Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 5461 - 5520 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Mədinə İLHAMQIZI.”İnsanlar”

Post Views: 109 Bu günün sabaha yoxdur etibarı Ïnsanlar itirib düzgünlüyü imanı Görünür şeytan çox sevdirib yalanları Vardır əlbət adamlar içində insan olanı Xeyir şəri , Şər böhtanı Sevir hərdən bir qız bir oğlanı Tanrı nəsib etsin hər kəsə qəlbində olanı Aldatmayın heç vaxt danışdığınız yalanlara inananları Yalan çox pis salar gözdən insanı

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Həyat eşqi” (Hekayə)

Post Views: 97 Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq …

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Bir sevgim var”

Post Views: 105 Uzaqlarda qalmiş kimsəsiz. Xoşbəxt amma səssiz. İçimdə yaşatdiğim. Bir sevgim var. Gülür üzümdə Xoşbəxtəm özümdə. Tut əlimdən səndə. Ürəyimdə sənə qarşi Bir sevgim var. Hər danişdiğim söz. Həyatda deyir səbr et bir az döz. Necə səbr edim.Ürəyimdə axi bir sevgim var. Sonu tamamlanmamiş. Xoşbəxtliyim yarim qalmiş. Amma bütöv bir sevgim var. İndi …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bir payız yağışı yağır eşikdə”

Post Views: 103 Bir payız yağışı yağır eşikdə Ruhum xəyalına qoşulub gedir Üşüyən körpə tək soyuq beşikdə sevgin ürəyimdə sanki dövr edir… Darıxır gözlərim, titrəyir əlim susur səssizlikdə danışan dilim sanki dünyamdakı o boş mənzilim sənidə qapıdan qovlayıb gedir… İtmiş xəyalına qonaqdır yağış üzündəki gülüş mənədə tanış səndə ürəyinlə vicdanla danış soruşki mən onu o …

Azərbaycan ədəbiyyatı

Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

Post Views: 87 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 100 ÇIYINLƏR Çiyinlər öyrəşib həmişə yükə, Baharı daşıyıb, qışı daşıyıb. Sevdası, qovğası özündən yekə Ağıllı, ağılsız başı daşıyıb. Çiyinlər öyrəşib həmişə yükə, Yorulmaz yollarda dəvələr kimi. Gedərik yol boyu tər tökə-tökə, Gedər çiynimizdə dünyanın qəmi. Gedərik dayanıb, dinşəyib bir az,– Torpağın qarğışı tutana kimi, Çiynimiz tabuta çatana kimi Boyumuz uzanar, ömür uzanmaz. Çiynimiz …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.Şeirlər

Post Views: 96 AĞLADI Gözlədim, gəlmədin, görüş yerimiz, Halıma mükəddər oldu, ağladı! Sənin görüşünə tələsən güllər, Əlimdə saralıb-soldu, ağladı! Bükdü qamətimi, əydi bu halət, Gəldiyin yollar da çəkdi xəcalət. Məhəbbət yanğılı bir dəli həsrət, Qolların boynuma saldı, ağladı! Nə bilim bu imiş yaxınlığımız, Bir eşqin oduna yaxındığımız. Bir vaxt qucağına sığındığımız, Söyüdlər saçını yoldu, ağladı! …

Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.Yeni şeirlər

Post Views: 95 BİR ÖMÜR YETMƏZ Neçə qışı, neçə yazı keçmişəm, Əldə dəryaz neçə zəmi biçmişəm, Buz bulaqdan doyunca su içmişəm, Ölsəm belə bu sevda yenə bitməz, Səni sevməyimə bir ömür yetməz. Bu çöllərdə xəzan oldum, yel oldum, Dərələrdə coşub-daşan sel oldum, Yurd yerindən perik düşmüş el oldum, Düşündüm ki, ürək dözər, ya dözməz?! Səni …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qara saçlarında qar olacağam!”

Post Views: 89 Bir zaman gələcək peşimançıliq, Sənin ürəyini qübar edəcək. Onda məni gəzib-arayacaqsan, Yollar ayagını qabar edəcək. Mən isə gileyli gilavar olub, Siğal çəkəcəyəm telinə sənin. Bu günlər vədəsiz ötən qatar tək, Çətin ki qayida əlinə sənin. Qoşulub qəlbinin harayina mən, Gözündə bulud tək qaralacağam… Ömrünün şaxtalı qış dönəmində, Qara saçlarında qar olacağam!

