi müəllimlərin olduğu bir əhatədə…. . Bəlkə də

    ətrafındakılar tərəfindən normal adlandırılmaq özünə yadlaşmaq olardı ki, Yuriy Konstantinlə söhbətində biz Leonidin bu vəziyyətdən narahatçılığını görə bilirik. Saxta davranışları özünə gündəlik həyat tərzi edinmiş insanların əhatəsində kiçik bir səmimiyyətsiz yalan əslində öz “mən” inə yadlaşmağın ilk addımı kimi də qiymətləndirilirə bilər . Bu absurdluğu əsərdə tam olaraq yaşayan obraz isə İldırımdır ki, bir MİT zamanı kimi müxtəlif kimliklərin onda yaratdığı yadlıq hissi onun sadəcə zahiri görünüşünə deyil, həm də iç dünyasına təsir edib öz “mən” indən uzaqlaşdırır. Bu robotlaşmış kimliklərin içərisində isə İldırım, sadəcə ailəsinin yanına getdikdə “mən” inə dönürdü. Əsərdə Türk tələbələrinin tərəfini tutması ilə günahlandırılan Leonidin vətənpərvərlik hissi yazıçı tərəfindən şəkildə işlənərək , əslində onu düşüncələrini sorğulayanlarınkından daha üstün olduğu gerçəyi əks olunmuşdur . Zatən ən başından etibarən onun türkləri, türk tələbələrini sevməsinin səbəbi kimi , onlara baxarkən öz ölkəsinin coşğun dövrünü xatırlanması göstərilmişdir. Həyata olan onca ironik baxışları içərisində ,yazıçının öz dili ilə desək “ölkə insanın düşüncəsinə, davranışlarına hopurdu”.

    Leonidin ətrafındakı robotlaşmış kimliyə sahib olanlardan biri də Asafdır. Dogmatik xüsusiyyətləri ilə özünü hər zaman vacib biri kimi göstərməyə çalışan Asaf obrazı ilə , insan ziddiyyətlərini onların iç dünyası ilə yanaşı, həm də təcrübələrinin yaratdığı düşüncələri ilə təsvir etməyi bacaran yazıçı “yoldaş” sözünün bir simvolikadan başqa bir şey olmadığı fikrini oxucuya bir daha izah edir. “Yoldaş” dediyi Mehmetin cinayətindən mənfəət güdərək əvvəlki gücünü geri gətirməyə çalışan Asaf dogmatizmə xas olan itaətçilik prinsipini belə öz xeyrinə istifadə etmək niyyətində olan bir obrazdır. Leonidin əksinə üzündəki mimikaların duyğularını yansıtmaması yazıçı tərəfindən illərin təcrübəsi kimi dəyərləndirilsə də, qəlbi ilə siması bir olan Leonidin onunla eyni dərəcədə təcrübə sahibi olmasını da nəzərə alsaq, bunu bir sinsilik əlaməti adlandırmaq daha gerçəkci olardı. Siniflərin, təbəqələşmənin olmadığı bir ideologiya olan kommunizm dönəmindəki ziddiyyətləri məhz bu obraz sayəsində özünü büruzə verir. Leonidin özünü də daxil etdiyi soruşdurmadan özünü partiyanın qurucularından olması

    kimi bir səbəblə uzaq tutmağa çalışması Asafın əslində iç dünyasındakı rəhbərlik, üst sınıf ruhunu ortaya çıxarır. Bu obrazı tradisional və sosializm cəhətdən təhlil etsək , qarşımıza ilk səhifələrdə gözümüzə çatdığı kimi yaşlı olduğunu var sayaraq ənənələrinə ifrat dərəcədə bağlı , digər tərəfdə isə bir zamanlar partiyanın qurucularından olmasının yaşlı vaxtında verdiyi özgüvənlə “mən” i qabarmış bencil birini görürük . Lakin sevilmədiyi TKP üzvlərinin işlərinə zorla qarışması və soruşdurmaya daxil olma çabası onun sahib olduğu bencilliyini və ya “mən” ini tatmin etmək üçün yox, hadisələri öz mənafeyinə görə istifadə etmək istəyini təmsil edir.

    Əsərdə zidd xarakterlərlə bərabər, Asaf kimilərinin təbliğ etdiyi dogmatik və komforist ideyaları mənimsəyərək onunla eyni düşüncələri paylaşan Hikmət kimi obrazlar da vardır. İlk baxışda Asafla bərabər şəkildə düşündüyünü nəzərə alaraq onu da tradisional bir obraz kimi düşünmək mümkün olsa da əsərin sonrakı səhifələrindəki bir sıra davranışlarından bağımsız düşünə bilməyən komforist adlandırmağı doğru qəbul edirik. Romanda yeniliklərə qapalı bir obraz kimi təsvir olunsa da, fikrimizcə,       onu narahat edən yeniliklər deyil, onların yarada biləcəyi nəticələridir. Leonid obrazı ilə başdan-sona tanış olarkən əsərdəki bütün xarakterləri onun tam əksi adlandırmış olsaq da Hikməti onun ekzistensialist düşüncələrinə ən zidd obraz kimi düşünsək , səhv etmiş olmarıq. Daha dəqiq desək, Hikmətin içindəki boşluğun adı elə məhz ekzistensializm, zəifliyi bununla üzləşə bilməməsidir . Çünki Asaf onların qrup şəklində toplantı etmələri fikrinə etiraz etməsi Hikməti də narahat etməsinə baxmayaraq bəzən sorumluluğu öz üzərindən atmaq, bəzən isə döyüşə girmədən gələn məğlubiyyətin gətirdiyi ruh düşkünlüyü nəticəsində ona aid olmayan və ya Asaf kimilərin təbliğləri ilə aid etdirilən qərarları qəbul edir, bir sıra hallarda isə sanki buna məcburmuş kimi bir təsir bağışlayır.

    Romanda iki rus polisi var ki, bir-birlərinə düşüncə tərzi olaraq Leonid və Hikmət qədər zidd düşüncə tərzinə sahibdirlər. Əslində yazıçının kommunizmin tənqidi cəhətlərini təsvir etmək üçün mahir şəkildə işlədiyini düşündüyümüz bu obrazlar yaş cəhətdən də ziddiyyət təşkil edirlər. Onlardan yaşca böyüyü olan Viktor , əsərin ilk səhifələrindən   etibarən   öz   dogmatik   xüsusiyyətləri   ilə   seçilir.   Əsərdə   Asafın

    xarakterində rast gəldiyimiz “mən” bencilliyini bu dəfə biz Viktorun öz işinə onunla eyni formanı geyinən məsləkdaşını və digərlərinin müdaxiləsini istəməyərək onlara tez-tez patronun kim olduğunu xatırladan kiçimsəyici davranışlarla redaksiyasında görürük . Bir polis kimi reduksional düşüncələrlə qəti bir vəhm içərisində olan obraz, digər tərəfdən iç dünyasında ziddiyyətlərlə qarışmışdır. Nikolaya olan münasibətindəki soyuqluğu ilk baxışdan onu özünə ciddi rəqib görməsilə əlaqələndirsək də, daha sonra onu həyat yoldaşının qaçdığı gimnastika müəllimi ilə müqayisə etdiyini gördükdə daşlar yerinə oturur. Bir tərəfdən öz otoritesini yeridərək özünü Nikolaydan üstün tutan Viktorun az sonra suyunun ısındığlnı qəbul edərək yeni nəslin düşüncə tərzini öyrənməli olduğunu qəbul etməsi və bu kimi xüsusiyyətləri onun aksioloji cəhətlərini ortaya qoyur. Məsləyinə sadiq olmasına baxmayaraq, onu icra edərkən praktiki təcrübə, faktlara əsaslanaraq deontoloji dəyərləri çox zaman unutması ilə nəticələnir. Hadisələrin sezgi yolu ilə həllinə inanmayan Viktorun hər fürsətdə sezgilərinin qurbanı olaraq öz fikirlərinin həqiqət olub-olmadığına əhəmiyyət vermədən müdafiə etməsi əslində onun Asafdan fərqli olaraq, dəyişimlərə qapalı olan “mən”ini inandırmağından başqa bir şey deyildir. Bütün bu ziddiyyətli xüsusiyyətləri içərisində sabit olan bir hiss vardır – vətənpərvərlik hissi . Xəyalındakı ölkəni Nazım Hikmətin şeirləri ilə təsəvvürünə gətirən polis o günə qədər heç yaygınlaşmamış dəyişim rüzgarlarını ölkəsində duyduqca bir narahatlıq keçirir. Lakin bu onun vəzifə xəyallarını zədələyəcək bir narahatlıq yox, ölkəsinin fəlakətlərə sürükləndiyini düşündüyü narahatlıqdır.

    Əsərdəki polis obrazlarından digəri olan Nikolay , Viktorun açıq fikirli, sadə düşünən, ciddi , konkret xüsusiyyətlərinin tam əksi olaraq, kurnaz, alaycı tavırlı, istədiyi zaman pinpirikli, çətinə düşdükdə isə bəsitə qaçan bir obrazdır. Leoniddə olduğu kimi instiutiv cəhəti ilə dəfələrlə uğur qazanmış bu polis, yazıçının “yoldaş” anlayışının sadəcə bir atribut olduğunu sübut etmək məqsədilə yaratmış olduğu bir obraz kimi düşünülə bilər. Sırf yüksəlmək üçün partiya üzvü olması və insanlara alaycı davranışlarının arxasında sadəcə kurnazca səlahiyyətləri öz əlinə almaq istəyi durur. Əvvəlcə də qeyd etdiyimiz , mənliklərindən uzaq olan səmimiyyətsiz insanlardan biri

    kimi, Viktor və digərlərinin fəlakət kimi gördüyü yenilikləri öz mənafeyinə görə istifadə edir. Elə bu səbəbdən əsərdə yeniliyə açıq şəkildə təsvir edilən bu obrazın timsalında verilmiş “yenilik şüuru” , fikrimizcə, “mənfəət” şüuru adlandırılarsa heç də səhv sayılmaz.

    Siyasətin insan üzərindəki baskısını siyasətə geniş yer vermədən bu qədər uğurlu bir tərzdə təsvir etməsi, müəllifin insan psixikasına bələd olması və təcrübələrini də nəzərə almaqla onun ziddiyyətli təbiəti haqqında fikir yürütməsinin nəticəsi olaraq Ahmet Ümitin ustalığını bir daha sübut edir. Biz bunu əsərdə çox zaman psixolojik problemləri olduğu düşünülən Kərəm obrazının təsviri ilə daha yaxşı başa düşürük. Kommunizm qaydalarının sadəcə nəzəri olduğu bir mühitdə vaxt aparan idman növləri ilə məşğul olmağın yerinə zəka işləri görən, insanların üzünə səmimiyyətsizcə baxmaqdansa otağına çəkilib kitab oxuyan və hələ də məsumluğunu itirməmiş uşaqlarla oynamağı üstün tutan birini dəli adlandırmalarını, Leonidə tuhaf demələrindən seçmək qeyri-mümkündür. Əslində isə Kərəmin dəli adlandırılmasının səbəbini , onun hər kəsin maska altında gizlətdiyi əsil niyyətini bilməsi ilə izah etmək olar . Onu dinləməmələrinin səbəbi də elə budur. Nitşenin deyimi ilə : “Kərəm, bu qulaqlara görə ağız deyildi”. ( 2. Səh 13 ) Bəlkə də intihar məktubundakı şeirini də bütün insanların oxuyub da bir çoxunun anlaya bilməyəcəyi bir ustanın -Nazım Hikmətin qələmindən seçmişdi . İntihar və cinayətlə baş tutan hər iki ölüm sanki dönəmin ideologiyasına olan güvənsizliyin böyük bir tablosunu göz önündə canlandırır. “Yoldaş” deyərək keçirən partiya üzvlərinin hər ölümdən sonra bir-birlərindən şübhə etməsi və ölən yoldaşlarına kədərlənməkdən daha çox ölümün qoxusunu yaxınlarında hiss edərək təşvişə düşmələri dövrün siyasi ideologiyasına olan inancsızlığı bir daha sübut edir.

    Rusiyadakı dəyişim rüzgarlarlarını uğurlun şəkildə təsvir etməyə nail olan Ahmet Umit bu adeta detal ağırlığını düşüncə ağırlığına çevirmiş, hər bir cümləsində bir məna duyacağımız bir əsər ərsəyə gətirmişdir. Öncəliklə, əsas məsələ hadisələrin baş verdiyi bir ölkənin buz kimi havasını hiss elətdirməkdir ki, yazıçı bu məsələdə mərafətini göstərərək o dövr üçün mümkün olan bütün məziyyətlərini oxucuya təqdim etməyi

    bacarmışdır. Dedektiv roman olmasına rəğmən içərisində bir çox bədii təsvir və ifadə vasitələrinin olması ilə yazıçı əsərə başqa bir estetik yön vermiş, sanki sezgi və duyğuların da bir cinayətin həllindəki böyük rolunu sübuta yetirmişdir.

    Ilk öncə bir ölkənin kar qoxan havasını içimizə çəkdirən təsvirlərə diqqət yetirsək türk ədəbiyyatında betinleyici anlatım olaraq adlandırılan cümlələri asanlıqla seçə bilirik.

    “Ayazın yüzünü kavurduğunu hissetti: gür bıyıklan sanki teker teker donyp dikiliyorlardı.”

    (1.səh 16)

    Biz burada Moskvanın güclü soyuğu ilə bərabər onun insan üzərində yarada biləcəyi təsiri də mübağilə şəklində görürük. Bu mübağilələrin əslində ayrıntıları çoxaldaraq əsəri bədiiləşdirmək üçün deyil, hadisələrin həllində vasitə rolu oynamaq üçün verildiyini açıq şəkildə düşünmək olar.

