Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Vahid ƏZİZ.”HƏKİMLƏR…”

    Ürəyim ağrıdı-şəklin çəkdilər,
    atəş,soyuqdəymə yatağa dartdı,
    salıb zarafata-“Dadlı”-dedilər,
    görəndə qanımda “Şəkər” abartdı,

    İncitdi köksümdə artan ağrılar,
    oxşayıb gördülər-“Sinəm qabarıb”,
    dedim-“Yaddaşımda bir az qüsur var”,
    həkimlər göz vurdu–“Qızlar aparıb”,

    İçimdə çeşməyəm,çağlayan çayam,
    gəmiyəm–ümidlər uzaq mayağım,
    çoxdan qovhaqovda, qaçhaqaçdayam,
    bununçün sağlammış əlim, ayağım,

    “Könül həkimini” heyrət götürdü:
    “Nə cür bura sığıb dağ boyda ürək”?,
    “Həlbət,buna görə dəlidi, kürdü,
    həm də körpə kimi mülayim, ipək”,

    Axı,yazarlar da-“Qəlblər təbibi”,
    səmalar elçisi eşqi,ilhamı,
    “Edam kötüyündən”-zindana kimi,
    şairlə “növbəsiz” yer edər hamı!

    Həkimlər müxtəlif; bilməyən, bilən,
    o da İlahilik “Vergiyə” bağlı,
    eyni-şair kimi; ölüb-dirilən,
    qəlbində yaşayan sevgiyə bağlı,

    Hər dövrün ayrı bir dərman biləni,
    qovar can ağrısın,qandan “Şəkəri”,
    bizlərə,mehriban analar kimi,
    dünyanı bəxş edər “Göz həkimləri”,

    Köçsəm də,bu işdə həkimlik nə var?
    təbib,Əzrayıla yetərmi gücün?
    sadəcə olraq xəstəxanalar
    yaranıb-ölümdən yayınmaq üçün…

  • Xalq şairi Zəlimxan YAQUB.”Toxumdayam, torpaqdayam, şumdayam”

    This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

    TOXUMDAYAM, TORPAQDAYAM, ŞUMDAYAM

    Ey şairi saraylara qısqanan,
    Daxmadayam, saraydayam, damdayam.
    Yağışımla, işığımla, odumla,
    Toxumdayam, torpaqdayam, şumdayam.

    Bahar vaxtı ana çölün havası,
    Hər qadanı başımızdan sovası.
    Bir saraydı hər qarışqa yuvası,
    Əkindəyəm, səpindəyəm, şumdayam.

    Şair olan neylər evi-eşiyi,
    Başı üstə Tanrı çəkər keşiyi.
    Mən özüməm Məcnunların beşiyi,
    Zərrədəyəm, səhradayam, qumdayam.

    Yağan yağış günahları yuyurmuş,
    Şükür haqqa, Tanrı məni duyurmuş.
    Allah özü mənə belə buyurmuş,
    Bişmişdəyəm, yanmışdayam, xamdayam.

    Həm sevincəm, həmi yasam, həm qəhər,
    Həm komayam, həmi kəndəm, həm şəhər.
    Günəş özü məndən doğur hər səhər,
    Qəndildəyəm, çıraqdayam, şamdayam.

    Heç olmadı haqq yolundan sapdığım,
    Sazdı, sözdü yoğurduğum, yapdığım.
    Gəl-gəl dedi ulu şeyxim – Tapdığım,
    Yunus adlı bütövdəyəm, tamdayam.

    Yuva mənəm, ocaq mənəm, yurd mənəm,
    Nəsimitək dönməz mənəm, sərt mənəm.
    Füzulinin özü boyda dərd mənəm,
    Bağdaddayam, Hələbdəyəm, Şamdayam.

    Sular kimi ax, məndə gör dünyanı,
    Şimşək kimi çax, məndə gör dünyanı,
    Gözün varsa, bax, məndə gör dünyanı,
    Cahandayam, Cəmşiddəyəm, Camdayam.

    2007, 23 mart

  • Xalq şairi Zəlimxan YAQUB.”Qoy yatım, yuxudan qaldırma məni”

    This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

    QOY YATIM, YUXUDAN
    QALDIRMA MƏNİ

    Qışda doğulmağım bəs edər mənə,
    Məni öldürəndə yaz öldür, Allah!
    Bilim hansı gündü gedəcəyim gün,
    Ölüm tariximi yaz, öldür, Allah.

    Qoy yatım, yuxudan qaldırma məni,
    Əcəlin cəngindən saldırma məni,
    Zarıya-zarıya öldürmə məni,
    Öldürə bilirsən, saz öldür, Allah!

    Acı gülüşlərin ürəyimdə xal,
    Dodağım qıfıllı, baxışlarım lal.
    Alırsan canımı birdəfəlik al,
    Bu qədər ağrıyla az öldür, Allah!

    2004, 29 sentyabr
    Cenevrə

  • Xalq şairi Zəlimxan YAQUB.”Demək nə çətinmiş deyilməz sözü”

    This image has an empty alt attribute; its file name is ustadzelimxanyaqub.jpg

    DEMƏK NƏ ÇƏTİNMİŞ
    DEYİLMƏZ SÖZÜ

    Gör neçə vaxtdır ki, hazırlıq gedir,
    Atamın yanına hazırlaşıram.
    Yalançı dünyadan doğru dünyaya
    Dədələr, babalar getdiyi yolun
    Əsl ünvanına hazırlaşıram.

    Bu çətin xəbəri gör nə zamandı,
    Doğma qardaşımdan, doğma bacımdan,
    Oğlumdan, qızımdan gizli saxladım.
    Mənə sazdan yaxın dünyada nə var,
    Ağrımı sazımdan gizli saxladım.

    Demək nə çətinmiş deyilməz sözü,
    Oğluma açılsam qəlbi sınacaq,
    Qızıma söyləsəm qız ağlayacaq.
    Oğuldu, uşaqdı, qızdı, gəlindi,
    Biri bir balaca çox ağlayacaq,
    Biri o birindən az ağlayacaq.

    Bilmir uşaqların anası, bilmir,
    Bilsə gecə-gündüz qan ağlayacaq.
    Gündüz ağı deyib, bayatı çəkib,
    Axşam ağlayacaq, dan ağlayacaq.

    Bilmir, Zəlimxanın anası bilmir,
    Bilsə dağ uçacaq, daş ağlayacaq.
    Göydən ildırımlar necə tökülür,
    Gözlərdə eləcə yaş ağlayacaq.
    2009

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXVII hissə)

    HAYIF Kİ,ÇİN OLUR QORXUNC YUXULAR…

    Hayıf ki,çin olur qorxunc yuxular,
    bəlkə də əbədi–hicran olcaq,
    əllərim toxunsa yanıb-yaxılar,
    gözlərim bir qatar yola salacaq.

    Vüsal əlindədir hicranın canı,
    əllərdən qopanlar ərşə çəkilir,
    gözlərin,üzlərin alovlarını
    axan göz yaşları söndürə bilir.

    Bilməzdim yolları həsrət kəsəcək,
    üfüqə ulduztək batıb gedəcəm,
    o,gedən yerlərdən yellər əsəcək,
    yeldən baxışlarla sual edəcəm.

    Hayıf ki,çin olur qarışıq yuxu,
    onunla aramda necə sədd hörüm?
    mənim özümdədir günahın çoxu–
    niyə yatırdım ki,niyə də görüm?

    Hayıf ki,çin olur qorxunc yuxular,
    bəlkə də bu hicran sonsuz olacaq,
    əllərim toxunsa yanıb-yaxılar,
    qatarı gözlərim yola salacaq…

    HAYIF…

    Ovcumda titrəməz yenə əllərin-
    qəlbinin səsini duysa da ürək,
    hayıf,bu dünyada səadətlərin
    ömrü uzun olmur xatirələrtək.

    Ömür–gün dönəcək xatirələrə,
    ən gerçək olanlar ölümlə–itim!
    “Hayıf”-deyə–deyə ötən illərə
    daha özümə də:”Hayıfsan…”-dedim.

    Nə oldu sevgimə verdiuyin dəyər?
    Bilmədim nəyəymiş kinin,iradın,
    vaxtında qədrimi bilsəydim əgər,
    nə sən puç olardın,nə mən sınardım…

    23.06.2016.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXVI hissə)

    YAŞAMAĞA ÜRƏK MƏNƏ MANE OLUR…

    Bir yarpağam,çırpınıram küləklərdə,
    toz oluram ,ələnməkdən ələklərdə,
    ümidlərin ixtiyarı fələklərdə,
    Dövran qurmuş kələk mənə mane olur!

    Kəpənəktək sındırmışam qanadımı,
    kim sə duyub,çiçəkləri qınadımı?
    yel səslədi-hardan bilirmiş adımı?
    gizlənməyə külək mənə mane olur.

    Yar sevərəm,gözüm düşər gözlərinə,
    üz qoyaram xəyalların dizlərinə,
    incə güllər bəzək vurar özlərinə-
    sevilməyə çiçək mənə mane olur.

    Leysan vurub; ləçək-ləçək dağılmışam,
    sındırıblar,büdrəmişəm,yıxılmışam,
    bilən varmı-mən çiynimə dağ almışam?!
    əyilməyə kürək mənə mane olur.

    Torpağıma sərilərəm üzüm üstə,
    el yolunda ölüm!?-bu da göxüm üstə!
    Ata Yurdu çörək qoyub dizim üstə,
    dirçəlməyə çörək mənə mane olur!

    Bu,nə eşq ki,aşiqini salmaz yada?
    vurub-yıxar məzar kimi çarpayıya!
    bu ürəklə nahaq gəldim bu Dünyaya!-
    yaşamağa ürək mənə mane olur…

    26.07.1999.”SEÇİLMİŞ ƏSƏRLƏR” 1-ci cild,2005.

    OLMUR…

    Ölürük gözləməkdən bir sirdaşın zəngini,
    qulaqlar sağır olur,kirpiklərə yaş qonur,
    boyalar dəyişməli–bu günlərin şəklini
    köhnəylə çəkmək olmur.

    Sevgi axtarışında dolaşdıq haraları!
    qatdıq saçlarımızda “ağlara”-“qaraları”,
    cərrah bıçağı aciz-piy basmış yaraları,
    iynəylə tikmək olmur.

    Daha qoruq da boşdur!-son ceyranı ovladıq,
    yetim gəlib əl açdı-qapıdan qovaladıq!
    görünür ki,Onun da yanında üz qoymadıq–
    Tanrı da kömək olmur!

    Savaşlar var hələdə-gözlərdən yaşlar gedir,
    xəbərin yoxmu,Bakı?-“Qala divarlarından”
    sökülüb daşlar gedir!

    get-gedə kütləşirik–ağıllı başlar gedir,
    geri gətirmək olmur.

    Cəhd edirik bu Yurdu bir tərəfə çıxardaq,
    Xəzər,hələ də səni qazırıq üz ağardaq,
    başda–bir qismı məddah,o biri qismı yaltaq!
    gerçəyi görmək olmur.

    Köhnə boya yaramır–bizim dövran qurtarır,
    (yazıqlar bizdən sonra dünyaya gələnlərə),
    bilsəm də əzablardan ölməklə can qurtarır-
    Yurdu itirmək olmur…

    22.08.2020.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXV hissə)

    SƏNSİZ
    Adını telefonun”Yaddaş kitabçasından”,
    uzaq xatirələrin məhəbbət bağcasından,
    arabir küsüb gedən ərkimin boxçasından
    sildim,unudub atdım;
    sən yenidən qayıtdın.
    Niyə? bilə bilmədim,
    görünür ürəyimdən
    səni silə bilmədim.
    Qocaldıqca,pöhrətək qəddim qalxıb-dikəldi,
    məhəbbətin qəlbimdə bir əbədi heykəldi,
    ömrümə milyon dəfə leysan düşdü,
    sel gəldi…
    Sən gəlmədin!
    Dalımca ölüm min dəfə gəldi,
    sənsiz ölə bilmədim.
    Ya biryolluq əlimi mən səndən üzməliydim,
    ya düşüb rüzgar kimi
    arxanca gəzməliydim,
    neynim ki,səni sevən bir adi sərsəriydim.
    Sənsiz-təbəssümə də yasaq qoydu ürəyim;
    gülməli günə qaldım,
    amma gülə bilmədim…
    19.10.2004.
    “SƏNİNLƏ” kitabından

    MƏN ÖZ İLLƏRİMİ VERMİŞDİM SƏNƏ…

    Dərib şehli-şehli Könül bağımdan,
    Sevgi güllərimi vermişdim sənə,
    borc deyil-qaytardam,pul deyil-alam,
    mən öz illərimi vermişdim sənə,

    Məgər göz verilib ağlamaq üçün?
    nə ümid saralan bir yarpaq üçün?
    ağartmaq deyildi,daramaq üçün
    mən öz tellərimi vermişdim sənə,

    Sevgimi dərd etmə–daşıtmaq üçün,
    ağladım–ürəyi boşaltmaq üçün,
    Məcnun taleyini yaşatmaq üçün
    mən öz çöllərimi vermişdim sənə?!

