Post Views: 81 Xəyanət boyda əl verirəm sənə, qaytarıb çırpsan da üzümə. Xəyanət boyda göz verirəm sənə, baxa bilsən gözümə. Xəyanət boyda söz verirəm sənə, Qata bilsən sözünə. Xəyanət boyda ürək verirəm sənə, yer tapa bilərsənmi özünə? Daha buradan o yana heç kəs yoxdu- Getmə heç yerə. Xəyanəti sapla qəlbinə, Tikiş qoyarsan ömrünə. Xəyanət boyda.
Azərbaycan ədəbiyyatı
Aliyə ƏSƏDOVA.”Sərhədçi qardaş”
Post Views: 85 Səhərin gözüylə oyanan əli alnında boylanan sərhədçi qardaş. Kim var kim yox oralarda, o bağlı yollarda kimsə yıxıldı elə bil sərhəddən xeyli uzaq. Şəhərlidi ya kəndçi uzaqlardan gəlib- adını deyir vətəndaş! Sən yerdəki qara bax, yazın bu son ayında bu sərhəd yollarında ləpir qoyan ayaqlar, biri gedir ,biri gəlir … Bu yolları …
Nadir ZİYADLI.Şeirlər
Post Views: 118 Qadınım mənim Qonşuların pıçıltıları . dostların təsəlliləri tanışların soyuq baxışları altında bacım ..qardaşım düm ağ parçaya bürünmüş tabutumun önündə göz yaşı axıdacaqlar.. Göz yaşı axıdacaqlar tabutum həyətdən çıxana qədər… Sonra hər biri baş alıb gedəcək öz işlərinə.. öz içlərinə… və öz içlərində axtaracaqlar məni..
Əziz Musa.Yeni şeirlər
Post Views: 152 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru Daş Bu dünyanın işinə bax, Baxan görmür gələn daşı, Göydən gələn, elə gəlir, Qorumaq olmayır başı. Hər bir kəsin qismətinə, Göydən gələn bir daş düşür. Hər daşa da bu dünyada, Neyləyəsən bir baş düşür
Nəcibə İlkin gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilib
Post Views: 84 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi …
“Sumqayıt şəhərində ekoloji vəziyyət qat-qat yaxşılaşıb”-MÜSAHİBƏ
Post Views: 166 “İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ” “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Kərimovla müsahibə Qısa tanışlıq: Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət …
Xuraman CAMALQIZI.”Sənin həsrətinin boyun sevirəm”
Post Views: 78 Həsrətin, nisgilin var-dövlət kimi, Könül yaraların zənginləşdirib. Əlçatmaz, müqəddəs məhəbbət kimi, Xəyal dünyasını ənginləşdirilib. Şirin xatirələr qəlbimdə qalıb, Ara bir özümlə söhbət edirəm. Saralmış şəkillər əlimdə qalıb, Kədərlə süzürəm, hörmət edirəm. Həsrətin sevimli can yoldaşımdır, Onsuz mənim halım necə olardı?! Ruhuma işləyən qan yaddaşımdır, Gündüzüm də sənsiz gecə olardı. Sənin hər əzabın …
Təranə ŞƏMS.Yeni şeirlər
Post Views: 94 KİNƏ ƏLƏNİB… Sinəmdə yaralar, ağaran telim. Vətəndə köçkündür, elsizdir elim. Yanan ürəyimdir, qaysağı təzə, Acıyan könüldü, alışan dilim. Saçımın hər teli ömür yolumdur, Həyat da fanidir, çatan sonumdur. Dağların yorğanı, bəyaz tellərim, Biçdiyin libasın, həyat donumdur. Sazaq da üşüyüb, sinəmə yağıb, Əllərim telimdə, əlimə yağıb. Üşüyən hər telim, ruhumu öxşa, Ruhumdu üşüyən, …
Səttar QARAĞACLI.”Görəsən”