    Əsərin bu kimi cümlələrində məqsəd yazıçı tərəfindən yaradılmış mühitin oxucunun gözləri önündə canlanması və o ayazın ortasında hiss etməsidir. Bunun üçün

    o. epitet təşbeh , metafora və s kimi vasitələrdən istifadə edilmişdir. Mavi ayaz, Sert rüzgâr, ince kar və bu kimi təsvirlərlə Ahmet Ümit peyzaj epitetləri ilə uğurlu şəkildə oxucuya çatdır. Lakin əsərdə uğurlu peyzaj nümunələri ilə yanaşı, bir sıra məna ifadə etməsi nəzərdə tutulan epitetlərlə də rast gəlirik. Yaşlı kənd , yaşlı kayın ağacı, ince düsünce və s epitetlər ilə yazıçı müxtəlif mənaları ifadə etməyə nail olmuşdur. Məsələn, birinci və ikinci epitet kəndin va kayın ağacının qədim yaşını ifadə etməklə yanaşı, təsvir edildiyi şəhərin də çoxillik tarixini özündə əks etdirirsə, üçüncüdə insan təbiətinə xas müsbət məziyyətlərdən biri olan və insan düşüncəsinə yansıyan incəlik öz əksini tapır.

    Insan ruhunu, xarakterini hərtərəfli şəkildə təsvir edən yazıçı obrazlarını ziddiyyətli xüsusiyyətlərlə əhatələməyi də unutmamısdu ki, bunlar da obrazların bir- birinə olan münasibətindəki bənzətmələrlə bəlli olur.

    “Av köpeği gibi işin kokusunu hemen alır” (1. Səh 13)

    Cümlədə Nikolaya xas mənfi xüsusiyyətlərdən biri olan sinsiliyin müxtəlif bənzətmələrlə göstərməsini yazıçının bunları xalq dilinə uyğunluğunu nəzərə alaraq, dedektiv əsərlə belə oxucu ilə arasında körpü yaratmaq üçün vasitəsi kimi qiymətləndirmək mümkündür. Bu bənzətmələr oxucunu hadisələrin baş verdiyi şəhər soyuq olan anlatımından uzaqlaşdıraraq daha anlaşıqlı bir dillə olanları qavramağa sövq edir. Eyni ideologiya sahiblərinin müxtəlif düşüncələrinin uğurlu təsvirini yaradan müəllif əsərdə istər bir sıra obrazların, istərsə də müəllifin öz anlatımında əşya , heyvan, təbiət hadisələri və s ilə qarşılaşdırılan təşbehlərdən istifadə etməklə obrazların daxili və zahiri xüsusiyyətlərini açıq şəkildə ifadə etmişdir . Buz gibi bakışlar, fal taşı gibi açılmış gözler, yılan gibi kıvrılan kavisli bir yol, sütun gibi uzanan iki bacak, bir sülük gibi bedenine yapışmış, kara bir nokta gibi duran abanoz, bir deniz gibi içedönük mavi gözler, çelik gibi eller və s bu kimi ayrıntılı bənzətmələrlə, Ahmet Ümit, hadisələrin böyük bir tarixi dönəmi yaşayan, dövrünün mərkəzi sayılmış olan SSRİ də keçdiyini nəzərə aldığı əsərinin beynəlxalq arenada özünə oxucu qazanacağı düşüncəsini ön görərək tənbehin qısaldılmış, pekinleştirilmiş və yalın kimi növlərinə müraciət etməmişdir.

    Müəyyən bir tarixi dönəmi əhatə edən əsərdə hadisələrin kar qoxan bir ölkədə , yəni Rusiyada keçməsini nəzərə alsaq, müxtəlif obrazların dilindən bu ölkənin mənsub olduğu dildə söz və ya cümlələrə rast gəlmək mümkündür ki, belə sözlər də ədəbiyyatımızda varvarizmlərə adlanır. Sovetlər Birliyinə ideoloji təhsil almaq məqsədilə gəlmiş bir çox ölkə vətəndaşının olması bu varvar  sözlərin sayını hə

    r səhifədə daha çox artırır. Biz əsərdə bunlara obrazlar arasındakı dialoqlarda rast gəlirik:

    • “Stop! Stop! Stop! (Dayan)
    • “Kto tam” (kimdir?)
    • “Dobre utra” (sabahınız xeyir)
    • “Spasiba.” (Sağol)
    • “Krassiva, oçin krassiva” (Gözəl, çox gözəl)
    • “İzviniyte” (üzr istəyirəm)
    • “Xaraşo” (yaxşı)
    • “Da, kanyeşna” (bəli, əlbəttə)
    • “Tavariş” (yoldaş)

    Romanın, beynəlxalq mövzuda sınaqdan keçirilmiş bir qələm təcrübəsi olması burada sözü keçən ölkənin dilindən əlavə , yunan, ingilis və s bu kimi başqa dillərdə də söz və ya cümlələri görmək mümkündür

    • “Yes of course “ (əlbəttə) ingiliscə
    • “Thanks” ( təşəkkürlər) ingiliscə
    • “Filise me” (öp məni) yunanca
    • “Come” (gəl) ingiliscə
    • “Hello comrades” (Salam yoldaşlar) ingiliscə
    • “Kalinihta” (Gecəniz xeyrə) yunanca

    Bu sözlər içərisində diqqət çəkən məqam isə kommunizmin bütün simvolikasını özündə daşıyan “yoldaş” sözünün Türk dilindən başqa bir neçə dildə işlədilməsidir. Bunu həmin anlayışın bir çok ölkənin tarixini əks etdirməsi ilə də əlaqələndirmək olar.

    Əvvəl də qeyd etdiyimiz kimi, yazıçı əsərində müxtəlif ziddiyyətlərə sahib olan bir çox obrazlar yaratmışdır ki, onlardan heç birinin həyata , insanlara olan reaksiyasının tamamilə eyni olmadığını görürük. Elə bunun nəticəsidir ki, bəzi hallarda xarakterlərin sahib olduğu reaksiyalar daha irəli keçərək vulqarizmə çevrilir. Əsərdə təsvir edilmiş vulqarizmlər bəzi hallarda bəsit , bəzən isə söyüş xarakterli sözlər kimi qələmə alınmışdır:

    • “Saçma” , “Bok” , “Aptal” , “Piç” , “Alçak “ .

    Əsərin, yazıldığı ildən təxminən 10 il əvvəl baş verən hadisələri mövzu alması və aradakı tarixi dönəmin az olması buradakı vulqar sözləri arxaikləşdirməsə də , bu illər ərzində SSRİ nin dağılması nəticəsində kommunizm, Sovetlər birliyi, yoldaş və s sözlərin öz aktivliyini itirməsin səbəb olmuşdur.

    Adında belə Moskvanın buz kimi ayazını oxucusuna hiss elətdirməyə çalışan Ahmet Ümit karın ciyərlərə dolan qoxusu ilə bərabər, hər zaman obrazların yanı başında

    olan ölümün “qan qoxusu” və qorxusunu da onlara yaşatmağı uğurla bacarır. Yazıçının, sadəcə Türk torpaqlarının deyil, həm də beynəlxalq mövzularda usta olduğunu göstərdiyi əsərində , ayrıca eyni ideologiya ətrafında birləşmiş insanların hekayəsini ,hər hansı bir ideologiya ısrarında olmadan , ölkəsinin ədəbiyyatına tamamilə xas olmayan dedevtikliyə odaklanaraq təsvir etməsi , fikrimizcə , istər Türk , istərsə də bir zamanlar Sovetlər Birliyinin tərkibində olmuş ölkələrin oxucuları tərəfindən təqdirəlayiq qarşılanmalıdır.

    Ədəbiyyat

    1. Ahmet Ümit “Kar kokusu” , Everest yayınları, 2018, p 288 .
    2. Friedrich Nietzsche “Böyle buyurdu Zerdüşt “ , Say yayınları , 2016, p 392.
  • Zəhra HƏŞİMOVA.”Sis və Gecə”

    “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

    Türkiyə ədəbiyyatında illərdir var olmasına və bir çox gözəl nümunələrinin mövcudluğuna baxmayaraq, dedektiv janr hər zaman kənarlaşdırılmış, özünə tam da yer edinə bilməmişdir. Şansa, metafizik qüvvələrə rastlamaq dedektiv janrın özünəməxsus xüsusiyyətlərinə uyğun gəlməsə də, bu janrın öndə gələn romanlarının müəllifi olan Ahmet Ümit əsərlərində onun “məntiq”, “ipucu” kimi reduksionalist elementlərinə qarşı qeyb aləmi, əsrarəngiz yuxular, keçmişdən gələn obrazlar və s fantastik ünsürlərin simvolikasını yaradaraq bu iki janrın ahəngi ilə hələ dedektivliyin yetərincə qəbul edilmədiyi Türk ədəbiyyatına bir üst səviyyə əlavə etmiş və fantastik-dedektiv janrın maraqlı nümunələrini təqdim etmişdir. Van Dine (Willard Huntington Wright) tərəfindən dedektiv janra verilmiş 20 maddəlik qaydalara nəzər saldıqda bir çoxunun yazıçının romanlarında pozulduğunu görürük :

    • İşin içinə sevgi qarışdırılmamalıdır.
    • Fantastika sərhədlərinə keçilməməlidir.
    • Uzun təsvirlərə yer verilməməlidir.
    • Gizli təşkilatların, mafya vb. suç örgütlərinin, dedektiv romanında yeri yoxdur .
    • Detektiv romanlarındakı bütün cinayətlər şəxsi münaqişə əsasında baş verməlidir. Beynəlxalq suç və müharibə üsulları cinayətin dəyərini azaldır .
    • Detektiv romanında baş verən cinayətin intihar və ya qəza olduğunun aşkarlanması bu janr üçün qəbul edilə bilməz. (4.)

    Uğurlu yazıçı, əsərlərində 20 maddəlik janr xüsusiyyətləri içərisində sadəcə biri ilə bütünləşdirmişdir : “İpucları oxucudan gizlədilməməlidir”. “Kar kokusu “, “Sultanı Öldürmek”, “Bab-ı esrar “, “Şeytan ayrıntıda gizlidir” və s bu

    kimi dedektiv romanlarının müəllifi olan Ahmet Ümit janrın sərhədlərini aşaraq bir növ oxucunun diqqətini cəlb etməyin daha da asan və maraqlı ola biləcəyini sübut etmişdir.

    Ahmet Ümitin yaradıcılığına başladığı şeir və hekayələrdən sonra qələmə alaraq nəşr etdirdiyi ilk dedektiv romanı olan “Sis və Gecə” Almaniyada oxucuya təqdim edildikdən sonra uğur qazanmış və yazıçı , “Ştutqart Zeitung” qəzeti tərəfindən “Türkiyənin ən böyük yazıçılarından biri“ adlandırılmışdır. Kitab MİT içərisindəki güc oyunlarının arxa planda təsviri və istihbaratçının sevgilisinin yoxa çıxması ilə başlayan şəxsi və tragik arayış yolunu əhatə edir. 1996-cı il Türkiyəsinin təşkilatlar, örgütlər, gözaltı işkəncələri, solcu və devrimcilər kimi sosial-siyasi hadisələrini sadə bir dillə ifadə edərək oxucunu, sözün əsl mənasında, keçmiş ilə üzləşdirən müəllif dövrün bilinən mövzularını dedektiv janr ilə taclandırmağı bacarmışdır. Əsərdə MİT görevlisi Sedatın aşiq olduğu və birdən-birə qeybə çəkilən Minəni axtararkən istər sorğu zamanı, istərsə də insan ilişkilərinə doğru bu səfəri zamanı tanış olduğu insanların da hekayələrini görmək mümkündür. Bu axtarış zamanı hadisə alanına girən obrazlardan bir qismini hədəf yanıltmaq, digərlərinin isə intriqanın ipuclarına aparan körpü vəzifəsinin daşıyıcıları kimi qiymətləndirmək olar.

    Romanın baş qəhrəmanı MİT görəvlisi olan Sedatdır. Mənəvi relavistik xüsusiyyətlərə sahib olan obrazın sevgi, iş, ailə kimi bir döngü arasındakı dilemmalar nəticəsində, iç dünyasındakı fırtına və ziddiyyətlər, yaşadığı qayğılar, gəl-getlər, həmçinin insanın bəzən özünə belə etiraf etməkdən çəkindiyi duyğularının şiddətli təsviri əsərin fəlsəfi yükünü daha çox büruzə verir. Əsərin son sətirlərinə qədər onun qəbul etməkdə çətinlik duyduğu gerçəkləri bir növ qara dəliyə çəkilən cisimlərlə müqayisə edə bilərik. Tək fərq isə Sedatın gerçəklərinin həyatındakı ölümcül boşluq tərəfindən udulmasıdır. Bu boşluğu Minənin sevgisi ilə doldurmaq istəyi onu əhatə edən gerçəkliklərdən biraz daha uzaqlaşdırır. Daha dəqiq şəkildə desək, həyatın absurdluğuna doğru

    yönəldir. Siyasi düzənin müdafiəçisi olan bu obrazın əsər boyu amansız bir yadlıq və ondan doğan yanlızlıq içərisində olması açıq şəkildə təsvir edilmişdir. Ətrafındakı hadisələrə önəm vermədən sadəcə Minənin axtarışına yönəlməsini ilk başda məsləyinə duyduğu deontoloji dəyərlərlə əlaqələndirə biliriksə, sonrakı səhifələrdə bunun öz həyat hadisələrinə, illərdir şərəflə yerinə yetirdiyi vəzifəsinə yadlaşmaq kimi dəyərləndirə bilərik. İtmiş sevgilisinin axtarışında olan Sedatın bununla birlikdə , gizli bir soruşdurma aparmaq məcburiyyətində qalması və hadisələrin bu istiqamətdə cərəyan etməsi onun daxili dünyası ilə ziddiyyətlərini göz önünə sərir. Son ana qədər bu absurd yolda irəliləyən obraz, fikrimizcə, çabalarının Minə ilə yenidən qarşılaşdıqğı zaman deyil, sonu gəlməyən pilləkənlərdə beyhudə olduğunu anlayır. Sedatın sevdiyi qadına çatmaq vasitəsi olaraq gördüyü pilləkənlərin yazıçı tərəfindən yaradılan boşluğun fəlsəfi simvolikasının əksi kimi qiymətləndirilə bilər. Müəllif, romandakı bu absurdluğu təkcə Sedat obrazı ilə deyil, vəzifəsini başqalarının ayağını kaydırmaq üçün istifadə edən və vətən, millət anlayışlarından bəhs edərkən əslində bu elementlərə, bir sözlə, öz “mən”indən uzaqlaşmış təşkilat üzvlərinin tənqidi ilə oxuculara təqdim edir. Yazıçının bir çox əsərlərində sıxca rastlaşdığımız həzzçilik və ya qərb fəlsəfəsindəki deyimi ilə hedonizmi “Sis və Gecə” də də görürük. Öz boşluğunu xoşbəxtlik ilə vəhdətləşdirmək istəyən Sedatın, Mineyle olan ilişkisi bu həzzin mənfi və müsbət cəhətlərini sorğulamağa imkan verir. Fikrimizcə, Sedatın bu hissini həzzdən daha çox həyatındakı absurdluqlardan qaçış adlandırmaq heç də yanlış olmazdı.