    Taleyim beləmi? Özümmü çirkin?
    ömrümə qəsd edir,soyuqlu bürkün,
    qandallar nəyidi?! Sarmanmaq üçün
    gülüm,əllərimi vermişdim sənə,
    hayıf…,gör nələri vermişdim sənə?!

    18.02.2019.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIV hissə)

    This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

    NƏSİHƏTNAMƏ…

    Sözü denən vaxtı gələn məqamda,
    hər kəsdə var–adamda “Boş damar” gəz,
    görsən əgər-“adamlıq yox adamda”,
    bacardıqca uzaq dolan,kanar gəz!

    Bax,nabadə gizlədəsən yaşını,
    veyil-veyil girlədəsən başını!
    gözdən qoyma-“Bəxtəvərlik quşunu”,
    acıq edib,yad çiyninə qonar,gəz.

    İmdad umma xandan,bəydən,vəzirdən,
    heç nə danma “vergilərdən”, nəzirdən,
    çox vaxt sənə “qanacaqdan” ərz edən,
    özü onu özgə cürə qanar,gəz.

    Ata,ana,qardaş,bacı–yaxının,
    qocalıqda övlad olar baxanın,
    işi düşsə,qurban edər yad-canın!
    özgə vaxtı sənə çətin yanar, gəz.

    Naqis olan,haqqı yeyər,ya danar,
    tamah ki var–içində bir canavar!
    Vahid ƏZİZ,nazik əşya tez sınar-
    insan olan-qalınnıqdan sınar, gəz…

    23,01,2021.

    BİZ-“QARA CAMAHAT”,BİZƏ NƏ VAR Kİ?

           Dünya düzəlmi ki,
            düzəlmir,baba...
                     Məmmad ARAZ

    Torpaqmı,toxummu bu cür nataraz?
    Dən səpdim buğdanı-bitdi vələmir,
    Dünyadan nə giley,a Məmməd ARAZ?
    Dünya düzələr e,bunlar düzəlmir.

    Başa çatdırmadı tarix bu dərsi,
    Çünkü,anladanlar bizdən qeyrisi,
    Qoymurlar düzələ Yerin əyrisi-
    Damarda qarışıq qanlar düzəlmir.

    Yuxarı çəkildi saxtakar,naşl,
    Hörgünü dəyişdi hər ustabaşı,
    Fəhlələr anba-an güdər maaşı,
    Cananlar zəbt edən canlar düzəlmir.

    Zəkası olanla küt süpürləşir,
    Quldurlar anlaşıb, həmən, birləşir!
    Bu yandan tutursan,o yan sürüşür,
    Tərəflər müxtəıif, yanlar düzəlmir.

    Otuz il baş qatdı saxta görüşlər,
    Siyasət qurdlatı,quldur keşişlər;
    Vaxt gəlib çatır ki,düzəlsin işlər-
    Zamanı bitirən anlar düzəlmir.

    Şəhidlər qanından Bayrağın rəngi,
    Eyş-işrət,kef-damaq harınlarınki,
    Biz-“Qara camahat”,bizə nə var ki?
    Bizlər düzələnik,onlar düzəlmir…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIII hissə)

    .

    QANADLAR AYRILIQ TƏBİLİ ÇALIR…

    Qanadlar ayrılıq təbili çalır,
    bu köç heyran edir Vahid ƏZİZi,
    bahardan-bahara yadına salır,
    payızdan-payıza unudur bizi.

    Qanadlar ayrılıq təbili çalır,
    çırpınır evləriin pəncərəsində,
    harayı çəkilir,izləri qalır
    təbil səmaların göy dərisində.

    Qanadlar ayrılıq təbili çalır,
    uzun bir hicrana baş alıb gedir,
    dünyanın bir yeri durnasız qalır,
    bir yeri insandan boşalıb gedir..

    Gözümü üşüdür soyuq bir baxış,
    nəzərlər yayınıb hara dikilir?
    kirpikdən damanlar yalançı yağış,
    görünür soyuqluq ürəkdən gəlir!

    Mən də durna kimi qismətdən kəməm,
    sevgi qırmasaydı–dikələcəkdim!
    Əzəllər lap sonda yazardım-kiməm,
    ilk dəfə siftədən adımı çəkdim.

    Qanadlar ayrılıq təbili çaldı,
    amma,bu haraya qaçan olmadı,
    məndən nəğmələrim xatirə qaldı,
    özümə qarılar açan olmadı…

    o7.12.2018.

    BİTDİ SON SİNİFİN SONUNCU DƏRSİ..
    .
    Bitdi son sinifin sonuncu dərsi,
    durnalar köçünü yığıb- çəkilir,
    Ay da,ulduzlar da…hərdən birisi
    enib, pəncərəmə baxıb-çəkilir.

    Deyərdin: “Bir olaq gözlə-qaş kimi,
    eşqin çeşməsində suyla-daş kimi…”
    gümanlar payızda kor yağış kimi
    yanağım enişə axıb-çəkilir.

    Ümid; məndəmidir,ya səndə qalıb,
    bəlkə bir nigaran küsəndə qalıb??
    elə bil əllərin sinəmdə qalıb,
    hərdən ürəyimi sıxıb-çəkilir.

    Ləçəklər güllərə bələk kimidir,
    hər çiçək bir təzə dilək kimidir,
    deyəsən–sevgi də Fələk kimidir;
    gəlib evimizi yıxıb çəkilir…

  • Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (IV hissə)

    Bəs sən necə sevirsən?

    Sən məni
    mən səni sevən kimi yox
    başqa cür sevdin…
    Amma sevdin, bilirəm…

    Elə ki yadıma düşürsən
    dərdlərimi unuduram
    harasa tələsəndə
    açarı, telefonu evdə unutduğum kimi…

    Adamlar gəzir şəhərdə
    tək-tək, iki-iki, üç-üç, bir az da çox…
    Təklər bu zaman tənha olur
    sanki kimsəsiz olur…
    Çoxlar dərya olur, dəniz olur.
    İkilərin, üçlərin və daha çoxların arasında
    gözlərim gəzir səni
    Yerə dağılan mirvari boyunbağının dənələrini
    gəzən kimi…
    Mən səni belə sevirəm,
    bəs sən necə sevirsən?

    Qağayılar gölə gəlməz
    dənizə gəlməz ördəklər…
    Hərənin öz vətəni var
    mənim vətənim sənin gözlərindi
    özümü axtardığım,
    özümü gəzdiyim gözlərin
    baxıb, baxıb özümdən bezdiyim gözlərin
    hər yerdə səni görmək istəyirəm
    qoy qərib desinlər, didərgin desinlər, eybi yox…
    Mən səni belə sevirəm
    bəs sən necə sevirsən?

    Səhv hədiyyə deyil

    Yoruldum
    etiraflarını eşitməkdən
    yoruldum səhvlərini
    bağışlamaqdan
    unutma –
    səhv
    hədiyyə deyil ki
    kimə istəsən
    bağışlayasan…

  • Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (III hissə)

    Gecənin sükutu

    Artıq günəş batır, geyir əyninə
    Gecələr qapqara, zülmət bir donu.
    Bərq vurur göylərdə ulduzlar yenə
    Görünmür səmada onların sonu.

    Ay da yuvarlanır göyün üzündə,
    Gecənin donunu nura boyayır.
    Böcəklər oxuyur bu dəm gizlində,
    Səsini yaxına, uzağa yayır.

    Gecənin səsinə qarışır o səs,
    Hər yana həzin bir sükut bəxş edir.
    “Gecələr lal olur” deməsin heç kəs,
    Gecənin sükutu elə nəğmədir.

    Saman çöpü

    Bulud aldı göy üzünü, batdı yenə günəşim,
    Ruhumdakı son ümidi əsən yellər qopardı.
    Mənim işim səninlədi, başqasıyla nə işim?
    Saman çöpü, səni sular məndən əvvəl apardı.

    Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
    İlk evimiz beşik olur, son evimiz də məzar.
    Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
    Dost da bəzən düşmən olub adama quyu qazar.

    Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
    Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
    Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
    Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.

  • Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (II hissə)


    Dəyişir ömrünü hər qış, hər bahar,
    Yaşın da çoxalır keçdikcə zaman.
    Qara saçlarına səpələnən qar
    Mənim ürəyimi üşüdür yaman.


    Baxmadın bir zaman sevincdən gülən
    Dərdli gözlərimin axan yaşına.
    Alnıma yazılmaq əvəzinə sən
    Yazıldın qəlbimin məzar daşına.


    Anası atan bir uşaq
    kirin-pasın içində
    Küçələrdə dilənirdi.
    Hər ona-buna əl açdıqca
    cəhənnəm əzabı çəkirdi
    cənnət
    anasının ayağı altda olan
    bu uşaq.

  • Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (I hissə)

    O gedən qatarın son vaqonu
    sənin ürəyindi
    bomboş
    soyuq…
    Arada ürəyindən xəbər tut
    hörümçək tor qurar
    mənsizlikdən…

    Yazdığın şeirin
    son misrası mənəm
    nöqtə qoya bilmirsən-
    birdən ardını yazarsan deyə

    bir zərrə ümidin qalıb-
    bəlkə işığı
    geri qayıtmam üçün
    yollarımı aydınladar deyə…

    Yağış gecikən kimi…

    Bir-birimizə gecikdik
    yarpaqları saralan
    budaqları quruyan ağaca
    yağış gecikən kimi…
    Göy üzü bir az tez tutulaydı
    buludlar gecikməyəydi
    mehriban olmağa…
    Birimiz tez çıxaydıq evdən
    birimiz gecikəydik
    təsadüfən rastlaşaydıq
    qağayıya dönəydik
    görüşəydik dəniz yurdumuzda
    zaman bu zaman olmazdı
    illər də bu illər
    nə sən ruhuna xəyanət edəydin
    nə də mən
    sevəydik bir-birimizi
    qağayılar dənizi
    dəniz qağayıları sevən kimi…

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (IV hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,
    Evinin divarını gözünün yaşı yuyur.
    Axtardığın adam

    Bəlkə sən axtardığın o utancaq adamdı,
    Ancaq yoxdu xəbərin,keçib getdin yanından.
    Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,
    Azıb səhərə bir ömrün ümmanında.

    Hələ də gözlərindən ürəyinə yol çəkir,
    Hələ də bir nağılın laylasına uyuyur.
    Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,
    Evinin divarını gözünün yaşı yuyur.

    Əyirib kipriyində əzabını,dərdini,
    Barama qurdu kimi özünə tor toxuyur.
    Asılıb ayağından, səhərəcən oyaqdı,
    Bir tənha anadildi,ürəyində oxuyur.

    Bəs məni kim tanıyar bu səs-küyün içində,
    Bilmirəm, kimə doğma,bilmirəm kimə yadam.
    Bəlkə elə itmişəm,min ildi xəbərim yox,
    Bəlkə elə kiminsə axtardığı adamam…

    * * *

    Bəlkə bu gün
    günlərin ən gözəlidi,
    sabahlar ağlamalı,
    dünənlər-gülməlidi.
    Bəlkə bir də
    sevinməyəcəyik belə,
    belə şirin
    olmayacaq həsrətin.
    Belə gözəl olmayacaq
    ayrılıqlar…
    belə gözəl olmayacaq
    təbəssümün.
    Bəlkə bu gün
    elə sən deyən gündü,
    təkcə sənin üçündü.
    Bəlkə bir də
    sevməyəcəksən belə,
    titrəməyəcək əllərin
    bu qədər,
    Belə gözəl olmayacaq
    kədər…
    Bəlkə elə…
    bu gün
    bitməyib hələ…

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (III hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri


    Mən belə dəliyəm,məni görmə,get!
    Xoşuna gələsi axı nəyim var?
    Sevda ətri verən,şeir qoxuyan
    Nəfəsi yanıqlı qırıq neyim var…

    Bir eşqin yarası sinəmdə göz-göz,
    Hər gün həsrət-həsrət çiçəkləyərəm.
    İçimdə bir bahar buludu ağlar,
    Misra-misra,bənd-bənd çisəkləyərəm.

    Nə xoşdu özümə verdiyim cəza,
    Əzabım -qönçədi,ağrım- tumurcuq.
    Mİn ildi özündə azan dərvişəm,
    Ürəyi-xaraba,koması-uçuq.

    Məni sözə tutma,sözə uyaram,
    Qəfil kövrələrəm…sonra gec olar.
    Qapısı gül açar kimsəsiz evin,
    Bu yurdan o yurda köçhaköç olar.

