Category: Azərbaycan ədəbiyyatı

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    38

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin xüsusi müxbiri, gənc yazar Kənan Aydınoğlunun “Bölerdeim derdimi seninle” şeiri Türkiyə türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet” dərgisinin 29, 30, 32, 34-cü saylarında yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Beynəlxalq Əlaqələr və Tərcümə” şöbəsinin rəhbəri, “KenanAydinoglu.Com” saytının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvün, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin foto-müxbiri, tərcüməçi-jurnalisti, gənc yazarı Kamran Murquzovun tərcüməsində-Türkiyə türkcəsində “Türkçülük şeirləri” silsiləsindən olan şeirləri və “Türkün Türkçülük Dastanı” poeması işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair-jurnalist Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    38

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Qarabağ müharibəsi veteranı, şair, jurnalist Qafqaz Əvəzoğlunun “Yadıma düşübdü” şeiri Azərbaycan türkcəsində
    Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 38-ci sayında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Qeyd edək ki, bundan öncə “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Kənan Aydınoğlu cənab Prezidentə rəsmi məktub göndərib

    Photo Kenan

    1 noyabr 2015-ci il tarixində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzü, gənc yazar Kənan Aydınoğlu yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək olmaq üçün ədəbi-bədii nümunələri özündə cəmləşdirəcək
    “Gənc nəslin nümayəndələri” antologiyasının işıq üzü görməsinə maliyyə dəstəyi göstərməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə rəsmi məktub göndərib.Həmin məktubu olduğu kimi təqdim edirik:

    “Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına!

    Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəslin nümayəndələrinin ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmasına, Çağdaş Azərbaycan ədəbi mühitində yeni-yeni ilk addımlarını atan gənc yazarların könül duyğularının,
    ürək döyüntülərini ictimaiyyətə aşılanmasına böyük ehtiyac var.Bunu nəzərə alaraq, Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi olaraq, Sizdən xahiş edirik ki, bu mühüm əhəmiyyət kəsb edən layihənin həyata keçirilməsi və gerçəkləşməsi üçün yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin inkişafına yenidən böyük dəstək verəsiniz.
    Uca ALLAH Sizi və bütün ailə üzvlərinizi qorusun!

    Dərin hörmət və ehtiramla,
    Kənan AYDINOĞLU,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    təsisçisi və baş redaktoru,
    Azərbaycan Jurnalistlər Birliynin üzvü.
    Bakı şəhəri.1 noyabr 2015-ci il.”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Gülnarə Sadiqin ilk kitabının təqdimat mərasimi keçiriləcək

    gs

    21 Noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabının təqdimatı keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.
    Qeyd edək ki, gənc nəslin nümayəndəsi Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabı Bakı şəhərində, “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Yenilik Press” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru, şair-jurnalist Məhəmməd Nərimanoğludur.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)

    575949_448528385223558_1371442086_n

    SƏNİ YARALI SEVDİM

    Gözdən, könüldən uzaq
    Düşüb aralı, sevdim.
    Oxlanıb kirpiyinlə,
    Səni yaralı sevdim.

    Lalələr qan içində,
    Ha alış, yan içində.
    Dağda duman içində
    İtən maralı sevdim.

    Heykəl qurub xəzəldən,
    Eşq umdum hər gözəldən.
    Bu dünyanı əzəldən
    Ağlı-qaralı sevdim.

    GÖRƏK KİM GÖZƏL AYRILIR

    Gün keçdi dağın dalına,
    Dağ sevindi bu halına.
    Gəl ayrılıq vağzalına,
    Görək kim gözəl ayrılır?!

    Çiçəklədi tökdüyün qan,
    Ruha tamarzıdır bu can.
    Nəğmə öpür dodağımdan,
    Könlümdən qəzəl ayrılır.

    Sil ömrün-günün pasını,
    Saxlayaq sevda yasını.
    Payız açıb yaxasını.
    Budaqdan xəzəl ayrılır.

    DÜNYANIN DÜZƏLMƏK
    TƏHLÜKƏSİ VAR

    Şimşək işığına düşdü gözlərim,
    Buludlar dərdimə məlhəm aradı.
    Sabahı ürəklə qarşılamağa,-
    Ümidim sevdiyim adamlaradı.

    Kölgəm də haçandır düşüb dalımca,
    İstidən çəkinmir, soyuqdan qaçmır.
    Yaxşı ki, dilənmir kölgəm adamtək,
    Yaxşı ki, heç kimə əlini açmır.

    Gəlmir xoşunuza divanəliyim,
    Ruhumu çarmıxa çəkən adamlar!
    Atın özünüzü Yer kürəsindən,-
    Dünyanın düzəlmək təhlükəsi var!.

    KÖNÜL HEYRAN OLUB UCALIQLARA

    Quşlar dimdiyini şehə batırıb,
    İbadət eləyir yarpağın üstə.
    Torpağın altından çıxan nə varsa.
    Tapır qiymətini torpağın üstə.

    Hər dağ bir təpənin əlindən tutub,
    Könül heyran olub ucalıqlara.
    Sən də ayağını Yerə möhkəm bas,
    Özünə dağlar tək ucalıq ara.

    Vətən torpağına bərəkət verir,
    Bu zəhmət çiçəyi alın tərimiz.
    Hər doğan Günəşin şəfəqlərində.-
    Gülüb aynalanır ümidlərimiz.

  • Vüsalə Süleymanın “Oxumayın məni” adlı ilk şeirlər kitabı işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Vüsalə Süleymanın “Oxumayın məni” adlı ilk şeirlər kitabı Bakı şəhərində, Hədəf nəşriyyatı tərəfindən 104 səhifə həcmində işıq üzü görüb.Kitabın redaktoru AYB və DGTYB üzvü, prezident təqaüdçüsü Ramil Mərzilidir. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ali Media və Türksoy Beynəlxalq şərəf mükafatları laureatı, şair- publisist Elçin Mirzəbəylidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitabın poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, Vüsalə Süleyman ölkəmizdə bir neçə qəzet, jurnal və saytlarda çap olmaqla bərabər, Qardaş ölkə Türkiyədə də dəfələrlə çap olunub.Avrasiya Şairləri Antologiyasında 2-ci cilddə şeirləri yer almışdır.Kitabın təqdimatı oktyabrın 12-də Kitabevim.az-da çox sayda şair, yazıçı, elm adamlarının iştirakı ilə keçirilmişdir.

    Vüsalə Süleyman,
    Gündəlik Analitik İnformasiya Agentliyinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri

  • Yubiley ərəfəsində nəşr olunmuş kitabların təqdimatı keçirildi

    qm

    Azərbaycan Dövlət Milli kitabxanasında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə nəşr olunmuş “Bəxtiyar Vahabzadə. Biblioqrafiya”, “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitablarının və “Bəxtiyar-90” adlı elektron məlumat bazasının təqdimat mərasimi oldu.
    Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq, Bəxtiyar Vahabzadə şəxsiyyətinə Türk Dünyasında bəslənilən ehtiram və sevgidən, filosof-şairin əbədiyaşar poeziyasının qüdrətindən danışdı. Milli kitabxananın əməkdaşlarının gərgin zəhməti hesabına ərsəyə gəlmiş biblioqrafiyanın, eləcə də TÜRKSOY-un dəstəyi ilə 6 türkdilli xalqın dilinə çevrilərək, sanballı bir kitab şəklində oxucuya təqdim olunmuş 90 şeirdən ibarət toplunun şairin 90 illik yubileyinə dəyərli töhfə olduğunu qeyd etdi.
    Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkəmizdə və türk dünyasında adı hər zaman sevgiylə anılan, əsərləri sevilə-sevilə oxunan Bəxtiyar Vahabzadənin dünyanın digər poeziya nəhəngləri ilə bir sırada dayandığını diqqətə çatdırdı.
    Respublika prezidenti İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən, respublikanın müxtəlif yerlərində silsilə tədbirlər keçirildiyi barədə məlumat verən nazir müavini, yubiley ərəfəsində işıq üzü görmüş nəşrlərin dəyərindən danışdı.
    Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, professorlar Qəzənfər Paşayev, Zaman Əsgərli, qurumun Qazaxıstan təmsilçisi Malik Otarbayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, BDU-nun dosenti Etibar Talıblı və digər çıxışçılar şairin dərin fəlsəfi məzmunlu yaradıcılığına yüksək dəyər verərək, əsərlərinin əksər türk dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və digər xalqların dillərinə tərcümə olunduğundan danışdılar.
    Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərovanın nümayiş olunan B.Vahabzadə haqqında video-film və elektron məlumat bazası barədə verdiyi açıqlama mərasim iştirakçılarının böyük marağına səbəb oldu.
    Şairin şeirlərinin tərcümə və nəşrində xidməti olmuş ziyalılara TÜRKSOY-un xatirə hədiyyələri təqdim edildi.
    Tədbirin sonunda şairin çoxşaxəli yaradıcılığını özündə əks etdirən “Bəxtiyar Vahabzadə-90” adlı geniş kitab sərgisinə baxış keçirildi.