Post Views: 131 Ömür əmanətdir insane vallah, Nə boran, nə tufan, sellər görəsən. Qəmə urcah olub düşəndə dara, Köməyə uzanan ellər görəsən. Nə günəş tutula, nə yağış yağa, Dünya gözlərində dönə yaylağa. Qəlbi ovutmağa, könül almağa, Bağında çiçəklər, güllər görəsən. Gözəllik nə dizi, nə gözü yordu, Naxışı, ilməsi işıqdı, nurdu. Gəzib qarış-qarış bu ana yurdu, …
Şəfa EYVAZ.”Bütün sətirlərim incidi məndən”
Post Views: 105 Bütün sətirlərim incidi məndən, Bir şair qəlbini sındırdığım gün. Didildi, dağıldı ruhum içindən, Bir şair qəlbini sındırdığım gün. Nə dedin bal dilim acıya döndü, Getdiyim düz yollar əyildi bütün. Dünyanın mən adlı işığı söndü, Bir şair qəlbini sındırdığım gün. Mən ki istəməzdim qəlbini yorum, Bənd oldu dilimə atdığın düyün. Yarandı içimdə dibsiz …
Şəfa VƏLİYEVA.“Qumarbaz hisslər və Sələmçi darıxmaq” (Hekayə)
Post Views: 91 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bu gün işdən tez çıxmışdı… Adətən, işi ən tezi axşamın 7-də bitirdi. Bu gün özü-özünə bir neçə saatlıq istirahət verməyi düşünmüşdü. Saat 4 olmamış artıq Gəncə çayının üstündəki körpüdəydi. Əvvəlcə sürətlə evə çatıb bir az uzanmaq, sonra da acgözlüklə …
Ülviyyə VAHİD.Yeni şeirlər
Post Views: 152 BİLMƏDİM Gözlərim bir anlıq doldu,süzüldü, Bu dünyadan əlim yenə üzüldü. Sözlərim də sətir-sətir düzüldü, Bu dünyayla mən barışa bilmədim.. Həmrəy oldu mənə yağan yağışlar, Çəkdi yanaqlara isti naxışlar. Hər keçən gün,bir gün ona bağışlar, Bu dünyayla mən barışa bilmədim.. Dürüstlük,kübarlıq deməkki,boşmuş, Təlxəklik,yaltaqlıq coxuna xoşmuş. Əyriyə yeri var, düzünə yoxmuş, Bu dünyayla mən …
Eldar Nəsibli Sibirel.Həyatı və Yaradıcılığı
Post Views: 112 Eldar Nəsibli Sibirel – Şair publisist 1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu …
Arzu RÜSTƏMSOY.”Yenilik”
Post Views: 137 Əlimin dilini kim anlayar,kim, Dilimin əlində qalmışam,əsir. Səndə dodaq dilə olubdur,hakim, Məndə əksinədir,dodaq dil kəsir… Dil tökür,əməli min aya dəyər, Dil lazım dillənən dilə gəlməsin. Dil vardır,bəhrəsi minaya dəyər. Dil kəsək,kəlməsi ələ gəlməsin. Dərdi dil danışar,dil dərdə qonaq, Dilinin dərdini başa çıxarma. Dil başa bəladır,baş dilə çanaq, Dilli ol,başını dil ilə yarma. …
Nisə Qədirovanı doğum günü münasibətilə təbrik edirik! (30 avqust 1967-ci il)
Post Views: 82 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmlia nümayəndəsini, istedadlı qələm sahibini, Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “Qızıl Qələm” Media Mükafatı laureatını, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktorunu, dotanınmış jurnalistini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar diləyir! Mətbuat xidməti İNANMIRAM Bu …
Bəhruz XƏLİL.Yeni şeir
Post Views: 143 Üşüdüm səhərə qədər, yastığımın istisinə. Yumub gözlərimi getdim, sənsizliyin tüstüsünə. Sənsizlik də deyəndəki mən heç sənli olmamışam. İstər sən ol,istər sənsiz mən heç qəmli olmamışam. Mən belə biriyəm tanı, ruhsuz,ürəksiz adam. Bir sevgini də qurutdu, üzü çörəksiz adam.