    Səni aldatmasın bu yaz havası,
    Tələsmə dumandan,çəndən keçməyə.
    İlişib qalarsan sol tərəfimdə,
    Yol tapa bilməzsən məndən keçməyə…


    Mən dünəndən gəlirəm,yolum yaman uzaqdı,
    Bir ömür xərcləmişəm solmayan bir söz üçün.
    Ağrıları gül açan bir xaraba şəhərəm,
    Öz külümdə ölərəm,əl açmaram köz üçün.

    Öz barımdan çatmadı özümə bircə dənə,
    Insaf elə,gəl qırma barı budaqlarımı.
    Axtarıb xəzəl altdan ətirli bir misra tap,
    Isladıb göz yaşımda sarı budaqlarımı.

    Yaman olur,bilirəm,hər gedişin əzabı,
    Qorxmaz tərk edilməyin açısını dadanlar.
    Qapını açıq qoyub,gözlərimi yummuşam,
    Rahatca çıxıb getsin,getməyə utananlar…

    Yoxdu güley-güzarım,nə də bir umu-küsü…
    Əlimi uzatmaram heç vaxt saman çöpünə.
    Qətrə-qətrə əriyib şam kimi tükənərəm,
    Ancaq darı sərmərəm bir kimsənin ipinə.

    Qışqırıb öz səssində gör nə qədər batan var,
    Göz yaşları axıtmaz dəniz boğulanlara.
    Bircə qığılcım yetər təzədən alışmağa,
    Ölüm yox əzabından bir də doğulanlara.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIV hissə)

    YAXINDI…

    Aramaqdan taleyimin açarın,
    yazıq canım,min-bir odda yaxıldı,
    üzü güldü “qara günlü” saçların,
    indi “ağı”-“qarasınnan” yaxındı.

    Yar qəlbimin kaş biləydi qədrini,
    qırmayaydı,üzməyəydi səbrini,
    elə çəkdim,elə aldım dərdini-
    ürəyimin yarasınnan yxındı!

    Söylə,gülüm,istəyini bilim mən,
    gözlərini gözlərimlə silim mən,
    məsafəmiz gen olsa da ölümnən,
    qaşla-gözün arasınnan yaxındı!

    İstəyirdim həyatımın gerçəyin
    ürəyinə pıçıldayım çiçəyin,
    bir də gördüm,qulağına ləçəyin
    dodaqlarım–sırğasınnan yaxındı.

    Daraq olam–yar daraya,tel açam,
    danışmağa izin verə–dil açam,
    yaxın qoya–düymə tutub,gül açam,
    düymə–yarın yaxasına yaxındı!

    Köhlənində dəliqanlı çağların,
    çox dadmşam meyvəsini bağların,
    Vahıd ƏZIZ,uzaq üfüq–dağların,
    görünməyən arxasınnan yaxındı…

    YARAŞSIN…

    Paxıllıq eyləsəm gözüm kor olsun–
    yar sevən yarına qoşa yaraşsın,
    gül-çiçək olmasın,lap mamıp olsun-
    o da göyərdiyi daşa yaraşsın.

    İtirməz dadını sevginin ilki,
    bəlkə bilən olub-“tutub kiminki?”,
    papaq da alanda eləsin al ki,
    ağıla yaraşsın,başa yaraşsın.

    Binəsi saf olan Sayay dağılmaz,
    bir yerə tayfalı millət yığılmaz,
    adam var-quş qədər zəkalı olmaz;
    yuva da gərəkdir quşa yaraşsın.

    Altun-Günəşdənmi?–dəyişməz rəngi,
    həm sabax beləydi,həm də dünənki,
    Xəlq edən dünyanı elə qurub ki–
    “Həm dolu,həm də ki boşa yaraşsın”.

    Mən də bu dünyada mehəm bir əsim,
    hərdən heç bilmərəm hayana əsim?
    göylər,buludların insaf eləsin-
    dağların zərvəsi qışa yaraşsın.

    Yolunda o qədər candan keçilib,
    ümidlər kül olub,andlar içilib,
    oğul,əynimizə elə biçilib,
    çətin ki,özgəyə Şuşa yaraşsın!

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIII hissə)

    Yalan dedin,aramadın sən məni,
    Soruşsaydın çöl yerimi deyərdi,
    Xəbər alsan, bitirməmiş cümləni,
    Meh göstərər ,yel yerimi deyərdi

    Bir zamanlar sən deyildin yalvaran ?
    Gəzmədiyin nə dağ qaldı,nə aran
    Sazlardaki, saçım kimi ağaran,
    Həsrət dolu tel yerimi deyərdi.

    Soruşsaydın məni eldən-obadan,
    Körpə quşdan,qaranquşdan,yuvadan,
    Bu dağların Şahənşahı xan çoban,
    Heç olmasa,bir şeirimi deyərdi.

    Yanağımda neçə-neçə sel batıb,
    Gözlərimdə umman batıb,göl batıb,
    Bir kəs,vallah,deməzdi ki,el satıb
    Taleyimlə alverimi deyərdi.

    Hələ getmə,zamanını gözlə sən,
    Sənə baxma ,dar günündə səslə sən,
    Sabahlardan ibadətgah istəsən-
    Ya özümü ,ya qəbrimi deyərdi.

    YALAN DEDİM…

    Gülüm,səni nə qədər
    seddiyimi soruşdun:
    dedim ki-“dərya boyda”,
    utandım”Ümman”-deyəm

    Ürəyimin harayından,
    gözümün yalvarışından,
    sən ötəri daşanda-
    qıymadım: “Kaman”-deyəm.

    Bir dəliydim qarşındakı,
    eşq havası başındakı,
    dedin: “Nədir hüşundakı?”,
    duymadım: “Duman”-deyəm.

    Sevirdinsə,bu dərd nədir,
    aramızda sərhədd nədir?
    Dedin: “Ləbim sənə nədir?”-
    doymadım: “Dərman”-deyəm.

    Başımda dağların qarı,
    sovulub ömrün baharı,
    tanıyanda günahkarı,
    az qaldı: “Zaman!”-deyəm.

    Gülüm,sənə yalan dedim,
    kaş ki,inanmayaydın,
    səni sevən bir cüt koru
    yollarda qoymayaydın..

    17.12.2006..

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXII hissə)

    HEYRƏT…
    Heyrət,ey büt,surətin
    gördüklə lal eylər məni…
    Məhəmməd FÜZULİ

    Heyrət,az qalmışdı gedəm özümnən,
    zalım biçinçilər biçdi çəməni,
    gözəllər yayınmaz mənim gözümnən,
    çiçək,hardaydın ki,,görmədim səni?

    Göz qəfil tutanda-qəlb bihal olar,
    can yanar ləçəklər xəzəl olanda,
    heyrət ondadır ki,dilin lal olar,
    gördüyün mələkdən gözəl olanda,

    Ağlıma qəribə fikirlər gəlir;
    olmur şair qəlbi bilən həddini,
    mələklər insanın cildini geymir,
    insan gözəl olur mələklər kimi!

    Pislər insanlığa nöqsan gətirər,
    nə cür xilas olaq bu “ləkələrdən”?,
    bu kövrək dünyamız məf ola bilə,
    qurtulsa yerdəki məleykələrdən,

    Kövrəlib köksümə sıxdı özü,
    çiçəyim duyanda heyrəti məndə,
    əllərim uzanan tərəzi gözü,
    vaxtın ədalətli qiyməti məndə,

    Kaş,simsar sayaydı Füzuli məni,
    rədif tapmaq üçün bircə söz yetər,
    duyğular-içimdə çırpılar kimi,
    gözəl heyrətindən bircə köz yetər…

    DİLƏNÇİ…

    Zillənib,gözünü çəkmir üzümən,
    səbr etmir əlimi cibimə salam,
    “sağ ol”-eşitməyib bir dilənçidən,
    xoflandım-“bəlkə də zalım adamam?”,

    Xeyli şübhələrim içimi yedi,
    bu söylənc nə dastan,nə də ki,nağıl–
    “Minnətlə edilən”,babam deyərdi,
    “yaxşılıq–pisliknən eynidir,oğul”,

    Kubarlıq haranda,nəyindir zəngin,
    Yurdunda dilənən insan olarsa?
    dilənçi haqlıdır; dilənməyinin
    bayisi bizlərik,düşməndi yoxsa?

    “Femida” imana ümidlər edib
    möhkəmcə bağlanmış qulağın,gözün,
    heyif ki,nə görüb,nə də eşidib-
    “dəngəsi” sınanda tərəzisinin,

    Aləm alt-üst olur,sakitcə durma,
    sınan Əlahəzrət haqqın taxtıdı!!
    özünü korluğa,karlığa vurma,
    “Femida”,gözünü açmaq vaxtıdı!

    Kimisi xurcunda rüşvəti çəkir,
    kimi “quruş” gəzir pul kisəsində,
    dilənçi pul güdür,Haqq gəzir şair-
    eyni taleyliyik biz ikimiz də…

    17,04,2021.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXI hissə)

    YETİM QİSASI…

    Heyrətli qüdrət var Ana səsində,
    laylalı dilindən qəhər duyulmaz,
    qeyrətli qadının himayəsində
    atasız böyüyən-“yetim” sayılmaz!

    Yetimlər Yurd üçün canından yanar,
    coşar damarında lyaqət,qürur,
    qan içən düşməndən qusas alanlar–
    yetim qoyduqları uşaqlar olur,

    Yetimlər zirehlər üstünə gedən,
    tankları əridər alovu,odu,
    bu,şair hökmümə şahidlik edən
    İkinci Qarabağ Savaşı oldu!

    O qədər görmüşəm-dar məqamında,
    elini,Yurdunu tərk edib gedən,
    Vətən yanılmasın vətəndaşında;
    yetimə hər şeydən əzizdir Vətən!

    Şəhid məzarında şəkilə bir bax,
    bu yetim özü də yetim atasl,
    düşmən agah olsun–YETİMLİYİNİN QİSASIN
    ALACAQ YETİM BALASI…

    NƏĞMƏ DEYƏN…

    Qışda qəmə batan könül
    olar yazda nəğmə deyən,
    kollar üstə divanə gül,
    quş-pərvazda nəğmə deyən,

    Güllər yamac ətəyində,
    arı səbət pətəyində,
    çoban qarğı tütəyində,
    aşıq sazda nəğmə deyən,

    Ruhum səmalar qatında,
    özüm göylərin altında,
    könül sözlə pıçıltıda,
    əl kağızda nəğmə deyən,

    Yamaclar xalı toxuyar,
    çiçəklər çalıb-oxuyar,
    sanki,yer üzü oxuyar,
    qonşu qız da nəğmə deyən,

    Vətən yeni tarix yazdı,
    hücüm çəkdi,səngər qazdı,
    vaxt varıdı-tapılmazdı
    aramızda nəğmə deyən,

    Vətən,mübarək Zəfərin,
    Zəngəzüradır səfərin!
    el-Şuşada,Xudafərin
    Xan Arazda nəğmə deyən,

    Rəhmət ulu babalara,
    sadiqik əhdə,ilqara,
    Bayrağımızda Aypara,
    şən Ulduz da nəğmə deyən…

    18,04,2021.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXX hissə)

    DƏYMƏDÜŞƏR…

    Elə istəyirəm qayıdam hərdən,
    gah qəhər.gah qürur didir bağrımı,
    sənsiz dolu vurmuş çinar kimiyəm,
    hirsim qopub-düşən yarpaqlarımdı.

    Söz var:”Ağlayanda ürək boşalar”,
    səninçün hönkürmək,ağlamaq asan,
    sənin heç olmasa-təskinliyin var,
    yaxşı ki,sən mənə oxşamamısan.

    Tərsliyim başıma bir bəla olub,
    təpədən-dırnağa günaham,şərəm,
    eh… bu qürur da bir bəhanə olub,
    mən ki,körpəlikdən dəymədüşərəm…

    “SƏNİNLƏ” kitabından

    HƏKİMƏ MƏKTUB

    Həzin bir nəğmədir ürəyimdəki,
    elə hey çağlayar,elə hey daşar,
    yarsan-ürəyimdə asta gəz,həkim,
    birdən bıçağına arzum dolaşar.

    Ovcuna çilənsə,qorxma,qan deyil-
    billur bir sevdadır axar sinəmdən,
    mənim ki,ürəyim damardan deyil,
    asılmış bir qızın hörüklərindən!

    Çətin ki,qəlbimi görərsən,həkim,
    bürünmüş guman ki,dumana,çənə,
    guman ki,yaram da köhnəldiyindən
    köhnə bir tanıştək yad gələr sənə.