Azərbaycan ədəbiyyatı

Məmməd HACIZADƏ.”Həqiqət” (Hekayə)

Post Views: 160 20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 101 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü *** Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən deyiləm… Nə …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Telefon söhbəti”

Post Views: 84 Roman oxuyurdum Əbülhəsəndən. “Sədaqət”. Beləydi romanın adı. Açıq-mavi rəngli telefon birdən, Fasilə vermədən hey dınqıldadı. Dəstəyi qaldırıb dönük həvəslə “Nə olub görəsən?” özümdən sordum. Sonra fikirləşib sönük həvəslə Deyindim: “Boş yerə özümü yordum”. Səsini eşitdim iki nəfərin. Qət etdim, bildim ki, yola girmişəm. Birisi çəkərək köksünü dərin Sözə başlamışdı: – Mən bilmirmişəm. …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Bir doğma Anatək”

Post Views: 83 Bir doğma Anatək qucaq aç mənə, Ya ölüm qoynunda,ya bas bağrına. Şuşa dərdlərini şüşətək qırıb, Vətən, qurban olum,sənin ağrına! Dönüb bir şimşəyə eşqimdən çaxam, Yurda sevgi-sevgi yağışlar yağam. Mən,bu Vətən daşı nə qədər sağam, Qıymaram,uf, deyə,Vətən ağrına. Aldı igidləri torpaqlar uddu, Vətən sevgisinə ellər yas tutdu. Ana haqqın namərd, oğul unutdu, Vətən …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Səni unutmaram ölənə qədər”

Post Views: 100 Səni unutmaram ölənə qədər, Sən mənə hər şeydən əzizsən, gülüm. Bu ömrü mən sənsiz vermərəm hədər, Sənsiz yaşamağım zülümdü, zülüm. Aylarım, illərim keçməsin sənsiz, Sənsiz ey sevgilim, bir günüm ildi. De, xoşdurmu sənə yaşamaq mənsiz?, Sənsizlik sinəmə vurulan mildi. Sənsiz olsam susar, könül arzusu, Duyğulu ürəklər arzuyla yaşar. Sənsizlik könlümün böyük qorxusu, …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 128 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru DUALARIM Allahım! Bu gözəl, müqəddəs gündə, Əl açıram sənin O qüdrətinə, Elə bu gecənin şan- şöhrətinə. Şəhid qanı qarışmasın torpağa, Nisgil yetişməsin heç bir ocağa. Ürəklərdə qoy sızıltı gəzməsin, Taleləri kədər, sazaq əzməsin! Allahım! Əl açıram sənin O …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 97 BƏNÖVŞƏ Tərdi dərdiyim bənövşə, Heyf…solacaq əlimdə. Xırda-xırda ləçəyini Fələk yolacaq əlimdə. Tərtəmizdi dünyam kimi, Ömrü qısa röya kimi. Çəkiləcək xülya kimi, «Günah» qalacaq əlimdə. Yandırdı əlimi közü, İtirdim gəldiyim izi. Çöllərin ismətli qızı İndi öləcək əlimdə. HARDASAN Yenə işıqlar söndü, Sükut…Hardasan? Ayrılığı yaxamdan Sök at…Hardasan? Qırmızı qar yağır, Ölüm!…Hardasan? Səni son nəfəsdə …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Dünyasındayıq”

Post Views: 86 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nankorlug; namerdlik bash alib gedir; Aralar qatanlar dunyasindayig. Hami bir birini ; icinden didir; Kimliyin satanlar dunyasindayig. Ogul ata saymir; qiz ana saymir; Qalmayib ne heya; ne namus; abir. Qardashlar qardashi yixir; alcaldir; …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Səndən sonra”

Post Views: 96 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səndən sonra yaman kövrək olmuşam, Ürəyim ,elə bil, əlsiz əlcəkdir. Gözlərimə qara bulud çökübdü, İndicə gözümdə hönkürəcəkdir. Səndən sonra yaman kövrək olmuşam, Daha ümidlərin ölən vaxtıdı. Başına-dizinə döyən arzumun, Yüyürüb üstümə gələn vaxtıdı. Səndən sonra yaman kövrək olmuşam, …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.”Nə qədər gözlədəcəm”

