Post Views: 89 Ömrə-günə nə etibar, Göz görəsi axıb gedir. Bu dünyanın göy üzündən, Şimşək kimi çaxıb gedir. Yol yorğunu olub daha, Bəxt əlinə verib yaxa, Cangüdəni qaraçuxa,– Bəd ayaqda çıxıb gedir. Ömür köhlən, dünya cıdır. Bu qovha-qov can acıdır, Fələk cığal oyunçudur, Qurduğunu yıxıb gedir. İnsan qənimdir özünə,– Ölüm görünmür gözünə, Dünyanın soyuq üzünə, …
Azərbaycan ədəbiyyatı
Müzəffər MƏZAHİM.”İnsan”
Post Views: 74 Dəf eyləsə qəlbindəki bəd niyyəti insan, Çəkməz əməlindən əzabı, zilləti insan. Dünya malına aldanaraq qəflətə uymuş, Yığmış nə qədər axirətə töhməti insan. Hər kəs ki: -Günahkar deyiləm,-söyləsə uyma, Çünki yaranışdan qazanıb lənəti insan. Bildinmi neçin Adəmi cənnətdən atıb Haqq? – Təkrar özü qoy dərk eləsin cənnəti insan. Allah verəcək hər iki dünyada …
“Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 88 17 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm …
“Mənim duyğum” kitabı işıq üzü görüb
Post Views: 111 Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu auditoriyası üçün …
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 79 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda …
Kənan AYDINOĞLU.”Nə qələm, nə varaq, nə vaxt bəs eylər”
Post Views: 91 Bir dövrün, zamanın astanasında, Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi. Doğma diyarının ulu öndəri,- Hayanda oldusa yenə haqq dedi. Bu ulu torpağa, ulu diyara, Öndərin sevgisi bitmədi şükür. Sevincdən gözləri dolan torpaqda, Rəhbərin zəhməti itmədi şükür. Yenə tarix boyu göyə ucalan, Bayrağın önündə əyilməyi var. Ruhunun önündə əyilən dünya, Tanrıdı öndərə yenə, yenə yar. …
Gülnarə İSRAFİL.”Yuxuydum ki”
Post Views: 90 Gözüm qandallı yollara, Sən bildiyin yollar deyil. Sən öpdüyün cığırlar yox, Sən keçdiyin kollar deyil. Məni param-parça etdi Ürək dolu gülüşlərim. Səndə ümidim yaslandı, Öz içimdə görüşlərim. Barmaqlarım xınalıydı, Gözlərinə yazı yazdı. Demişdim ki ömrümü yaz, Ömrümdən çox azı yazdı. Sənin üçün varıydımmı, Sənin üçün yoxuydum ki… Qorxulu kabusam kimi, Ötüb keçən …
Gülnarə İSRAFİL.”Cəmiyyət qadını”
Post Views: 104 Gözləri yuxusuz uğur önündə, arxasında, içində. Ödülün, alqışın bol şaqqıltısına alışqan qulağı. Özgə bir fikir gəlmir ağlına. Gecələr boşluq. Dinləyir səssizliyi musiqi kimi. Yumur gözlərini yuxuya qarışır. Yuxudan oyananda yuxusunu danışır. Təlm-tələsik geyir əynini yemək yeyib iş saatına gecikməməyə çalışır. Önündə bitməyən arzuların çertyoju. Gözündə gözlük. Özünü vərəqləyir hər atdığı addımı. Qohumda, …
“Cadugər” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 103 13 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlının “Cadugər” kitabının təqdimat mərasimi keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs …
“Cadugər” kitabı işıq üzü görüb
Post Views: 76 Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlının “Cadugər” kitabı işıq üzü görüb. Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür. Kitabda şeir, hekayə və esselər yer alıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Qeyd edək ki, bundan öncə …
Nəzər Media.az-ın dostu mükafatı Rafiq ODAY-a təqdim olundu