    Qiymət Məhərrəmli,
    “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
    Filologiya elmləri üzrə fəlsəfə doktoru

  • Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu

    bxv

    Heydər Əliyev adına Respublika Sarayında görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirildi.
    Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, dünya şöhrətli xalq şairinin yubiley tədbirinin pespublika prezidentinin sərəncamına əsasən, ilin əvvəlindən başlayaraq, bugünə kimi davam etdiyini diqqətə çatdırdı. Hələ ilin sonunadək davam edəcək bu qəbildən olan tədbirləri böyük filosof şairin, görkəmli dramaturq və dəyərli elm xadiminin xatirəsinə ehtiram əlaməti kimi səciyyələndirdi: “Bəxtiyar Vahabzadə təkcə ölkəmizdə və Türk dünyasında deyil, bütün dünyada sevilir, təqdir olunur…”
    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də çıxışında “istiqlal şairi” adlandırdığı Bəxtiyar Vahabzadənin Azərbaycan elm və ədəbiyyatındakı, milli azadlıq hərəkatındakı müstəsna yer və xidmətindən qürurla söhbət açdı.
    Yubiley mərasimində unudulmaz xalq şairinin həyat və fəaliyyəti barədə məlumatlar, qəlblərə hakim kəsilmiş poeziya nümunələri bədii qiraət ustalarının ifasında səsləndirildi, sözlərinə yazılmış bir-birindən gözəl, sevilən mahnılarını tanınmış müğənnilər tədbir iştirakçılarına canlı ifaları ilə təqdim etdilər. Azərbaycan səhnəsində silinməz iz buraxmış dəyərli dram əsərlərindən parçalar Akademik Milli Dram Teatrı aktyorlarının ifasında nümayiş etdirildi.
    Şairin öz dilində lentə alınmış şeirlər əsasında hazırlanan video-çarx tamaşaçıları yenidən Bəxtiyarlı günlərə qaytardı.
    Sarayın foyesində şairin indiyədək işıq üzü görmüş kitablarından ibarət geniş sərgi təşkil edilmişdi.

    Qiymət Məhərrəmli,
    “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru,
    Filologiya elmləri üzrə fəlsəfə doktoru

  • Rafiq ODAY.”Daha”

    rafiqoday

    Sən gördüyün bacaların,
    Tüstüsü çəkilib daha.
    Od püskürən əllərimin,
    İstisi çəkilib daha.

    Arxların suyu yoxalıb,
    Qazılan quyu çoxalıb.
    Ürəyim yaman yuxalıb,
    Bəstəsi çəkilib daha.

    Nə istəyir dən bu teldən?
    Çəkilməyir çən bu beldən.
    Koroğlunun Çənlibeldən,
    Dəstəsi çəkilib daha.

  • Aqil SABİROĞLU.”Xeyli gecikmişəm”

    asm

    (Bir yazını oxuyandan sonra dərdsizlərin olmadığını bir daha başa düşdüm)

    Üstüm toz içində,ayağım yalın,
    Batmışam içində saçın,saqqalın.
    Dalınca düşəndən neçə çaqqalın,
    Vaxtım da olmayıb dönüb baxmağa-
    Bir az gecikmişəm sənə çatmağa.

    Yaman qınayırsan bilirəm,məni,
    Şair də əhdini unudar yəni?
    Neçə il vaxtımı aldı erməni-
    Hönkürüb baş qoydum gedən torpağa,
    Bir az gecikmişəm sənə çatmağa.

    Sən hardan biləsən dərd yığın-yığın,
    Əzəldən boş oldu içi sandığın.
    Üzü qara olsun kasıbçılığın-
    Razı olmazdın ki ta,əl açmağa,
    Bir az gecikmişəm sənə çatmağa.

    Səndən gizlənməyin səbəbi ümman,
    Yalandan küsməyin səbəbi ümman…
    Bu elin adəti,gic dəbi ümman-
    Bəzən istəmişəm yerə batmağa,
    Xeyli gecikmişəm sənə çatmağa…

  • Müzəffər MƏZAHİM.”Axtarma”

    mm

    Azıb yollarda qalmısan,
    Qayıtmağa iz axtarma.
    Arxanca baxıb ağlayan,
    Həsrət çəkən göz axtarma.

    Qurun da yaşa dirənib,
    Baharın qışa dirənib,
    Sifətin daşa dirənib,
    Üz vurmağa üz axtarma.

    Ələyin ələnib daha,
    Diləyin dilənib daha,
    Bələyin bələnib daha,
    Zəhmət çəkib bez axtarma.

    İndi təsəlli tap ovun,
    Əldən çıxıb fürsət ovun,
    Sönüb ürəkdə alovun,
    Qurdalayıb köz axtarma.

  • Abdulla MƏMMƏD.”İçimdə boğulur sözümün canı”

    187b19a53b61

    (Didərgin şərqisi, qaçqın harayı)

    İçimdə boğulur sözümün canı,
    Həsrətim dərdimlə qol-boyun olur.
    Necə bu dünyayla qaynasın qanım?
    Sevincim dərd olur dərd oyun olur.

    Sevinc göz qırpınca dərd ayaq açır,
    Gözümdə göyərir göz dağı kimi.
    Bu dərdin əlindən hayana qaçım?
    Yapışıb yaxamdan qəm yağı kimi.

    Çəkir ayağımdan elə bil zaman,
    Günlər düz oxumur mənimlə, sanki.
    Xəyal yağışında dərdimə həyan
    Ürəkdə doğulur ürəkdən sevgim.

    Atır ehtiyacın ağzına məni,
    Səsimi boğmağa əli yetməyən.
    Qənim kəsilərək özümə qənim,
    Qayğılar başımda ağarır dən-dən.

    Ayağa dolaşır dərd çayır kimi,.
    Yağır baxışlardan kədər yağışı.
    Həsrətə tuş olan o tayım kimi
    Yağır bu tayıma qədər yağışı.

    Daşda mamırlanır Vətən harayım,
    Torpaqda göyərir mərdin baş daşı.
    Kimi Yurd adında para arayır,.
    Kimisi qoynunda girləyir başın.

    Dilimi yandırır ağzımdakı söz,
    Uda da bilmirəm söz qəhər deyil.
    Vətən yanğısıdır içimdəki köz,
    Ölə də bilmirəm köz zəhər deyil.

    Ayrılıq bağrımı sıxan məngənə,
    Həsrəti ürəkdən kürüyəmmirəm.
    Yurdumda qəriblik toy tutur mənə,
    Körpə uşaq kimi kiriyəmmirəm…

    İçimdə boğulur sözümün canı,
    Həsrətim dərdimlə qol-boyun olur.
    Bu zalım dünyayla qaynamır qanım,
    Sevincim dərd olur dərd oyun olur.

    Azərbaycan Quba 14.07.2000.

  • Qalib ŞƏFAHƏT.”Yetim qız”

    qs

    Gəlinlik paltarını
    Gözündən salıb itirmişdi
    Anası ölən günü
    Anasını ağlayanda.
    Görən olmamışdı
    Bəlkə də kəfən əvəzi
    Anasını bükmüşdülər
    Gəlinlik paltarına.
    O gündən anasının
    Qara gün üçün
    saxladığı
    Libası geyindi əyninə
    Lüt qalmasın deyə.
    O gündən anasının
    Yarımçıq qalmış
    Arzularını böyütdü
    Həyət-bacada.
    Yetimliklə
    Böyüdü yetimliklə.
    Yetim qız dedilər-adına.

  • Qalib ŞAMXALOĞLU.”Bu dünyada bircə gün qayğısız olmadım mən”

    qsm

    Ömür keçdi kədərlə , şərə , böhtana düşdü ,
    Həyatın ümmanında gəmim tufana düşdü .
    Vaxtsız soldu güllərim , fəsli xəzana düşdü ,
    Sevincin bölgüsündən payımı almadım mən ,
    Bu dünyada bircə gün qayğısız olmadım mən .

    Qayğılarım ömrümü əlimdən aldı getdi ,
    Saf eşqim , məhəbbətim hicrana daldı getdi .
    Mühit ümidlərimi , gümanı çaldı getdi ,
    Xoşbəxtliyin sazını bir kərə çalmadım mən ,
    Bu dünyada bircə gün qayğısız olmadım mən .

    Güvəndiyim çoxunun zatı qırıq çıxıbdı ,
    Dişli bildiklərimin çoxu mırıq çıxıbdı .
    Nə vaxt pencək almışam cibi cırıq çıxıbdı ,
    Eyzan qəhərlə doldum , sevinclə dolmadım mən ,
    Bu dünyada bircə gün qayğısız olmadım mən .

    Şamxaloğlu , dünyanın işi hiylə , kələkdi
    Daxilən şeytan olan çoxu üzdən mələkdi .
    Düşdüyümüz bu axın elə dargöz ələkdi ,
    Gözündən keçib , gedib həyata dalmadım mən ,
    Bu dünyada bircə gün qayğısız olmadım mən .

  • İlkin ABBAS.”Dahilər məkanı, gözəl Naxçıvan”

    ia

    Ruhumun qidasın səndən almışam,
    Bir quru canım var, o sənə qurban.
    Qoynunda boy atıb, mən ucalmışam,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Qədim tarixlərin izi səndədir,
    Şeirin, sənətin gözü səndədir,
    Cəlilin, Məmmədin sözü səndədir,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Üstünə düşməsin düşmən kölgəsi,
    Sən Ulu öndərin şux, məğrur səsi,
    Səndədir Möminə Xatun türbəsi,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Sürür torpağında hamı xoş həyat,
    Torpaq bərəkətli, yaşamaq rahat,
    Sanki bir cənnətdir Şahbuz, Batabat,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Əshabü-Kəhf sənin cismində canın,
    Dürrdür, gözəllikdir sənin dörd yanın,
    Ordubad-incisi Azərbaycanın,
    Dahilər məkanı, gözəl Naxçıvan.

    Səsin ucalıbdır ulduza, aya,
    İnsan ləzzətindən de nə cür doya?
    Saysam gözəlliyin gəlməz ki saya,
    Dahilər məkanı, gözəl Naxçıvan.

