e

Qovuşa öz sevdiyinə sevən can,
Bütün bəxtlər sülh rəngitək ağ ola.
Ömrü boyu bircə dəfə deyə can,
Sonra qəlbi üzə,üzə ağ ola.

Hisslərimin ar gözəli,ar xası,
Ar ismətin,ismət arın arxası.
Gözəl ola gözəl ilkin arxası,
Ürəyində arzun üzü ağ ola.

Elnur Coşqun zaman sənə acıdı,
Qəlbin həyat sevgisinin acıdı.
Həyat şirin,ölüm yaman acıdı,
Bu acını eşqə bükən ağ ola.