Post Views: 103 Nəzər Media.az-ın təsis etdiyi Nəzər Media.az-ın dostu mükafatı Azərkimya İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist, Rafiq ODAY-a təqdim olunub. Mükafatın təqdim olunması prosesi Sumqayıt şəhəində Azərkimya İB-nini mənzil qərargında baş tutub. İlk olaraq Nəzərbəy Hacıağayev təsisiçisi və rəhbəri olduğu Nəzər Media.az-ın fəaliyyətindən və bu üç il ərzində keçdiyi yoldan bəhs edib. …
Rafiq ODAY.”Dəyişməz” (Qəzəl)
Post Views: 94 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Haqqa yol alan səmtini hər yanə dəyişməz, Eylər özünü şamına pərvanə, dəyişməz. Dinclik nədi bilməz vətəni darda olanlar, Cumar …
Rafiq ODAY.”Hicran mənə qaldı” (Qəzəl)
Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Getdi yenə vüsal dəmi, hicran mənə qaldı, Tərk etdi könül həmdəmi, hicran mənə qaldı. Sanki yönünü tərsə salıb öz …
Rafiq ODAY.”Elə qovdum” (Qəzəl)
Post Views: 90 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Əymə başını sən kədərə, yar, elə qovdum, Gəlməz bu könül gülşəninə sar, elə qovdum. Hicran bizi ağlatmaq üçün gəldi …
Rafiq ODAY.”Olmaz” (Qəzəl)
Post Views: 94 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Bir gün belə sənsizliyə, Ruhum, tabım olmaz, İnnən belə bir ayrı sitəmkar tapım, olmaz! Haqqa və mürüvvət deyilən ülvi …
Reyhanə Hacıyevanı doğum günü münasibətilə təbrik edirik! (28 aprel 1984-cü il)
Post Views: 82 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti
Ərşad NİHAD.”VƏTƏN SƏNƏ OĞUL DEYİR…” (poemadan bir parça)
Post Views: 140 Orta məktəbdə bir sinifdə oğuduğum, sonrakı illərdə də dostluğu və səmimiyyəti qoruyub saxladığım, Vətən torpaqları uğrundakı 4 günlük (1-4 aprel) müqəddəs savaşda igidliklə vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş Baxışov Seymur Qulamhüseyn oğlunun əziz xatirəsinə Yurda bir təhlükə, hədə gəldimi, Bir kimsə əyməsin qəddini gərək. Zaman yetişdimi, vədə gəldimi, Düşmənə bildirək həddini gərək. *** …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 97 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü Qızım Ömrümün baharı, yazı Ruhəngiz, Dünyanın ən gözəl qızı Ruhəngiz, Çox xoşbəxt eylədin bizi Ruhəngiz, Məhəbbət mənbəyi Eşq lövhəsisən, Tanrımın bizlərə xoş tövhəsisən. Qızım sənə şad güzəran dilərəm, Qəmgin olsan ilk öncə mən bilərəm. Yolunda canımı qurban …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 81 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü Alim oxuyur Dünyanın sevilən Muğam ustadı, Qürur hiss edirik gələndə adı. Tanrım verib ona bu istedadı, İfası ilə inci, sədəf toxuyur, Diqqət! Diqqət! Bizim Alim oxuyur. Min illik barını yetirsə bəşər, Min ildən bir, Alim doğula bilər. …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 90 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü Sənin xətrinə Bir sevginin tarixini yazaram, Bir arzunun məzarını qazaram Lazım gəlsə ömür boyu susaram Tək sənin xətrinə, sənin xətrinə Biganəlik ürəyimi ağrıdır, Şirin sözün hisslərimə oğrudur. Hər nə desən deyəcəyəm doğrudur Tək sənin xətrinə sənin xətrinə. …
Təvəkkül GORUSLU.Yeni şeirlər