  • Gülnarə İSRAFİLQIZI.”Yoluna davam etməkdə varmış bu həyatda”

    gxi

    üzündəki tüpruyu silib
    yoluna davam etməkdə varmış bu həyatda.
    qəribəliklərə gülümsəyən varaqlar
    ağ qalacaq sətirlər kimi.
    bir üzündə sevgi
    bir üzündə qəm yırğalanırmış
    ürəyin döyüntüsündə.
    əzizim məni incidən özüməm özüm
    kimsə bunu anlamaz.
    baş tacımı günahlarımdan hazırlamışam
    sadəliyimdə.
    qoy mənə qalan zindanım olsun!
    sizin təbəssümünüzdə
    günəşin rəngini,
    sabahın ürək döyüntülərini görüm.

  • Xəyalə SEVİL.”İyirmi iki”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən sənin gedişindən
    Sonra inandım taleyə.
    Ayaqlarımı uşaq kimi
    Çəkib yollarından
    Danladım,
    Qayıtdım geriyə.
    Sən mənim yaddaşımda
    İyirmi iki yaşda qaldın,
    Böyümədin, qocalmadın.
    Biz qışda ayrılmışdıq,
    Elə həmin qışda qaldın.
    Bu gün, yenə ad günündü,
    İyirmi iki yaşın mübarək.
    Bağrıma nə daşdı basdın?
    Bağrımda daşın mübarək.
    Hardasan eeeeh, allah bilir,
    Orda otuz iki yaşın,
    Burda iyirmi ikin sevilir.
    Həsrətin qocalıb sözlərimdə,
    Offf!
    Yenə payız dolaşır gözlərimdə.

  • Fidan Abbasova.”Sən məni bu qədər düşünmə barı”

    Nəyə güvənirsən bilmirəm daha
    yolun uzun olsa ömür qısadır
    Gümanım hər zaman olub sabaha
    məni bu dünyada sevgim yaşadır…

    Rahat gecələri yatıram inan
    ruhumda azadır kövrək quş kimi
    elə bir vaxt olur güldüyüm zaman
    bəzəndə titrəyir qəlbimin simi…

    Sən məni bu qədər düşünmə barı
    Yazıqdır gəncliyin hədər getməsin
    zamanla sağalan eşq yaraları
    əsil sevgidirsə axsın bitməsin…

    Fidan sanma dünya belə qalacaq
    bir gün var olanlar bizi tərk edər
    gedənin yerinə biri dolacaq
    gələni bəs niyə insan gec sevər…..?

  • Nüsrət HƏSƏN. “Son şeir”

    Danışa bilmədim heç vaxt səninlə
    Dil kömək olmadı dərdi-sərimə.
    Qəlbimdən keçəni söyləmək üçün
    Şeirlər danışdı mənim yerimə

    Hər dəfə bir ümid, bir həvəs ilə
    Yazıb göndərirəm sənə şeirimi.
    İndi də hər şeydən xəbərsiz kimi
    Yəqin oxuyursan yenə şeirimi.

    Yenə adi gəlir bütün cümlələr
    Sadəcə başını belə qatırsan.
    Hər dəfə sıradan bir şeir kimi
    Mənim hisslərimi “cırıb atırsan”.

    Soruşsam: “necədi”, laqqeyid halda
    Çiyninlə: “nə bilim” deyirsən mənə.
    Səni şeirimə yazdığım üçün
    Yəqin ki bir ömür borcluyam sənə.

    Şeirmi yaşadan səbəbkar sənsən
    Cismimi yaşadan can, şeirimdir…
    Oxusan mənimçün bir dua oxu
    Bu sənə yazdığım son şeirimdir…

  • Şafa KAMİLLİ.”De necə unudum səni?”

    Unutdum özümü,
    Unutdum sözümü
    Unutdum sevdyim hər şeyi,
    Ağzimin dadnı belə unutdum,
    Bir səni, bir səni unuda bilmədim ,
    De necə unudum səni?
    Bütün gün xəyalmdasan,
    Mənimləsən,
    Ağlimda, fikrimdəsən,
    Yuxlarimda, mənimləsən,
    Mənimsən,
    Unutdum özmü,
    Untdum sözmü,
    Sevdiym hər şeyi unutdum,
    Bir səni unuda bilmədim,
    Unuda bilmədim…
    De ,de necə unudum səni?
    Necə unudum səni?
    Necə unudum səni?

    27.10.015

  • Ülviyyə VAHİD.”Vətən sevdalılarına”

    Tarixə, keçmişə dönüb baxıram,
    Bu Vətən həsrəti nə vaxt bitəcək.
    İllərdir ürəkdə qəm daşıyırıq,
    Qəlblərin fəryadı nə vaxt dinəcək?

    Bizsiz ellərimiz yetim qalıbdı,
    Boynunu bukublər Vətənə sarı.
    Susqun dağlar belə bizi səsləyir;
    Mənə sahib çıxan mərdlərim hanı?!

    Şəhidmin qanıyla yoğrulan torpaq,
    İndi üzərində gör kimlər gəzir..
    Şərəfdən,namusdan bixəbər kəslər,
    Torpaq bizim deyib fərəhlə gəzir…

    Əsirlik də olan qara baxtlılar,
    Nələr yaşayırsız,bu ğen dünyada,
    Sükut səsləriniz qulaq batırır;
    Tanı da eşitmir, bizi dünyada?!

    Yenə biz əzmlə irəli baxaq,
    Ümidlər,arzular sönməsin deyə!
    Yumruq tək birləşib hədəfə vuraq,
    Böyük sevdamıza yetişək deyə…

    Bu torpaqlar ƏR oğullar yetirib,
    Bəşər tarixi də şahiddir buna!
    Yetər ki, söylənsin, “haydı iğidlər!”
    VƏTƏN sevdalısı hazırdır buna!

  • Şəfa VƏLİYEVA.”Məndə bir şəkil var…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Məndə bir şəkil var…
    Basıb qoynuma
    Ağlaya bilmirəm…
    Ürəyim gəlmir…
    Bircə gün baxmasam…
    Günüm axşam olur,
    Canıma sinmir…

    Məndə bir şəkil var…
    Ay “ayrıldığım”…
    Bizi ayırammır
    Illər hələ də…
    Elə bil yaddaşım
    Donub qalıbdı
    O şəklin sən olan
    Sol tərəfində…

    Məndə bir şəkil var…
    O şəkil ikiydi
    Çəkilən zaman…
    Gözümdən asılıb
    Çəkdirdiyimiz…
    Yaman fikirliyəm,
    Atmısan?…
    Yoxsa….
    Səndə də qalıbmı
    “Bizim ikimiz”?

  • Şəhanə CƏFƏROVA.”Bir ömür unutmaq istəyirsən”

    SC

    Bir söz.
    Bir gündə tanimaq istədiyin insani.
    Bir ömür unutmaq istəyirsən.
    Bəlkədə düz deyil amma sevmək istəyirsən.
    Bir sözü səni səndən alir
    O söz bir ömür yadda qalir.
    Bəlkədə sevgini gözdən salir.
    Yenədə bir söz demək istəyirsən.
    Onunla olmaq istəmirsən.
    Bir sözü səni ona bağlayir.
    Sən hiss etməsəndə ürəyin onsuz ağlayir.
    Həyat budursa sevgin odursa.
    Başqa sözə nə ehtiyac var.
    Sən ona get deyirsən dilində.
    Ürəyinsə bir söz deyir getmə sevirəm səni indidə.

  • Şəhanə CƏFƏROVA.”Amma sevmək istəyirsən”

    SC

    Amma sevmək istəyirsən.
    Bir sözü səni səndən alir
    O söz bir ömür yadda qalir.
    Bəlkədə sevgini gözdən salir.
    Yenədə bir söz demək istəyirsən.
    Onunla olmaq istəmirsən.
    Bir sözü səni ona bağlayir.
    Sən hiss etməsəndə ürəyin onsuz ağlayir.
    Həyat budursa sevgin odursa.
    Başqa sözə nə ehtiyac var.
    Sən ona get deyirsən dilində.
    Ürəyinsə bir söz deyir getmə sevirəm səni indidə.

  • Gənc yazar Gülnarə Sadiqin yeni kitabı işıq üzü görüb

    gs2

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, vehdet.org saytının baş redaktoru Gülnarə Sadiqin “Paralanmış ürək” adlı hekayə və povestlər kitabı Bakı şəhərində “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yenilik Press” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru, şair-jurnalist Məhəmməd Nərimanoğludur.
    Kitab müəllifin oxucularla ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabı Bakı şəhərində “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Gülnarə Sadiqin ilk kitabı işıq üzü görüb

    gs

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, vehdet.org saytının baş redaktoru Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabı Bakı şəhərində “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yenilik Press” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru, şair-jurnalist Məhəmməd Nərimanoğludur.
    Kitab müəllifin oxucularla ilk görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    PAYIZ LÖVHƏLƏRI

    (ixtisarla)

    Yağış yağır, damcı-damcı,
    Ürəklərə qəm ələnir, acı-acı…
    Amma, mənə elə gəlir,
    Bu yağan heç yağış deyil.
    Səma adlı bir gözəlin
    O mənalı gözlərindən axan yaşdı,
    Itirdiyi gəncliyinə saxladığı
    Qara yasdı…
    Görən hara getdi günəş?!
    Kimdən küsüb itdi günəş?
    Görən nə vaxt qayıdacaq səmasına?
    Nə vaxt qovuşacaq səma,
    Günəş adlı isti, qaynar, həzin
    Sevgi dünyasına?!..