Vəfa MÜRSƏLQIZI.Yeni şeirlər
Post Views: 98 CÜCƏRİR! Nə əkirəm ürəyimə, Kədərin tağı cücərir, Dərdi nə qədər çəksəmdə, Başı aşağı cücərir! Ümidləri bəsləməkdən, Gəlişini istəməkdən, Yollarını gözləməkdən, Gözümün ağı cücərir. Yuxu tapmayan şairin, Dərdin atmayan şairin, Gecə yatmayan şairin, Səhər varağı cücərir,
Şəhanə CƏFƏROVA.”Gedirəm”
Post Views: 124 Bağişla sevgilim məni İncitmək istəmirdim səni Bizim taleyimiz belə Mən səni tərk etmək istəmirdim. Çox yoruldum Bağişla məni gedirəm. Zamanla düzələcək həyatimiz. Bəlkədə başqalarindadi xoşbəxtliyimiz Bəlkədə çox gözəl olacaq gələcəyimiz. Bağişla məni sevgilim gedirəm. Ziyan etməyək gəncliyimizi Gəl bağişlayaq taleyimizi. Başqa heçnə demə sevirəm demə. İcaze ver çixim gedim. Qoy həyatina başqalari …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 97 Şirvan İllərlə dərd elədim səndən uzaqlığımı, Sevib bayraq tutarsan bəlkə üz ağlığımı. Qaytar səndə qoyduğum yetim uşaqlığımı,- Ruhumun qibləgahı,canımın canı Şirvan. Hər gün yuxularımda Vətən səndən danışdı, Qərib ömrü sürməyim,hüzündü,aldanışdı. Öpdüyüm torpağının ətri mənə tanışdı, Arzumun,istəyimin sökülən danı,Şirvan. O neft buruqlarınla yaraşır pərvaz sənə, Hüsnünə ayna tutub Kür eləyir naz sənə. Durub …
Mirzə TƏRXAN.”Bico nağılı”
Post Views: 138 -Can nənə bir nağıl de! − Biri vardı, biri yox, Biraz az və biraz çox. Bir dəniz sahilində, Bir balıqçı əlində, Tilovla hey gəzirdi, − Eeeh, nənə, bu nağılın, Axı məni bezdirdi! Bilmirsən təzə nağıl?! − Yaxşı, ay şəkər, noğul, Sənə keçmişdən indi, Nənən nağıl danışsın. Həm də qoy saf düşüncən, Tarixə, …
Mirzə TƏRXAN.”Ümidini üzməyənlər” (Hekayə)
Post Views: 142 Əli Arifin dayısı oğludur. Onlar birlikdə olduqca çox vaxt keçiriblər. Uşaqlıqları bir ocağın başında, bir gün Əligildə bir gün Arifgildə keçib. Onlarla yanaşı Əlinin Sakit adlı bir xalası oğlu da var idi. Sakit də həmçinin Əli ilə Arifin mehriban dostu idi. Gün gəlir vədə yetişir,gözlərini bir açıb yumurlar ki, valideynləri tərəfindən evlənmək …
Təhminə MƏMMƏDOVA.”Fərid ilə Mübariz”
Post Views: 103 Yazıçı-jurnalist Subaylığın son gecəsi kitabının müəllifi Yağı düşmən üstünə, Aslan kimi getdilər Öz şirin canlarını Yurda qurban etdilər Fərid ilə Mübariz Yer də göy də onlara Ağladı için-için Canlarından keçdilər Vətən üçün,el üçün Fərid ilə Mübariz Axşam qüruba gedən Günəş kimi söndülər Bağrı qana boyanmış Qərənfilə döndülər Fərid ilə Mübariz Dəyanətlə,vüqarla Od-alovdan …
Hikmət MƏLİKZADƏ.”Zədə” romanından bir parça
Post Views: 101 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nuraydan savayı ailədə hamı Sevinclə Sənanın dostluğuna qarşı idi. Buna görə dünəndən evdə səs-küy qopmuşdu. Rəngi solmuş bəstəboy divarlar evdəki qarışıq və mənasız qıy-qışqırıqdan yazıq görkəm almışdı. Sevinc də ona edilən təzyiqlərdən cana doymuşdu. Amma kimsə bunun fərqində deyildi. Nadir …
İradə ƏLİLİ.”Şeir istədim Səndən”