    Əsərin mərkəzində Sedat və onun axtarışları olsa da, diqqəti ,əsas mövzunun Minə obrazı üzərində qurulması daha çox cəlb edir. Biz bu obrazı “mövcud olmasına baxmayaraq, heç var olmayan “ kimi də qeyd edə bilərik. Romanın sonunda sevdiyi adam olan Sedatın silahından çıxan təsadüfi mərmilərlə öldüyünü öyrəndiyimiz Minə haqqında bu fikrə onun əsərdəki mövqeyi nəticəsində gəlmək mümkündür. Mövzu onun ətrafında çevrələnməsinə rəğmən

    , əsərdə Minə haqqında olan heç bir fikir demək olar ki, öz təsdiqini tapmır : “Mine Sedatı həqiqətən sevirdimi yoxsa Fahri ilə iş birliyi içərisindəydi ?”, “Onu həmin soyuducuya kim yerləşdirmişdi ?“ və s. Sedatın da Mine haqqında olan düşüncələrindəki ziddiyyətlərinin səbəbini də son səhifələrdə müəyyənləşdirə bilərik. Sevdiyini əldə edəcək qədər bencil olan bir qadının ona boşan deməməsini sadəcə iki açıqlama ilə aydınlatmaq olar : 1. Sevsə belə Fahri ilə iş birliyində olması ; 2. Sedatdan istifadə etməsi .

    Əsərin dedektiv janrda yazılmasına baxmayaraq, qadın və qadına münasibət məsələlərinə geniş şəkildə toxunulmuşdur. Minədən başqa Məleykə, Sevim, Cümənin həyat yoldaşı kimi qadın obrazlarının yer aldığı əsərdə münasibət olduqca ziddiyyətlidir. Sedat obrazı ilə simvolizə edilən hedonizmin əslində əsərdəki sahiblərinin məhz bu obrazlar olduğunu qeyd etmək mümkündür. Ildırımın “Qadınlar aldadıldığını bilib susmağa məcburdurlar. Məsləyi yox, gəliri yox, ayrılıb nə edəcək?”(1.səh33) cümləsinə qarşı müəllif qadınların həyatda xoşbəxtliklərə çatmaq üçün atdığı addımları qeyd edir. Təbiidir ki, bu addımlar hər qadında eyni ola bilməz. Sevmədiyi bir insan ilə evlənmək məcburiyyətində qalan Sevimin hələ 20 il öncə duyduğu həzzə geri qayıtması ilə qızı Minənin Fahri və Sedat arasında qaldığı reaksiyasını həyatda öz yolunu çizmə istəyilə əlaqələndirə bilərik. Məleykə obrazına gəldikdə isə onun həyatdakı xoşbəxtlik arzusunun övladları olduğunu görürük. O, Ildırımın dediyi kimi məsləyi və ya pulu olmadığından deyil, həyatın həzzinini , bütün müsbətliklərini sahib olduğu ailə qavramında gördüyü üçün Sedatı tərk etmir. Bu yerdə dahi filosof olan Friedrich Nietzschenin “Unutmak iyileştirir” (3. Səh 136) cümləsini xatırlamaq olar .

    Romanın konforizm ideyalarına xas olan obrazı Mustafanı, müəllifin “Kar Kokusu “ əsərindəki Hikmət ilə müqayisə etmək mümkündür. Qaydaların hakim olduğu bir sistemin əsiri olan Mustafa da eynilə Hikmət kimi, özünə mənfi yazılacaq bir işin məsuliyyətini üzərindən atmaqla güvəndə hiss etmək

    istəyir, lakin onun bu davranışı elə məhz özünə olan güvənsizliyin təməli kimi dəyərləndirə bilərik. Əsərdə bu doqmatik düşüncələrin Mustafa üzərindəki təsirini onun reaksiyalarının idarəsində toplandığını düşünmək olar. Hikmətin yoldaş dediyi insanlar üçün tedirginliyinin yerini öz şəxsi mənafeyi aldığı kimi, Mustafanın da qaçırılan uşaqlar üçün olan kədərini yanlış qərar verərək vəzifəsini itirmə qorxusu ələ keçirmişdir.

    Yıldırım , Ahmet Ümitin “Kar Kokusu “ adlı məşhur Romanı da da yer almış bir obrazdır . Hələ bu əsərdə təşkilatdakı dəyişim rüzgarlarlarını hiss edən və etdiyi ilk səhvdə quyusunu qazacaqlarını təxmin edən Ildırım , “Sis Və Gecə “ romanında öldürülmüş olmasına baxmayaraq, öz təsir gücünü qorumağı bacarır. Yazıçının baxış mövqeyinə görə, ziddiyyət təşkil edən bu iki əsərini əslində bir- biri ilə müqayisəli şəkildə təhlil etmək mümkündür. İlk əsərdə kommunistlərin həyat və fəaliyyətini ön plana çəkərək təşkilat və onun üzvləri haqqında qısaca məlumat verən müəllif , “Sis Və Gecə “ də məsələlərə bi dəfə əks mövqedən, təşkilatın baxdığı mövqedən yanaşaraq oxucularda obyektiv fikir bütövlüyü ilə dövrün sosial-siyasi ideyalarına baxış bucağı yaratmağa çalışmışdır . Iyimsərıiyi axmaqlıq kimi qiymətləndirdiyini gördüyümüz Ildırımın daxili dünyasının daha dərinlərinə enən müəllif, onun simasında sevgi, ailə və s duyğu yüklü ünsürləri işinə qarışdırmayan ideal istihbaratçı obrazının təsvirini yaratmağa nail olmuşdur.

    Detektiv romanların olmazsa olması sayılan cinayət probleminə yazıçı bu əsərində daha fərqli yanaşaraq sonda qatil ilə araşdıran obrazını eyni şəxs üzərində cəmləşdirir. Dövrün sosial-siyasi hadisələrini bu cinayətə aparan körpü toru kimi təsvir edən müəllif oxucu marağına səbəb olacaq ipuclarına əsərin əvvəlindən deyil, artıq onların bütün obrazlar ilə bütünləşdiyi bir zamanda- əsərin ortalarında gözlər önünə sərir. Minənin cinayəti oxucunu belə bir cümləni düşünməyə vadar edir: kilometrlərlə uzaqda axtardıqlarımız bəlkə də bir nəfəs qədər  yaxınımızdadır ???. Ahmet Ümit  bu əsərində nə? , kim?  Suallarından

    çox, dedektiv əsərlərə xas maraq timsalı olan necə? Sualına doğru yoğunlaşaraq hadisələrin reduksional prinsiplərinə uymaqla sonda digər iki sualın cavabını tapmağa imkan yaradır. Minənin qatilinin sevdiyi adam olan Sedatın olduğunu öyrənsək də sonda bir sıra boşluqlarla üzləşirik. Bunlar Minənin soyuducuda tapılması və hamilə olmasına rəğmən öldürülməmişdən əvvəl Sedatın deyil, tibb bacısı olan Gülizarın yanına getməsidir. Bu zaman ağla gələn ilk fikir onun Fahri ilə sevgi ilə bərabər, iş birliyinin də olması olur. Hamilə olan Minənin həm Fahri həm də Sedatın özündən qaçaraq kürtaj olmaq istəyini də bu işin pozulmasına mane olmamaq çabası kimi qiymətləndirmək olar. Lakin əsərdə sadəcə bir cinayətin olduğunu düşünmək o qədər də doğru olmazdı. Sedatın Minəni axtararkən qarşılaşdığı müxtəlif obrazların həyat hekayələrinə diqqət yetirsək, Cümənin törətdiyi cinayətləri və onların arxasında duran səbəbləri açıq şəkildə görmək mümkündür. Müəllifin bu cinayətləri dəqiq şəkildə ifadə etməsini təsvirçilik kimi dəyərləndirmək hadisələrə səthi baxışdan başqa bir şey olmazdı. Ahmet Ümit keçmişin dinləməməzliklərini oxucularının ixtiyarına verməklə onları bir növ bu gerçəkliklərlə maraqlanmağa sövq edir.

    Müsahibələrindən birində dedektiv yazarı olmağa hər zaman məsafəli durmuş Ahmet Ümit, bu əsəri ilə dedektiv janrını öz ədəbi ustalığı ilə fərqli səviyyəyə daşımağı bacarmışdır. Obrazların təsviri, hadisələrin baxışı və bir-biri ilə olan ilişkisini formalaşdırmağa çalışdığı sosial-siyasi çərçivəyə uyğunlaşdırmağı bacaran yazıçı istər keçmişinə bağlı, istərsə də dəyərlərini əlinin tərsi ilə itmiş səmt, məhəllə, təşkilat, örgüt insanlarının təsvirini yaratmaqla hər növ oxucu ilə bütünləşməyə nail olmuşdur.

    Ədəbiyyat

    1. Ahmet Ümit “Sis ve Gece “ , Everest yayınları, 2017, p.352.
    2. Ahmet Ümit “Kar Kokusu “ , Everest yayınları, 2017, p.373.
    3. Friedrich Nietzsche “Aforizmalar”, Tutku yayınları, 2017, p.274.
    4. S.S.Van Dine (Willard Huntington Wright), Eylül 1928. American Magazine.
    5. Berke Vardar, Açıklamalı dilbilim terimleri sözlüğü 2007, p.85.
  • Azərbaycanlı şairə Vüsalə Vətənxan Mehrinin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin Dekabr sayında işıq üzü görüb 

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanlı şairə Vüsalə Vətənxan Mehrinin Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin Dekabr sayında “İçmişəm” adlı şeiri Azərbaycan türkcəsində dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Vüsalə Vətənxan Mehrinin şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 215-ci sayında fars dilində dərc olunub

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanlı şairə Vüsalə Vətənxan Mehrinin İkinci Qarabağ savaşında şəhid olan hərbi qulluqçularımız ilə bağlı yazdığı şeirləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 219-cu sayında fars dilində dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabı – təqdim ediləcək

    Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə seçmə şeirlərindən ibarət kitabın təqdimatı olacaq.

    TÜRKSOY-un Azərbaycan dilində nəşr etdiyi “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

    Tədbirdə eyni zamanda “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim ediləcək.

    Qeyd edək ki, Məhmət Akif Ərsoy Türkiyənin Dövlət Himni-İstiqlal Marşının müəllifidir. 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxunan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilib.

    İstiqlal Marşının yazılması üçün Məhmət Akifə 500 lirə mükafat verilib, şair həmin məbləği yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayıb.

    Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şair Dəyanət Osmanlının “В тени слов” adlı şeirlər kitabı nəşrə hazırlanır

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,şair Dəyanət Osmanlının “В тени слов” adlı şeirlər kitabı nəşrə hazırlanır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “İçərişəhər” Qoruğu İdarəsi ilə Özbəkistanın “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq protokolu imzalanıb

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökumətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qoruq İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

    “İçərişəhər” DTMQ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

    Sonra qonaqlar Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olub.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

    Dekabrın 14-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək.

    Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • İtaliya azərbaycanlıların gözü ilə: Bolonya

    Bolonya şəhəri İtaliyanın mərkəzi və şimal hissələrində yerləşən Emiliya-Romanya regionunun inzibati mərkəzidir. Bu ölkənin ən böyük əyalətlərindən birində Ferrara, Modena, Parma, Ravenna, Rimini kimi vilayət və şəhərlər də yerləşir. Emiliya-Romanya şəhərlərinin zəngin tarixi-mədəni irsi sayəsində bu əraziyə çoxlu sayda turistlər gəlirlər. Burada Adriatik dənizi sahilində istirahət etmək, yerli kulinariyanın Parmigiano Reggiano pendiri, ənənəvi balzamlı sirkə kimi ləziz yeməklərinin dadına baxmaq, Roma imperiyası dövrünə aid tarixi abidələrə baxmaq və ya “Ferrari”nin eyniadlı muzeyində super avtomobillərin ən yeni modellərini görmək mümkündür. Biz yuxarıda sadalananların bir çoxu ilə tanış ola bildik və aldığımız təəssüratları sizinlə bölüşməyə tələsirik!

    Premium sinfindən qatarlar və Bolonya Universiteti

    Emiliya-Romanya vilayətinin paytaxtı olan Bolonya zəngin tarixə, mədəniyyətə və ənənələrə malik izdihamlı şəhərdir. Bu şəhərin bir çox təxəllüsü var, onların bəziləri isə əyləncəlidir. Bolonya universitet köklərinə malik olduğu üçün “təhsil mərkəzi”, yerli mətbəxinə görə “şişman”, tikililərin damındakı kirəmitlərin rəngi sayəsində “qırmızı” şəhər də adlandırılır. İzdihamlı, səs-küylü və enerji ilə dolu şəhərin çılğın keçmişi var, amma, eyni zamanda, o, gələcəyə də inamla baxır.