Post Views: 107 Gizli gizli sevəcəm Sevib qəmin çəkəcəm Özün söylə mən bu eşqi Nə qədər gizlədəcəm Kitab dolu xatirəni Sirlə dolu hər cümləni Bu sirli eşqimizi Nə qədər gizlədəcəm Könül yazar hər nəğməni İntizarı yaxar məni Sənin olan sənsizliyi Nə qədər gizlədəcəm Uzun sürən kədəri Məni vuran həsrəti Elnurəyəm saf sevgimi Nə qədər gizlədəcəm

Azərbaycan ədəbiyyatı

Aygün RƏHİMLİ.”Meylər əlində qaldıq…”

Post Views: 98 Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə Məni də sənin kimi carəsiz dərdlər didir, İmkanlılar xaricə, imkansız kəndə gedir. Ağıllının pulu yox məcbur hamballıq edir. Pul ilə alim olan keylər əlində qaldıq. Abbasıya “hambal tək söyləyirik bayatı. “Rubla” şıllaq atdıq,bəyənmədik manatı Dollar geridə qoydu Bozat, Dürat,Qıratı. Hər gün qimətə minən “göylər” əlində qaldıq. …

Azərbaycan ədəbiyyatı

Vasif ZÖHRABOĞLU.”Mənə bel bağlama…”

Post Views: 83 Mənə bel bağlama, kəs əhdini, kəs, Qoyma gözlərində sevgini sıxam. Bir günlük məhəbbət həvəsdir, həvəs, Bir də görərsən ki, yanında yoxam. Ömründə dəvətsiz qonaq bil məni, Əəbədi yanında qala bilmərəm. Bu evdən, ocağdan uzaq bil məni, Qəlbinin sakini ola bilmərəm. Gedərəm həsrətlə sıxıb köksünü, Axar göz yaşların kiriyə bilməz. Gülüm, ayağından şikəst …

Azərbaycan ədəbiyyatı

Əziz MUĞANİ.”Du birlər”

Post Views: 97 Arzum daşa dəyir, bu qəm- kədərdi Tərs düşür işlərim, bu dərdi sərdi Elə bil taleyim əlimdə zərdi Nədənsə çox düşür dubirlər mənə Ümidlə atıram qoşa deyərək Bəlkə də udaram! Risk eyləyərək Bəxtimi qumara qoymazdım gərək Nədənsə çox düşür dubirlər mənə İnsanın həyatı nərd tək oyuncaq Qismətmizlə biz oynadıq doyuncaq Fələyin atdığı qoşadır …

Azərbaycan ədəbiyyatı

Debüt: Elməddi RAHİBOĞLU (Astara).Yeni şeir

Post Views: 99 Tənhalığımla mən İkimiz yaşaya bilərik sandım. Sən məndən natəmiz, mən səndən əfəl Hər səhər yuxudan sənsiz oyandım. Nə olar, könlümü yığışdırma gəl. Dağınıq istərəm, evi, həyatı. Səpilsin yerlərə kitab, sevgilər. Dərdimin dərmanı olan saatı Bu ömür payımdan mərhəmət dilər. Siqaret tüstüsü basıb otağı. Küllər səpələnib, stola , yerə. Yola sal qəlbimin günlük …

Azərbaycan ədəbiyyatı

Tural ADIŞİRİN.Yeni şeirlər

Post Views: 97 Bahar Sevdiyim gözəlin hörükləri tək Söyüdün saçları ətir qoxuyur Qaranquş səsində,durna səsində Bülbül ləhçəsində bahar oxuyur Qərənfil al çəkib yanaqlarına Ətrindən məst olma oğulsan indi Yaşı bax xınalı ayaqlarına Kəkliklər elə bil təzə gəlindi Bahar hər çiçəyə təzə don tikib Nərgiz sarı geyib,lalə qırmızı Yenə köl dibində boynunu büküb Bənövşə-baharın küsəyən qızı …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeirlər

Post Views: 158 * * * Gələr nalə,ah səsi, Çıxsa aşiqin səsi, Səni sevən bir kəsi, Ağlatmağa nə var ki?! Qəlbi sənə verəni, Təkcə səni görəni, Sevgiyə and içəni, Aldatmağa nə var ki?! Aşiq dərddə,azarda, Hər an giley,güzarda, Canan gələn bazarda, Gül satmağa nə var ki?! Allah verən vergini, Qəlbindəki sərgini, Qarşılıqlı sevgini, Yaşatmağa nə …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”