Post Views: 87 Bir misraya sığacaq Şeir istərdim səndən Yaz mənim üçün Yaz… Bir bənd Şeir istərdim səndən Sevinc dolu sətirlərlə Səpələnsin duyğulara. Bir sətir istərdim səndən Qəlbini qələmə sarıb, kaqizları kətan bilib, Ürəyinlə onu boya… Bir kövrək şeir istərdim səndən, Misrası qəlbinin həvəsi olsun… Bir kövrək şeir istədim ki mən, Gözündən könlünə ilmə toxuyub …
Müzəffər MƏZAHİM.”Mən ki, sənə deyəmmərəm”
Post Views: 91 Tale yazdı bu sevgini baxtıma, Hansımızıq görən indi günahkar? Bu subaylıq, bi sultanlıq taxtıma, Öz əlimlə yağdı leysan günahlar. Gəncliyimi yaşadım mən səbrsiz, Ötəmmədim bu sevdadan xətərsiz, Ürəyimi oğurladın xəbərsiz, Özün söylə, məgər məndə günah var? Gözlərində sevinc dolu yaşam mən, Kiprik çalma, qorxuram ki, düşəm mən, Ürəyində yuva quran quşam mən, …
Gültən QƏDİRLİ.Esselər
Post Views: 160 Sahibinin yolunu gözləyən it Hər dəfə rayona gedəndə bir it görürdüm yol qırağında- çox vaxt da eyni yerdə Bu itin sahibinin kim olduğunu isə dəqiq bilmirdim. Bu dəfə kəndə gedəndə öyrəndim ki, həmin it toydan qayıdarkən qəza nəticəsində dünyasını dəyişən həmyerlimiz Səxavət və Dəyanət qardaşlarının itidir. Tez-tez öz sahibinin məzarı üstünə də …
Fidan ABBASOVA.”Sığınıb dənizin ləpələrinə”
Post Views: 84 Sığınıb dənizin ləpələrinə dalğaya bürüdüm tam vücudumu yoxluğu əbədi hiss edim deyə məni qınadılar inan bir çoxu… Mən dikdim gözümü mavi dənizə ruhum bir az olsa susudu onunla imkanım çatmadı yetib bənizə görüm gözlərini duyum onunla… Mən daha əvvəlki cavan deyiləm ömrümün hər günü yaşanır bitir nə olsun bu yas da belə …
Şafa KAMİLLİ.”Unudmuşam…”
Post Views: 138 Bilmirəm nədən buqədər , İztirab ,agri cəlirəm , Nəyim catmir axı ? Ətafimda əzizlərim , Məni cox sevənlərim , Bir sözmu soz etməylərim . Ətavida başma pərvən olanlarim . Baş taciyam ,mən bunlarin .. Niyə belə naraziyam ? Nədən ,kimdən ,küsgünəm mən ? Undmuşam , Xatirlamaq cox cətind .. Nədən belə naraziyam …
Şəfa EYVAZ.”Qal”
Post Views: 127 Bir bənövşə boyu böyümə nolar, Sən elə bax mənim bildiyimcə qal. Soldurma üzümdə açan gülləri, Gözümdə təbəssüm güldüyümcə qal. Getmə! Qoy yolunu gözləməyim mən, Ah çəkib, buz tutub buzlamayım mən, Gah aşkar, gah gizli sızlamayım mən, Gözümdən yaşları sldiyimcə qal. Hələ sevgi varsa, isin istimə, Getsən kor olacaq dünya tüstümə. Getsən də …
Xəyalə SEVİL.”Sarmaşıq külək”
Post Views: 97 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Dolanır boynuma sarmaşıq külək, Yollar qucağıma yüyürüb gəlir. Ahaa! Gözün aydın, qaranlıq küçə, Gəlib, gəlib o qız, amma həsrəti, 10 ildi gözündə qarıyıb gəlib. O oğlan yoxdu yox, Yoxdu, gəlmədi! O oğlan deyirlər dişini sıxıb, Taleyi, qisməti söyür, …
İlhamə SULTAN.Yeni şeirlər
Post Views: 76 İstəmirəm… Məni ondan ayırmayın, Onsuz həyat istəmirəm. Qoy tərk etsin hamı məni, Onsuz həyat istəmirəm. Çətin olsun hər şey mənə, Düşüm lap dumana, çənə, Gələcəyəm bir gün yenə, Onsuz həyat istəmirəm.