Post Views: 85 NƏ YARDAN, NƏ YAZDAN HƏLƏ DOYMAYIB Arılar firlanır, gülləri qucur, Çiçəklər naz ilə açır ağzını. Arılar yorulmur, hey uçur, uçur, Çəkir çiçəklərin qəmzə – nazını. Sən mənim budaqda açan gülümsən, Dolannam başına, heç yorulmaram. Sən mənim ağzımda dinən dilimsən, Bir ömür vəsf etsəm, heç yorulmaram. Bahar təravəti içimə dolmuş, Ətiri dindirir, eşq, …
Təvəkkül GORUSLU.Yeni şeirlər
Post Views: 117 DÜNYANIN ÖZÜ DƏ QƏRİBƏ DÖNƏR Bir ömrə məhəbbət gətirsən, əgər, Sevgi mələkləri çiyninə enər. Sevdiyin birini itirsən, əgər , Dünyanın özü də qəribə dönər. Doğma ocağın da üşüdər səni, Ürəyin çırpınar, rahatlıq tapmaz. Daha unudarsan deyib – gülməni, Xəyal kəhər olmaz, dördnala çapmaz. Yığıb da üstünə dərdi, kədəri, Şux qəddini əyilər, bənzər …
Gülnarə İSRAFİL.Yeni şeirlər
Post Views: 141 Sevgini vərəqə pıçıldamaq istəyirəm Sevgini vərəqə pıçıldamaq istəyirəm sətir-sətir Varlığında əriyib ölmədən. Əlində ağ göyərçin uçmaq istəyir. Qanadına gəlinlik sarılıb ümidlərin. Yazmaq istəyirəm nəfəsimi sətirlərə. Yaza bilmədiyim səhifədən. payız yarpağı tək saralan təbəssümü həsrətin dodağından endirərək bəzəmək istəyirəm qızılı rəngdə. Birdə gözümdəki kədəri gülabla yumaq! Sabahın üzündən tökülən aydınlıqdan doğulmaq! Uzanır əlim, …
Gülnarə İSRAFİL.Yeni şeirlər
Post Views: 96 Çıx get! Günün günorta vaxtı gecə düşüb gözümə. Baxma gözümə hər gün, itəcəksən gözümdə. Özünə yad olacan. Çıx get, nə olar, çıx get sevilməkdən qorxuram. Səni zülmət içində itirməkdən, yalquzaq ümidimə götürməkdən qorxuram. Çıx get, nə olar, çıx get. Gedişində körpəcə doğulmuş bir ümid var… * * * Gözüməmi düşüb gözünün izi, …
Şəhla RAMAZANQIZI.Yeni şeirlər
Post Views: 93 * * * Mənim bu dünyada özgə kimim var? Günəşim də sənsən, ayım da sənsən. Həsrəti buz tutan qarlı qışım da, Sevgidən alışan yayım da sənsən. Suyundan içdiyim bulaq “sən” deyir. Həsrətdən quruyan dodaq “sən” deyir. Boş qalıb buz tutmuş otaq “sən” deyir. Günüm də, ilim də, ayım da sənsən. Gözləri çəmənim, …
Şəhla RAMAZANQIZI.Yeni şeirlər
Post Views: 90 Sevirəm Haqq işində yarışan, Tez-tez yanıb, alışan, Ehtirasla danışan, Bir insanı sevirəm. Gözlərimi bağlayan, Ürəyimi dağlayan, Çaylar kimi çağlayan, Bir insanı sevirəm. Hər halımdan anlayan, Səhvim üstə danlayan, Eşqi ömrümə yayan, Bir insanı sevirəm. * * * Ay işığı, gecələrin yaxasını zülmətlərin əllərindən qoparırsan. Lal dayanan xəyallara qanad verib, Çəkib- çəkib uzaqlara …
Ərşad NİHAD.”HEYDƏR BABANIN”
Post Views: 82 şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ulu öndər, Ümummilli lider Heydər Əliyevə Qəlbi Vətən eşqiylə Dolu – Heydər babanın. Bizik indi qanadı, Qolu – Heydər babanın. Bir fəxarət yoludur, Şan-şərafət yoludur, Haqq-ədalət yoludur Yolu – Heydər babanın. Xoş müjdə, xoş niyyətdir, Sözü əbədiyyətdir, Özü əbədiyyətdir, Ulu Heydər babanın.
Ərşad NİHAD.”ƏZİZ PREZİDENTİM”
Post Views: 109 şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Möhtərəm Prezidentimiz İlham Əliyevə Sizinlə fəxr edirik, Əziz Prezidentim! Xoş sabaha gedirik, Əziz Prezidentim! Bu Vətəndən güc aldın, Yağılardan bac aldın, El gözündə ucaldın, Əziz Prezidentim! Heydər baba ustadın, O dahidən dərs aldın, Dillərdə dastan adın, Əziz Prezidentim!