Post Views: 95 Mən səni fikrimdən ata bilmirəm, Gecə də, gündüz də xəyalımdasan. Yediyim çörəkdə, içdiyim suda, Hara gedirəmsə, sən yanımdasan. Bu eşqin doyunca almadıq dadın, Duyduq ayrılığın o qəddar səsin. Dünyada iztirab, həsrət olan şey, Nə tez üstümüzə saldı kölgəsin?! Nömrəni yığıram min ümidlə mən, Açmırsan, salırsan canıma əzab. Mənə bu qədərmi nifrət edirsən? …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”

Post Views: 95 Ölürəm gözlərim ölmür elə bil . Dənizdən püskürən vulkan kimiyəm. Özümdən özümə yol getmir daha. Səssizcə uzanan orman kimiyəm. İçimdən çölümə çıxmır alovum. Daş alıb əlimə gözümü ovum. Bilmirəm ormanmı, vulkanmı olum. Özümlə əlləşən tüğyan kimiyəm. Elə bil ölməkdən qayıtmayacam. Özümü yuxudan ayıltmayacam. Ruhumu göylərdə alçaltmayacam Son dəfə verilən fərman kimiyəm..

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS.Yeni şeirlər

Post Views: 93 İçməyən yerdə Dünyanın dərdləri, qovursa məni, Yandırıb odun da, qovursa məni, Küləyin mehi də, sovursa məni, Əkildim, insanlıq itməyən yerdə. Özünü yerdə yox, göydə bilənlər, Ağacı, budaq yox, gövdə bilənlər, Allaha imanı, tövbə bilənlər, Ümidlər susayar, bitməyən yerdə.

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Öldürər şairi”

Post Views: 79 Xalq Şairi Zəlimxan Yaqubun şeirinə nəzirə. Ey gül, sənsiz ərşə çıxıb yuxum, gəl, Məst eləyən müşk ətirli qoxum, gəl. Durub mənə gendən baxma, yaxın gəl, Oğrun baxan göz öldürər şairi. Qovuşmasam öz əhdimə bu yazda, Dərd ürəkdə aşıb-daşar bir az da. Əl çəkməsən, bu işvədən, bu nazdan, İşvə, qəmzə, naz öldürər şairi. …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 94 VƏFALI İT HAQQINDA BALLADA Qıvrılıb yatıbdır qapı ağzında, Yiyəsiz bir evdə kənizdir bu it. Köpək baxışından nur yağır sanki, Belə nə göyçəkdir,təmizdir bu it. Yoxdur it könlünü oxşayan,alan, Şirin arzuları,istəyi talan. Köçən sahibindən əmanət qalan,- Köhnə xatirədir,bir izdir bu it.

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.”Mən susaram ,gözləyərəm”

Post Views: 89 Mən susaram ,gözləyərəm sakitləşəsən Mən donaram,bircə sən istiləşəsən Qravitasiya sahəsi olmasaydı qucaqlaya bilməzdim səni, Küsəndə nazınnan kim oynayardı?! Çıxsaydı gün axşam,ay səhər Bəlkə belə olmazdı… Axı,gecələr xəyalıma gəlirsən daha çox Yuxusuzluq ərşə çəkilir. Axı,dəniz səviyyəsində yüksəklərdə Ən hündür dağ Yer səviyyəsindən olan dağdan alçaqdı Amma ,bilmirlər… Axı,gözümüzdən pərdə asanlar Teatr göstərəcəklər bizə.. …

Azərbaycan ədəbiyyatı

Şəhanə MÜŞFİQ.”Qismətimiz beləymiş” (Hekayə)

Post Views: 102 İki həftə öncə köçmüşdülər yeni evlərinə. İyirmi iki il yaşadığı məhləni, mühiti qoyub bambaşqa bir yerə gəlmişdilər. İki həftə keçməsinə baxmayaraq, nə təzə mənzilə, nə də mühitə öyrəşə bilirdi. Universitetdə oxuduğu üçün səhər tezdən dərsə gedir, bir də axşam qayıdırdı. Heç ən yaxın qonşularını belə tanımırdı. Anası elə bura gəldiklərinin ikinci günü …

Azərbaycan ədəbiyyatı

Sərvər KAMRANLI.”Daha varlığın da məni üşüdür”

Post Views: 91 Daha varlığın da məni üşüdür, Daha buz bağlayıb əlində əlim. Bir vaxt danışardı baxışlarımız, İndi o baxışlar laldı, gözəlim. Alma yanaqların niyə qızarmır, Hanı gözlərində gizli baxışlar? Deyəsən, yamanca peşman olmusan, Gözündən boylanır sözlü baxışlar. Yaman dəyişmisən yaman, a zalım, Beləcə tanıya bilmirəm səni. Nə ola, bu görüş sonuncu olsun Özüm də …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”