Abdulla MƏMMƏD.”Bu bahar alnıma yazilib mənim”
Post Views: 138 Bu bahar alnıma yazilib mənim, Göyün göz yaşlari həsrət payimdir. Bu yaz buludlari bəyaz kəfənim- Qüssəmə tələsən qismət payimdir. Bu yaz ürəyimdə kövrəlir sözüm, Bahar sevincimin yuxusu gəlir. Bu yazi tutubdu ayazin gözü, Bu yazdan payizin qoxusu gəlir.
Qalib ŞAMXALOĞLU.”Uzaq dur həyatımdan”
Post Views: 82 Süründüm arxanca mən , məni bir yol anmadın , Mənim kimi od alıb , eşq oduna yanmadın! Mən səni yar sanırdım , sən məni var sanmadın , Olmadın canan mənə , uzaq dur həyatımdan , Eyləmə divan mənə , uzaq dur həyatımdan! Hicrinlə , firqətinlə çox sozaldı məhəbbət , Bir ömür yoxluğunla …
Mais TƏMKİN.”Səni kimdi saxlayan?”
Post Views: 94 Güləndamı Vəli saxlar, Gülbadamı Əli saxlar. Hərəni bir dəli saxlar, Bəs səni kimdi saxlayan? Xankişidən al pulunu, Boynuna sal öz qolunu. Sən də belə tut yolunu, De, səni kimdi saxlayan?
Qalib ŞƏFAHƏT.”O yana”
Post Views: 107 Kim gələcək, kim gedəcək, Səndən, məndən o yana ki? Kim qalacaq, kim olacaq, Səndən, məndən o yana ki? Bulud olub çəkiləmməz, Yağış olub töküləmməz, Dan yeritək söküləmməz, Səndən, məndən o yana ki?
Elnur RƏSULOĞLU.”Sökün sərhəd qurğuların”
Post Views: 91 Bakı-Təbriz Şimal, cənub – vətən birdir. Birləşsə, tən və tən birdir. Uzaq, ayrı yaşayıblar Çox illəri Bakı-Təbriz. Qəlblərində daşıyıblar Nisgilləri Bakı-Təbriz.
Elnur ABDİYEV.”Qarabağ” poeması. VII fəsil
Post Views: 110 Faciədən sonrakı görüntülər Ağappaq qar tutub qara torpağı, Sanki göylər yerə kəfən biçmişdi. Tikanlar basmışdı güllü bir bağı, Burda canlı nə var,candan keçmişdi. Qar üstə qaralan qara kölgələr, İnsan cəsədiydi,insan,ay insan! Bəlkə də bir zaman elə gün gələr, Bu acı dəhşəti nağıl sanarsan.
Nail DAĞLAROĞLU.Qıfılbənd
Post Views: 109 Əziz dostlar, bu şeirimdə təriflə tənqid bir yerə düşdü. Onu da qeyd edim ki, tənqidə münasıbətim açıqdı, kim istəsə öz fikrini bildirə bilər. Arvad var ki, namusu var, arı var, Arvad var ki, yeddi-səkgiz yarı var. Arvad var ki, düzlük adlı varı var, Ölənədək bircə düz yol seçər hey. Arvad var ki, …
Vasif ZÖHRABOĞLU.”Gözləməliydim…”
Post Views: 102 Artıq az qalmışdı qaranlıq düşə, Yolları görməyə göz işləmirdi. Ya sən gecikmişdin o gün görüşə, Ya mənim saatım düz işləmirdi. Eh, necə şirindi o vaxti həyat, Xoşbəxtlik başımın üstündə idi. Bəlkə imtahandı bəlkə zarafat, Bilmirdim gözlətmək qəsdin nə idi.
Nofəl ÜMİD.”Yolunu gözlədim”
Post Views: 95 Sən getdin, qəm aldı qoynuna məni, Çökdürdün ömrümə dumanı, çəni. Fələk də gətirdi saçıma dəni, Hər gecə əllərim uzandı göyə, Yolunu gözlədim, dönərsən deyə. Sən getdin, səninlə getdi bu ürək, Həsrət acısında bitdi bu ürək, Söndü, daşa döndü, itdi bu ürək, Köksüm buz bağladı… Bilirsən niyə? Yolunu gözlədim, dönərsən deyə.