Ərşad NİHAD.Yeni şeirlər
Post Views: 96 şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü QOYMARAM Vətən eşqi canımda, Damarımda, qanımda, Odur xanimanım da, Dağılmağa qoymaram. Soykəndiyim dağımdı, Gur yanan ocağımdı, Çağlayan bulağımdı, Soğulmağa qoymaram. Yaşamaq həvəsimdi, Ruhumdu, nəfəsimdi, Haqq hayqıran səsimdi, Boğulmağa qoymaram. Balta çallam dizinə, Tən gələrəm yüzünə, Bir yağını üzünə, Ağ olmağa qoymaram. Ucal, üçrəngli bayraq, Qələbədən ver soraq, …
Şəfa VƏLİYEVA.”Gizlincə sevə bilmirəm…”
Post Views: 119 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Altdan-altdan qımışıram, Daha ürəkdən gülmürəm… Aşikara alışıram, Gizlincə sevə bilmirəm… Dəliyəm… Sənə oxşadım, Öyrətdin özünə məni… Bəxtim bəxtinə oxşasın, Sözüm də sözünə sənin… Aşiq yarın görsün deyə, Dağlar başını əyməz ki? Getdin… Arxanca səpməyə, Gözümün yaşı yetməz ki?
Şəfa VƏLİYEVA.”Bağışla ki, çox qorxmuşam,”
Post Views: 95 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü bağışla ki, çox qorxmuşam, “sevməy”i geyinməmişəm… “Leyli-Məcnun” oxumuşam, “EŞQ”i bəyənməmişəm… qapınızı tanımasam başına and da içərdim… güzgülərdən utanmasam, səni gözümə çəkərdim… Gəncə mənim İrəm bağım, üç alma ol, düş bəxtə… Bəxtsiz Bakı nağılım, bağışla ki, xoşbəxtəm…
“…və susarsan” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 88 22 aprel 2016-cı il tarixində saat 12:00-da Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi2″nin müdavimi, DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü İntiqam Yaşarın “…və susarsan” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və …
“Gül” kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 86 3 may 2016-cı il tarixində saat 14:00-da respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk …
“Gül” kitabı işıq üzü görüb
Post Views: 87 Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabı işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan …
“Qarabağnamə” kitabının ikinci hissəsi çap olunub
Post Views: 93 “Qarabağnamə” kitabının ikinci hissəsi Bakı şəhərində, “Gənclik” nəşriyyatı tərəfindən 470 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitabın redaktoru “Qızıl qələm” media mükafatı laureatı, şair Vidadi Ağdamlıdır.Korrektoru Təranə Ağdamlıdır. Kitaba respublikanın, o cümlədən Qardaş Türkiyə Cümhuriyyətin və Dağıstan Respublikasının, müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarların Dağlıq Qarabağ münaqişəsinin həlli …
Vidadi AĞDAMLI.”Xəcalət çəkirəm gördüklərimə”
Post Views: 79 Alxaslı şəlaləsi Qızarır dan yeri,qızarır yenə. Xəcalət çəkirəm gördüklərimə. Babalar sayılmır dərdlidi nənə. Qiymətdə verilmir əməllərimə. Xəcalət çəkirəm gördüklərimə. Cıdırda erməni atın oynadır. Bakıda çoxları var devlət yığır. Vaqif kinli-kinli bizlərə baxır. Həsrətli qalmışıq Şuşa elimə. Xəcalət çəkirəm gördüklərimə. Ağdam qeyrət idi qeyrətdə getdi. Məzarlar üstündə ot ələf bitdi. Oyan ay millətim …
Vidadi AĞDAMLI.”Bilirsən ki, məndən sənə yar olmaz”
Post Views: 100 Toxundun yarama,toxundun mənim, Bilirsənki məndən sənə yar olmaz. Didir ürəyimi qəmim,kədərim, Qışın çovğununda qızılgül açmaz, Bilirsənki məndən sənə yar olmaz. Bülbül ayrı düşsə öz çəmənindən, Sevdiyi gülünün o xoş ətrindən, Yaş tökər,ağlayar didələrindən. Axar sular bulanlıqdı,durulmaz, Bilirsənki məndən sənə yar olmaz. Dağ döşündən çeşmə qaynar,su axar, Yan yörəsin yarpız,nanələr alar, Baldırqan gözündən …