    Mənbə: https://azertag.az/

  • Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi

    Çoxlarının xoşladığı içki olan qəhvənin türk mədəniyyətində mühüm yeri var. Qəhvənin dəmləmə texnikası, aromatik dadı, fərqli köpüklü tərkibi və təqdimatı Türk qonaqpərvərliyinin və dostluğunun əvəzsiz elementidir.

    Türkiyə ənənələrinin vacib hissəsi olan qəhvə insanları bir yerə toplamaqla, ictimailəşməyə kömək edən sosial vasitəçidir. Əsas görüşlər və ya yemək sonrası söhbətlər “Qəhvənizi necə istərdiniz?” sualı ilə başlayır. Canlandıran, enerji verən xüsusiyyətləri ilə tanınan Türk qəhvəsi özünəməxsus dadı və ənənəvi dəyərinə görə 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

    Türk qəhvəsinin UNESCO-nun siyahısına daxil olduğu tarix olan dekabrın 5-i, yəni sabah “Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Qeyd edək ki, qəhvə Türkiyəyə ilk dəfə Osmanlı Sultanı Qanuni Sultan Süleymanın (1520-1566) dövründə Yəmən vasitəsilə gətirilib.

    XVI əsrin ortalarından etibarən İstanbulda ictimai qəhvəxanalar açılmağa başlanıb və qəhvə sosial həyatın mərkəzində yer alıb. Təsadüfi deyil ki, “kahvaltı” sözünün mənası “qəhvədən əvvəl” deməkdir.

    “Qəhvənizi necə istərdiniz?”

    Türk qəhvəsinin dəmlənməsi üsulu əsrlər boyu dəyişməz qalıb. Qəhvə “cevze” adlandırılan bənzərsiz bir qazanda soyuq suda toz qəhvəni dəmləməklə hazırlanır. Qəhvənin üstü məxmər köpüklə örtülüb qaynadıqdan sonra qəhvə stəkanlarına süzülür. Digər qəhvələrdən fərqli olaraq, türk qəhvəsi çöküntüsü ilə stəkanlara süzülür, bir stəkan su və şirniyyatlarla, əsasən məşhur türk lokumları ilə servis olunur.

    Qəhvə dənələrinin dadı və hazırlanma üsulları ölkənin bölgələri daxilində maddələr və vərdişlər əsasında dəyişə bilər. Egey bölgəsindəki bütün mastik ağaclar, onlarla birlikdə mastik saqqız ilə türk qəhvəsi hazırlama ənənəsini gətirir. Püstə dənələrini qurutmaqla hazırlanan Menengiç qəhvəsi, Gaziantep və Cənubi-Şərqi Anadolu bölgəsində çox məşhurdur. Dibek qəhvəsi, mülayim ətri ilə xatırlanan, süd ilə servis edilən bənzərsiz bir türk qəhvəsi kimi olduqca məşhurdur. Sərt və acı bir qəhvə kimi tanınan Mırra qəhvəsinə isə Türkiyənin Cənub-Şərqi mahalları Şanlıurfa və Mardində üstünlük verilir.

    Türk mədəniyyətində “qəhvə falı” da var. Qəhvə içildikdən sonra fincan boşqabın üzərinə tərs qoyulur və qəhvə tozunun yaratdığı formalar şərh edilir. Bu gözəl ənənə həm də Türk mədəniyyətinin gözəl bir parçasıdır.

    Mənbə: https://azertag.az/

  • Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb

    Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 4-dək Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib.

    Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarımız tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

    Nazir Aidə Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb: “Bu mənada Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük”.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mənbə: https://azertag.az/

  • “Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər

    “Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir.

    AZƏRTAC “The Wall Street Journal”-a istinadla xəbər verir ki, şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” birgə təklifinin işə salınması ehtimalını müzakirə ediblər.

    “Apple” və “Paramount” arasındakı danışıqlar hələ ilkin mərhələdədir. Bu xəbərin fonunda hər iki şirkətin səhmlərinin dəyəri sürətlə artmağa başlayıb.

    Mənbə: https://azertag.az/

  • Astaralı Şeyx ZİYADXAN.Yeni şeirlər

    Zaman qardaşıma!

    Bahar çiçəyi tək açılsın ömrün,

    Düşməsin tufana həyatın Zaman!

    Dostların içində anılsın sözün,

    Günəştək nur saçsın sabahın Zaman.

    ********

    Arzum var göylərə ucalsın başın,

    Atasan qəm ilə qüssənin daşın,

    Yüzdən artıq olsun qoy sənin yaşın,

    Xoş keçsin dəqiqən, saatın Zaman.

    ********

    Ziyadxan söz yazıb, mətləbə çataq,

    Səninlə hər zaman oturub-duraq.

    Gün olsun oğluna toy-büsat quraq,

    Uğurla baş tutsun niyyətin Zaman!

    Məhəbbət

    Məhəbbət, məhəbbət yaxşı ki varsan,

    Əlində sevincə, dönür qəm sənin.

    Məni hara çəksən, hara aparsan

    İnan ki, dalınca gələcəyəm mən.

    Gələrəm kor kimi gözüyumulu,

    Bilərəm səninlə zülmətdə də mən,

    Taparam işığı, taparam yolu.

    Məhəbbət, məhəbbət hərş şeydən qabaq.

    Yaxşı ki, dünyada sən yaranmısan

    Bütün bəlalarla qabaqlaşaraq,

    Odlara düşmüsən çöldə yanmısan,

    Fəqət saxlamısan öz qüdrətini,

    Hökmünü yenə də düz vermisən sən.

    Tapdayım möhnəti, dərdi-sərini

    Qabaqda yenə də sən getmisən sən!

    Boranda, çovğunda, tufanda, qarda

    Fəsli bahar edən sən deyilmisən?

    Ziyadxan ölüncə üz döndərməsə

    Sən ona etməzsən əsla xəyanət,

    Eşqi ləyaqətli olan hər kəsə

    Sən qonaq olmusan ülvi məhəbbət!

    Nə mənası var?

    Ey nadan! insan ol, yaxşılıq eylə

    Yalanlar satmağın nə mənası var,

    Suyu şirin olan mavi bir gölə,

    Acılıq qatmağın nə mənası var?

    Mərifət hər zaman var yaxşılarda

    Düzlük uduzmamış qoca dünya da

    Altı boşluq olan əyri yollarda

    Günaha batmağın nə mənası var?

    İnsan ucalmalı təmiz ad ilə,

    Şöhrəti yayılsın hey dildən-dilə

    Min cür hiylə ilə, min bir kələklə

    Arzuya çatmağın nə mənası var?

    Ziyad xan! namərdin baxma sözünə

    Görəndə eybini söylə üzünə,

    Doğru yol seçməli hərə özünə

    Qəflətdə yatmağın nə mənası var?

    Fəğan eylər

    Rəngi solsa bağda gülün

    Bülbül ağlar fəqan eylər,

    Bulud tutsa göyün üzün

    Bülbül onda tufan eylər.

    ********

    Kimin qəlbən paklığı var

    Bilki onun saflığı var

    Kimdə hünər sağlığı var

    Gələcəyi tüğyan eylər.

    ********

    Kimin qəlbi çirkin olub,

    Kədər ona düçar olub,

    Bağ-bağçası viran olub

    Bu hal onu yaman eylər.

    ********

    Hər bir evdə könül gülsə,

    Böyük-kiçik zəhmət çəksə

    Ziyadxan orda şeir desə

    Hər bir kəsi heyran edər.

    Yaxşıdır

    Çalış zəhmətinlə bar versin bağın

    Özün əksən, özün biçsən yaxşıdır.

    Nəyə lazım suyu əğyarın

    Suyu öz əlinlə töksən yaxşıdır.

    *******

    Zəhərli ilan tək sərilmə yolda

    Arının qüdrəti tanındı balda

    Tikanlı bir kola döndüyün yolda

    Ətirli gül olub bitsən yaxşıdır.

    ********

    Bülbül istəməz ki, qızıl gül solsun

    Pislərin qəlbinə yaxşılıq dolsun,

    Ziyadxan! sözlərin nəsihət olsun

    Sözdən saray qurub tiksən yaxşıdır.

    Nərgiz

    Səhərlər açılan güllü bağların

    Ətirli güllərin bəzəyi Nərgiz

    Laləyə bürünmüş uca dağların

    Nigarın sevinci, ürəyi Nərgiz.

    ********

    Şirin sözlü, mərd ürəkli olmusan,

    Nərgiz gülü tək könüllərə dolmusan

    Gözəl Astaranın fəxri olmusan

    Talış qızlarının gözəli Nərgiz!

    ********

    Bakıda doğulub, yaşa dolmusan

    Nəğməli ürəklə hey oxuyursan

    Dəniz havasını hər an duyursan

    Olursan Xəzərin küləyi Nərgiz!

    ********

    Başında al-əlvan örpəyin də var

    Hər yeri seyr edib baxmağın da var

    Ziyadxandan dualar almağında var

    Gözəllər gözəli, gözəlim Nərgiz.

    Sevda bacıma!

    Bu şeir misrasın, nəğmə çələngin

    Sənə bəxş edirəm, sənə ay bacım!

    Ömür karvanında yaxşı günləri,

    Sənə bəxş edirəm, sənə ay bacı.

    ********

    İnsana ruh verən şeir-sənətdir

    İlhamsız bir ürək, quru qəfəsdir.

    İlhamla yaşamaq, böyük şərəfdir,

    Gündüzlər günəş ol, gecə ay bacım!

    ********

    Çoxlu yaşamaqla, öyünmək olmaz!

    Hər yetən insana güvənmək olmaz!

    Ömür yollarında keçən günləri,

    Şərəfli günlərdən say gözəl bacım!

    ********

    Uca dağlar başı olur duman-çən,

    Vətənin yolunda şəhid vermisən!

    Ziyadxan şerini qəbul eylə sən,

    Yazan vermiş sənə bunu pay bacım.

    Sənə

    Başında bağlanmış örpək gözəldir.

    Göy köynəyin elə bil ki, bəzəkdir,

    Yazın gözəlliyi yaraşır sənə.

    Ayağında qırmızı başmağında var

    Hərdən gözaltı baxmağında var

    Bir gülüşlə ömür yıxmağında var

    Onunçün ürəyim alışıb yanır…

    Ziyadxan qəlbini açacaq sənə.

    Əbədi qalmış

    Sən mənə əzizsən dünyalar qədər

    Canımı verərərəm yolunda sənin,

    Alışıb yansam da odlar içində

    Yenə məhəbbətin yaşadar məni.

    ********

    Səni görməyəndə alışır qəlbim

    Soyuyur bədənim, keyləşir qəlbim

    Şadam ki, ölsəm əgər mən

    Gələr ziyarətə sevgilim mənim.

    ********

    Kimsə soruşacaq kimdir bu yazıq?

    Sevgilim o zaman ağlayacaqdır

    Deyəcək məhv etdi məhəbbət onu

    Ziyadxan dünyadan doymadı getdi.

    ********

    Yagidar olaraq şeiri qalacaq

    Bütün nankorlara sübut olacaq

    Sevən aşiqlərdə sədaqət varmış

    Odur ki, məhəbbət əbədi qalmış…

    Arif insan

    Göz qoy ətrafına ey arif insan

    Ayıq ol səfərə başlamamışdan,

    Çalış qalmayasan axırda naçar

    Elə ki, köçməkçün zamanın gələr

    Bu mal-mülkün köməyə gəlməz.

    Endilər şan-şöhrət zirvələrindən

    Dar qəbir içində saldılar məskən

    Bir səs eşidilər dəfin zamanı

    Bəs sənin şahanə geyimin hanı?

    Vaxtıikən çox yeyib-içmişdir onlar

    Qurdlara yem oldu indi o canlar

    Ziyadxan! yazdığın bir həqiqətdir

    Dünyaya gələnlər bir gün köçəcək.

  • Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ

    Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ

    Azərbaycan Respublikası Prezidentinin

    2023-cü il 30 noyabr tarixli

    Fərmanı ilə təsdiq edilmişdir

    1. Ümumi müddəalar

    1.1. Bu Əsasnamə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycanın gənc istedadlarının adlarının “Qızıl kitab”a (bundan sonra – Qızıl kitab) yazılması və adları Qızıl kitaba yazılmış gənc istedadlar üçün xüsusi təqaüdün (bundan sonra – təqaüd) verilməsi, habelə dayandırılması qaydalarını müəyyən edir.

    1.2. Qızıl kitab və təqaüd mədəniyyət sahəsində (bundan sonra – müvafiq sahə) xüsusi qabiliyyəti olan 10 yaşdan 25 yaşadək Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra – şəxs) Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün dövlət qayğısını təmin etmək məqsədilə təsis olunmuşdur.

    1.3. Təqaüdün məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

    1.4. Təqaüdün verilməsi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına maliyyələşdirilir.

    2. Qızıl kitab

    2.1. Qızıl kitab müvafiq sahə üzrə xüsusi qabiliyyəti olan şəxslərin ictimaiyyətə tanıdılması və onların həvəsləndirilməsi məqsədilə həmin şəxslərin adlarının daxil edilməsinin xronoloji ardıcıllığı əsasında bir nüsxədə tərtib edilən irihəcmli nəşrdir.

    2.2. Qızıl kitaba aşağıdakı şəxslərin adları daxil edilir:

    2.2.1. müvafiq sahə üzrə beynəlxalq və ya ölkə əhəmiyyətli müsabiqə, yarış və ya festivalların laureatı olan şəxslərin;

    2.2.2. müvafiq sahə üzrə təhsildə yüksək nəticələr əldə edən şəxslərin.

    2.3. Şəxsin adı Qızıl kitaba Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və ya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə daxil edilir.

    2.4. Nazirliyin təqdimatı əsasında şəxsin adının Qızıl kitaba daxil edilməsi və ona təqaüdün verilməsi bu Əsasnamənin 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

    2.5. Qızıl kitaba adı yazılmış şəxs qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, onun adı Qızıl kitabdan Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çıxarılır.