Sərvər KAMRANLI.”Bir vaxtlar gördüyün deyiləm axı”
Post Views: 82 Ay mənə yenidən qayıdan qadın, Bir vaxtlar gördüyün deyiləm axı. Özünü özümdən soyudan qadın, Bir vaxtlar gördüyün deyiləm axı. Başımın üstünə artıq qar yağıb, Gözlərim sən adlı gündə “Sən” doğub… Həsrətin sevgimi çoxdandır boğub Bir vaxtlar gördüyün deyiləm axı.
Şəhanə MÜŞFİQ.”Bəlkə düşməmişdin elə yağışa.”
Post Views: 100 Dünən ayrılmağa gəldik görüşə, Dilimiz bilmədi nədən danışa… Dünən gözlərimdə elə islandın, Bəlkə düşməmişdin elə yağışa. Elə bil ilk dəfə tanış olurduq, Həmin gün necə də çevrildik yada. İzimə boylanan baxışların da Getdiyim yollara oldu piyada.
Yeqzar CƏFƏRLİ.”İki dalğa” (Hekayə)
Post Views: 135 DGTYB Yönətim Qurulu Başqan Yardımçısı İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu. Havalar bir az da qızışacaqdısa biz də …
Debüt: İntiqam YAŞAR (Gədəbəy rayonu).Şeirlər
Post Views: 110 İntiqam YAŞAR (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri və publisistik yazıları “Azad Qələm”, “Ədəbiyyat qəzeti”, “Kaspi” “Mərkəz” qəzetlərində, “Ulduz” “Dalğa” jurnallarında, “Nevzuhur” dərgisində və başqa müxtəlif ədəbiyyat, …
“Zərrələr” addım-addım bölgələrə qədəm qoyur
Post Views: 100 Bu dəfə də Şəmkir rayonuna yollandıq. Üzvlərimizdən biri olan Ceyhun Göyçəli ilə mərkəzləşdirilmiş kitabxanaya kitabı təqdim edik. İlk olaraq kitabxanın direktoru Sahibə Əmiraslanova ilə görüşüb kitab haqqında məlumat verdik. Sonra isə Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Yeganə Hüseynova və informasiya texnologiyaları üzrə mütəxəssis Nailə İsmayılova ilə tanış olduq. Kitabla tanışlıqdan sonra kitaba …
“Ömür Bir Günlük Yuxudur”…
Post Views: 80 Bu gün Kitab Evim.Az Ədəbiyyat aləminin dəyərli qələm sahiblərindən biri, gənc yazar Vasif Zöhraboğlunun “Ömür Bir Günlük Yuxudur” kitabının təqdimat mərasimini qeyd etdi. Artıq az qalmışdı qaranlıq düşə, Yolları görməyə göz işləmirdi. Ya sən gecikmişdin o gün görüşə, Ya mənim saatım düz işləmirdi. Tədbir AYB-nin üzvü, DGYTB-nin idarə heyətinin üzvü, dəyərli şair …
Gənc xanım yazar Fidan Abbasovanın şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 141 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibisi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, gənc xanım yazar Fidan Abbasovanın “Artıq unutmuşam, deməli, səni” Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin …
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 89 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun “Axı sən gələndə başqadı dünya” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve …
“İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda tədbir keçirilib
Post Views: 152 26 avqust 2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Beynəlxalq Mətbuat Mərkəzində “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın təşkilatçılığı ilə qısa zaman kəsiyində gerçəkləşən böyük və olduqca aktual bir mövzunu əhatə edən tədbir keçirildi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı …
Mirzə TƏRXAN.”Haqqı sev!”