    Bəlkə ağlayarsan,həkim,yenə də,
    doğrayıb-qırarsan barmaqlarını,
    həkimlər-hər dəfə insan oləndə,
    itirər əlinə etibarını…
    Sumqayıt,1066.”MƏN KÜLƏYİ GÖRÜRƏM”
    kitabımdan.Bakı,”GƏNCLİK”,1999.

  • Azərbaycanlı şairə AY BƏNİZ ƏLİYARLI.Yeni şeirlər (IV hissə)


    Nə var ölçülüb, biçilib,
    Ha çevir, sözündən keçir.
    Dünya kiçilib, kiçilib,
    İynənin gözündən keçir.

    Keçir bir az dostdan, yaddan,
    Keçir hər imzadan, addan,
    Taxıb yalançı qanaddan,
    Göylərin üzündən keçir.

    Yerdə nə var qalan sənin,
    Gəz, tin sənin, dalan sənin.
    Dolanıb, hər yalan sənin
    Sonuncu düzündən keçir.

    Bilinmir, hansı dindədir,
    Baxırsan ki, nə gündədir.
    Səndən bir addım öndədir,
    Səninçün izindən keçir.

    Keçib, bax, hər addan keçib,
    Qasırğadan, oddan keçib,
    Qılıncının altdan keçib,
    Bu dəfəə… Özündən keçir.

    Şəhid Həsənov Xəyala həsr olunur

    Söndü bir can, yerində alovlandı min ocaq,
    Milyonların arzusu, duası gerçək oldu.
    Bu dəfə əmin idi zəfər onun olacaq,
    Cənnətdə şərəfinə uca bir taxt quruldu.

    Öz döyüşçü oğlundan el-oba aldı soraq,
    Dedilər, bayrağının şərəfinə and içmiş.
    Adı Xəyal olsa da, özü şəhid olaraq,
    Torpağın yarasına məlhəm olmağı seçmiş.

    Dedilər, heç qorxmadan canını sipər edib,
    Torpağına, daşına dəyən acı gülləyə.
    Düşmənin üzərinə hamıdan öncə gedib,
    Neçə şər yuvasının külün sovurub göyə.

  • Azərbaycanlı şairə AY BƏNİZ ƏLİYARLI.Yeni şeirlər (III hissə)

    Bəzən… Bir də… Yaxşı ki…

    Yaxşı ki, ümidlə açılır səhər,
    Günəş də qüruba ümidlə enir.
    Yaxşı ki, gecədən udduğum zəhər,
    Səhər açılmamış şərbətə dönür.

    Yaxşı ki, beşiyim ürəkdi yenə,
    Şeirlə kiriyir ağlayan zaman.
    Yaxşı ki, güc verir ağrılar mənə,
    Pislərin əlindən aman, dad-aman.

    Yaxşı ki, ərk ilə çəkilir adım,
    Yaxşı ki, saf oldu girdiyim qucaq.
    Yaxşı ki, hay-küyə düşən olmadım,
    Yaxşı ki, sevgiyə baş əydim ancaq.

    Ümidlər hələ də itmiş deyil ki…
    Hamı xoş xəyallar qursa, nə yaxşı…
    Yer üzü tükənmiş, bitmiş deyil ki,
    Yaxşılar hələ də varsa, nə yaxşı…

    • * * *

    Bir də açılsın bir sabah,
    Bir də bir dar axşam olsun.
    Bir də dilimdə təzə ah,
    Bir də qəlbimdə qəm olsun.

    Bir də oyadım gecəni,
    Bir də yuxumu danışım.
    Bir də dolanım küçəni,
    Bir də gedənlə barışım.

    Bir də aldanım kölgəyə,
    Bir də qəlbimi dinləyim.
    Bir də dolanım ilgəyə,
    Bir də kəndirdə inləyim.

    Bir də darıxım səsinə,
    Bir də qınayım özümü.
    Bir də əyilim dizinə,
    Bir də siləsən gözümü.

    Bir də mən açmamış solum,
    Bir də sən gül ək təzədən.
    Bir də mən “evyıxan” olum,
    Bir də sən ev tik təzədən.

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər (IV hissə)

    Güvən divanında yarğılanan adam.
    Sən mənim sevdiyim deyildin-
    güvəndiyim idin.
    Məlhəm sanmışdım səni
    könlümün boşluğuna:
    çıxıb gedər ayağının yeri qalar deyə,
    orada
    qorunub saxlanan uşağı qocaldar deyə,
    heç kəsi yaxın buraxmadığım
    o qutsallığa.
    …Mən sevgi dolu,
    sevgi həsrətli,
    nə o dolu sevgimi haqq edən,
    nə də
    həsrətimi dindirəcək biri oldu.
    Mən dünyanı sevən,
    sevgisi ilə dünyanı ram edəcəyini sanan,
    çox zaman boşluğa düşsə də,
    acılarını bağrına basıb
    yaxşıya yozan biriyəm.
    Boz çalarda tapdığı rəngləri
    həyatına sırıyan,
    Yaşamadığı sevgidən
    dolu-dolu şeirlər yazan biriyəm.
    Sən mənim sevdiyim deyildin-
    güvəndiyim idin,
    güvən divanında yarğılanan adam.

    Darıxanın olsun təki
    Darıxanın olsun təki,
    darıxsın kimsə səninçün,
    qucaqlasın xəyalını,
    əzizləsin əziz-əziz,
    arzulasın için-için.
    Fəth etdiyin bir könüldə
    baş köşədə yerin olsun,
    unutdursun keçənləri,
    bələsin eşqə, sevincə,
    həsrətinə qənim olsun.
    Bircə baxışla anlasın,
    ilmə-ilmə çözsün səni,
    yarıb-yarğılasın hərdən,
    yarğılamaq istəkdəndir
    qoy elə lap üzsün səni.
    Bölünməyən o istəyə
    əsib pəsiban olasan.
    İki günlük bu dünyada
    faniliyin acığına
    hər günündən kam alasan.

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər (III hissə)

    Yardımlı

    Anam çalan layladır,
    nənəm dediyi ağı,
    ömrümdə qırmızı xətt,
    dilimdə şirin nağıl.

    İnci-inci, damla-damla
    hopub, qalıb yadımda,
    ruhumda bir Yardımlı var,
    duyulur hər addımda.

    Xatirəsi
    xatirimdə çox diridir, çox əziz,
    alıb məni o illərə aparır hər cığır, iz.
    Ayağımın yeri durur
    çınqılında, daşında,
    o dumanlıq nəfəsimdir
    dağlarının başında,
    harda olursam olum,
    yuxumdan heç yığışmaz,
    mənimçün bir dünyadır,
    dünyalara sığışmaz.

    Qaytar bu ümidi

    Sən necə anlaya bilərsən məni,
    Mən özüm-özümü bilə bilmirəm.
    Fikrimlə şum vurub, çeşin atıram,
    Sökürəm sinəmi niyə, bilmirəm.

    Yaşamaq dediyin hal mənlik deyil,
    Qaytar bu ümidi, al, mənlik deyil,
    Sükut mənlik deyil, qal mənlik deyil,
    Niyə gəldim belə Yerə, bilmirəm.

    İlləri yellərə verməkdir işim,
    Yorub
    yollarımı
    yorğun yerişim,
    Hansı dağa çıxım, dərəni aşım,
    Verim belə ömrü selə, bilmirəm.

  • Xəyalə SEVİL.Yeni şeirlər (II hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Üzü sənə dayanmışam, İlahi…
    Üzü sənə dayanmışam, İlahi,
    Əllərini ver tutum…
    Bu təklik də ürəyimdə
    Adam kimi yer tutur.
    Mən hər gecə yastığıma
    Dağıtdığım
    Fikrim, qayğım nə varsa
    Gözlərimə toplayıram.
    Baxışlarım çaparsa,
    Tanrı duyar,
    Tanrı alar məktubumu…
    Yanağıma dalğa dəyir,
    İçim dəniz.
    Yıxılmışam, İlahi,
    Elə bilmə
    Mən dincimi alıram…
    Ən uzaq, ən gözəl xatirələrdən
    Sevincimi alıram.

    Küsüb geri çəkilirəm
    Bəxtim soyuq havalarda
    Üstü-başı açıq qalır.
    Nəyə ki, əl uzadıram
    Çatmıram, yarımçıq qalır.
    Bəs sən ki vardın yanımda?
    Yurdam, qalardın yanımda.
    Verdiyin dərdin yanında
    Sevincim alaçıq qalır.
    İndi sən göy, mənsə yerəm,
    Susub geri çəkilirəm.
    Küsüb geri çəkilirəm,
    Mənə də bu acıq qalır.

  • Xəyalə SEVİL.Yeni şeirlər (I hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Səni harda başladım?
    Harda bitirdim səni?
    Çıxdım ürəyimin qapısınacan,
    Ötürdüm səni.
    Yolun yaxın olmasın.
    Nə doğmamsan, nə yadım,
    Əllərini üz, dedin,
    Ümidini kəs, dedin,
    Kəsdim,
    Yeddi qapıya payladım.
    Azın, çoxun qalmasın.
    Ruh deyilsən, can deyilsən,
    Həvəssən, bədəndən çıxdın.
    Elə də sevmədim səni.
    Ürəyimin zirvəsinə
    Hərdən çıxdın…
    Eh! Mənim də gizli-gizli
    Darıxmağım olmasın.

    İçimin qoca qarısı…
    Bilirdim ki, solub bu gül,
    Bundan çiçək açan olmaz.
    Bir ümiddi,
    Ürəyimdə ehtiyata saxladım,
    Haçan olar.. Haçan olmaz!
    İndi gecənin yarısı,
    Qanayır könül yarası.
    İçimin qoca qarısı
    Deyinir…
    “Ondan sənə can olmaz…”
    Tale necə? Yaşamalı yerdimi?
    Həsrətimi yanağıma sərdimi?
    Kimə deyim ürəyimin dərdini?
    “De” deyirsən,
    “Gəl” deyirsən
    Tanrı,
    Sənin qapın, bacan olmaz.

  • Adilə NƏZƏR.Yeni şeirlər

    Filologiya üzrə fəlsəfə doktoru,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    DAĞLAR

    Ərit başındakı sazağı, qarı,
    Bitir dilimdəki amanı, dağlar.
    Durult bu bulanıq, lilli suları,
    Seçim yaxşı ilə yamanı, dağlar.

    Bu necə küləkdi, tufan qopardı,
    Kəsilmir, hələ də gəlir hey ardı.
    Tumurcuq gülləri yolub apardı,
    Saxladı sovulmuş samanı, dağlar.

    Hanı yamacların gülən gözləri,
    Hanı çiçəklərin həmən nazları,
    Ah çəkər, of eylər aşıq sazları –
    Bürüyər canımı dumanı, dağlar.

    Hər kəs öz içində susub ağlayar,
    Səbrin qulağımı deşər, dağlayar.
    Uçurum ucunda tutub saxlayar
    Kimin var qəlbində imanı, dağlar.

    Yüzünü itirdim birin tapalı,
    Haqq nahaqq arası bağlar qopalı.
    Əl-qolum bağlıdır, ağzım qapalı,
    Mən necə yaşayım zamanı, dağlar.

    17.04.2021

    AÇAMMIRAM DÜSTURUNU HƏYATIN

    Dörd tərəfim qaranlıqdır, İlahi,
    Bir şam yandır yollarımı aydınlat.
    Açammıram düsturunu həyatın,
    İzahını gəl mənə də bir anlat.

    Bugün yenə qırılmışam hamıdan,
    Qoy getsinlər, bu gecə qal yanımda.
    Sabah özüm yaracağam zülməti,
    Dan üzünün şəfəqi var canımda.

    Bir quş kimi təsəllinə uçuram,
    Yükləmişəm qanadıma səmanı.
    Hansısa bir möcüzənin xətrinə,
    Saatlarda aldadıram zamanı.

    Yollar məni apardıqca aparır,
    Bunca yükü daşımaq da çətindir.
    Axı belə ağrılarla baş-başa,
    İnsan kimi yaşamaq da çətindir.

    Əyrilər var, çoxusu düz biçimdə..
    Həddim deyil sual verim, İlahi.
    Bu yolsuzlar, bu yersizlər içində,
    Haradadır mənim yerim, İlahi.

    Bilirsən ki, zülümlərlə yaşatdım,
    İçi doğru, çölü yalan ömrümü.
    Qoyma belə qaranlıqlar aparsın,
    İşıqlandır geri qalan ömrümü.

    AXŞAM OLDU

    Axşam oldu, ömrümüzdən
    quş kimi bir gün uçdu.
    Həyat bir növ əvvəlinə
    qayıdan bir sonucdur.

    Hər şey unudulub gedir,
    yerində yellər əsir.
    Ürəyim, qoru özünü,
    zaman qılıncdır, kəsir.