    2.6. Qızıl kitab Nazirlikdə daim qorunub saxlanılır.

    2.7. Qızıl kitabın elektron nüsxəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

    3. Namizədlərin irəli sürülməsi

    3.1. Şəxsin adının Qızıl kitaba yazılması və ona təqaüdün verilməsi ilə bağlı müraciət aşağıdakı sənədlər əlavə edilməklə, namizədin təhsil aldığı təhsil müəssisəsi və ya işlədiyi dövlət orqanı (qurumu) (bundan sonra – müraciətçi) tərəfindən Nazirliyə təqdim edilir:

    3.1.1. namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;

    3.1.2. namizədin təhsili haqqında sənədin (olduğu halda) surəti;

    3.1.3. namizəd təhsil aldıqda, təhsil alması barədə müvafiq təhsil müəssisəsindən arayış;

    3.1.4. namizədin tərcümeyi-halı;

    3.1.5. namizədin xasiyyətnaməsi;

    3.1.6. namizədliyin irəli sürülməsinə əsas verən nailiyyətləri təsdiq edən sənədlərin surəti.

    3.2. Bu Əsasnamənin 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciətçidən tələb olunmur. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciətçi tərəfindən təmin edilir.

    3.3. Bu Əsasnamənin 3.1-ci bəndində qeyd edilən sənədlər tam təqdim olunmadıqda və ya təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə (bu Əsasnamənin 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla), Nazirlik sənədlər təqdim edildikdən 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçini məlumatlandırır. Müraciətçi bu Əsasnamənin 3.8-ci bəndində qeyd edilmiş iclasın keçirilməsinə azı 10 (on) iş günü qalanadək uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etməlidir.

    3.4. Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar müraciətçi tərəfindən bu Əsasnamənin 3.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, namizədin qiymətləndirilməyə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir.

    3.5. Təqdim edilmiş sənədlər bu Əsasnamənin tələblərinə uyğun olduqda, namizəd qiymətləndirilmə üzrə namizədlərin siyahısına (bundan sonra – namizədlərin siyahısı) daxil edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada müraciətçiyə məlumat göndərilir.

    3.6. Təqdim edilmiş namizədlərin bu Əsasnamənin 2.2-ci bəndinin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və seçimini, eləcə də bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hallarla bağlı qiymətləndirilməni təşkil etmək məqsədilə Nazirlik tərəfindən 9 üzvdən ibarət tərkibdə Ekspert Komissiyası yaradılır. Ekspert Komissiyasının tərkibini və fəaliyyəti barədə reqlamenti Nazirlik təsdiq edir.

    3.7. Nazirlik namizədlərin və bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hallarla bağlı qiymətləndiriləcək şəxslərin siyahısını ümumiləşdirir, baxılması üçün iclasın keçirilməsinə 5 (beş) iş günü qalanadək Ekspert Komissiyasına təqdim edir.

    3.8. Ekspert Komissiyasının iclaslarının keçirilmə tarixini Nazirlik müəyyən edir və bu barədə məlumatı Nazirliyin rəsmi internet səhifəsində yerləşdirir.

    3.9. Ekspert Komissiyası qərarları açıq səsvermə yolu ilə, üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir.

    3.10. Ekspert Komissiyası namizədlərin seçilməsi barədə əsaslandırılmış qərarını və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq namizədlərin siyahısını Nazirliyə təqdim edir.

    3.11. Nazirlik Ekspert Komissiyasının qərarı ilə təsdiq edilmiş namizədlərin siyahısını, hər bir namizədin bu Əsasnamənin 2.2-ci bəndində göstərilən tələblərə uyğunluğu barədə arayışı təqdimatla birgə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

    4. Təqaüdün verilməsi şərtləri

    4.1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qızıl kitaba adları yazılmış şəxslərin hər birinə təqaüd verilir.

    4.2. Təqaüd şəxsə onun adı Qızıl kitaba yazıldığı tarixdən hər dəfə 3 (üç) il müddətinə təyin edilməklə, 25 yaşına çatanadək aylıq verilir.

    4.3. Bu Əsasnamənin 4.2-ci bəndində göstərilən yaş həddi nəzərə alınmaqla, 3 (üç) illik müddət başa çatdıqdan sonra şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada qiymətləndirildikdən sonra, ona növbəti 3 (üç) il müddətinə təqaüd təyin edilir.

    4.4. Şəxsin müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirməsinin qiymətləndirilməsi bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş qaydada Ekspert Komissiyası tərəfindən əvvəlki təqaüdün müddətinin bitməsinə ən geci 1 (bir) ay qalmış həyata keçirilir.

    4.5. Təqaüdün verilməsinin davam etdirilməsi və ya bu Əsasnamənin 5.1-ci bəndində müəyyən olunmuş hallarda dayandırılması haqqında qərar Nazirlik tərəfindən qəbul edilir.

    5. Təqaüdün verilməsinin dayandırılması halları

    5.1. Şəxsə təyin edilmiş təqaüdün verilməsi aşağıdakı hallarda dayandırılır:

    5.1.1. şəxs müvafiq sahə üzrə təhsilini və ya fəaliyyətini davam etdirmədikdə;

    5.1.2. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

    5.1.3. şəxsin 25 yaşı tamam olduqda;

    5.1.4. şəxsin adı Qızıl kitabdan çıxarıldıqda;

    5.1.5. şəxs vəfat etdikdə.

    6. Yekun müddəalar

    6.1. Təqaüd hər ayın 5-dək, təqaüdçünün adına açılmış xüsusi bank hesabına köçürülür.

    6.2. Bu Əsasnamənin 6.1-ci bəndindən irəli gələn zəruri təşkilati tədbirlər Nazirlik tərəfindən həyata keçirilir.

    6.3. Bu Əsasnamənin 4.2-ci – 4.4-cü bəndlərinin və 5.1.1-ci yarımbəndinin tələbləri bu Əsasnamə qüvvəyə mindiyi günədək təqaüd təyin edilən şəxslərə münasibətdə bu Əsasnamə qüvvəyə mindikdən 3 (üç) il sonra tətbiq edilir. 

    Mənbə: https://president.az/

  • “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 noyabr 2023-cü il

    Mənbə: https://president.az/

  • USTAD AŞIQ AAB-NİN QONAĞI OLUB

    2023-cü il noyabrın 30-da Şirvan aşıq mühitinin tanınmış nümayəndəsi, ustad aşıq Cavid Əmiraslanov Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.

    Qonağı qəbul edən Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarı anadan olmasının 85 illik yubileyi münasibəti ilə təbrik edib, ona aşıq sənətinin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Bu il Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşrə hazırlanaraq çap olunmuş “Könüllər oxşayar sözü aşığın” adlı kitabı ustada təqdim olunub, ona yeni yaradıcılıq uğurları arzulanıb.

    Aşıq sənətinin dünəni, bu günü və sabahı ilə bağlı maraqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda ustad sənətkarla xatirə şəkli çəkdirilib.

    Görüşdə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da iştirak edib.

    Mənbə: https://azerab.az/

  • ŞAİR SƏFƏRİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

    Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin və Gəncə-Daşkəsən regional mədəniyyət mərkəzi Goranboy rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə tanınmış el sənətkarı Şair Səfərin – Səfər Həsənovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanlıyam, Azər səsiyəm…” adli ədəbi-bədii gecə keçirilib. Tədbirdə respublikanın ədəbi mühitini təmsil edən tanınmış simalar, aşıqlar, həmçinin mərhum şairi yaxından tanımış şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə gecənin aparıcısı Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin sədr müavini Elnur Baxış açıb. Qeyd olunub ki, Şair Səfər daim öz yaradıcılıq ənənəsinə sadiq qalan sənətkar olub.

    Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının təbrik məktubu oxunub. Çernobl əlilələr cəmiyyətinin sədri Namiq Məmmədov çıxış edərək Şair Səfər haqqında xatirələrini söyləyib, onun şeirlərindən nümunələlər səsləndirib.

     Rəngarəng musiqi nümunələri ilə müşayiət olunan gecədə Gəncə Dövlət filarmoniyasının solisti, xanəndə Məzahir Əliyev, Xanqərvənd musiqi məktəbinin müəllimi, el sənətkarı xanəndə Hafiz Həsənov, xanəndə Məhərrəm Məhərrəmov, Qızılhacılı uşaq musiqi məktəbinin şagirdi, gənc xanəndə, respublika muğam müsabiqəsinin qalibi Tunar Salahov, el sənətkarı Qurban Yusifoğlu (Təcnis Qurban), el ağsaqqalı Adil Abbasov, xanəndə-pedaqoq, Qızılhacılı uşaq musiqi məktəbinin müəllimi İlqar Qasımov, Eyvazalılar tam orta məktəbinin direktoru Göyüş Nağıyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin sədri Aşıq Elburus, aşıqlardan Şöhrət Kəlbəcərli, Əhliman Kəlbəcərli, Rasim Gədəbəyli və digərləri çıxış ediblər.

    Mənbə: https://azerab.az/

  • GƏNC AŞIQLARLA BAĞLI YENİ LAYİHƏ

    Son illərdə bir-birindən maraqlı layihələr həyata keçirən Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Gənc aşıqlarla bağlı olan bu layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yeniyetmə və gənclər arasında aşıq sənətinə marağı gücləndirmək və dəstək olmaqdır. Bu məqsədlə aşıq sənətinin daha güclü inkişaf etdiyi ayrı-ayrı bölgələrdən olan gənc aşıqlarla ayrıca iş aparılır, ustad aşıqların onlarla görüşləri təşkil olunur, sənətin incəliklərini daha dərindən mənimsəmələrinə yardım göstərilir. Bu gənclərin arasından gələcəyinə daha çox ümid bəslənilənlərə isə xüsusi diqqət yetirilir, onların televiziya verilişlərində çıxış etmələrinə şərait yaradılır.

    Artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Qərbi Azərbaycan, Qazax və Gədəbəydən olan gənc aşıqların ifaları Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictiamiyyətə çatdırılıb. Qarşıdakı həftələrdə isə Borçalı, Şirvan, Kəlbəcər, Laçın və digər bölgələrin gənc aşıqları ilə bağlı belə verilişlərin hazırlanması nəzərdə tutulur.

    Mənbə: https://azerab.az/

  • Görkəmli şair Rasim KƏRİMLİ.”Verilmədi”

    Yetirin dərdimi naşı təbibə,
    Deyin ki, dərmanım düz verilmədi.
    Sərraflar əlindən düşməyən zərə
    Misgər bazarında üz verilmədi.

    İstəsən qəlbinə nur ələsin dağ.
    Zirvəyə qartalın gözləriylə bax.
    Günəşin nurunu sevməz yapalax.
    Əzəldən bayquşa göz verilmədi.

    Rasim, tək olanda hünər də laldı,
    Yalqızın talehi gümana qaldı.
    Qarğa qarıldadı, mükafat aldı.
    Biçarə bülbülə söz verilmədi

    Mənbə: https://manera.az/

  • Görkəmli şair Rasim KƏRİMLİ.”Əlindən”

    Hər incə mətləbi anlamaz naşı,
    Tez düşər, tez düşər kaman əlindən.
    Könlüm zirvələrlə görüşmək istər,
    Yol tapa bilmirəm duman əlindən.

    Ziyarət etdirən bağı bar imiş,
    Ən uca dağların başı qar imiş.
    Nə yaxşı, dünyada yaxşı var imiş,
    Yoxsa tərk olardıq yaman əlindən.

    Rasim, bu dünyanın nurudur insan,
    Kim bilməz qədrini yaratsan, yansan.
    Sən elin, Vətənin haqqını dansan,
    Yıxılsan tutarmı zaman əlindən?

    Mənbə: https://manera.az/

  • Görkəmli şair Rasim KƏRİMLİ.”Səndən savayı”

    Məftunu olmayıb könlüm heç kəsin,
    Ay xumar baxışlım səndən savayı.
    Sığındım eşqinə bir pay görmədim,
    Dumandan savayı, çəndən savayı.

    Qaytar eşq havası çalan günləri,
    Ağlımı başımdan alan günləri.
    Ömürdən saymıram qalan günləri
    Oduna yandığım gündən savayı.

    Hanı sədasına uçduğum o səs,
    Dərdə düşməyənlər dərdimi bilməz.
    Tərk etdin Rasimi, demədinmi bəs
    Yoxdur bir kimsəsi məndən savayı.

    Mənbə: https://manera.az/

  • Görkəmli şair Rasim KƏRİMLİ.”Qurban olum”

    Vətən sənin torpağının
    Qüdrətinə qurban olum
    Koroğlunun, Babəkinin
    Qeyrətinə qurban olum

    Nurlu yolu, haqqın yolu,
    Bir sahilsiz çayın qolu
    Dünya dolu, tarix dolu
    Şöhrətinə qurban olum

    Dəfinə var dənizində,
    Hər dağında, hər düzündə
    Nəyin yoxdur yer üzündə
    Sərvətinə qurban olum

    Aşıb-daşan illərinin,
    Nəğmə qoşan dillərinin
    Nur çeşməli göllərinin
    Hikmətinə qurban olum

    Yaz arzulu, yaz diləkli,
    Duz-çörəkli, düz çörəkli
    Rasim deyər, dağ ürəkli
    Millətinə qurban olum

    Mənbə: https://manera.az/

  • Görkəmli şair Rasim KƏRİMLİ.”Min yaşasın”

    Dünya mərdlər dünyasıdır,
    Ərənləri min yaşasın.
    Sinəsini tufanlara
    Gərənləri min yaşasın.

    Nə gözəldir dağ qüruru,
    Bulaq kimi gözlər duru.
    İnsanlara həyat nuru
    Verənləri min yaşasın.

    Öz adı var el yanında,
    Yaxşının da, yamanın da.
    Hər bir kəsi öz donunda
    Görənləri min yaşasın.

    El tanınar çörəyiylə,
    Torpaq gülü, çiçəyiylə.
    Nəbzi xalqın ürəyiylə
    Vuranları min yaşasın.