Post Views: 92 Dəlilik eşq deyil, həddi aşmaqdır, Eşq sevgili üçün həp alışmaqdır. Həqiqi məbudu sevməkçün bil ki, Yol onun uğrunda çox çalışmaqdır. Məhəbbət olarsa Rəbbə ünvanlı, Bu an eşq ucalar,bərəkət artar. Bunda da bir hədd var, aşsan bu həddi, Çətin ki, arzular murada çatar. Sevgiyə laiqi sevsə bir insan, Laiq olan onu ucaldar hər …
Elməddin RAHİBOĞLU.”Dollar əminin” (satira)
Post Views: 90 Neçə vaxtdır , qutarmır söhbəti dollar əminin. Ki, bir az artıb yenə giyməti dollar əminin. Hacı Franklin əminin ruhu əzizdir ABŞ a Mir Vaşinqton ağanın cəddi dənizdi ABŞ a Seyid Barak başqa cürə qəlbi təmizdir ABŞ a Bilinir hər ölkədə minnəti dollar əminin Köləsi olmalı hər kəs, qəti dollar əminin.
Günel Fərhadqızı Emin (Şeir esse) Danışır
Post Views: 186 İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə) Dəyişib indi zəmanə, hər kəs haqdan danışır, Alır əlinə qələm, yazır, pozur, həm də danışır… Kimdə nə yoxdursa, olmayan şeydən danışır Kasıb puldan, varlı əxlaq, vicdandan danışır… Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır, Heyvandan betər insanlar heyvandan danışır… Bir zaman bizdə kimsə bəyənmirdi …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IV hissəsi
Post Views: 120 Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun …
Nizami Məmmədzadə(Yeni şeir) Dünya
Post Views: 113 Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. …
Günel ƏJDƏRQIZI (Yeni şeir) Yaşa, var ol, Mehribanım
Post Views: 93 Yaşa, var ol, Mehribanım (Ölkəmizin birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şərəfinə) Sən gözəllik ilahəsi, Xalqımın ucalan səsi, Şirin sözü, xoş kəlməsi, Yaşa, var ol, Mehribanım. Bitib – tükənmir ilhamın, Qazanmısan xalq inamın. Ömrünə bəzək, İlhamın Yaşa, var ol Mehribanım.
Şakir XANHÜSEYNLİ
Post Views: 99 “Yarın bağçasında üç gül açılıb- Ağ gül,qırmızı gül,bir də sarı gül…” (AŞIQ HÜSEYN) Ey ağ gülüm- ağ səhərim bəyaz sevincim, ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız, arzulardan yellənən yüyrüyümüz, ümidlərlə yırğalanan beşiyimiz… Ey qırmızı gülüm- al qanım, sevgim, həyəcanım, dəli-divanə gəncliyim, bir xeyir-dua səslənir qulaq yaddaşımda: səni qırmızı pərdə olasan! Ey sarı gülüm- payız ömrüm, xəzəlim, …
Elməddin RAHİBOĞLU.Yeni şeirlər
Post Views: 180 * * * (Qarabağ əlili Zaur Həsənovun xatirəsinə) Özünüzü yandırmayın, Yandırın Haqsızlığı, ya da ədaləti satın alan insanları yandırın. Yandırın, vicdanını pula satan insanları. Mənliyini, şərəfini, vəzifəyə satanları. Özünüzü yandırmayın. O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın. Uşağların gözlərindən, göz yaşları axmasın. Sürünməsin arxanızca, qoca ata, yaşlı ana. Yoldaşınız ömür boyu ağlamasın …
Ruslan ƏLƏKBƏRLİ.Yeni şeirlər
Post Views: 84 * * * Əvvəlki nömrəndi ya dəyişmisən? Qorxuram zəng edib yoxlamağa da. Əlim də gəlmirki silim adını, Yox ki, bir səbəbim saxlamağa da. Bir mesaj yazımmı, halın hecədi? Bəlkə oxuyarsan, cavab yazarsan. Bəlkə də yeni bir sevgilin olar, O görməsin deyə xəlvət pozarsan.
Əli MUSA.Yeni şeirlər
Post Views: 170 Dünya Zamanla baş-başa dərdli ürəklə Məni də qoymusan bu günə dünya Heyf ki barışdın dərdi qəmimlə Zəhərə dönübdü ömrüm a dünya Virana qalıbdı gecəm-gündüzüm Yaralı ürəklə mən necə dözüm Barışdım həyatda dərdimlə özüm Zəhərə dönübdü ömrüm a dünya