    * * *

    …Səni məni gətirən,
    O yollara dil açdım,
    Məni sənə yetirən,
    Allahıma əl açdım,
    …Indi gecə yarıdı,
    Yəqin ki, yuxudasan.
    Bənzəyirsən səmada,
    Mürgü vuran aya sən,
    Məni hardan duyasan?!

    * * *

    …Heç kimsənin yurduna,
    Toyuğuna “kiş” demədik,
    Gözünə “şiş” demədik.
    ŞUŞA dağlarındakı,
    Nəğmələrin sədası,
    Uçan quşlarda qaldı!
    İsti sobalarının,
    Dərdi qışlarda qaldı!!
    Kəkliyinin xınası,
    Çınqıl daşlarda qaldı!
    Çox ağladıq-sızladıq,
    Gözümüzün işığı,
    Axan yaşlarda qaldı!!

    ARADA BİR ZƏNG ELƏ…

    Arada bir zəng elə,
    De ki, səni sevirəm.
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    De ki,ay mənim ömrüm,
    Sənsiz qala bilmirəm.
    De ki, sənin həsrətin,
    Məni buza döndərir,
    Şirin-şəkər söhbətin,
    Ömrü yaza döndərir.
    De ki, sənin gülüşün,
    Gül-çiçəkli bahardı,
    De ki, sənin öpüşün,
    Təzətərdi, nübardı!
    De ki, o cazibəndən,
    Mən ölmüş hara qaçım?!
    Kimə deyim bu dərdi,
    Hansı qapını açım?!.
    …Arada bir zəng elə,
    De ki, səni sevirəm,
    De ki, sənin ətrini,
    Güldən ala bilmirəm,
    Sənsiz qala bilmirəm!!

    14.01. 2005

    * * *

    ….Eşit, çarəsiz qadın,
    Onsuz da sən anasan,
    Ucadır sənin adın…
    Allah açsın yolunu,
    Var etsin əl-qolunu.
    Onsuz da bu dünyada
    Kimsə bilmir sonunu.
    İnsanlıq da dəyişib,
    Geyib vəhşət donunu.
    Kimsə bilsə sonunu,
    Gözü qan-yaş ağlayar,
    Ürəyi kösövləyər,
    Yara qaysaq bağlayar.
    Eşit, çarəsiz qadın!
    Həyat özü onsuz da
    Boşalıb-dolan deyil.
    Vəhşət içində dünya,
    Belə də qalan deyil….

  • Pərviz HƏKİMOV.Yeni şeirlər

    12140208_891530900936567_700966553847344075_o

    Hələ də məndəsən

    Hələ də məndəsən,hələ də məndə,
    Zaman aciz qalıb bu dərd önündə
    Sən mənə İlahsan,mən sənə bəndə,
    Hələ də çaşqınam qəm düyünündə

    Hələ də gözündən qalxıram göyə,
    Yer mənim üzümə həsrət qalıbdır
    Hələ də dərdimi deyirəm neyə,
    Hələ də ulduzlar seyrə dalıbdır

    Bahar elcisidir bu soyuq boran,
    Ona hicran demək məni qəhr edir
    Hələ də cənnətə,Haqqa aparan
    Günahım günaha calanıb gedir

    İndi nə ölüyəm,nə diriyəm mən,
    Bəşər olmağıma varımdı şübhəm,
    Almağa şığıyır məni əlimdən
    Hələ də müəmma,hələ də mübhəm

    Hopmusan ruhuma elə o gündən,
    Varlığın cənnətin nurundan baha,
    Geriyə almaqçün özünü məndən,
    Məsləhət görürəm qayıtma daha (daha&helliip;)

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    11951080_1456899864619344_1341766859_n

    Unut məni 1970

    Bu qala öz əllərinlə
    Uçuldu, qurulmaz oldu.
    Bu çeşmə elə bulandı
    Bir daha durulmaz oldu.
    Unut məni , unut, gülüm.
    Bahar gözündə qəm gördüm,
    Bir dərdimi yüz elədin.
    Gen gəzdim, qəlbin ağrıdı,
    Yaxın gəldim söz elədin
    Unut məni , unut, gülüm.
    Bir ilahi duyğu kimi
    Qəlbinə dola bilmədim
    Eşqim sənin idi, ancaq
    Mən sənin ola bilmədim.
    Unut məni , unut, gülüm. (daha&helliip;)

  • Xuraman CAMALQIZI.Yeni şeirlər

    Bizim dağlar keçilmezdi

    Bizim dağlar keçilmezdi,
    Ses salmayın.
    Ses salsanız qar düşürür.
    Yolun bilmeyen çıxmasın,
    Qar uçurur , tar düşürür.
    O dağların bulaqları pıkqıldayır,
    O dağların keklikleri qakqıldayır,
    Gören bilir , bilmeyene xeber verin,
    İgidlerin silahları şakqıldayır .
    Dağlarında qar , keçilmez !
    Bulaqları buz , içilmez !
    Qayaları ele sertdi,
    Yolun bilmesen keçilmez.
    Nerildeyen selleri var,
    Nece gözel elleri var.
    Qurban olum dillerine, (daha&helliip;)

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    BAHARIM ,YAZIM

    Aman Allah nə tez çatdım mən əlli yaşa,
    Ağ qırovlar nə vaxt qondu saçlara, başa?
    Ömür boyu atdığım ox dəydi hey daşa,
    Doğulmamış tələf oldu nə qədər arzum-
    Göz açınca payız oldu baharım, yazım.

    Dağ ömrümə qüssə, kədər qartək ələndi,
    Cavan canım hər möhnətə, dərdə bələndi.
    Sınıq könlüm gülmədi heç,fərəh diləndi,
    Çalan oldu naşı,nadan, inlədi sazım-
    Göz açınca payız oldu baharım, yazım.

    Enişi qar, yoxuşu qar,getdiyim yolun,
    Uçurumdu,sıldırımdı sağım, həm solum.
    Qədd əyilib, saç ağarıb, tutmur əl-qolum,
    Dada çatan nə yaxın var, nə oğul, qızım-
    Göz açınca payız oldu baharım, yazım.
    (daha&helliip;)

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    GÖZLƏRİN

    Qara tellim, süzüb qumral gözlərin,
    Hər baxışın alır mənim vaxtımı.
    Gülüşün gözəldi, baxışın dərin,
    Səninlə tapmışam mən öz baxtımı.

    Sənin gözlərinin çiçək bağında,
    Şimşək baxışında, eşqin dağında.
    Mənim bu yaşımda, ahıl çağımda,
    Sevgi diyarında qurub taxtımı.

    Qumral gözlüm, parıldayan gözlərin,
    Ay-ulduz topası, gecələrimdir.
    Ruhuma aydınlıq verən sözlərin,
    Bütün fəsillərdə yaz səhərimdir. (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXI hissəsi

    sefaqetxanimsekil

    Rəsad Fidanla Təhminəni evə gətirdi. Fidan qapıdan evə girən kimi yataq otağına keçdi, özünü yatağa atdı, dərindən nəfəs aldı. Gözləri dolmuşdu. Qəfildən üzünü yastığa sıxıb hönkür-hönkür ağladı. Təhminə otağa girdi, əliylə Fidanın çiyninə toxundu: – Fidan, nə olub?

    Fidan başını Təhminənin sağ çiyninə qoyub uşaq kimi ağlayırdı. Otağa Rəşad girdi.
    Təhminə Fidanı sakitləşdirməyə çalışırdı – Səni başa düşürəm. Bəsdi, ağlamağın mənası yoxdu.
    Fidan – Başımıza gəlməyən qalmadı. Yoruluram, arada elə istəyirəm ki, öləm, canım qurtarsın.
    Rəşad sakitcə çarpayının bir tərəfində oturdu: – Siz hələ nə görmüsünüz? Otuz yaşım var. Yaşımın sayınacan ölümlə üz-üzə gəlmişəm. Sizin hələ bəxtiniz gətirib. Səndən yaşca kiçik qızlar olub, intihar həddinə çatdırıblar. Eldar əmi ikinizə də kömək edəcək.
    Təhminə Fidanın üzündən tutdu,gözlərinin içinə baxıb gülümsədi: – Eşitdin? Daha bundan sonra bizə nə lazımdır? Evimiz də olacaq, işimiz də.
    Fidan üzünü Rəşada tərəf çevirdi: – Başa düşürəm, Camal alçağın biridir, amma vicdan əzabı çəkirəm. Nəticədə insan ölümünə bais oluram.
    Rəşad – Sənə desəm ki, Camalın axırıncı qurbanı on iki yaşında qız uşağı olub, necə olarsan?
    Fidan diqqətlə Rəşada baxdı, sonra başını aşağı saldı.
    Rəşad davam edirdi: – Uşağı özündən neçə yaş böyük adama satmışdı. Qız qanaxmadan ölmüşdü, meyidini də polislər zibil qutusundan tapmışdılar. Nəyi qoyub nəyi danışırsan? Təhminə haqqında mənə azdan-çoxdan danışıb. Keçmiş nişanlın səndən istifadə etməyib. Sən hələ təcrübəsizsən, yaşın artdıqca bugünkügünlər sənə adi gələcək. Camalı düşünmə. Şansınıza, bəxtinizə şükür edin. (daha&helliip;)