    Heyfin gəlsin yanağına
    vermə, bu qədər selə.
    Gülüş qondur dodağına
    özünü xoşbəxt elə.

    Kimdir səni sənin kimi
    bilib ürəkdən yanan,
    Arzuladığın o kimsə,
    o nəysə dəyməz, inan.

    Gülümsə, gözüm çiçəyi,
    gülümsəmək savabdır.
    Hərdən danış, hərdən dinlə,
    həyat sual-cavabdır.

    Axşam oldu, ömrümüzdən
    quş kimi bir gün uçdu.
    Həyat bir növ əvvəlinə
    qayıdan bir sonucdur.

    13.04.2021

  • Təranə Turan RƏHİMLi.Yeni şeirlər (II hissə)

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    ON SƏKKİZ YAŞIMDA ÖLDÜM

    On səkkiz yaşımda öldüm,
    Allah, xəbərin olmadı.
    O gənc qızı ağlamağa
    Bircə doğması qalmadı.

    Balıqdım, boğuldum suda,
    Atdılar suya, yaşayım.
    Bu üzdəndiri ölünü
    İndi nə deyib oxşayım?!

    Əlimdən aldılar ömrü,
    Qaldım sözdə barınmaqla.
    Dirilmədim dirilərin
    Arasında dolanmaqla.

    O ruhum gəzən ocaqda
    Cənnətim tərsinə döndü.
    Nə qədər körpə arzum var,
    Ölü yuxulara gömdüm.

    Məzar da bir tikilidi,
    Başı göylərə ucalmır.
    Sorma cavanlıq sirrimi,
    Ölülər heç vaxt qocalmır.

    MƏNDƏ DAŞA DA
    SEVGİ VAR

    Yenə gözlərim üşüdü,
    Baxışların nə soyuqdu.
    Odlu dilini don vurub,
    Sözündə hərarət yoxdu.

    Kirpiyindən buz asılıb,
    Saçlarına qar səpilib.
    Sanki sənin dodağınla
    Qışın yanağı öpülüb.

    Yaman üşütdün ruhumu,
    Qəlbin buzdur, əllərin qar.
    Qəm etmə belə soyuqsan,
    Məndə daşa da sevgi var.

  • Təranə Turan RƏHİMLi.Yeni şeirlər (I hissə)

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    BİR GÜNLÜK TANRI QOYNUNDA
    OLASAN ANA UŞAĞI

    Arı olub bu dünyanın
    Çiçəyindən qopmayasan.
    Xoşbəxtlikdən dil-dodağın
    Əsə, söz də tapmayasan.

    Həyəcandan külə dönüb
    İçində nəfəs quruya.
    Yeri-göyü unudasan,
    Səni göydəki qoruya.

    Səpiləsən ulduz-ulduz,
    Yığılıb günəş olasan.
    Yadından silib dünyanı,
    Təzədən tanış olasan.

    Əlin Tanrı ətəyində,
    Qəlbində Tanrı işığı,
    Bir günlük Tanrı qoynunda
    Olasan ana uşağı.

    BU EŞQ DOĞULANDAN
    BAŞI AĞRIYIR

    Sənin salamını basdırmaq üçün
    Üstünə bir salam atıb gedirəm.
    Bu eşq doğulandan başı ağrıyır,
    Nə qədər ki, salamatıq gedirəm.

    Yerbəyer et öz içində dərdini,
    Sözlərini dilinə yığ qal indi.
    Sənə dözən dözümümə qəbir yox,
    O dözümlə yaşa indi, öl indi.

    Qanı yerdə qaldı bu yazıq eşqin,
    Barı ölüsünü yerdə qoymayaq.
    Nə qədər söz verdik bir-birimizə,
    Gəl qalan ömrü də sözlə oynayaq.

  • Şairə-publisist Xalidə NURAY.”Son vida”

    Elə bil ömrümün sonudu vallah,
    Son vida söyləyir pıçıltılarım
    Ümidim çırpınır bir anım üçün.
    Qəlbimi göynədir sızıltılarım.

    Ömür yarpaqlarım xəzana dönüb,
    Səpildi yoluma səssiz-səmirsiz.
    Aylarım illərə əlvida dedi,
    Hər anım ömrümə məndən xəbərsiz.

    Azıram didərgin xəyallarımda,
    Hıçqırıq səsləri içimi yeyir.
    Boğulur ümidlər göz yaşlarımda,
    Əyilməz qəddimi özündə əyir.

    Daha ay işığı düşmür otağa,
    Mənə həyan olan bircə şam yanır.
    Əriyən damcılar qəflətə yetir,
    Bu anda şam sönür qəlbim dayanır.

    Soyuq divarlara çökür nəfəsim,
    Üzgün xatirələr daşır,çağlıyır.
    Ruhum da mənimlə son vidasına,
    Oğlumla ,qızımla birgə ağlıyır.

    16.04.2019.

  • Şairə-publisist Xalidə NURAY.”Azərbaycan əsgəri”

    Yoğrulub öz qanıyla,
    Ağrısına tən oldu.
    Can verib torpağına
    Müqəddəs Vətən oldu!
    Qeyrətimin sipəri,
    Azərbaycan əsgəri!

    Gül bitirdi şəfəqdən ,
    Ləkəli dan üzünə.
    Əsdirdi zəfər mehi,
    Zülmətli gündüzünə.
    Elimin cəngavəri,
    Azərbaycan əsgəri!

    Dədə-baba yurdunu,
    Soy-kökünü qorudu.
    Bir ölüb,min dirildi ,
    Yağıya gözdağ oldu.
    Qürur yeri səngəri,
    Azərbaycan əsgəri!

    Allahu-Əkbəriylə,
    Haqq səsinə güvəndi.
    Ulu Türk nərəsiylə,
    Hər an düşməni yendi.
    Güvən oldu hünəri,
    Azərbaycan əsgəri!

    Döyüşdə cəsarəti,
    Bəllidi yad ellərə.
    Şuşada savaşıyla,
    Düşdü dildən-dillərə.
    Oğuz,Türk nəvələri,
    Azərbaycan əsgəri!

    Bozqurdlar oylağında,
    Şimşəyə dönüb çaxdı,
    Ən hündür zirvələrə
    Zəfər bayrağı taxdı
    Tarixin daş əsəri,
    Azərbaycan əsgəri!

    12.01.2021.

  • Şairə-publisist Xalidə NURAY.”Zəfər yazdın, Şəhidim!”

    Hünərindən nur verdin müqəddəs ocağına,
    Vətəndə vətən oldun qovuşub torpağına,
    Əbədilik yar oldun azadlıq çırağına,
    Ləkələnmiş tarixə məzar qazdın, Şəhidim!

    Qol açmışdı qəm-kədər vətən adlı yurduna,
    Dar günündə can deyib yetişdin muradına,
    Baş əydin varlığınla qələbənin adına,
    Aslan təki düşmənin başın əzdin, Şəhidim!

    Qanınla məlhəm oldun Şuşaya, Xocalıya,
    Qartal tək qanad çaldın Cəbrayıl, Qubadlıya,
    Zəfərinlə çevrildin yenilməz bir qalaya,
    Qalibiyyət bağının gülün üzdün, Şəhidim!

    Cəsarətə bürünüb, mərdliyini qorudun,
    Ərənliyin, soy-kökün birliyini qorudun,
    Sən kişilik adında ərliyini qorudun,
    Gəncliyin badəsinə qeyrət süzdün, Şəhidim!

    Bu vətən övladların səninlə öyünəcək,
    Polad, Əlyar qeyrətdə neçə qəlb döyünəcək,
    Hər gələn nəsillərdə yeriniz görünəcək,
    Tarixə öz adınla “Zəfər” yazdın, Şəhidim!

    12.11.2020.

  • Şairə-publisist Xalidə NURAY.”Qırovgözlü”

    Gul-çiçəkdən çələng hörüb
    Bahar gəlir elimizə.
    Xoş ətirli avazıyla,
    Nəģmə düşûr dilimizə.

    Hər ləçəyin qırovgözü,
    Ģöz eyləyir al Günəşə.
    Dovşan sevincək oynayır,
    Qarla gûləşə-güləşə.

    Boynubükük bənövşənin
    Şeh süzülür dodaģından.
    Yazın mehi sıģal çəkir,
    Hərdən öpür yanaģından.

    Baģ-baģçaya haray salır
    Qaranquşların xoş səsi.
    Çəkir güllərin nazını
    Bülbüllərin şən nəģməsi.

    Təbiət donun dəyişir,
    Bürünür yaşıl qumaşa.
    Günəş dumanı ovlayır,
    Qayaları aşa-aşa.

    Qıvrım telli bulaqların
    Zümzüməsi kõnül açır.
    Gül nəfəsli meşələrin,
    Naz- qəmzəsi ışıq saçır.

    Sevincdən gözü yaşarır
    Əlçim-əlçim buludların.
    Göy çəmənim gözəlləşir
    Yuyulur üzü otların.

    Daglar gülüb alqışlayır
    Baharın nur sabahını.
    Bütün təbiət unudur
    Ötən qışın günahını.

    Xalidə Nuray,19.03.2021

  • Şairə-publisist Xalidə NURAY.”Azərbaycan bayrağı!”

    Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
    Alınmış torpaqları qurtaraq yad cəngindən,
    Zəfər marşı çalınsın istiqlal ahəngində,
    Al qoynuna birləşdir parçalanmış torpağı,
    Azərbaycan bayrağı!

    Müstəqillik uğrunda qurban gedib canımız,
    Al rəngin təməlində qaynayır Türk qanımız,
    İlahidən İslama səcdədi hər anımız,
    Tarixə şahid kimi düşmənə ol göz dağı,
    Azərbaycan bayrağı!

    Vətən qibləgahısan ,əbədi şan yerimiz,
    Sabaha doğan günəş,sabaha dan yerimiz,
    Azadlığa səslənən tökülən qan yerimiz,
    Tükənməz varlığınla ol yurdumun dayağı,
    Azərbaycan bayrağı!

    Qızıl şəfəqlərinlə oyat Turan elmizi,
    Bir oxunsun himnimiz,qoruyaq Türk dilmizi,
    Səninlə bir qaldıraq Tanrıya haqq əlmizi,
    Dağılmış ocaqlarda alışdıraq çırağı,
    Azərbaycan bayrağı!

    Qubarlı ürəkləri bir araya səslə sən,
    Sahilsiz ümmanlarda ümidləri bəslə sən,
    Qartal kimi qanad çal,zirvələri süslə sən,
    Dalğalanan dəniz tək,al-əlvan göy qurşağı,
    Azərbaycan bayrağı!Azərbaycan bayrağı!

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIX hissə)

    SUALLAR…

    (Dinimiz bir olan bəzi İslam ölkələrin rəhbərləri Azərbaycanın namını çəkmək əvəzinə torpaqlarımızı zəbt edib məscidlərimizi dağıdıb haramladan ermənistanı müdafiyə edirlər)

    Cahan ibarət imiş qorxaqlardan,ərənnən,
    görməmişdən,görənnən,
    bu gidi dünya görən
    o vaxt,indimi yaxşı?
    Çoban qardaş,sən bilən
    hansı daha yaxşıdı-
    səni tanıyıb hürən
    yoxsa,yad iti yаxşı?

    Ağlayan ya gülən çox?
    doğulan ya ölən çox?
    Dərgahdan da gələn yox-
    adam soruşub bilə:
    “Dolanmağa oralar,
    yoxsa bu gidi yaxxşı?

    Boğuldu suda baran,
    yuxuda öldü yatan,
    a müqəddəs Kərbala,
    tutulma sualımdan:
    “Məni düşmənə satan
    Müsəlman din qardaşım
    yoxsa Yəhudi yaxşı”?!

    YOX,MƏNİ AÇMADI BU GİLEY–GÜZAR…

    Yox,məni açmadı bu giley-güzar,
    ürəyin bir özgə dildə danışdı,
    araya kim girib,ortada nə var?
    bu cür qalmağından getsən yaxşıdı.

    Tutur ətrafımı qəmli xəzəllər,
    sınaqçün yetmədi məgər bu illər?
    xırdaçı deyildin axı əzəllər,
    çox şeyin üstündən ötsən yaxşıdı.

    Eşq şərbət süzəndə dil açdı lallar,
    o qədər ev yıxıb yersiz suallar!
    yad yerdə xətrinə toxunan olar–
    qəlbimin içində bitsən yaxşıdı.

    Sildirsən ömrümdən saldığın izi,
    bir daha tapmazsan Vahid ƏZİZi,
    ölərik itirsək bir-birimizi,
    ikimiz birlıkdə itsək yaxşıdı…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVIII hissə)

    TƏKƏBBÜR…

    Qırovdan başlayıb şaxtaya endi
    get-gedə araya çökən soyuqluq,
    bir eşqin oduna yadlar isindi,
    sən mənə,mən sənə biganə olduq.