    Könül gülər beşiyində,
    Öz evində, eşiyində.
    Həqiqətin keşiyində
    Duranları min yaşasın.

    Mənbə: https://manera.az/

  • Şair Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,şair Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı yeni kitabı işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVAnın məqaləsi beynəlxalq simpoziumda dərc olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVAnın məqaləsi INTERNATIONAL SCIENTIFIC SYMPOSIUM KARABAKH IS AZERBAIJAN beynəlxalq simpoziumda dərc olunub

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA INTERNATIONAL SCIENTIFICSYMPOSIUM KARABAKH IS AZERBAIJAN simpoziumunda beynəlxalq sertifikata layiq görülüb. 

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olunub

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

    Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən bildirilib.

    Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb.

    Tədbirdə çıxış edən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda deyib: “Bu gün təqdimat mərasiminə yığışdığımız kitab müasir Azərbaycanın qurucusu, Azərbaycan dilinin və ədəbiyyatının himayədarı Heydər Əliyevin böyük insan sevgisindən, dost Gürcüstana, gürcü xalqına doğma münasibətindən bəhs edir. Gürcüstanın iqtisadi, sosial, mənəvi dirçəlişi naminə atılan tarixi addımları, ölkələrarası ictimai-siyasi, mənəvi və mədəni əlaqələri əks etdirən bu nəşrin hər iki xalqın tarixi yaddaşında dostluq və qardaşlıq rəmzi kimi saxlanılacağını düşünürük. Bu il, bildiyiniz kimi, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində Heydər Əliyevin 100 illiyi qeyd olunur. Ayrı-ayrı insanlar, cəmiyyət və təşkilatlar yubiley ilinə öz töhfələrini verməyə çalışır, müxtəlif formatlı tədbirlər həyata keçirilir, sərgilər, fotostendlər, konfrans və toplantılar təşkil olunur, nəşrlər ərsəyə gətirilir. Ulu Öndərin ruhuna əbədi hüzur, xatirəsinə yeni əbədiyyət bəxş edən ən böyük töhfəni isə oğlu – şanlı ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyev verdi. 30 il düşmən tapdağı altında xarabalıqlara çevrilən qədim torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycanın üçrəngli bayrağı 2020-ci ildə doğma Şuşamızda, bu il isə doğma Xankəndimizdə dalğalandı”.

    Gürcüstan Parlamentinin Diaspor və Qafqaz Məsələləri komitəsinin sədri, deputat Beka Odişariaya çıxışında ilk əvvəl yaxın keçmişimizə ötəri də olsa, nəzər salıb: “İki-üç onillik ərzində insanların düşüncəsindən tutmuş adi həyat tərzinə qədər çox şeyləri dəyişdi. Dövlətlərin taleyi və gələcəyi məhz belə dönəmlərdə həll olunur. Həmin dövrlər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, ölkəmizin aqibəti, iqtisadi durumu necə olardı. Məhz bu dahi şəxsiyyətin uzaqgörənliyi və polad iradəsi həm müstəqil Gürcüstanın iqtisadi həyatının dirçəlməsində, həm də bölgənin dünyanın maraq dairəsinə çevrilməsində misilsiz rol oynadı. Sovet İttifaqı dağıldıqdan sonra ölkələrimizin müstəqil dövlətlər kimi mövcud olmasını istəməyən qüvvələr Heydər Əliyevə nə qədər təzyiq göstərsələr də, o, sarsılmaz qətiyyəti və müdrikliyi ilə həmin qüvvələrin bəd niyyətlərini dəf edə bildi və xalqının əbədi atasına çevrildi. Onun siyasəti tək öz ölkəsinə deyil, qonşu dövlətlərə də öz töhfəsini verdi. Bir daha vurğulamaq istəyirəm ki, Heydər Əliyev fenomeni olmasaydı, Gürcüstanın vəziyyəti çox ağır ola bilərdi. Qədim Tbilisi məhəlləsi paytaxtımızın ürəyidir. Şadam ki, Tbilisinin məhz həmin qədim guşəsində, şəhərimizin ürəyində Heydər Əliyevin adını daşıyan bağda bu dahi dövlət xadiminin heykəli ucaldılıb. Biz çox vaxt bayramlarımızı da azərbaycanlı qardaşlarımızla birlikdə həmin bağda qeyd edirik”.

    Gürcüstanın Xalq yazıçısı Revaz Mişveladze Ulu Öndərlə bağlı xatirələrini bölüşüb: “Afaq xanım Heydər Əliyev haqqında o qədər ətraflı danışdı ki, bizə söz qalmadı. Lakin mənim də ürəyim doludur. Heydər Əliyev kimi böyük siyasətçi barədə və bu tarixi kitab haqqında mənim də ürək sözlərim var. İlk növbədə deməliyəm ki, Heydər Əliyev ölkəsini elə istiqamətə yönəltdi ki, bu gün Azərbaycan regionun aparıcı ölkəsinə, dünya üçün isə mühüm strateji əhəmiyyətli bir dövlətə çevrilib. Yaxşı xatırlayıram, 2001-ci ildə biz – Gürcüstanın beş nəfərdən ibarət hökumət və parlament nümayəndə heyəti Heydər Əliyevin dəvəti ilə Bakıda olduq. Bu gün təqdimatına toplaşdığımız kitabda yer alan xatirəm həmin o görüşdən bəhs edir. O tarixi görüşü xatırlayanda ürəyim bu gün də sanki nurlanır. Yadımdadır, o, Gürcüstanın keçmişindən, bugünündən, gələcəyindən, iqtisadi potensialından danışır, biz heyranlıqla dinləyirdik, ölkəmiz barədə bu qədər geniş məlumata malik olması bizi valeh edirdi. Ərsəyə gətirilmiş bu dəyərli kitab Gürcüstan və Azərbaycan dostluğunu, qarşılıqlı sevgimizi, bir-birimizə nə qədər zəruri və gərəkli olduğumuzu sərgiləyir, birliyimizi bir daha möhkəmləndirir və sarsılmaz edir”.

    Daha sonra Gürcüstan Rustaveli Cəmiyyətinin Prezidenti David Şemokmedeli, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Sersvadze, tanınmış gürcü şairi Bağater Arabuli, Abxaziya Yaradıcılıq Birliyinin prezidenti Naira Marşania, Xalq şairi Erekle Sağliani, “Zğvauri” jurnalının baş redaktoru Bela Keburia, kitabın ərsəyə gəldiyi “Merani” nəşriyyatının direktoru Manana Qorqişvili, tanınmış gürcü şairi Badri Kutateladze, kitabın həmtərtibçisi, Eduard Şevardnadzenin mətbuat məsələləri üzrə müşaviri olmuş yazıçı İmir Məmmədli çıxış edərək Ulu Öndərin Gürcüstana, gürcü xalqına münasibətindən, ölkənin gələcəyi və çiçəklənməsi uğrunda həyata keçirdiyi işlərdən danışıblar.

    Tədbirin sonunda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə verdiyi töhfələrə və “Heydər Əliyev və Gürcüstan” kitabının ərsəyə gəlməsində xidmətlərinə görə nəşrin həmtərtibçisi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşviliyə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı” təqdim olunub.

    Mənbə: https://azertag.az/

  • Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək

    18-20 dekabr 2023-cü il tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.
     
    Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.
     
    Forumda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, Postkonflikt dövründə Azərbaycanın tarixi – mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, “Təsviri sənət və müasir çağırışlar” “Mədəni irs və müasir memarlıq- Şəhəralma prinipləri” mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.
     
    Forumda iştirak etmək istəyən şəxslər 10 dekabr 2023-cü il tarixinədək onlayn müraciət forması (https://culture.az/medeniirsforumu) ilə qeydiyyatdan keçə bilərlər.

    Mənbə: https://culture.gov.az/

  • Film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi keçirilib

    23-24 noyabr tarixində Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. 

    Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.
    Seçim Komissiyası və Ekspert şurasının yekun iclası 28 noyabr tarixində keçiriləcək.

    Mənbə: https://culture.gov.az/

  • Kəlbəcərli şair Məmməd Aslanın “Seçmə şeirlər”i işıq üzü görüb

    Türk sevdalısı, aşıq-ozan törənli, milli dəyərlərimizin yorulmaz təbliğatçısı, Azərbaycan folklorunun bilicisi ustad şair Məmməd Aslanın bu kitabına müəllifin müxtəlif illərdə qələmə aldığı seçmə şeirləri daxil edilib. “Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyasından seçmə şeirlər” adlanır. Ümid edirik ki, kitabda toplanmış şeirlər poetik ovqatınıza işıq tutacaq, Məmməd Aslan yaradıcılığı ilə yaxından tanış olmağınız üçün sizə yol yoldaşı olacaq. Kitabdakı şeirlər “Dəlidağ” ədəbi məclisinin sədri, şair Namiq Dəlidağlının təqdim etdiyi nümunələr arasından seçilib.

    Mənbə: https://www.qanun.az/

  • Görkəmli şair Baba Pünhanın “Seçmə şeirlər”i işıq üzü görüb

    Azərbaycan satirik şerinin ən sevilən simalarından biri olan Baba Pünhan (1948‒2004) öz yaradıcılığı ilə Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir və “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısı idi. Yaradıcılığı həm xalq, həm də oxucular tərəfindən rəğbətlə qarşılanan Baba Pünhanın şeirləri dillər əzbəri olmaqla yanaşı, bütün dövrlərin insanlarına xas çirkinliklərinə, eybəcərliklərinə, haqsızlıqlarına ayna tuturdu. Şeirlərini əruz və heca vəznlərində yazan şair xalqın səsi kimi çıxış edirdi. Baba Pünhanın bu kitabında toplanmış şeirlər sizə onun zəngin yaradıcılığı ilə yaxından tanış olmağınız üçün gözəl imkan yaradacaq. Şeirlər şairin ailə üzvləri tərəfindən toplanaraq təqdim edilib.

    Mənbə: https://www.qanun.az/

  • Görkəmli şair Məhəmməd Hadinin “Seçmə şeirlər”i işıq üzü görüb

    Məhəmməd Hadi XX əsr romantizminin ən məşhur simalarından biridir. O, Vətən və hürriyyət mövzusundakı şeirləri ilə daha çox tanınır. “Qanun” nəşriyyatının yeni layihəsi olan “Azərbaycan poeziyası seçmə şeirlər” silsiləsində sizə təqdim etdiyimiz bu kitab oxucularımızın Məhəmməd Hadi yaradıcılığı ilə yaxından tanış olması üçün yeni fürsətdir. Kitaba 1906-1919-cu illərdə qələmə alınmış seçmə şeirlər daxil edilib. Şairin poetik dili oxuculara tam aydın olsun deyə, ərəb-fars sözlərinin izahı son səhifələrdə verilib.

    Bilirsinizmi nədir, məncə, nüxbeyi-amal?

    Könüldəki əməlim millətin səadətidir…

    Ey Vətən! Ey pəriyi-vicdanım!

    …Səni sevmək deyilmi imanım?

    Mənbə: https://www.qanun.az/

  • Görkəmli şair Məhəmməd Füzulinin  “Seçmə şeirlər”i işıq üzü görüb

    O, Azərbaycan klassik şeirinin zirvəsidir. Yaradıcılığı ilə həm Şərq, həm də dünya ədəbiyyatında sönməyən ulduz kimi daima parlayır. Adı Homer, Nizami, Dante və Şekspirlə yanaşı çəkilir. Beş əsrdən artıqdır ki, söz mülkündəki sultanlığını qoruyub saxlayır. Aşiqanə-lirik qəzəlləri ilə yanaşı, ictimai-siyasi mövzuda qələmə aldığı müxtəlif janrlı əsərlər dövrünün ictimai mənzərəsinə ayna tutur.

    Əlbəttə, söhbət dahi Məhəmməd Füzulidən gedir. “Qanun” nəşriyyatı “Azərbaycan poeziyasından seçmə şeirlər” layihəsindən bu dəfə böyük Füzulinin seçmə qəzəllərini təqdim edir.

    Mənbə: https://www.qanun.az/

  • Şair Abbas İlhamın “Sevənlərin məskəni” adlı şeirlər kitabı işıq üzü görüb

    Azərbaycanlı şair Abbas İlhamın “Sevənlərin məskəni” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkindir.

  • Xalq şairi Süleyman Rüstəmin “Seçmə şeirlər”i işıq üzü görüb

    Azərbaycanın Xalq şairi, həm əruz, həm heca vəznində gözəl şeirlər yazan, lirikasında vətən, torpaq, övlad, sevgi kimi əbədi mövzulara ilhamla söz çələngi hörən Süleyman Rüstəmin bu kitabına şairin seçmə şeirləri daxil edilib. İkiyə bölünmüş Azərbaycanın yenidən qovuşub hürr olacağı günə qətiyyətlə inanan S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi şeirlərin bir qismi ilə bu kitabda da tanış olacaqsınız. “Qanun” nəşriyyatının yeni layihəsi olan “Azərbaycan şairlərinin seçmə şeirləri” seriyasından təqdim etdiyimiz növbəti kitabla siz Azərbaycan dilinin zənginliyi, gözəlliyi və məna çalarları ilə yenidən baş-başa qalacaqsınız.

    Mənbə: https://www.qanun.az/

  • Xalq şairi Nəbi Xəzrinin “Seçmə şeirlər”i işıq üzü görüb

    “Qanun” nəşriyyatının “Azərbaycan poeziyası seçmə şeirlər” adlı yeni layihəsində bu dəfə Xalq şairi Nəbi Xəzri yaradıcılığından incilər təqdim edirik. Kitab şairin oğlu Arzu Babayevin seçdiyi şeirlər əsasında tərtib olunub.

    Şeir mənim üçün bir kainatdır,

    Onun ulduzları, günəşləri var.

    Şeir mənim üçün sirli həyatdır,

    Onun öz sevinci, öz kədəri var.