  • Tanınmış yazçı Eyvaz Zeynalov kitablarından hədiyyə etdi

    ez

    27 Oktyabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov son zamanlar Azərbaycan Respublikasında və Almaniya Federasiyasında işıq üzü görmüş yeni kitablarından imzalayaraq Gündəlik Analitik İnformasiya Agentliyinin Mərkəzi Kitabxanasına hədiyyə edib.Son zamanlar yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əldə etdiyi nailiyyətlərdən söhbət açıb, Çağdaş dönəmdə istedadlı gənc yazarların ədəbi mühitdə tanınmasının, müasir ədəbi prosesə cəlb edilməsinin, yazılarının müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunmasının, Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Gənc Ədiblər Məktəbi”nə üzv olmağın önəmli olmasından ürəkdolusu danışıb. Müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində hekayələri dərc olunan dərgilər, Gürcüstanda işıq üzü görən kitabları haqqında geniş bilgiləri sunub.Çağdaş Azərbaycan ədəbiyyatının bir qolunu təşkil edən Nəsrimizin uğurlarının artmasını diləyib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

  • Tanınmış yazçı Eyvaz Zeynalovun romanı Alman dilinə tərcümə olunub

    alman

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun “Bələdçi” romanı Azərbaycan türkcəsindən Alman dilinə tərcümə olunub.Alman dilinə çevirəni isə yazıçı M.M.Kiehldir.Kitab Almaniyanın “Vintervork” nəşriyyatı tərəfindən çap olunub.Müəllifin sayca doqquzuncu kitabı olan “Bələdçi” romanı Almaniyanın Frankfurtdakı Beynəlxalq Kitab sərgisində nümayiş etdirilib.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun “Uşaq hekayələri və nağıllar” adlı kitabı 2010-cu ildə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən “Universal” nəşriyyatı tərəfindən 152 səhifə həcmində, 700 tirajla işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı işıq üzü görüb

    18030

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun “Ömrə atılan daş” (roman) yeni kitabı Bakı şəhərində “Qanun” Nəşriyyatı tərəfindən 216 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
    Kitab müəllifin sayca oxucularla on ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun hekayələri ümumtəhsil orta məktəblərinin Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin 4-cü və 5-ci siniflərində yayınlanıb.Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.Qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif jurnalında dərc olunaraq, geniş ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı işıq üzü görüb

    1800

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” (roman) yeni kitabı Bakı şəhərində “Alatoran Yayınları” tərəfindən 264 səhifə həcmində 500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Namiq Hüseynovdur.
    Kitab müəllifin sayca oxucularla on birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun hekayələri ümumtəhsil orta məktəblərinin Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin 4-cü və 5-ci siniflərində yayınlanıb.Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub.Qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif jurnalında dərc olunaraq, geniş ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rüfət AXUNDLU.”Sinəm üstə dağlarım var silsilə”

    rufat

    AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Başım üstə hər çalarlı buludlar,
    Sinəm üstə dağlarım var silsilə.
    Gözlərimdə donub qalan kadrlar,
    Baxışlarda sükunətli fasilə…

    Mənbəyi var ürəyimin yağından,
    Yanağımda ümman yatır, səs etmə…
    Dişlərimi saxlamışam keşikdə,
    Dil altında vulkan yatır, səs etmə…

    Qollarımda zaman adlı zəncirlər,
    Qulağımda öyüd adlı sırğalar…
    Damarımda “tarix” adlı sistemlər,
    İliyimdə “bu gün” adlı baltalar…

    Qədəmlərim gələcəyin tablosu,
    Ayaqlarım bu tablonun fırçası
    Dizlərimdə büdrəməyin qorxusu,
    Dabanımda hər günün bir parçası..

    Belə, sənə izah etdim, mən kiməm?!
    Bu izahın niyəsi var, qadası…
    Ürəyimi qeyd etmədim, səbəb, bu,
    Sahibi var, yiyəsi var, qadası!

    13.08.2015

  • Mirzə TƏRXAN.”Beş mərtəbəli dərd binası”

    photo

    Bizə nə xeyri var,hündür binanın?!
    Əgər pillə-pilə dərdimiz varsa.
    Dərd pilləsi ilə Aya çıxarıq,
    Və yaxud Neptuna,ya da ki,Marsa!

    Bir podyez yüzlərlə dərdin ünvanı.
    Yüz dərdin minlərlə pilləsidə var.
    Bəzən girişdəki dərd xoşbəxt olar,
    Bəzəndə xoşbəxtlik ondan yan qaçar.

    Bəzən dörddən üçə dərd axar,damar.
    Üçün axar dərdi azmimiş kimi.
    Beşdədir böyük dərd,bir kimsə qəfil
    Ölərsə, yetişməz ona həkimi.

    Beş qatdan ibarət dərd binasında,
    Dərdin pillələri gəlmirlər saya.
    Üst-üstə qoyası olsaq onları.
    Bəlkədə əlimiz toxunar Aya.

    Mirzə! Dərd binasının sakini olma.
    Daha betər dərdlər axirətdədir.
    Dərdin itaət və ibadət olsun.
    Dərdlərin açarı şəriətdədir.

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    11951080_1456899864619344_1341766859_n

    TANRIM-6sentyabr 1990-

    Gün gündən bəd gəlir, il ildən betər,
    Zaman hava kimi qarışır, tanrım.
    İnsanın dadına nə düzlük yetir,
    Nə də halallıqdan kar aşır, tanrım.

    Seçilmir iblisdən dünya mələyi,
    Əsir, səmtsiz əsir əsrin küləyi.
    Zərif ləçəkləri gülün çiçəyin
    İnsan alnı kimi qırışır, tanrım.

    Ayaqlar düşünür başın yerinə,
    Ona sığal dəyir daşın yerinə.
    Dərdə bax, qoyulur naşı yerinə
    Aqil də bu dərdlə barışır, tanrım. (daha&helliip;)

  • Gənc xanım yazar Şəfaqət Cavanşirli gundelik.info və edebiyyat-az.com saytlarının Baş mələhətçisi seçilib

    12115887_875175612579476_5476251642611631834_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyinin 25 Oktyabr 2015-ci il tarixli N 25/10 saylı qərarı ilə, Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Şəfaqət Cavanşirli yüksək əxlaqi dəyərlərə, keyfiyyətlərə, mədəniyyətə sahib olduğuna və yaradıcılığındakı inkişafına görə, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş mələhətçisi seçilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Ruslan Ələkbərlinin şeirləri “Ulduz” jurnalında dərc olunub

    req

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Ədəbiyyat işığı”Müstəqil ədəbi-bədii portalının redaktoru, “Mingəçevir leysanı” ədəbi-bədii jurnalının bölgə müxbiri, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçvir qönçələri” adlı uşaq ədəbi birliyinin sədr müavini, Azarbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Ruslan Ələkbərlinin “Hardasan”, “Deyilsən”, “Şeir yazmaq istəyirəm”, “Məni qınamayın”, “Tələsir”, “Hayıf”, “Gedəsən…” şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbiyyat dərgisi “Ulduz” jurnalının yeni sayında Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin xeyir-duası ilə işıq üzü görüb.
    Qeyd edək ki, bundan öncə gənc yazar Ruslan Ələkbərlinin şeirləri dövri mətbuatda dərc olunaraq ictimaiyyət nümayənədələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Ruslan Ələkbərli AYB-yə üzv qəbul olunub

    12096288_517274011770063_3948577720874983479_n (1)

    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Ədəbiyyat işığı”Müstəqil ədəbi-bədii portalının redaktoru, “Mingəçevir leysanı” ədəbi-bədii jurnalının bölgə müxbiri, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçvir qönçələri” adlı uşaq ədəbi birliyinin sədr müavini, Azarbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Ruslan Ələkbərli Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə üzv qəbul olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nəğməkar-şairə Zeynəb Dərbəndli İraq Türkmən Yazarlar Birliyinə üzv qəbul olunub

    12039322_1728426354051774_8771935244811534047_n

    24 Oktyabr 2015-ci il tarixində Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndli İraq Türkmən Yazarlar Birliyinə üzv qəbul olunub.
    Qeyd edək ki, bundan öncə Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyinin 10 iyul 2015-ci il tarixli qərarı ilə Azərbycan-Dağıstan iki qonşu ölkənin arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə, eyni zamanda ədəbi-bədii yaradıcılığındakı irəliləyişlərə görə, nəğməkar şairə, istedadlı qələm sahibi Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilimişdi.12 sentyabr 2015-ci il tarixində Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində nəğməkar-şairə Zeynəb Dərbəndlinin Azərbaycan Yazıçılar Birliyinin üzv qəbul olunması və nəğməkar-şairəliyinin iki il tamam olmasına həsr olunmuş tədbir keçirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rahilə DÖVRAN

    12091354_1653537131524991_3860076084131834097_o

    12183861_1658295437715827_3949782509289367741_o

    Kənan və Kamran Murquzov qardaşlarını ömürlərinin ən əziz günü olan doğum günləri münasibəti ilə səmimi qəlbdən təbrik edir,onlara gözəl və doğma Azərbayzanımızın mədəniyyəti və ədəbiyyatı naminə gördükləri fədəkar işlərində daha böyük uğurlar diləyirəm. Qoy hər zaman həyat Onlara gülsün! Qardaşlara ad günləri münasibəti ilə yazdığım akrostik yazımı təqdim edirəm./Öncə baş hərflər oxunsun/ :

    Könüllər fəth edən iki qəhrəman,
    Əzm- iradəli qoşa novcavan.
    NəmXuda bəxş edib Uca Yaradan,
    Allahım qorusun onları hər an.
    Nəyə qadir onlar, hər kəsə bəlli,
    Vicdan, hünər qoşa, edir təcəlli.
    Əlləri toxunan hər şey gül açır,
    Kədər, qüssə, həsrət onlardan qaçır.
    Atanın, ananın əkiz sevinci,
    Mehr- məhəbbətdən törəmiş inci.
    Rəbbin hədiyyəsi, qoşa ərmağan,,
    Allahım hifz etsin, qorusun Mövlan.
    Nə söyləsin daha, şairə Dövran?!…

    25.10.2015.