    Duymadın,neçə yol ayaq saxladım,
    nə bilim,bəlkə də saya salmadın?
    bir belə,beş belə…küsüb-ağladım,
    bir belə,beş belə…salam almadın.

    Təkəbbür məhv etdi hər ikimizi,
    bir yetim ahından lənətə gəldik,
    hörmətdən salaraq bir-birimizi,
    sən məndən,mən səndən hörmət istədik!

    Arada davalı məhəbbətimiz-
    bənizi bozarıb,ətri solurdu,
    uzanıb getdikcə söz-söhbətimiz
    dil-vicdan önündə qısa olurdu.

    Sən harda,mən harda?? bilmirik indi,
    şikəstmi olmuşuq,kormu qalmışıq!?
    Sevgi ikimizin BÖYÜYÜ idi;
    gör,kimin sözünü yerə salmışıq!!

    Hərdən göz qoyuram solan rəsminə
    çat vermiş ürəyin sınıq yerindən,
    nə mən qürurumu endirdim sənə,
    nə sən əl götürdün Təkəbbüründən…

       YAXŞIDI

    (52-ilə yazılıb tamamlanan şeir)

    Bahar keçər yamaclara gül əkər,
    payız gəlib soldurmasa yaxşıdı,
    çiçəkləri öpdüyümü küləklər,
    qaçıb yara bildirməsə yaxşıdı.

    Aman külək,məndən yarı küsdürmə-
    od vuracaq,sevinəcək tüstümə,
    bu məhəbbət bir gün mənim üstümə
    el-obanı güldürməsə yaxşıdı.

    Vahid ƏZİZ dərd eləyib gör nəyi?
    sona çatmır sızıltısı,göynəyi,
    sevdiyimi təkcə yarım görməyir-
    bu dərd məni öldürməsə yaxşıdı…

       Kəlbəcər,1966. "MƏN KÜLƏYİ GÖRÜRƏM"
        kitabım-Bakı,"Gənclik" Nəşriyyatı,1969.

    Düşməz mənə yüngüllüyü əlimin,
    hey…çəkərəm bəlasını dilimin,
    rəqiblərim çiçəyimin,gülümün
    qulağını doldurmasa yaxşıdı.

    Şair könlü uyan olar hər naza,
    heyran olar həm payıza,həm yaza,
    xumar çeşməm başındakı yarpıza
    ürəyini aldırmasa yaxşıdı…

     07.10.2018.

    02.05.2007. “SƏNİNLƏ” kitabından

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVII hissə)

    “ÇƏTİN ADAM”…

    Zəkalı nələrsə şeirimdən duyub,
    soruşub-“Nəçiyəm,kimə simsaram?”,
    imanlı-haqqımı ortaya qoyub,
    söyləyib-“”Bununçün “Çətin adamam””.

    Alqışlar dilinə düz danışanın,
    nə satqın,nə də ki,qumarda varam,
    içində çırpınıb yaşantıların,
    fırlar bağlamışam-“Çətin adamam”.

    Uşaqnan uşağam,böyüknən-böyük,
    gözümün düşməni–binəva, nadan!
    oğruynan,quldurnan olsaydım şərik,
    “Yuxarı” çatmazdı–“Çətin adamam!”.

    O qədər simasız insan görmüşəm;
    zəhərli-ilantək,sümsük-it kimi!
    Tanrı varlığını dərk eləməyən,
    nə cür başa düşüb- “Çətinliyimi”?!

    Əsil şairlər də Peyğəmbər kimi,
    millətin dərdinə ürək yandırar,
    Peyğəmbər–insana Tanrı sözünü,
    Şairlər Allaha giley çatdırar!

    Vaxtı haqsızlarla nizamlamayın,
    onlar riyakarlar,minsifətlilər,
    şairlər sözünü yerə salmayın-
    torpaqdan güc alıb tikan göyərdər.

    Çiçəkdən kövrəyəm,ipəkdən zərif,
    sadəcə olaraq-alverdə xamam,
    bu söz mənim üçün dəyərli tərif:
    Eşq olsun,yaxşı ki–“Çətin adamam”!

    MƏN ÖZÜM ÖZÜMÜ BAĞIŞLAMADIM…

    Haçansa hər kəsə sual verilir;
    kiminçün yaşadı,nə cür yaşadı?
    nəyi gözləməli,nə İnkir-Minkir?
    diriykən cavabı versəm yaxşıdı.

    Diriykən etiraf edim ki,sonra,
    arxamca yağmasın tənəli sözlər,
    nə soyuq baxışla,nə yana-yana
    yaşlar axıtmasın qüssəli gözlər.

    Həyat bir qumarmış,
    mən bu oyunda:
    itirdim,qazandım,uddum,
    aldandım…
    nə üçün tez getdim?! ağıllananda mən özüm-özümü
    bağışlamadım…

    Ağlımı üşütdü saçımın qarı,
    çətin elmlərdə itdi savadım,
    danlaq izləridir bu qırışları-
    mən özüm üzümü bağışlamadım.

    Ehtiyac həyatın ən naqis işi-,
    düşmən qapısında hərdən dayandım
    “əyrini”-“düz” görmək nakişi işi-
    mən özüm gözümü bağışlamadım.

    Dedilər:”Sıxsaq da,bəxtəvər görün!”,
    “Palaza bürünüb millətlə sürün!”,
    sirkəsi tündləşdi qanda dözümün–
    candakı dözümü bağışlamadım!

    Hamımız taleylər sınaqlarında,
    haqlılar–haqsızlar qınaqlarında,
    ömrə–xəyanətin bağışlasam da,
    mən özüm-özümü bağışlamadım…

    29.03.2019.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVI hissə)

    DİVANƏ KÖNLÜMÜ TƏRLAN ELƏDİM…

    Qırıldı könlümün tərlan qanadı,
    çalıb,dimdiyinə sar aldı,getdi,
    ağaran başımnan ağlımı aldı,
    elə bil bir çimdik qar aldı,getdi,

    Gəzdim düz-dünyanı; hər yanı boşdu,
    dedim-“Bəlkə sınıb,bəlkə naxoşdu?”,
    həlbət–ya qisməti kiməsə qoşdu,
    ya özü birinə qoşuldu,getdi?

    Hicran-zülmlər şahı,dərdlər ağırı,
    bu odda kimlərin yanmadı bağrı?!
    ümid göylərəydi; zülmətə doğru
    bəxtin ulduzu da qaraldı,getdi,

    Sevgisiz yaşanan vaxt gedər hədər,
    səksəkə yaradar hər gələn xəbər,
    nə var ki–dünyaya yendən gələr,
    yarpaqdı,çiçəkdi…saraldı,getdi,

    Nəyin şikarıdır,kimin yanında?
    hey…ölüb-dirildim eşq yollarında,
    nə O dünyada var,nə Bu dünyada!
    olmaya,kainat yarıldı,getdi?

    Kimisi aldanan,kimisi atan,
    mindən biri olar murada çatan,
    mərhəmət umduğu fani dünyadan
    ürək doymasa da-yoruldu, getdi,

    Soyuq kül altında arama közü,
    tərsmiş,Vahid ƏZİZ,bəxtinin üzü,
    hələ də kor olur gerçəyin gözü,
    anlaya bilənlər kar oldu,getdi…

    15,04,2021.

    ƏLƏSGƏRNƏN–BİR TORPAĞIN OĞLUYAM…

    Yaz başında çəmənləri göycədi;
    Zəngəzürdu,Dərələyəz,Göyçədi,
    O,məzarda,canım burda göynədi-
    o yerlərə canı-dildən bağlıyam,
    Ələsgərnən bir torpağın oğluyam,

    Qürbətlərə,öldür,könül vermərəm,
    bu yerlərin hər övladı bir ərən!
    ay,Yurdumu viranəyə döndərən,
    qılınc çəkdim torlarını doğrayam,
    Ələsgərnən bir torpağın oğluyam,

    Nəm çəkmişik bir çeşmədən, bir sudan,
    qəm çəkmişik min-min viran arzudan,
    qavi düşmən,namərd güdər pusqudan!
    mən hər yerdə ədalətli, doğruyam,
    Ələsgərnən bir torpağın oğluyam,

    Hər söylənci bir İlahi bəstədi-
    çünkü,sazı ürəyinin üstədi,
    o el,bu el-bir Qaladır əbədi,
    daşlarına hörülmüşəm, bağlıyam,
    Ələsgərnən bir torpağın oğluyam,

    Ustad,sənə baş çəkəcəm zəfərnən-
    Göyçə gölü qovuşanda Xəzərnən,
    könlümdəki incəliknən, təpərnən
    diz çökəcəm məzarına ağlayam,
    Ələsgərnən bir torpağın oğluyam…

    16,04,2021.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXV hissə)

    BİR–BİR ETİBARLI DOSTLARIM GEDİR…

    (Bədnam Covid-19 xeyli dəyərli dostlarımın həyatına son qoydu.Amandı,qoruyun özünüzü!)

    Qopub dənə-dənə dönürük dənə,
    dünya həzin-həzin bizi üyüdür,
    təkliklə tənhalıq güc gəlir mənə,
    ayrılıq yoxuşu yaman təntidir,
    bir-bir etibarlı dostlarım gedir.

    Qəmdən qaçan kimi dərd quyruq olur,
    bəzən yad hörməti sərt buyruq olur,
    torpağa qoyulan üz soyuq olur,
    yıpranıb üz gedir,astarım gedir,
    bir-bir etibarlı dostlarım gedir.

    Dostlar itirməyim taleyin qəsdi,
    get-gedə çəkilir ürəkdən isti,
    eləsi varıdı–nəfəsi bəsdi!
    şirim,nərim gedir,aslanım gedir,
    bir-bir etibarlı dostlarım gedir.

    Hər an göz yaşımın artır lilparı,
    hər an bir matəmin gəlir çaparı,
    uçur ümid dağı,düşmən çəpəri,
    el-el,diyar-diyar yaslarım gedir,
    bir-bir etibarlı dostlarım gedir…

    AYILMAZ…

    Olsun-irad tutar kimlərsə mənə;
    imanla deyilən–günah sayılmaz,
    “Rahat yat”-deyənlər ömrü sönənə;
    yatanlar oyanar, köçən-ayılmaz,

    Gəşt etdim…getdikcə apardı yollar,
    arxada-səhralr,dağlar,dəryalar,
    əlçatmaz olanlar özləri solar,
    gülüm,kərəntilər biçən-ayılmaz,

    Savaşlar öncəsi təbil çalınar,
    bayraqlar ucalar,yanar,salınar,
    bir yol verilən can-bir yol alınar;
    ömrünün çırağı keçən-ayılmaz,

    Budaqlar saxlamaz yetişən
    barı,
    dərdlərlə bir gəldi başımın qarı,
    dəyişik salmışam “zəhrimarları”;
    “Sevgi şərbətini” içən-ayılmaz,

    Qızıl gül,yenə də yetişdi bahar,
    özünə gəlməkdə sınan havalar,
    onsuz da,qoruyan tikanların var,
    niyə bülbül üçün gönçən-açılmaz?

    Ən doğma,ən əziz dostun üçün də
    düşün,Vahid ƏZİZ,candan keçəndə!
    gördüm-yuxu yatan durna köçündə;
    vəfalı dəstədə uçan-ayılmaz…

    18,04,2021.

  • Cavid Bədəlov.”POEZİYA ƏTİRLİ QADIN”

    (Ustadıma əbədi olaraq Necibe Ilkin )

    Sanki qanadlanır güləndə üzün,
    Elimin,obamın fəxri adısan.
    Bir yükdən ağırdır sənin hər sözün,
    Sən şeir dünyamın şirin dadısan.

    Gözlərin bənzəyir ümidli yola,
    İsmətlə bəzənmiş qara tellərin.
    İçində möhkəmdir sevgidən qala,
    Dərirsən ömrünə sevgi güllərin.

    Səndə bir dil açır həsrətsiz baxış,
    Xəyalın oxşayır gerçək nağıla.
    Sənə yetişdirən anaya alqış,
    Çox diqqət edirsən bizdə ağıla.

    Qayğını çəkərəm istəsən əgər,
    Səni əziz bilən övladın kimi.
    Görüm ki ömrünü bəzəsin zəfər,
    Yaşasın sənət də qoy adın kimi.