    Mənbə: https://www.qanun.az/

  • Şah İsmayıl Xətainin “Seçmə şeirlər”i işıq üzü görüb

    Şah İsmayıl Xətayi klassik Azərbaycan şeirinin ən parlaq simalarından biridir. Onun qəzəlləri, qoşmaları, gəraylıları, bayatıları və varsağıları milli söz xəzinəmizi daha da zənginləşdirir. Xətayinin adı beş yüz ildən artıqdır ki, sevilərək və ehtiramla anılır. I Şah İsmayıl (Xətayi) həm də Azərbaycan Səfəvilər dövlətinin qurucusudur. Görkəmli siyasi xadimdir. “Qanun” nəşriyyatının “Azərbaycan poeziyasından seçmə şeirlər” adlı layihəsində Xətayinin seçmə qəzəllərini təqdim edirik.

    Xətayiyəm, bir halam,

    Əlif üstündə dalam.

    Sufiyəm təriqətdə,

    Həqiqətdə abdalam

    Mənbə: https://www.qanun.az/

  • Molla Vəli Vidadinin “Seçmə şeirlər”i işıq üzü görüb

    Molla Vəli Vidadinin 18-ci əsr Azərbaycan poeziyasında xüsusi yeri vardır. Onun qoşmaları, qəzəlləri, müxəmməsləri öz bədii dəyəri ilə seçilir. Şairin yaradıcılığı üç əsrdən artıqdır ki, milli ədəbiyyatımızın klassikası səviyyəsinə yüksələrək yaşayır. Vidadi öz savadı, dünyagörüşü və nümunəvi həyat tərzi ilə dövrünün ziyalılarına örnək olub. Başqa bir klassik şairimizin – Molla Pənah Vaqifin yaxın dostu olan Vidadi həm də onunla yazışmış, deyişmişdir. “Qanun” nəşriyyatı “Azərbaycan poeziyasından seçmə şeirlər” layihəsində Vidadinin şeirlərini təqdim edir. Kitabın oxucu ruhunu oxşayacağına inanırıq.

    Mənbə: https://www.qanun.az/

  • Molla Pənah Vaqifin “Seçmə şeirlər”i işıq üzü görüb

    Milli poeziyamızın görkəmli simalarından olan Molla Pənah Vaqif həm lirik şair, həm də tarixi şəxsiyyət kimi dəyərlidir. Yaradıcılığı üç əsrdən artıqdır ki, Azərbaycanla yanaşı Asiya ölkələrində, qardaş türk dövlətlərində maraqla qarşılanır. Qarabağ hakimi İbrahimxəlil xanın vəziri və dostu olan Vaqif maraqlı, həm də təzadlı bir ömür yolu keçib. O, İbrahimxəlil xandan sonra hakimiyyətə gələn Məhəmməd bəy tərəfindən edam olunub. Əlyazmalarının çoxu məhv edilib. Buna baxmayaraq, Azərbaycan xalqı Vaqifi də, onun irsini də qoruyub saxlayaraq nəsildən-nəslə ötürüb. “Qanun” nəşriyyatının “Azərbaycan poeziyası seçmə şeirlər” adlı yeni layihəsində Vaqifin şeirlərini təqdim edirik. Kitabın maraqla qarşılanacağına inanırıq.

    Mənbə: https://www.qanun.az/

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Gəldim”

    Mən bu ağlamalı, mən bu gülməli
    Dünyaya ağlayıb-gülməyə gəldim.
    Bir dünya tapılmaz bundan ölməli,
    Mən də tamahlanıb ölməyə gəldim.

    Hələ bu dünyada izim yoxuydu,
    Hər şeyi görürdüm, gözüm yoxuydu,
    Hələ ruhum vardı, özüm yoxuydum,
    Mən bura özümü görməyə gəldim.

    Mənə də yer çatar, dünya dar deyil,
    Biz balıq deyilik, dünya tor deyil,
    “Allah göydən baxır, Allah kor deyil!..” –
    Sizə bunu xəbər verməyə gəldim.

  • Coşqun XƏLİLOĞLU.”CAVİD”

    Bakı şəhərində doğulmuş, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cavid Mikayıl oğlu Həsənovun ölməz xatirəsinə ithaf edirəm.

    Qarabağ savaşında şanlı zəfər çalmışıq,
    Göydən düşən pay deyil, yüz yol istə, qələbə.
    Müqəddəs torpaqları yağılardan almışıq,
    Asan başa gəlməyib düşmən üstə, qələbə.

    Şirin canından keçdi, saysız qəhrəman igid,
    Vətənə qurban olmaq, bu da bir səadətdi.
    Küləklər şəhərində açmışdı gözün Cavid,
    Hələ balacalıqdan şirin dil, xoş ülfətdi.

    Qarabağ döyüşçüsü Mikayılın oğluydu,
    Halal, dürüst ailənin balası, övladıydı.
    Doğma elə-obaya, yurda qəlbən bağlıydı,
    Adı da ölməzlərin, ucaların adıydı.

    Anası Mirvarinin təkcə oğlu deyildi,
    Yamanı kim xoşlayar, xeirxahı sevərlər.
    Gözlərinin işığı, bəli, hər şeyi idi,
    Məktəbə getdi Cavid, gətirdi şad xəbərlər.

    “Əla”larla qurtardı təmayüllü məktəbi,
    Neftçi-mühəndis olmaq, məqsədi, niyyətiydi.
    Fizika, riyaziyyat həm həvəsi, həm təbi.
    ADNSU-da təhsil almaq onun qətiyyətiydi.

    Şanlı ali məktəbə qəbul oldu, sevindi…
    Oxudu, imtahanlar verdi yüksək qiymətlə,
    Anasına deyirmiş, “Ora da öz evimdi”,
    Vaxt gəldi, bu ünvanla vidalaşdı hörmətlə.

    Hərbi xidmətə getdi, afərin, əsgər oldu,
    Bakıtək doğmalaşdı ona Gəncə şəhəri.
    Əsgər yoldaşlarının dilində əzbər oldu,
    Başa vurub xidmətin döndü Bakıya geri.

    Qazma mühəndisitək göstərdi fəaliyyət,
    Hamı sevirdi onu, halal idi, düz idi.
    İşə can yandıranlar qazanır nailiyyət.
    Zəkalı, biliklərə sahib mühəndis idi.

    Vətən torpaqlarının xilasının məqamı,
    Cavid də sevinc ilə ordumuza yazıldı.
    Vaxtdır dayanmaq olmaz, alağın intiqamı…
    Həmin o payız günü sanki bahar-yaz oldu.

    Sevimli anasının üz-gözündən öpərək:
    -Məndən nigaran olma, nurlu səhər bizimdir.
    Düşməndən Qarabağı azad eyləyək gərək,
    Zülmət xain düşmənin, şanlı zəfər bizimdir.

    Cavid hərb meydanında qorxu nədi bilmədi,
    Vuruşdu qəhrəmantək, düşmənə uddurdu qan.
    Gündüz-gecə bilmədi, yuxu nədi bilmədi,
    Xocavənd döyüşündə Vətənçin keçdi candan.

    Həmişə qəlblərdədir unudulmaz heç zaman,
    Müqəddəs ucalıqda canlı, yaşayır Cavid.
    Üzündən, çöhrəsindən gülüş yağan qəhrəman,
    Bu gündən gələcəyə müjdə daşıyır Cavid.

    09.11.2023.

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Canımda qalmayıb dözüm”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Canımda qalmayıb dözüm,
    Dodağımda donub sözüm,
    Yollarına baxan gözüm,
    Tutulaydı görməyəydi.

    Qəm şələsi çəkdi ilim,
    Daha dinmir şirin dilim,
    Qırılaydı iki əlim,
    Sevda gülün dərməyəydi.

    Yoxmu sonu bu həsrətin,
    Vüsal dada yetə, çətin,
    Ürəyim bu məhəbbəti,
    Açıb düzə sərməyəydi.

    Taleyimiz nə qəribə,
    Salıbdı bizi qəlibə,
    Yox olaydı kaş Nəcibə,
    Sənə könül verməyəydi.

    1998….

  • Şəfa VƏLİYEVA.”…Qapılara toxunmayın…”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Nağıllamaq istəyirəm bu gün…

    Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin “Nisbilik nəzəriyyəsi” olduğunu bilirəm. Yazıq Albert… Saat-filan boş şeydi, o, yaşananların ruhundan keçdiyini, amma o ruhun ilmələnə-ilmələnə sökülsə də, olduğu yerdə dayandığını kəşf etmişdi, əslində… Yox, kəşf etməmişdi; mövcud olan bir şeyi görə bilmişdi. Gördüyünə peşman elədi insanlar onu. Özü də, sağlığında…

    Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin heç vaxt pəncərəsi olmur, olsa-olsa bir əlçimlik nəfəsliyi olur, o da daim “qonşu divarı”na açılır. Çırpılırıq “qonşu divarı”na, qırılırıq, tökülürük, özümüzdən çıxırıq… Nə? “Özümüz haradır?” – deyə soruşursunuz? Çıxdığımız, anbaan uzaqlaşdığımız, yad hiss etdiyimiz hər yerdə/hər anda darıxdığımız yerdi ora… Xəritəsi hisslərimizdədir; əgər şifrələri oxuya bilsək, mənzil başına gecikməyəcəyik…

    Bir az içəridən çıxmaq lazımdır hərdən, bir az uzaqlara getməliyik. Nağıllardakı məsafələri geridə qoya biləcəyimiz qədər bir uzaqlıq gözləyir hamımızı xəyallarımızda. Aldanmışıq, bilirəm, “nağıl dili yüyrək olmur”, nağıl uyduranın təxəyyülündə “məsafə” anlayışı elastikdir; istədiyi şəklə sala bilir. İllər heç vaxt “yel qanadlı” olmur, qanadı biz tikirik yaşadıqlarımızla, ölçmədən-biçmədən geyindiririk illərin əyninə. “Yüz ölç, bir biç” deyənləri də, beləcə, haqsız çıxardırıq. Və ayrıca, tikdiyimiz qanadlara dərddən naxış vuranda daha əziz olurlar… Mən “altıncı barmaq” nümunəsini dilə gətirə bilərəm; “bədəsil övlad” məsəli mənə yaddır..

    Bir az içəridən çıxmaq lazımdır hərdən, içərilərin yeganə işıq mənbəyi düşüncələrimizdir. “İşıqlı duyğular” ifadəsini kim deyibsə, özünü də aldadıb. Bütün yalanları insan birinci özünə danışır; özünə inana bilirsə, başqasını da inandıra biləcəyi ehtimalı çoxalır zənnində… “Düşünə bilənlər limanı” adlı bir hekayəm min ildir ki, yarımçıqdı. Çünki düşündükcə, həmin hekayənin qəhrəmanları özümü də qorxudur… Yol çantalarını elə qəşəng, rəngbərəng təsvir etmişəm ki!

    Bir az içəridən çıxmaq lazımdır hərdən… Hə, hərdən… Eşiklər də “həmişəlik” deyil. Elə bilirsiniz ki, nağılçı “bağlı qapını aç, açıq qapını bağla” deyəndə, sadəcə, söz oyunu oynayırdı? Məncə, yox…

    Bir az içəridən çıxmaq lazımdır hərdən; qapıları dəyişik salmaq haqqınız da var. Etiraf edim, qapıları səhv salanda adamı yaman danlayır dörd yanındakılar… (etiraf edim, o qapını bilə-bilə səhv salmışdım!)

    Bir az içəridən çıxmaq lazımdır hərdən…

    …Qapılara toxunmayın…

    …Məni də unudun, nağılları unutduğunuz kimi…

    …Ən asanını seçin; öz üzərinizdə sınaqdan çıxararaq öyrənəcəksiniz ki, unutmaq ən çətiniymiş…

    Mənbə: https://525.az/

  • Banu MUHARREM.”Dön getdiyin qollara”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Sən gedəndən pəncərəm
    işıq üzü görməyib.
    Bayırda nə baş verir
    Yadıma da düşməyib.

    Günəşi gözüm görmür,
    Kədər ovcuma dolur.
    Mənim sənli gicgahım
    Xatirələr yoğurur.

    Niyə getdin, bilmədim,
    Mən ki kiçik deyildim.
    Səndən böyük sevgimlə
    Mən nəyinə yetmədim?!

    Məni atmağa nə var?
    İki cümlə tabında.
    Səndən böyük qürur var
    Gördüyün bu qadında.

    İşdi, birdən qayıtsan
    O biz gedən yollara,
    Bir qucaq peşmanlıqla
    Dön, qaçdığın qollara.
    Saxla suallarını,
    Boğ bağrının başında,
    Bəsdir daha, əskilmə,
    Yerin sevgi dışında.

  • Xəyalə SEVİL.”Gözümdən itən kimi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Gözümdən itən kimi
    Xəyalın canlandısa,
    Yarım qalan hər şeyim
    Tək səninlə tamdısa.

    Gülü solan güldanın
    Təkliyidi mənimki.
    Dərd yığılıb üst-üstə,
    Bu nə birdi, nə iki.

    Bu payız bir başqadı,
    Bu yağış kəsən deyil…
    Məni ki sevənlərin
    Hamısı bir sən deyil.

    O əvvəlki, o məsum
    Yaşımdan ayrılmadım.
    Məni nəylə qınadın?
    Xoşumdan ayrılmadım.

  • Arzu HÜSEYN.Yeni şeirlər (2023)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin küçələri yuxulu.
    Səsin gəlmir, başın kimə qarışıb?
    Gülüşlərim sevinclərim yox olub.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Darıxdıqca dalğalandım, kükrədim,
    Darıxdıqca leysan oldum, yel oldum.
    Yenə səni ürəyimdən sökmədim,
    Yenə səni sevə-sevə duruldum.

    Bu şəhərdə payız tənbəl, sarışın,
    Bu şəhərin gözlərində qəhər var.
    Unutma ki, mən cəhənnəm bu qışı,
    Sənsiz ev ev üşüyəcək şəhər var.