  • Günel ƏJDƏRQIZI.”Şuba” (Hekayə)

    gunelxanim-225x300

    Hər zaman qış fəsli gələndə bütün dərdlərim təzələnərdi. Paltar satılan maqazinlərin yanından keçəndə manikenlərə geyindirilmiş şubaları görəndə yazıq-yazıq onları seyr edər, boynumu büküb məyyus halda oradan uzaqlaşardım. Şubalara olan marağım və sevgim bəlkə də onu almaq imkanımın olmamasından irəli gəlirdi. Bir aylıq məvacibimlə onu almaq təbii ki, qeyri mümkün idi. Ailə, oğul-uşaq qayğısı da bir yandan buna imkan vermirdi. Hətta hərdən yuxularımda da şuba görürdüm. Şubalara olan bağlılığım və həsrətimin nə vaxtsa sona çatacağını bilməzdim. Deyirlər ki, insan həyatda nəyisə arzulasa, yalnız ona sahib olduqdan sonra sakitləşir və əlçatmaz arzusu gözündə adiləşir. Mən də isə hər şey əksinə oldu. “Böyük Şuba” sevgim ona sahib olmadan bir günün içində bitib, tükəndi. Başıma gələn bir hadisə bu istəyimin üstündən xətt çəkdi.

    Bir ay bundan öncə işdən çıxıb evə qayıdarkən yaxınlıqdakı bazardan bir az alış-veriş etdim. Yağışın yağmağa başladığını görüb taksiyə minməkdən ötrü əlimi cibimə aparmaq istəyəndə yadıma düşdü ki, pulumu xərcləyib qurtarmışam. Yalnız avtobusla getmək üçün cibimdə qəpiklər qalmışdı. Avtobusa minməkdən ötrü ağır sumkaları avtobus dayanacağına daşımalı oldum. Bir xeyli getdikdən sonra gözlərim yolun o biri tərəfində dayanmış və taksiçi işləyən qonşuma sataşdı. Və qərarlaşdırdım ki, pulum olmasa da onunla evə gedər və mənzil başına çatdıqdan sonra pulunu gətirib verərəm. Yolu keçmək istəyəndə, olduqca bahalı bir maşın gəlib məndən bir az qarşı tərəfdə dayandı. Maşının qabaq oturacağında əyninə gözəl şuba geyindirilmiş kiçik məxluqu görüb bir az duruxdum. Bu yağışlı havada onun yerində olmaq istədim. Bir yandan soyuq hava, bir yandan da əlimdə daşıdığım ağır yük… Hətta ona bəxtəvərlik də oxudum. : “Nə xöşbəxtsən. Əyninə belə şuba geyinməyə nail olmusan. Mənim 40 yaşım var, hələ də ona həsrətəm. Allah kimsəni kasıb eləməsin”. Maşınla aramızdakı məsafə çox olduğundan maşında oturanın kim olduğunu aydın görə bilmirdim. Onun şubası məni valeh eləmişdi. Bu an qonşum məni uzaqdan görüb maşına gəlməyim üçün əlini yellədi. Tıxac olduğundan maşınlar həmişəki kimi bir-birinin ardınca düzülmüşdü. Onların arasından keçərək taksiyə tərəf gedəndə həmin bahalı maşının yanından keçdim. Taksiyə minməzdən əvvəl son dəfə maşında oturanın şubasına baxmaq istədim. Gördüklərimin qarşısında sanki ayaqlarım tutuldu. Bilmədim güləm, ya ağlayam. Mənimçün əlçatmaz olan şubalar bir anın içində gözümdə adiləşdi. Sən demə bayaqdan bəri mənim qibtə edib bəxtəvərlik oxuduğum məxluq insan deyil, əyninə şuba geyindirilmiş meymun balasıymış.

  • Harika UFUK.”Adanmış hayat”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sunakta tanrılara bahşedilen
    Canlının katledilişi gibi
    Adanmış!
    Uçuk bir akşamüstü
    Yavaş yavaş sepeleyen kar karanlığında
    Ayakların altından kayan yol
    Bıkmış yıllardır yerlere serilmekten.
    Silkelenir ezilmişliğinden
    Yürür üstüne tanrıların!
    Ay ufalanır,
    Dökülür harabelere…
    Yıldızlar, toplanırken gecenin eteğinde
    Uykusuz gözlerden akar saman yolu
    Şaşkın nehirlere öncü
    Yol olur.
    Acılar bilenir,
    Çarpa çarpa taşlara…
    Adanmış hayat,
    En uysal haliyle
    Sunakta katledilmeyi bekler.
    Yırtılır, tanrıların yüzleri birer birer!
    Kılıçla ikiye bölününce dünya
    Adanmış hayatlar çıkar ortaya!
    Özgürdür artık;
    İkiye bölünmüş olsa da…

    Adana.24.02.2007
    SAAT:20.00

  • Şəfa VƏLİYEVA.”Bibi” də oldum… çoxdan…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Fərqli deyil payızım…
    Ötən ilkidi elə…
    Arzularda şən “qızım”,
    “Oğlum” döyükür hələ…

    “Nənə” deyənim də var…
    Qulaq batırır səsi…
    “Xala” sözü axtarır
    Zakirin zümzüməsi…

    “Bibi” də oldum… çoxdan…
    “Xanımlığım” bir ayrı…
    …Hər şey gözəl həyatda…
    Yoxluğundan savayı…

  • Ülviyyə VAHİD.”Payız”

    10308061_1487703808112940_8055053123496195175_n

    Bu fəsil nə qədər fərqlidir belə,
    Cox incə duyğular yaşadır bizə.
    Könül sirdaşımız olsa da belə,
    Bu payız kövrəklik gətirir,mənə..

    Hər rüzgar qəfil bir qonaq kimidir,
    Hər yapraq atılmış uşaq kimidir,
    Hər yağış ağlayan sirdaş kimidir,
    Bu payız kövrəklik gətirir,mənə.

    Günəşə həsrətdir yaşıl meşələr,
    Cicəksiz qalıbdır,solğun dərələr,
    Cırpılır sahilə coşğun ləpələr,
    Bu payız kövrəklik gətirir,mənə.

    Buludların gözü dolubdu yenə,
    Qürurdan ağlamır,bəlkə də hələ.
    Duyğular payizla eynidir deyə,
    Bu payız kövrəklik gətirir,mənə.
    Bu payız, kövrəklik gətitir mənə..

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    EVİM, EŞİYİM OI

    Qoyma məni evsiz qalım,
    Həsrətə, hicrana dalım,
    Ay gözəlim, qadan alım,
    Sən gəl evim-eşiyim ol.

    İzin olum yollarında,
    Mənə gəlsin yolların da.
    Ömür boyu qollarında,
    Mən uyuyum, beşıyım ol.

    Saxla məni ürəyində,
    Mənlə vursun ürəyin də.
    Yaşadıqca ürəyimdə,
    Həm daxilim, eşiyim ol. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Bəlkə payız axşamı…

    Bəlkə, payız axşamı,
    Ruhumu oxşayasan,
    Sınsın həsrətin əli.
    Yenə də söyləyəsən,
    “Ey gözəllər gözəli”
    Bəlkə payız axşamı,
    Qadasını aldığım,
    Bakı bağlarındaca,
    Könlümü oxşayasan…
    Baxasan varaq-varaq,
    Qumaş qumlu sahildə, (daha&helliip;)

  • Əsli Dilbazinin “Sevən ürəklərin parçaları” kitabının təqdimatı olub

    000

    1111

    Oktyabrın 17-də Nizami Kino Mərkəzində istedadlı gənc şair Əsli Dilbazinin “Sevən ürəklərin parçaları” adlı rus dilində ilk şeirlər məcmuəsinin təqdimatı keçirilib.
    Tədbirdə Xalq Artisti Lyudmila Duxovnaya və aktyor Oleq Əmirbəyov şairin şeirlərini söyləyiblər.
    Sonda gecənin qonaqlarına “Sevən ürəklərin parçaları” toplusu təqdim edilib.
    Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şairin pərəstişkarları və KİV nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, Əsli Dilbazi məşhur Dilbazilər nəslindəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetini əla qiymətlərlə başa vurub. Ə.Dilbazi poeziya ilə erkən yaşlarından məşğul olur. Onun şeirləri “Ədəbiyyat dünyası” qəzetində dərc edilib, Rusiyanın “Skifiya” nəşriyyatının “Antologiya jivoy literaturı” toplusuna daxil edilib.

    Aliyə Əsədova,
    AYB üzvü, Prezident təqaüdçüsü

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    YOZ YUXUMU

    Yuxu yozan yoz yuxumu tərsinə,
    Buludları qara gördüm, qara mən.
    Geckmişdim Dədə Qorqud dərsinə,
    Dörd tərəfdən çəkilirdim dara mən.

    Qoç Koroğlu dəyirmanda yatırdı,
    Keçəl Həmzə dəliləri satırdı.
    Harayımdan qulaqlarım batırdı,
    Heç bilmirəm necə gəldim bura mən.