                       17.04.2021.@

    Azərbaycan ədəbiyyatını öz yaradıcılığı ilə zənginləşdirmiş görkəmli sənətkarlardan biri də Nəcibə İlkindir.Nəcibə İlkin poeziyası başdan-başa poeziya çələngi ilə hörülmüşdür.Yaratdığı lirik və epik əsərlərdə istər vətən mövzsu istərsə də digər mövzular poeziyamız üçün çox əhəmiyyətli yol almışdır.Nəcibə İlkin şeirlərində haqqın bərpasını arzulayan,vətənini daha mükəmməl təsvir edən sənətkarlardan biridir.Şeir dünyası şeirlərlə coşub daşan bu sənətkarın şeirlərində və nəsr nümunələrində bədii təsvir və ifadə vasitələrinə geniş yer verilmişdir.Nəcibə xanım həm də ədəbi mühitdə tədbirlərin təşklində müstəsna rol oynamışdır.Bir çox gənclərin irəli getməsində danılmaz rolu vardır.Nəcibə İlkinə həyat və yaradıcılıq uğurları arzulayıram!

  • Deyişmə: Nəcibə İLKİN və Aqil KƏNGƏRLİ

    This image has an empty alt attribute; its file name is necibexanim.jpg

    NƏCİBƏ İLKİN:

    Tale çaşdıranda adamı qardaş,
    Hər yetən adama yol göstərərmiş.
    Vaxtında dost olub arxa bildiyin,
    Dar günündə sənə qol göstərərmiş.

    AQİL KƏNGƏRLİ:

    Düz dedin, ay bacım, haqqlısan yenə,
    Yolunu azan da yol göstərərmiş.
    Çoxları dost kimi görünər sənə,
    Amma artist kimi rol göstərərmiş.

    NƏCİBƏ İLKİN:

    Yadına düşəndə sevdalı çağlar,
    Həsrət için-için səni qucaqlar,
    Gəzdiyin bağçalar, gördüyün bağlar,
    Gülünü gizlədib, kol göstərərmiş.

    AQİL KƏNGƏRLİ:

    Nə dövran həmindi,nə vaxt həmindi,
    Tülkülər şir olub,qurd qoyun indi.
    Dünyanın min cürə hiyləsi,fəndi,
    Sağdan vura-vura,sol göstərərmiş.

    NƏCİBƏ İLKİN:

    Nəcibəyəm, günah bilmiyin məndə,
    Çox çaşıb qalmışam dumanda, çəndə,
    Allah da üzünü yumşaq görəndə,
    Kədəri sevincdən bol göstərərmiş.

    AQİL KƏNGƏRLİ:

    Siyasi meydanda gedir oyunlar,
    Satan kim,alan kim,bizik günahkar?
    Vurub qapımıza oyundankənar,
    Hakim tez mərkəzi,qol göstərərmiş.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”“MEDAL” ATANI ÖPƏRSƏN “

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    “MEDAL” ATANI ÖPƏRSƏN

    (Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı)

    Ağlama şəhid balası,
    Ağlama gözümün nuru.
    Təzə adın mübarəkdi,
    Bu adı şərəflə qoru.

    Atan sənə qoyduğu ad,
    Ürəyincə olmamışdı.
    Bunun üçün nazın çəkib,
    Qayğına da qalmamışdı.

    İtirdiyin ata yeri
    Medalla əvəz olundu.
    Arzuların, ümidlərin,
    Bu medal üstdə qalandı.

    İndi sənin “Medal” atan,
    Hər gün könlünü alacaq,
    Vaxt tapıb əl vurmadığı,
    Başını sığallayacaq.

    Dərdlərindən halı olub,
    Səni hər gün qucacaqdır.
    O qönçə arzuların da,
    Çiçək-çiçək açacaqdır.

    Sən dəcəllik eylədikcə,
    Bir acı söz deməyəcək.
    Nə narahat olma deyib,
    Nə üzünə gülməyəcək.

    Atalı dostlar görəndə,
    Ürəyin tel-tel olacaq.
    Gözlərin ata axtarıb,
    Daş üstünə çaxılacaq.

    O zaman sinən üstündə,
    Olan atana baxarsan.
    “Medal” atanın nurundan,
    Tutub gəzməyə çıxarsan.

    Asıb qəlbinin küncündən,
    Dərdini ona deyərsən.
    Nazını çəkən “atanın”
    Qarşısında baş əyərsən.

    Ağlama, yaşına qurban,
    Ucadan ucadır adın.
    Dağ boyda ata yerinə,
    Əlinə bir medal aldın.

    Sən anadan doğulanda,
    Dedi keçilməz çəpərsən.
    Atan yadına düşəndə,
    “Medal” atanı öpərsən.

  • Azərbaycanlı şair Əziz MUSA.”Yoxdu”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səninn gözlərindən gözəli yoxdu,
    Ona aşiq olub bu dünya, aləm,
    Sənin sözlərindən gözəli yoxdur,
    O səsdən, avazdan doya bilmirəm.

    Qönçə dodağının bənzəri hanı,
    Belə gül görmədim, çiçək görmədim,
    Lalə yanağının bənzəri yoxdu,
    Sənin tək sevimli göyçək görmədim.

    O qələm qaşların canımı aldı,
    Qara zülfün kimi ipək tapılmaz,
    Dodağın şəkərdi, sözlərin baldı,
    Şirin gülüşündən dünyada olmaz,

    Doymaram baxmaqdan o boy, buxuna,
    Məni heyran edir o gül camalın,
    Necə də yaraşır güllər yaxana,
    Gülüm tamaşadı üzündə xalın.

    Yerişin, duruşun tərifə sığmaz,
    Səni görən gündən sehirlənmişəm,
    Sevgidi, istəkdi bu işvə, bu naz,
    Sənə nəğmə qoşmaq olubdu peşəm.

  • Azərbaycanlı şair Əziz MUSA.”Yandırdın canımı”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yandırdın canımı ay canı yanmış,
    İnsafın, mürvətin yox imiş sənin,
    Nə olar yaxın gəl, mehriban danış,
    Naz-qəmzən nə qədər çox imiş sənin.

    Nə qədər yalvarmaq, yaxarmaq olar,
    Mən səni ürəyim, canım bilmişəm.
    Səni görməyəndə gözlərim dolur,
    Çox zaman gözümü gizli silmişəm.

    Barı üzümdəki qəm, qüssəyə bax,
    Barı gözümdəki niskili oxu,
    Məni həsrətinlə az yandırıb yax,
    Ah naləylə keçir günümün çoxu.

    Bilirəm ürəkdən sevirsən məni,
    Bilirəm bir az da qısqanclığın var.
    Tanrı mənim üçün yaradıb səni,
    Sənin əlindədi küllü, ixtiyar.

    Bu ülvü sevgini döndərmə yasa,
    Bir ömür nədir ki…ötürdük yazı.
    De sənsiz neyləsin bəs Əziz Musa,
    Bir insafın olsun ay zalım qızı.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Müdrik qoca deyirdi”

    Dünyanın bir sirri bəllidir bizə
    Qanunu əbədi, hökmü qətidir.
    İndi əbədiyyət gəzmək əbəsdir
    Əbədiyyət özü müvəqqətidir.

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Səməd VURĞUN.”Xavər üçün”

    Karanlıklar çökürkən pəncərəmdə hər axşam,
    Parlar, gülər rühimə gözlərində yanan şam.
    O şam ki, bir günəşdən daha parlak işıldar
    Onda şair qəlbinin başqa bir arzusu var…

    Həyat, ölüm, səadət,
    Göz yaşları, fəlakət.

    Bütün bunlar canlanır xəyalımın önündə
    Və ömrümün bəxtiyar olacağı bir gündə.

    Mən sənə bağlıyam bax!
    Səni görməzdən qabaq,

    Bu dünyada başımdan nələr kеçdi, gözəlim,
    Gəl unutdur dərdimi, gəl bərabər gəzəlim.
    İyrənmişəm həyatın başı soyuqluğundan,
    Yorğunam sеvdiciyim nəşə, kеf yoxluğundan

    Gəl avla könlümü sən, inanmışam sözünə,
    Bəzən sadə və yoxsul görünsəm də gözünə
    Bəni əhv еt еşq üçün, bütün bunlar düzələr,
    İki gəncin payına yalnız səadət gələr

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yubanıb köhnəlmişəm”

    Yubanıb köhnəlmişəm,
    Boz qış səhəri kimi.
    Ötən yay ölənlərin
    Ölüm xəbəri kimi.

    Şerim uşaq üzündə
    Qoca gözünə bənzər,
    Dünyaya salam sözüm,
    Sağ ol sözünə bəşər…

    Ömrün gecə çağını
    Səhər bilib gəlmişəm,
    Yuyulan günah kimi
    Yubanıb köhnəlmişəm.

  • Xalq şairi Nəbi XƏZRİ.”Dünən deyildimi ilk görüş Cabir?”

    Dünən deyildimi ilk görüş Cabir?

    (Yaxın dostum, şair Cabir Novruza)

    Bizdədir kədəri, dərdi cahanın,
    Yaşıd olmasaq da bir yaşa dolduq.
    Eyni dünyasıyla iki ananın,
    Dünyada nə qədər biz doğma olduq.

    Sirli bir taleyin izinə düşdük,
    Orda dağlar qoşa, kəndlər qoşadır,
    Biz ki, bir qatarda payız görüşdük,
    Qatar yenə gedir, üzü qışadır.

    Bəxt çəkdi sınağa mənimlə səni,
    Nə qədər bəlaya biz sinə gərdik.
    Qoşa bacı olmuş iki sevgini,
    Qoşa qardaş kimi vaxtsız itirdik.

    Sürətli yollardan mən asta getdim,
    Axı dəyişməsin xasiyyət gərək.
    Şerin meydanında mən at səyirtdim,
    Sənsə qanad açdın üfüqlərədək.

    Dünən deyildimi ilk görüş, dünən?
    Əfsus dönmək olmur keçmişə, Cabir.
    Nə tez gəlib çatdın altmışa sən,
    Nə gec mən yetişdim yetmişə, Cabir.

    1993

  • Xalq şairi Cabir NOVRUZ.”QOCALIR ANAM..”

    This image has an empty alt attribute; its file name is xscn-300x300.jpg

    Gözüm görə-görə qocalır anam,
    Görən niyə belə qocalır anam?!
    Qaynar gəncliyindən əsər qalmayıb,
    Baxırsan, izi də itib- batıbdır.

    Onda güc qalmayıb, kəsər qalmayıb,
    Neyləsin, çiynində illər yatıbdır!
    Əlindən nə gələr övladların da…
    Gözünün işığı keçir, görürəm.

    Böyük qocalığın qanadlarında
    Anam əllərimdən uçur, görürəm.
    Uçur, iti uçur…Qocaldıqca o,
    Uçur…Fikrimi də uçurur hər gün.

    Gödəlir, qısalır boyu- buxunu,
    Nazilir, incəlir, kiçilir hər gün.
    Lap qocalıqdan da uzaqlaşır o,
    Elə qocaldıqca uşaqlaşır o…

    Qocalır əlləri, səsi, baxışı,
    Tək adı, famili cavan qalıbdır.
    Başına ağ duman sanki axışıb,
    Qırışlar üzündə yuva salıbdır

    Könlü ayrılmayır xatirələrdən,
    Ötənlər necə də şən gəlir ona.
    Boğçadan çıxarıb geyəndə hərdən
    Gəlinlik paltarı gen gəlir ona…

    Uçub yaraşığı, itib bəzəyi,
    Düşür barmağından nişan üzüyü.
    Qocalır bu qoca cahanda anam,
    Ancaq vaxt var idi cavandı anam…

    Bir vaxt qəşəng idi, zirək idi o,
    Bir vaxt yer üzünə gərək idi o.
    Gərəkdi ərinə, balalarına,
    Ömrün xoş gününə, bəlalarına…

    Necə tələsərdi həyat sürməyə,
    Coşan Arazdı o, daşan Kürdü o,
    Gəlin gətirməyə, qız köçürməyə,
    Qaynana olmağa tələsərdi o.

    Quş kimi səkərdi, uçardı anam,
    Bəs necə oldu ki, qocaldı anam?!
    Baxıb sonbeşiyə, doymayıb ilkdən,
    Mən eşqə düşəndə o bəndə düşdü.
    Deyirəm, bəlkə də, başına ilk dən
    Başıma ilk sevda düşəndə düşdü?!

    Ötür bu minvalla payız, qış, bahar,
    Evlərdən toy səsi ucalır hər gün.
    Gülür, çiçəklənir cavan analar,
    Mənim qoca anam qocalır hər gün,

    Bir nəğmə deyirəm, ana, can, ana,
    Şerim bu mahnını hey çalır hər gün.
    Körpə nəvələri gəlir cahana,
    Mənim qoca anam qocalır hər gün.

    Arzular, duyğular aşıb- daşırlar,
    Arzular boy atıb ucalır hər gün.
    Hər gün övladları cavanlaşırlar,
    Mənim qoca anam qocalır hər gün.