Kənan AYDINOĞLU.”Gördüm”
Post Views: 96 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevə-sevə Allahı addımbaşı yolumda, Şeytanın fitnəsinə aldananları gördüm. Haqq yolundan döndərib əyri yola aparan, Bax, bu yazıq milləti aldadanları gördüm. Gör ki, neçə zamandı dözürük belə dərdə, Rus asdıqca gözlərdən hər dəfə neçə pərdə. Millət də sınananda gah xeyirdə, gah şərdə, …
Kənan AYDINOĞLU.”Yaxşı ki, Gəncədə yaşayırsan Sən”
Post Views: 75 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ana Təbrizdən Gəncəyə qədər uzanan yol mənim üçün dünyanın ən böyük həsrət yoludur.Bu həsrət yolunun başlanğıcında-cənubunda Ustadım Şəhriyar, sonunda-şimalında isə dahi Azərbaycan şairi Nizami Gəncəvi dayanır. Şeirlərini və hekayələrini böyük məmnunluq hissə oxuduğum Canım Bacım Şəfa Vəliyevaya İlk kəlməm, ilk sözüm …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 115 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü Qalar Xislətimiz olub bizim əzəldən, Müğayətdir dil qulaqdan, göz əldən. Qeyrət umar, namus umar gözəldən Mərd doğulan mərd yaşayar, mərd qalar. Ta əskidən bu eldə, bu obada, Adət olub ulu dədə babada. Söz danışıb, şərt kəsibsə bir vədə, Kişi …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 80 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü Ay Allah! Qara kölgəsini cismimə salıb, Yaman naxoşlayıb ruhum Ay Allah! Adam düşündükcə belə, mat qalır, Ərşə çəkilibdir yuxum Ay Allah! Bu hansı ruzigardır əsib ruhuma, Şeytan fitnə-fəsad kəsib ruhuma, Elə bil əli ilə əzib ruhuma, Səpib istiotdan toxum …
Elnarə GÜNƏŞ.Yeni şeirlər
Post Views: 107 “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü Yaz aylarında Torpaq nəfəs alır ,küləklər gülür, Yarpaq pıçıldayır, çiçəklər gülür. Damarda qan coşur, ürəklər gülür Doğur səmimiyyət yaz aylarında Loğmandır təbiət yaz aylarında. Məlhəmdir yağışı günəşi. Mehi Dağda bar dumanın dan yeri şehi. İnsan yaşadıqca duyur fərəhi. Çəkilməz …
Ceylan MUMOĞLU.”Sıxıntı” (Hekayə)
Post Views: 86 İşdən çıxan kimi ətrafına baxmadan evə tələsirdi. Elə tələsirdi ki, az qalırdı yüyürərək evinə yetişsin. Heç kimi, bir bəni-növü-bəşər görmək istəmirdi. İmkanı olsaydı, bəlkə də, gözübağlı qaçardı evinə. Yolboyu nəqliyyatda da kimsəyə baxa bilmirdi, ya başını aşağı salır, ya da gözlərini yayındırırdı. Nə olmuşdu ona belə? Niyə dəyişilmişdi? Niyə özünə nəzarət edə …
Xəqani AYXAN.Yeni şeirlər
Post Views: 95 BURDAN O YANA Qəza-qədər bura qədər, Burdan o yana başqadı… Gül,çiçəklər burda bitər, Burda solar,burda itər… Burdan o yana gecələr, Uzun-uzun yaddaşdadı… Nə bir səmir,nə bir səda, Tənhalıqdı yetən dada, Keçən günlər düşməz yada, Dünya atlı,sən piyada, Çapıb atın gedər o da… Görərsən ki,uzaqdadı!… Qızılgüllər dəstə-dəstə, Gəlib düşər qəbrin üstə, Kimi dahi,kimi …
Xəqani AYXAN.Yeni şeirlər
Post Views: 118 BAĞIŞLAMA Keçirib qılınc altından, Yalıncığı bağışlama! Mərdləri salıb atından, Alçağlığı bağışlama! Vur namərdi ,vermə aman, Vurub olsan da peşiman, Fürsət tapsa əfi ilan, Olur yağı bağışlama! Çörəyi dizi üstündə, Olan qalsın yaman gündə, Düşmənə dərs ver,yerin de, Yapalağı bağışlama ! Həsrətdən gözləri dolan, Yurd-yuvası talan olan, Şəhid qanıyla yoğrulan, Bu torpağı bağışlama …