    Ayaqlarım bənd olmuşdu cələdə,
    Mənzilimə çatammıdım hələ də,
    Sanırdım ki, bu yollara bələdəm,
    Bilmirdim ki, hara gedim, hara mən.

    Bir çay gördüm sularında qəzəb, kin,
    Sahillərdə sakinləri didərgin,
    Sal körpüsü qollarıydı Babəkin,
    Ha çalışdım keçəmmədim ora mən.

    Alma qaldı oğru divin əlində,
    Düşəmmədim qara qoçun belindən,
    Bu torpağın dərib şehli gülündən,
    Öz əlimlə uzadırdım xara mən.

    Özüm verdim dərd əlinə yaxamı,
    Nişan aldım, daşa vurdum oxumu,
    Yuxu yozan, tərsinə yoz yuxumu.
    Gəzdirirəm sinəm üstə yara mən.

    DEYƏM GƏRƏK

    Əlimdədir əsrlərin cilovu,
    Boz ayğırlı Bamsı Beyrək mənəm, mən
    Öz qalam var, öz bərəm var, öz ovum,
    Dağda-düzdə əsən külək mənəm, mən.

    Özgə yerdə gəzməmişəm izimi,
    Yad payına dikməmişəm gözümü,
    Bu torpağa sürtə-sürtə üzümü,
    Sığal çəkən kövrək-kövrək mənəm, mən.

    Vətən dərdi Vətənləşdi sinəmdə,
    Vətən eşqi bir atəşdir sinəmdə,
    Alov düşdü, saflıq bişdi sinəmdə.
    Süfrəsi bol halal çörək mənəm, mən.

    Savlanın gədiyindən keçmişəm,
    Çeşmələrin bəbəyindən içmişəm,
    Yollar çoxdur, dönməzliyi seçmişəm,
    Zirvələrdə açan çiçək mənəm, mən.

    Tarix özü yollarımı azdırıb,
    Hələ öndə vüsal adlı yaz durub,
    Taleyimi öz alnıma yazdırıb,
    Var səsimlə deyəm gərək “Mənəm, mən”.

  • Aqil SABİROĞLU.Yeni şeirlər

    asm

    ÖZÜM BİLİRƏM

    Göndərmə üstümə hər iti,qurdu,
    De görüm neylədi xalqı soyanlar?
    Əslində millətə bir yara vurdu,
    Milləti heyvandan alçaq sayanlar.

    Bu qədər həyasız,abırsız olma,
    Sənin çağırışın əbəsdir,əbəs!
    Boş yerə çığırıb saçını yolma,
    Çörəyi burnuna yeməyir heç kəs!

    Biri məvacibi azaldın deyir,
    İstəmir bu millət çıxsın ağ günə?
    Kasıb canı çıxsın doğmasın deyir,
    Çətində qaçırlar kasıb üstünə!

    Partiya şərt deyil,əqidə yoxsa,
    Baxıb oyununa bəzən gülürəm.
    Qutudan ilan da,çayan da çıxsa,
    Kimə səs verəcəm,özüm bilirəm!

    DAHA İNCİTMƏYƏK…

    Yamanca dolmuşam…

    İki yol ayrıcı düşüb qalmışam;
    Birində balığam,birində durna.
    Suya düşərəmsə qopar fırtına,
    Nəhəng balıqlara yem ola billəm.
    Qanad açaramsa havada,o an,
    Ovçu tərəfindən vurula billəm.
    Bir daşa dönmüşəm bu yolun üstə,
    Nə üzə bilirəm,nə də ki süzə.
    Bəlkə elə birda…
    Bax,elə burada gələk üz-üzə?!.
    Daha incitməyək pak ruhumuzu,
    Sındıraq bu yersiz qürurumuzu!

  • Şəfa VƏLİYEVA.”Hər ötən gündən küsürəm”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sevda-sevda yaşıllandım…
    Həsrət-həsrət çiçək açdım…
    Görüş-görüş nağıllandım…
    Vida-vida pərvazlandım…

    Görürsənmi, sən olmasan
    Həyatda qalmaq “alınır”?!
    Hər ötən gündən küsürəm,
    Adı “yaşamaq” alınır…

  • Yeni Quran Möcüzəsi tapıldı

    en

    Habl (Hubble) Kosmos Teleskopu

    …göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın…..(Həcc surəsi, 15)

    Bildiyimiz kimi, Quranın insanları düzgün yola dəvət edici xüsusiyyətindən əlavə, bir də Quranın gələcəyə aid verdiyi xəbərləri mövcuddur. Quran ayələrində qeyd olunan, yəni Quran nazil olarkən, vəhy ilə peyğəmbərimiz (s.ə.v) -in zamanında baş vermiş, gələcəkdən xəbər verən və reallaşmış bir çox hadisələr var.
    Məslən Bizansın qələbəsi: Bizansın qələbəsi ilə bağlı ayə, xristian rumların bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra – eramızın 620-ci ilində göndərilmişdi. Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki, həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. Sasanilər bizanslıları 613-cü ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus və Qüdsü də işğal etməklə davam etdirmişlər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin xaraba qoyulması və xristianlığın simvolu olan «Həqiqi xaç»ın sasanilər tərəfindən ələ keçirilməsi bizanslılara ağır zərbə olmuşdu.
    Qısası, hamı Bizansın yox olmasını gözləyirdi. Lakin bu dövrdə “Rum” surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər.
    Ancaq Quranın bütün xəbərləri kimi bu da, şübhəsiz ki, baş verdi. (Məkkənin fəthi də buna misal ola bilər.)

    Bir daha tarixə və Quranda gələcəyə aid xəbər verilən məlumatlara nəzər yetirsək, görərik ki, Hz. Məhəmməd (s.ə.v) -in vəfatından sonra da bir cox hadisələr baş vermişdir. Məsələn İsrail oğullarının təkəbbürlü yüksəlişi, parçalanıb dünyanın müxtəlif yerlərinə dağılmaları və yenidən İsrail dövlətini qura bilmələri. Bunların olacağı əvvəlcədən Quranda bildirilmişdir. İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdə, yəni təkəbbürlü yüksəlişlərindən və fitnə-fəsadlarından sonra bizim eranın 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər və bütün dünyaya yayılmışdılar. Peyğəmbərimizə (s.ə.v.) ayə vəhy ediləndə də yəhudilər müxtəlif ölkələrdə dağınıq yaşayırdılar və onların heç bir dövləti yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrarən güc verəcəyini xəbər vermişdir.

    Bir də elmi-texniki inkişaf nəticəsində, Quranın elmi möcüzələri başlığı altında, saysız Quran möcüzələri zamanımıza xas olaraq, Allah tərəfindən inananların əli ilə kəşf etdirilmişdir. Bunlardan biri də, yeni bilinən yuxarıdakı Hubble cihazından söhbət gedən ayədir. Əlbəttə ən doğrusunu Allah bilir. Amma Quranın bu yönündən də istifadə etmək, müsəlmanlar üçün bir lütufdur, çünki bunlar iman həqiqətlərindəndir. Məsələn, bu ayədə göyə bir vasitə uzadın deyilir. Kosmosa Hubble cihazından başqa bir çox cihazlar göndərilib. Amma bu cihaza işarə edilməsi, onun xüsusi funksiyasına görədir. Cihazın özəlliyi çəkilən şəkillərin kəsilib bir araya gətirilərək, sonradan baxılmasıdır. Alınan rəsimlər kəsilir, sonra bir araya gətirilir və tam bir rəsim halında baxılır.

    Məlumdur ki, Quranın əsas vəzifəsi insanları Allahın yoluna dəvət etməkdir və elm, digər möcüzələr buna bir vasitədir. Amma çağırışı qebul etməyənlər daim olmuşdur. Həcc surəsi, 15-ci ayəni tam şəkildə yazsaq görərik ki, bu ayə elmi dəlilləri görən, amma yenə də inkarçı yolu seçən insanlara xitab olunur. Ayə bütövlükdə belədir.

    “Kim, Allahın ona, dünyada və axirətdə qəti olaraq kömək etməyəcəyini zənn edirsə, göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın, qurduğu nizam, onun hirsini azalda biləcəkmi?” (Həcc surəsi, 15)

    İnkarçılıq nə deməkdir?

    İnkarçılıq – Allah yoxdur, müstəqil iradəyə sahibik, köməkçi, yardımçı qüvvə insanın özüdür özünə, axirət də yoxdur, ona görə də sorğu-suala ehtiyyac yoxdur, bu səbəblə də, (Allahı tənzih edirik) Yaradıcı bir gücə ehtiyyacımız yoxdur deyə inanan bir inanc formasıdır. Bu inancı təsdiq etmək üçün də, dünyada bir sistem yaradıldı. Materyalizm, Darvinizm. Bu inanc həm də qədim paqan inancıdır. Bu inanc elmlə aidiyyatı olmayan batil dindir.

    Darvinistlər kainatın yaradılmadığına, sonsuz əvvəl və sonsuz davam edərək var olduğuna inanmaq istəyirlər. Yəni materiyaya güc veririlər, paqanizmdə də bu belədir (Kainatın özünün yaranma gücünə sahib olması inancı).
    Amma bu yanlış və yalana söykənən nəzəriyyələri elmi faktlar alt-üst edir. Big Bang nəzəriyyəsi qətiliyi sübut edilmiş elmi məlumatdır. Big Bang dünynanın ani bir partlayışla yoxdan yaradıldığını sübut edir. Hubble cihazı ilə də çəkilən şəkillər də, bir daha Big Bangi təsdiq edici görüntülərə sahibdir.