    Acını, şirini dadıb dünyada,
    Ömrün mənasını duyub gedir o,
    Anam tək olsa da, qoca olsa da,
    Həyatda bir nəsil qoyub gedir o

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ağladı tellər Saramı”

    This image has an empty alt attribute; its file name is Без-названия.jpg

    Canım yandı, can ay Habil,
    Təzələdin bir yaramı.
    Araz axdı kaman boyu,
    Apardı sellər Saramı.

    Əfəndi torpağım, daşım,
    Ağardı bəlalı başım,
    Mən ağlayıb qurtarmışdım,
    Ağladı tellər Saramı.

    Qarşımda canlı xəyalsan,
    Qışqırırsan, amma lalsan,
    Çal, Habil, çal-belə çalsan-
    Kaman dirildər Saramı.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Keçdiyim yol”

    This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

    Qaranlıq, işıqlı yollardan keçmişəm,
    Hər günü eşqimlə vurmuşam başa mən.
    Bu yolu qəlbimin gözüylə seçmişəm,
    Min gözəl arzuyla dolmuşam yaşa mən.

    İnsana həmişə gərəkdir, gərəkdir,
    Diləklər, diləklər.
    Mahnıma bəzəkdir, şerimə ürəkdir –
    Ürəklər, ürəklər.

    Yadımdan çıxmayıb anamın laylası,
    Atamın sindanı dindirən çəkici.
    Döyülən dəmirlər, mahnımın mayası –
    Şirağız ocağın qızaran kərpici.

    Çətindi dövranı dəyişmək beş günə,
    Gül, çiçək görmədi beşiyim, çarpayım.
    Səadət naminə, azadlıq eşqinə
    Güllələr altında çalındı laylayım.

    Hələ də dillənir dünənki şəhidlər
    Qəlbimdə alovu sönməyən ağrımda.
    Əzizdən əziztək yaşayır igidlər,
    Bağrımda, bağrımda.

    Deyirəm sinəmdə yaralar görməyim,
    Yollarda, yollarda.
    Deyirəm bir daha qaralar görməyim
    Qollarda, qollarda.

    Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ…
    Tarixə bu adla yazılıb şöhrətim.
    Necə fəxr etməyim, həmişə üzüağ,
    Məclislər başında əyləşir millətim.

    Çox gözəl bilirəm, qəlbimdə bircə an
    Bu odu sönməyən məhəbbət nədəndir!
    Həyatım, varlığını, hər zaman, hər zaman –
    Vətəndir, vətəndir, vətəndir, vətəndir!

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”VƏTƏNDƏN-VƏTƏNƏ”

    This image has an empty alt attribute; its file name is 118563526_1552827504924140_505143189830121002_n.jpg

    Arazın
    bu tayı Vətənim,
    o tayı Vətənim.
    Vətəni görməyə amanım yox mənim.

    Bu necə vətəndir?
    Görmədim üzünü
    Çatsam da bu yaşa
    Ömründə bir dəfə.
    Bəs salam verməzmi
    Qardaş da qardaşa?

    Bu qəmim, bu dərdim dağlardan ağırdı
    Arazın suyuna qarışıb axıram.
    Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
    Mən isə…
    Vətəndən-Vətənə baxıram.

    Oktyabr, 1962

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Qaçmaq istəyirəm…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Məni gözündən asan tənhalıqdan.
    Boynumda dəyirman daşı kimi fırlanıb
    məni boğan haqsızlıqdan…
    İllərlə yerdə qalıb yanı göyərmiş arzulardan
    Mənə qucaq açan bulud-bulud xəyallardan.
    Qaçmaq istəyirəm…
    Ürəyimi uçuran yad baxışlı hislərdən
    Mənə yalan sevgi bağışlayıb
    Üzümə yaxşı deyən pislərdən.
    Ürəyində saxtalıq yaşadıb
    üzdə saflıq gəzdirmək istəyənlərdən…
    Qaçmaq istəyirəm…
    Qəlb oğrularından,
    talanmış ürəklərə min sifətlə yer tapıb
    girmək istəyənlərdən.
    Özünü dəryada hiss edib köpək balıq kimi
    bir anda səni udmaq,
    Onsuz da qırılmış arzularını,
    incilərini yenidən darmadağın edib
    səni tale burulğanında qərq etmək istəyənlərdən…
    Qaçmaq istəyirəm…
    Yad fikirli, özgə baxışlı doğmalardan,
    İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.
    Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,
    könül evimə kül üfürənlərdən.
    Qaçmaq istəyirəm, qaçmaq…
    Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim
    Arxamca gəlməyin ey yolda-irizdə düşüb itən dərdi-sərim.
    Qoyun bir az dincəlim…

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Könül nadanlardan gileylənmə sən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Könül nadanlardan gileylənmə sən,
    Gec də olsa haqq öz yerin tapacaq.
    Həqiqətin zirvəsindən düşmə ki,
    Haqsızlığı sellər yuyub atacaq.

    Namərd nə bilir ki, dost nə, qardaş nə?
    Sözünü çaşanda, itəndə baş nə?
    Nanəcib adama bahar nə, qış nə?
    Yaz gülünü qar çovğuna satacaq.

    Kişi gördüm vallah arvad donunda,
    İblis də yalandı onun yanında,
    Qeyrətini gizlədəndə, dananda,
    Min aləmi bir-brinə qatacaq.

    Bələdəm çoxunum astar üzünə,
    Köz basmışam ürəyimin közünə,
    Nəcibəyəm, sözü dedim düzünə,
    Qəbul etməz bir murdarı pir, ocaq,
    Yaltaqları qəm gölündə batacaq.

    May. 2003..

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəl”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GƏL

    Yamanca qəddardı zaman da, vaxt da,
    Yazılan tale də, verilən baxt da,
    Könlümün sevdası qurulan taxtda,
    Qəm xəbər tutmamış, oyanmamış gəl.

    Sevgidən qırılan lələyim olma,
    Bəxtimdən dönərgi taleyim olma,
    Dilimi yandıran gileyim olma,
    Ayrılıq yolumda dayanmamış gəl.

    Nə xeyrim qalıbdı, nə də ki, şərim,
    Şeş qoşa verməyib atılan zərim,
    Əlinlə yazılan sevgi əsərim,
    Həsrətin rənginə boyanmamış gəl.

    Xəyalım dolaşıq, fikrimsə çaşqın,
    Arzum gah sısqadır, gah da ki, daşqın,
    Ümidim, gümanım olubdu qaçqın,
    Hicran günlərini sayammamış gəl.

    Elə ərköyünəm bu sevgidə mən,
    Bəlkə sən olasan nazımı çəkən,
    Yazıq Nəcibənin bağrını sökən,
    Kədər ürəyini oyammamış gəl.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Göstərmiş”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GÖSTƏRƏRMİŞ

    Tale çaşdıranda adamı qardaş,
    Hər yetən adama yol göstətərmiş.
    Vaxtında dost olub arxa bildiyin,
    Dar günündə sənə qol göstərərmiş.

    Yadına düşəndə sevdalı çağlar,
    Həsrət için-için səni qucaqlar,
    Gəzdiyin bağçalar, gördüyün bağlar,
    Gülünü gizlədib, kol göstərərmiş.

    Nəcibəyəm, günah bilmiyin məndə,
    Çox çaşıb qalmışam dumanda, çəndə,
    Allah da üzünü yumşaq görəndə,
    Kədəri sevincdən bol göstərərmiş..

  • Azərbaycanlı şair Əziz MUSA.”Əzizim”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ƏZİZİM

    Məndən küsüb inciyənim, getmə, qal,
    Sevən qəlbi od, alova salma sən.
    Gəl ruhumu, gəl canımı məndən al,
    Günahım yox and içərəm, istəsən.

    Ay gözəlim, ayaq saxla bir anlıq,
    Gəl incitmə gülüm məni nə olar.
    Dərdlərin ən betəridi ayrılıq,
    Vallah sənsiz gözlərimi çən alar.

    Bilirsənmi, çox sevirəm mən səni,
    Nazlı gülüm, ürəyimlə oynama,
    Göz yaşına qərq eyləmə sən məni,
    İnsaf eylə, qayıt mənim yanıma.

    Gəl danışaq məhəbbətdən sevgidən,
    Yayda mehim, qışda isti ocağım,
    Sevgi həyat, sevgi sünbül, sevgi dən,
    Vallah sənə heç vaxt tutmaz acığım

    Qoyma məni intizarda əzizim,
    Ayaq saxla ən mənimsən, mən sənin,
    Həyatımsan ay ürəyim, nəfəsim,
    Axı sənsiz necə dözsün sevənin.

  • Azərbaycanlı şair Əziz MUSA.”Sevgilim”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SEVGİLİM

    Gəl oxu yazdığım təzə yazını,
    Sənə ünvanlanmış dua kimidir.
    Gəl boya şəfəqə bahar, yazımı,
    Bu sevgi fələyin bir tilsimidi.

    Bu sevgi qəlbimə göylərdən gəlib,
    Canımdan can çıxıb, səni görüncə,
    Mənim gözlərimə duman, çən gəlib,
    Sən bir bənövşəsən incədən incə.

    Həsrətin daş olub, ürəyim şüşə,
    Bu da bir qismətdi, bu da bir paydı,
    Ayrılıq qəlbimi çəkibdi şişə,
    Camalın Günəşdi, qaşların Aydı.

    Gözündən yayılır qəlbimə şəfəq,
    Günəş güzgülənir sənin gözündə,
    Ətrindən bihuşam ey nazlı çiçək,
    Gözlərim ilişib qalır üzündə.

    Adın çox əzizdir adlar içində,
    Olmusan ocağım, olmusan pirim,
    Məni yalqız qoyma odlar içində,
    Sənə qurban olsun, qoy ölüm, dirim.

    Sən gəlsən, Əzizin ürəyi gülər,
    Gəl çıxaq çəmənə, düzə, sevgilim,
    İndi bahar gəlib, açılıb güllər,
    Ömrümü, günümü bəzə, sevgilim.

  • Azərbaycanlı şair Əziz MUSA.”Gözlərin”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GÖZLƏRİN

    Gözlərin, sirrni qoy elə desin,
    Qulaq eşitməsin, dodaq bilməsin,
    Qəlbimdə titrəsin,ecazkar səsin,
    Qələm hiss etməsin, varaq bilməsin,

    Kiprik tərpənməsin, qaş tərpənməsin,
    Gözündə oynayıb, yaş tərpənməsin,
    Üzünə süzülən, yaş tərpənməsin,
    Üzün bozarmasın, yanaq bilməsin.

    Qoy astaca əssin o meh, o külək,
    Dərdini, qəmini oxusun ürək,
    Gözünü yerlərdən, sən göylərdən çək,
    Saçın biz-biz olub, daraq bilməsin.

    Sirrini söyləmə xəbərçi dilə,
    Söyləyər çiçəyə, söyləyər gülə,
    Ahın tüz yetişər şeyda blbülə,
    Çeşmə eşitməsin, bulaq bilməsin.

    Qoy bir Tanrı bilsin, bir də mən bilim,
    Səni anlayaram, bilərəm gülüm,
    Bu sirri qəbirə, aparar ölüm,
    El-oba eşidib, torpaq bilməsin.

    Elə məstani dur, elə naz eylə,
    Ömrümü, günümü, güllü yaz eylə,
    Əzizin qəlbini, telli saz eylə,
    Şam xəbər tutmasın, çıraq bilməsin.

  • Azərbaycanlı şair Əziz MUSA.”Gözəl bahar”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GÖZƏL BAHAR

    Gözəl bahar, nə şirindi vüsalın,
    Buludların, şimşəklərin, tamaşa,
    Üzə gülür, tay şəkərin, tay balın,
    Gözəllərin, göyçəklərin tamaşa,

    Zirvələrdə yallı gedir buludlar,
    Yamaclarda qanad açır, qır atlar,
    Meh əsdikcə sığallanır göy otlar,
    Dağ, dərədə örpəklərin, tamaşa.

    Yaraşıqdı təbiətlə ülfətin,
    Tər-təmizdi ,müqəddəsdi, niyyətin,
    Gül-çiçəkdi, məhəbbətdi, söhbətin,
    Arzuların, istəklərin, tamaşa.

    Gah təpədə, gah dərədə sürünən,
    Duman, çəndi, zirələrdə görünən,
    Gün doğanda şəfəqlərə bürünən,
    Göz oxşayan köynəklərin, tamaşa.

    Ulduzlardı, göy üzündə sayrışan,
    Bərəkətdi el-obaya arı, şan,
    Şeh üstündə səhər-səhər alışan,
    Könül açan şəfəqlərin, tamaşa.

    Əziz Musa xoş nəğmədi ucalan,
    Unudulmur başımızda tac olan,
    Bağ-bağçada qönçələnib açılan,
    Ətir saçan çiçəklərin, tamaşa.