Mehriban İBRAHİMOVA.”Azərbaycan gəlir”
Post Views: 91 Həsrətdən saralmış otum,yarpağım, Oyan ,qərib düşən daşım ,torpağım, Həsrətin sonu var, həmin an gəlir, Qarabağ deyəndə ruha can gəlir. Götür yol üstündə bitmiş ”tikan”ı, Biz ki çox gözlədik həmin o anı. Yurduna bağlı Azərbaycan gəlir Qüdrəti böyükdür,şöhrət ,şan gəlir. Bir bayraq altında birləşib əllər, Yeriyir vüqarlı addımla əsgər, Nahaqq söyləməsin daha qoy …
Abdulla MƏMMƏD.”Ağrılı bayatılar”
Post Views: 144 Yurdum yağıda inlər, Dərdim ağıda inlər. Kimi kefdə,damaqda. Kimi yuxuda inlər. Sel gələndə dərd aşır- Atır-tutur dərd daşın.. Gözdən axan yaş deyil, Yurd həsrətli dərd daşır. “Göy üzü daş saxlamaz” Gül yanaq yaş saxlamaz. Vətəni gedən oğul Çiynində baş saxlamaz. Başını daşdan qoru, Daşı daş-başdan qoru. Yurdunu satanların Başını daşdan qoru. Daş …
Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”
Post Views: 85 Allahın Rəsulu(s) hədisində buyurmuşdur:”Vətəni sevmək imandandır.” Əsir Göyçəm göyçəklərin göyçəyi, Samur çayı köksümdəki göynəyim. Köz-köz olub,Allah,içim göynəyir, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Borçalıda qəribsəyən torpağam, İrəvanda xal axtaran qonağam. Zəngəzurda darda qalan sorağam, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Xudafərin Arazda daş ağıdır, Ağrı dağı ağrımızın dağıdır. Yurd harayı bağrımızı dağıdır, Qan yaddaşı,sözümə …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 127 BİZ SƏNİN ƏLİNİ ÖPÜRÜK, ANA! Nəğmələr söylədin, laylalar ötdün, Gecələr yatmadın, oğul böyütdün. Sən ona örnəkdin, ona öyüddün, Oğlun şəhid oldu, bayrağı öpdün, Biz sənin əlini öpürük, ana! Oğul itkisindən yansa da canın, Ağrıdan, acıdan donsa da qanın, Eşidən olmadı ahın, amanın, Sən ey mərd anası dövrün, zamanın . Biz sənin əlini …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 80 ÜNVANIN EYNİDİ YURDLA, VƏTƏNLƏ Sənin bu torpağa tökülən qanın, Torpaqda çiçəklər, güllər bitirdi. Sənin bu torpağa qoyulan canın, Torpağa, millətə şərəf gətirdi. O, güllər, çiçəklər torpağa bəzək, Xəbər verir sənin çiçək qoxundan. De, necə toxunaq, de, necə üzək, Oyada bilmərik səni yuxundan. Şəhidlik zirvəsi qazanan igid, Əbədi həyata sən addım atdın. Torpaq …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 153 GƏLDİ QİSAS VAXTI, İNTİQAM VAXTI! Bahar gəldi, könül duydu, oyandı, Canlara can gəldi, qanlar qaynadı. Ruhlar quştək qalxıb ərşdə dayandı, Gözlərdə bir dəli şimşək oynadı. Gəldi qisas vaxtı, intiqam vaxtı, Ürəklər sussadı , qana qan dedi. Ucaldı zirvəyə şəhidlik raxtı, Cəsarət, şücaət qorxunu yedi. Bahadır igidlər ayağa qalxdı, Düşmənin üstünə etdi həmlələr. …
Təvəkkül GORUSLU.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 128 ORA TORPAQ DEYİL, ORA VƏTƏNDİ! Bir ata əlləri yeri əkibsə, Daş üstə daş qoyub ocaq tikibsə, Gecəli, gündüzlü keşik çəkibsə, Ora torpaq deyil, ora vətəndi! Bir ana əlləri təndir yapıbsa, Ətiri könülə, qəlbə hopubsa, Çırpınan bir ürək dinclik tapıbsa, Ora torpaq deyil, ora vətəndi! O yersiz bu cahan gözündə darsa, Gecələr yuxunda, …
Günel Eyvazlını doğum günü münasibətilə təbrik edirik! (9 aprel 1984-cü il)
Post Views: 75 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti
Rəhim MEHNƏT.”Kimsəsiz oğlanın elçiliyi..”