    Ayədə qeyd edilir, Allahı və axirəti inkar edənlər, göyə yenə vasitə göndərsinlər, baxsınlar, hər dəfəsində qurduqları nizamın səmimiyyətsizliyini, yalanını ortaya çıxardacaq bilgiləriı gördükcə, boş bir düşüncəni inadcasına qorumaq istəyən insanların, hirsləri aza biləcəkmi?!

    Qurulan bu yalan sistem hər keçən gün insanlar tərəfindən daha da bilinir. Və nəzəriyyələrini ayaqda saxlaya bilmək üçün, bu insanlar öz dırnaq arası elmlərinə sübut axtarışında olurlar. Amma bir dənə belə dəlilləri yoxdur. Elm tamamilə əksini deyir. Dəlil adıyla irəli sürdükləri məlumatların qurması ortaya çıxdıqca isə, aciziyyətləri və hirsləri daha da artır. Allahın yaratdığı, Onun qanunlarının işlədiyi bir sistemdə var olmayan yalanın sübutunu axtarmaq kimi böyük bir cəhalət ola bilməz.

    Elm adamı olan Rocer Bekon-nun da dediyi kimi “Əslində elm insanların inancı qəbul etmələrini təmin edən böyük üstünlüyə malikdir.” “Gələcəkdə, indi və keçmişdə şahid olacağımız kimi elm inananlar üçün faydalıdır.”

    “Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab (Quran) gətirdik. (Əraf surəsi, 7) – Biz onlara yaradılışı elmlə müfəssəl izah etdiyimiz, öyüdlərimizlə də inananlar üçün hidayət və mərhəmət olan Quranı nazil etdik deyə buyrulur ayədə. Yaradılış elmlə hər sahədən mükəmməl izah olunub. İstər zülallardan tutmuş, DNT-lərə qədər, istər kainatdakı incə hesablamalarla var edilmiş sistemlərə qədər. Və Yaradıcı ilahımızın öyüdləri ilə də dünyada ən gözəl sosial həyat qurula bilər, çünki fərd olaraq da ən gözəl əxlaq sayəsində, Cənnət kimi həyat yaşana bilər. Çünki mərhəmət və hidayətin yeganə ünvanı Qurandır.
    (p.s-Necə ki, Yaradılışı ört-basdır etmək istəyən insanlar var, eləcə də xurafatlarla İslamı çətin din kimi göstərmək istəyənlər var.)

    Təsadüf ola bilməz. çünki;
    – Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
    – Zülal olmadan DNT əmələ gələ bilməz
    – DNT olmadan zülal əmələ gələ bilməz
    – Zülal olmadan zülal əmələ gələ bilməz
    – Tək bir zülalın meydana gəlməsi üçün 60 müxtəlif zülal lazımdır
    – Bu zülalların bir dənəsi belə yoxdursa, zülal var ola bilməz
    – Ribosom olmadan zülal əmələ gəlməz
    – RNT olmadan da zülal əmələ gəlməz
    – ATP olmadan zülal əmələ gəlməz
    – ATP-yi yaradacaq mitoxondri olmadan da zülal meydana gəlməz.
    – Hüceyrə nüvəsi olmadan zülal əmələ gəlməz
    – Sitoplazma olmadan da zülal meydana gəlməz
    – Hüceyrədəki orqanoidlərdən bir dənəsi əskik olsa zülal əmələ gələ bilməz
    – Hüceyrədəki bütün orqanoidlərin var olması və çalışması üçün də zülallar lazımlıdır

    Kainatla bağlı hər kəsin bildiyi bir məlumatı qeyd edə bilərik ki, Ulu Yaradan Kainatı elə zərgər dəqiqliyi ilə yaradıb ki, hətta cüzi bir dəyişiklik bütün Kainatın məhvinə gətirib çıxarar. Hesablamalar göstərir ki, əgər Yerdən Günəşə qədər olan məsafə cəmi 5 faiz kiçik olsaydı, onda təqribən 4 milyard il bundan qabaq Yer kürəsində hər şey yanıb məhv olardı. Digər tərəfdən həmin məsafə cəmi 1 faiz böyük olsaydı, onda təqribən 2 milyard il bundan qabaq Yer kürəsi tamamilə donardı.

    Elm inanc üçün faydalıdır. Allahın elmi, yaratma gücü, sahib olduğu bənzərsiz qüdrəti, bunları dərk edəcək ağıla sahib edir, insanların inanclarını kamilləşdirir.

    __________________________________________________
    Araşdırmağınız və oxumağınız üçün tövsiyyə etdiyimiz saytlar
    Bu mövzuyla bağlı dəqiq və daha ətraflı məlumatları bilmək üçün.
    1. Quranın gələcəyə dair verdiyi xəbərlər
    2. Quranın keçmişdə reallaşan gələcək xəbərləri
    3. Quranın elmi möcüzələri – www.quranmocuzeleri.org

    4. Quran elmə yol götərir. www.quranelmeyolgosterir.com
    Bu saytda dahi alimlərin kəşfləri və həyat yaradıcılıqları ilə bağlı məlumatlar və inanclı şəxsiyyətlər kimi söylədikləri düşüncələri mövcuddur.
    5. Elmi mövzular. – http://www.elmimovzular.com/cat-8-astronomiya
    Bu saytda Big Bangla bağlı məlumatları oxuya bilərsiniz.

    Esmira Nizami qızı

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    11951080_1456899864619344_1341766859_n

    BİR ARZU -1973

    Qəribə bir hisslə qaynayır qanım,
    Bu axşam bir arzu çəkir qəlbimi.
    İstərəm əlimdə yol çamadanım
    Yol gedəm Bakıdan Qazağa kimi.

    Yolu dəstələyib ovcuma yığam,
    Töküləm nur dolu bir körfəzə mən.
    Ürək vəfasızlıq etməyə, çıxam
    Sıldırım dağları bir nəfəsə mən.

    Ola əl ağacım ayın işığı,
    Dumanlı gecənin qorxusu hürkə.
    Bir soyuq şeh düşə səhərə yaxın,
    Yumulan gözümün yuxusu hürkə.

    Dərdiyim çiçəyin bakirəliyi
    Nəfəsim dəyəndə özündən gedə.
    Bir qəfil qorxunun ağciyərliyi
    Bulud tək çəkilib gözümdən gedə.
    (daha&helliip;)

  • İlkin ABBAS.Yeni şeirlər

    tt

    Bu külək hayandan əsdi, İlahi

    Qəflətən çökdürdü nura zülməti,
    Saldı aramıza acı həsrəti,
    Məhv etdi saf eşqi, pak məhəbbəti,
    Bu külək hayandan əsdi, İlahi?!

    Bacara bilmədim qəm rüzgarıyla,
    Əsdi aramızdan ahu-zarıyla,
    Gəldi qəmli, çiskin yağışlarıyla,
    Bu külək hayandan əsdi, İlahi?!

    Yıxdı sarayımı taxtımdan əvvəl,
    Bəlkə yaranmışdı baxtımdan əvvəl?!
    Öldürdü eşqimi vaxtından əvvəl,
    Bu külək hayandan əsdi, İlahi?! (daha&helliip;)

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    TƏCNİS

    Sinəmi bir atəş yandırıb yaxır,
    Haçandı bir nazlı gözəldən düşüb.
    O gündən günlərim saçım rəngində,
    O gündən saçıma gözəl dən düşüb.

    Vəsf etdim hüsnünü gəlincə, gülüm,
    Gəz sinəm üstündə gəl, incə, gülüm.
    Dönüb bu yerlərə gəlincə, gülüm,
    Baxıb görərəm ki, göz əldən düşüb.

    Vurula bildinsə dərdindən belə,
    Xoş olar soysalar dərimdən belə.
    Oday, bar-bəhrini dər indən belə,
    Sevgi bağçasına gözəl dən düşüb.

    GƏLMƏ, SƏN ALLAH

    Bu yuxunun yozumu nə? –
    Yuxuma gəlmə, sən allah.
    Gəlişinin luzumu nə? –
    Yaxına gəlmə, sən allah.

    Olsun, əli yalın çıxın,
    Təki açıq alın çıxın,
    Tuş olub bir yalıncığın,
    Oxuna gəlmə, sən allah.

    Yay günü boran, qış olub,
    Yuvası viran quş olub,
    Gəlirsən, tək gəl, qoşulub
    Axına gəlmə, sən allah.

  • Qalib ŞAMXALOĞLU.”Hələ”

    qsm

    Kədərin başında noxtası yoxdu ,
    Gəzir düz-dünyanı , dayanmır hələ !
    Haqsız əməlləri bəşərin çoxdu ,
    Dünya haqq nuruna boyanmır hələ !

    Cahillər zindana salır dühanı ,
    Ədalət deyilən anlayış hanı ?!
    Basıbdır ətalət külli cahanı ,
    Qəflətdə yatanlar oyanmır hələ !

    Günahkar qanmayır öz günahını ,
    Bəşər təmin etmir xoş sabahını !
    Bu ərşə ucalan məzlum ahını ,
    Kar olan qulaqlar duyammır hələ !

    Çöküb simalara qüssəylə hüzün ,
    Haqlının ağzında boğurlar sözün !
    Haqqa qənim çıxan nahaqqın gözün
    Haqqın barmaqları oyammır hələ !

    Ay Qalib , insanlıq olubdur çətin ,
    Gör kimlər şeytanla qurub ülfətin ?!
    Tanrı da çəkibdir bin-bərəkətin ,
    Bizi öz bəndəsi sayammır hələ !