    Pəncərədən boylanıram hər səsə,
    Addımınla qulağımda gülsənə.
    Eybi yoxdur bu bayram da gəlməsən,
    Bahar çağı durnalarla gəlsənə.

    Qulağını şəkləyibdir qorxular,
    Yuxularım tədirgindi, qırıqdı.
    Otağımın hər küncündə qoxun var,
    Ciyərimə çəkə-çəkə darıxdım.

    Sənsiz yaman darıxdım…

    * * *

    Yoxluğun qəramət yuxudur Gülüm,
    Eləcə uzanır sabaha qədər.
    Gəl sənin bir ömür başına dönüm,
    Sən mənə bir kiçik ümüd ol yetər.

    Demirəm bu sevda daşı əridər,
    Bəlkə də bir kibrit ömrüdür odu.
    Yenə də ruhumu çətin kiridə,
    Öpüşü, sığalı, qucağı yadın.

    Çox böyük deyildir gözləntilərim,
    Çətin varlığından təmənna güdəm.
    Bircə əllərimi bərk tutsun əlin,
    Zaman acımasız qatardı gedən.

    Bircə oyananda yanımda görüm,
    Sabahım gül açsın, şehli, təzə-tər.
    Mən sənin bir ömür başına dönüm,
    Sən mənə azacıq gülümsə yetər.

  • Zəhra HƏŞİMOVA.”“SƏYAVUŞ” ƏSƏRİNDƏ MÜƏLLİF İDEYALARI”

    “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri

               Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas nümayəndəsi, milli romantik şeir və mənzum faciənin banisi böyük mütəfəkkir Hüseyn Cavid yaradıcılığında 1932-ci ildə-Firdovsinin 1000 illik yubileyi ərəfəsində yazdığı beş pərdəli faciəsi olan “Səyavuş “ əsəri mühüm yer tutur.  Müəllif istər şeir, istərsə də dram əsərlərində ideyalarını obrazlar arasındakı dialoqlarda və onların daxili aləmində açıq şəkildə göstərmişdir.

             Əsərdə əsas ideya xeyirlə şərin mübarizəsidir. Bu mübarizə atəşpərəstliyin təməli olan Zərdüştün “Avesta” sını xatırladır. Bu kitabdakı mübarizə çalarlarını “Səyavuş” əsərində də görmək mümkündür. Avestada xeyir və şərin   üç dövrünü əhatə edən hadisələri Səyavuşun həyat mübarizəsi konteksində təhlil etsək, , onun hələ saraya gəlməmişdən əvvəlki gözəl həyatını sadəcə xeyirin hökm sürdüyü ,  sarayda gördüyü ikiüzlülük, yalan , zalım və yaltaqlıqları, Səyavuşun  onlara olan münasibətini bu iki dilemma arasındakı mübarizə dövrü kimi səciyyələndirmək  olar Bu zaman bir sual meydana çıxır.  “Avesta” nın sonundakı xeyirin qələbə çaldığı mərhələni Səyavuşun faciəli sonu ilə necə əlaqələndirmək olar ? . Bu faciə ilk öncə Keykavus kimi cəlladlarım , şər niyyətli insanların qələbəsi kimi görünsə də ,  xeyirin  mənəvi qələbəsi kimi qiymətləndirilir. Səyavuş nə qədər hökmdar oğlu da olsa , gördüyü pisliklərin onu əqidəsindən çevirməyinə icazə vermir, hətta bunlara qarşı dimdik durur. Şərqin Avestasından doğaraq qərb fəlsəfəsinin mərkəzi hissəsini təşkil edən  bu motiv əsər boyu müqayisəli şəkildə özünü əks etdirir.  

        “Səyavuş” əsərini digərlərindən fərqləndirən cəhət proloqa bənzər “Başlanğıc”  hissənin olmasıdır. Bu hissə bir növ xeyrin rəqibsiz olduğu zamanı əks etdirir – Səyavuş dostu, təlimçisi Zal Rüstəmlə bərabər  əhalisi ədalətli, xeyirxah olan Zabilistanda  təlimlər keçir, xoşbəxt həyat sürürlər. Xeyirlə şərin mübarizəsi atası Keykavusun onu saraya çağırması ilə başlayır. Xeyir ideyasını daşıyan Səyavuşun birdən-birə şər qaynağı olan saray mühitinə düşməsi və burada gördükləri konfiliktin əsasını təşkil edir. Cavidin əsərdə qoyduğu digər ideya qəhrəmanın faciəsidir. Bu iki ideya müəllif tərəfindən əlaqəli şəkildə verilmişdir. Belə ki, Səyavuş saraydakı əxlaqsızlıq, yaltaqlıq və buna göz yumanları gördükdən sonra onun bu aləmə aid olmadığını, mənən tək olduğunu görürük. Qəhrəmanın faciəsi və yeni ideya – müharibə və sülh məsələsi də elə burada başlayır. Kənddən çıxarkən yaşlı bir qadının ona dediyi

                                   … Şən saraylar məğrur etməsin səni,

                                    Düşün daim yoxsulların dərdini. (1.122)

    misraları hər zaman Səyavuşu düşündürür. Səyavuş, həmçinin sülh elçisidir. O, Turan-Iran müharibəsində döyüşlərin əbəs olduğunu düşünür və dayısı Əfrasiyabın vəziri Piranla sülh bağlayır.

                                      Bunca xalqı əzib bitirmək neçin?

                                      Hər tərəfdən çəlik qollar seçilsin. (1.167)

         Onun bu aləmə yadlığını ilk dəfə atası tərəfindən satqın adlandırıldığı zaman görürük. Bütün gördükləri, analığı olan Südabənin ona atdığı şər və s. onu məvəvi cəhətdən yorur, yeni bir cəmiyyət axtarışına sövq edir. Bu axtarışın nəticəsi isə onu dayısı Əfrasiyabın yanına gətirib çıxarır. Burada gördüyü xoş rəftar, dayısı qızı Firəngizlə evlənməsi Səyavuşa axtardığı xoşbəxtliyi tapdığını zənn etdirsə də, tezliklə gerçəkləri görür. Cavid burada Iranın türklərin düşməni olan Çin dövləti ilə birləşməsini böyük ustalıqla təsvir etmişdir. Səyavuşun Çin valisi ilə söhbəti bunu açıq şəkildə göstərir. Səyavuşun faciəsinin əsasını onu əhatə edən mühit qoyur. Çünki o, dünyadakı bütün eybəcərlikləri gördükləri halda  qəbul edənlərə qarşı çıxır. Səyavuş əsərdə çoxlu insanlarla əhatə olunmuş yalqızdır. Elə faciəsinin səbəbi də yalqızlığıdır. Iran dövlətini-atasının sarayını tərk etməklə, şərdən yaxa qurtardığını düşünən Səyavuş yanılır. Südabənin intiqam hissi Səyavuşa-şər xeyrə qalib gəlir. Adından atasına yazılan məktub Səyavuşun sonu olur.

                           Keykavus bir cəllad, sən də bir cəllad. (1.253)

          Bu misra ilə Səyavuş ilk hərəkəti ilə anlamadan onu satqın elan edən atasını və dayısını eyniləşdirir, cəllad adlandırır, həmçinin bu sözləri Kərşivəz onu arxadan vurduqdan sonra son sözləri kimi deyir. Son sözlərində belə cəlladlara baş əyməyən Səyavuş cismən ölsə də, mənən qalibdir, çünki o, öz əqidəsi yolunda ölmüşdür.                                                                                                                                                  

         Düşünmək olar ki, Cavid “nə qədər ki, dünyada belə eybəcərliklər və bu eybəcərliklərə boyun əyənlər var, xeyrin də şərə qalib gəlməsi mümkün deyil” (2.216) -ideyası ilə insanlara dərs vermək, onları pisliklərdən çəkindirməyə çalışmışdır. Səyavuş öldükdən sonra Iran-Turan müharibəsinin yenidən kəskinləşməsi isə şərin artıq qalib gəldiyini açıq olaraq göstərir.

    Cavid dühası bizə, sadəcə bir əsər ilə bir neçə ideyanın necə məna kəsb etdiyini öyrədir.

                                             Ədəbiyyat

    1. Cavid H. Seçilmiş əsərləri. V cilddə, IVcild. Bakı: Lider nəşriyyat, 2005, 256 s.
    2. Sadiq Ş. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası. Bakı: Hədəf nəşrləri, 2011, 369 s.
  • “Yaradıcı Həftə”də Musiqi Sənayesi Platforması təşkil olunacaq

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək.    

    Əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir.

    Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq.

    Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub.   

    Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks”) təşkil olunacaq. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.

    Qeydiyyat üçün week.creative.az səhifəsinə keçid edə bilərsiniz.

    Mənbə: https://culture.gov.az/

  • “Yaradıcı Həftə”də “GƏL, YARAT!”

    “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunacaq.  

    Marafon müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbirdir. Üç gün davam edəcək marafonda beş fərqli istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) müəyyən edilib. Hər istiqamət üzrə təcrübəli mentorların dəstəyi ilə komandalar öz məhsullarını hazırlayıb səhnədə təqdim edəcəklər.

    Dekabrın 3-də hazırlanan məhsulların dəyərləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcək və hər bir istiqamət üzrə qalib komanda mükafata layiq görüləcək.

    Qeydiyyat üçün week.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

    Mənbə: https://culture.gov.az/

  • “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi baş tutacaq.

    Layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsi ilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

    Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində (saat 19:00) baş tutacaq.

    Festivala təqdim ediləcək mobil telefon vasitəsi ilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.

    Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında (cinemoff.com) yayımlanacaq.

    Mənbə: https://culture.gov.az/

  • “Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək

    “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.   

    “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.

    “CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.

    “GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi alaraq öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat müddətində davam edəcək hakatonda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak edəcək.

    Dekabrın 3-də münsiflər heyətinin dəyərləndirməsinə əsasən qaliblər müəyyən ediləcək və onlara mükafatlar təqdim ediləcək.

    Qeydiyyat üçün week.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

    Mənbə: https://culture.gov.az/

  • “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək

    “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək. 

    Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.

    Qeyd edək ki, həmin tarixlərdə Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” təşkil olunacaq.

    Mənbə: https://culture.gov.az/

  • Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;

    1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 noyabr 2023-cü il 

    Mənbə: https://president.az/

  • Esmira RƏHİMLİ.”İbad” (Hekayə)

    Azərbaycan Rəssamlar İttifaqının üzvü

         Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir neçə alma çıxardıb ona uzatdı.

          – Al, Bircəciyim-dedi. Qız almaları alıb birini dişlədi. Sonra İbada baxıb gülümsədi. İbad həmin almanı ondan alıb daha iri bir dişdəm götürdü:

        – Almanı bax belə dişləyərlər e, day elə yox – deyib güldü. İbadın üzü günəşdən qaralmış, at çapdığı üçün yanaqları pörtüb qızarmışdı. Güləndə ağappaq dişləri ona bir az da yaraşıq verirdi.

          Bircəbəyim gün altında qalmış qar kimi əridi. Utana-utana gülümsəyib qımışdı.

           Qızlar bir kənara çəkilib öz aralarında pıçıldaşırdılar:

        – Az, Bircəbəyim öldü ki…

        Bir başqası :

        – Hə, Bircə ölür ondan ötəri. Ancaq bu qızı ona verməzlər.

        Bir başqası isə: – Niyə vermirlər ki, qara qaş-qara göz oğlandır da… – deyirdi.

         İbad: – Bircəbəyim, gəl otur tərkimə səni at belində bir az gəzdirim – deyib əlini qıza uzatdı.

           Elə İbad əlini Bircəbəyimə uzatmışdı ki, elə Bircəbəyim əlini onun ovcuna qoymuşdu ki, şimşək çaxdı. At diksinib qabaq ayaqlarını yerə çırpdı. Sonra yerindən götürülüb çapdı. İbadın gözü arxada, Bircəbəyimdə qaldığından müvazinətini saxlaya bilməyib atdan yıxıldı. Bircəbəyim əllərini irəli uzadıb var gücü ilə qışqırdı:       

           – İbad…! 

           Sonra sanki öz səsindən diksindi. Döyüküb ətrafına baxdı. Gənc, yeniyetmə qızların ona baxıb gülüşdüyünü gördü. Əlləri hələ də havada önə doğru uzalı qalmışdı. Qızlardan biri şaqraq səslə dedi:

         – Ay nənə,  niyə elə baxırsan, yenə də bizi tanımadın, hə? Mən Qətibəyəm, bu Qənirədir, bu Göyçəkdir, bu da Fatmadır. Sənin nəticələrinik! Gözəlliyimizi də səndən almışıq! Deyirlər gəncliyində sənin gözəlliyin dillərdə dastan imiş.

         Bircəbəyim səbirsizləndi:

        – Ay bala, İbad atdan yıxıldı ey, atdan!

         – Ay nənə, narahat olma yuxu görürdün. Sən harda otursan elə orda da yuxuya gedirsən. Yuxuya gedən  kimi də ya İbadı görürsən, ya atını, ya da onun sənə verdiyi almaları. Ya da elə hamısını birdən!

         – Ay bala, sən bilmirsən ey, İbad…

         – Bilirik, ay nənə. Bütün kənd bilir İbad məsələsini. Sənin bəy atan qızını kəndli balasına verməyib zorla, sürüyə-sürüyə  bəy oğluna ərə verib. İbadın da atından başqa heç kimi yox idi. Elə o atını da götürüb çıxıb getdi bu kənddən. Gah deyirdilər Tiflisə gedib, gah deyirdilər İrana keçib. Sovet höküməti qurulandan sonra da nə öldüsünü, nə qaldısını bilən olmadı. Sənin də artıq yüz beş yaşın var. Bu vaxta daha nə İbad qalar, nə də onun atı. Odur ki, onu fikirləşib özünə əziyyət eləmə.

       Qızlar yenə gülüşdülər. Bircəbəyim çarəsiz-çarəsiz baxdı:

       – Nakam məhəbbətə gülməyin, bala, başınıza gələr.