Post Views: 83 Oturub bir yolun elçi daşında, Gələndən, gedəndən söz göndərəsən. Baxasan axşama cavab gəlmədi, Yığışıb söz üçün özün gedəsən. Əlində dəstə gül durub gələsən, Yetişib qapını asta döyəsən. Allahın adıyla salam verəsən, Xoş gəldin ay oğul buyur, girəsən. Keçıb oturasan bərk bir divanda, Soyuq tər apara səni o anda. Gözlərin dikilib qala tavanda, …
Rəhim MEHNƏT.”Üşüyür əli, qulağı”
Post Views: 83 Bir balaca qız uşağı, Məkanı yollar qırağı. Soyuq onu qorxutmuşdu, Üşüyür əli, qulağı. Deyir anam ölüb mənim, Yoxdu bir qızım deyənim. Yollardan çıxır çörəyim, Üşüyür kiçik ürəyim. Əllərində dəmir pullar, Əl açmadı isti qollar. Sahib çıxdı ona yollar, Üşüyür bir qız uşağı. Bu gün yolda yox idi o, Axtardım yol qırağında. Maraqlandım …
Rəhim MEHNƏT.”Bir dilənçi uşağın dilindən…”
Post Views: 84 Sən bilmirsən çəkdiyimi, Od alovdan kecdiyimi, Çoxu səhər şirin çayın, Mənsə qəhər içdiyimi. Sən görmürsən, Əl umduğum insanların, baxışını, gözlərini, Qara qəpik uzadanda, Bəzilərin üzlərini. Bəzən elə nifrət dolu, Bəzən yanar, qayğı, odlu. Şair əmi…. Mən yazdığın misralarda, Coxu üçün dilənciyəm, Harda olsam qəpik üçün. Hara gəlsə gedəsiyəm. Ehh…. Şair əmi…. Yıxılıram …
Rəhim MEHNƏT.”Anasını itirən balaca uşağın dilindən”
Post Views: 81 Sən mənim şəklimi arxadan çəkib, Saldın xəyalımı çölün düzünə. Həyat üzərimə qəm-kədər əkib, Bilmədim ki, yalanı nə düzü nə. Boyu məndən uca bu beton divar, Yalnızlıqdan başqa, söylə dərdmi var? Payız bitər, ətrafımı qar alar, Üşüdüb dondurar, baxmaz üzümə. Qısıldığım bu divarın arxası, Zaman-zaman dönübdü qan gölünə. Fikirlərin, xəyalların parçası, Səpələnib yamacına, …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 138 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AZƏRBAYCAN ƏSGƏRİM Sarıldın al bayrağa, Dözəmmədin qınağa. Şirtək qalxdın ayağa, Azərbaycan əsgərim! Şərəfinə and içdin, Neçə sədləri keçdin. Ottək yağını biçdin, Azərbaycan əsgərim! Oldun Koroğlu, Nəbi, Türkün şanlı qəzəbi. Vətənin vuran qəlbi, Azərbaycan əsgərim! Dusdaq torpaq, dağ, dərə, Eşitdi mərhəm nərə. Qucaq …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 96 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DÖVRANIN GƏLİR Çatdı xeyir xəbər, xarı bülbülə, Dedilər muştuluq, cananın gəlir. Tezliklə qovuşar, yarı bülbülə, Dedilər halına, yananın gəlir. Neçə il qalmışdı həsrətdə, darda, Saralıb, solmuşdu, boranda, qarda. Bilmirdi sevdiyi, qalıbdır harda, Dedilər qaydına, qalanın gəlir. Düşmüşdü qaniçən, zalım əlinə, Nəğmə dəyməmişdi, …
Rahilə DÖVRAN.Vətənpərvərlik ruhunda yazılan şeirlər
Post Views: 79 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ASLANIN OYANIŞI İllər boyu hey gözlədik, Ər nərəsin , çox özlədik. Sevə- sevə əzizlədik, Bir də baxdıq , qalxıb Aslan. Silkələyib ər babalar, Haraylayıb el, obalar :- “Bu qədər də, yatmaq olar”? Deyərlər bəs, “qorxub Aslan”. Çaqqalları, tülküləri, Girləyirdi çoxdan bəri. Hər …