Post Views: 97 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ürəyisən göy Xəzərin, Eniş-yoxuş küçələrin, Tarixisən şəhərlərin, Hər ölkənin yolu Dərbənd, Qədim, qoca, ulu Dərbənd. Dağ tək hündür hasarların, Biz bəzəkdir qapıların. Qaynar gözlü bulaqların, Çeşmələri sulu Dərbənd, Qədim, qoca, ulu Dərbənd. Narın …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Təsadüf”

Post Views: 89 Bu nə təsadüfdür, bu nə təsadüf? Gör harda rastlaşdıq, üz-üzə gəldik. Ah, necə toy tutdu mənə təsaduf, Yerin altında da göz-gözə gəldik! Bu boyda gen dünya tutmadi bizi, Bu küylü şəhərdə səssiz ayrıldıq. Ayrıldıq, eşqimiz atmadı bizi, Ayıldıq-təəssüf çox gec ayıldıq. Olub keçənləri mən necə danım? Sənsiz adiləşib gündüzüm, gecəm. Kiməsə beləcə …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Şeirlər

Post Views: 99 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü *** Yenə hava soyuyub, buz bağlayıb yol-iriz, Yenə qayğı bürüyüb çat-çat olmuş üzləri. Külək elə ulayır, elə bil ki, ac qurddu, Duman az-az yox edir ot biçdiyim düzləri. Gözümü qamaşdırır yalın-yamacın əyni, Nə ovçu gözə dəymir, nə ov yoxdu bərədə. …

Azərbaycan ədəbiyyatı

İradə ƏLİLİ.”Dost bildiklərim”

Post Views: 100 Axşamdır gecədən xeyli keçib. Artıq yollardan maşınların təkərlərinin səsi belə kəsilib, yavaş-yavaş sükunətin fərqinə varıram. Narahat anlarla düşüncələrimin girdabında boğula –boğula qalıram . Birdən birə hər bir şey bozlaşır, adiləşir.Yeknəsək olur. Nədən!? Niyə !? sualları dinclik vermir, yorur məni .Bəlkə, bəlkədə mən özüməm sualların cavabı deyə əllərimi sixılan ürəyimin başına qoyaraq gözlərimi …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının III hissəsi

Post Views: 92 Sevinin gözləri (roman) III hissə Fidanın dünyaya gəlməsi Ariflə Çiçəyin toyundan iki il keçmişdi, övladları olmurdu. Gənc ailə narahat olmağa başlamışdı. Müalicə olmaq məqsədi ilə həkimə getdiər. Həkimin verdiyi cavabdan sonra ikisinin də sevinclərinin həddi-hüdudu olmadı. İkisi də sağlam idi, övladları ola bilərdi. Yəni ümidsiz olmaq, bir-birilərinin üzünə gülüb, dal-dalıqda dərddən siqaret …

Azərbaycan ədəbiyyatı

Dəhnəli MƏMMƏD.””Svetafor”un üçüncü işığı” (Hekayə)

Post Views: 89 Qayğıların yaratdığı yorğunluqlara müqavimət göstərərək,özümdə güc toplayıb tökülüb qalan işlərin heç olmasa bircəciyini görmək istəyirdim,telefonuma mesaj gəldi.Bakselin növbəti səviyyəsiz mesajlarından idi.Adətim üzrə oxumadan silmək istəyirdim ki,İnfo nömrəsi gözümə sataşdı.Dərhal zəng etdim.Cavab verən xanım idi.Mesajın onlar tərəfindən gəldiyi təsdiq edildi.Əsəbi halda soruşdum.–Xanım təsəvvür edin ki,əziz bir adamınız ölüb.Və bu dəm,mən sizə mesaj yazıram …

Azərbaycan ədəbiyyatı

Dəhnəli MƏMMƏD.”Aclıq olar şairlər çoxalanda”

Post Views: 138 Dağ yolunun payına dərə düşər. Düz danışan böhtana,şərə düşər. Bu dünyanın kürkünə birə düşər. Aclıq olar şairlər çoxalanda. Arsız olan dərd nədi bilməz qağa.. Qəlbi qara ürəkdən gülməz qağa.. Ürəyi tox acından ölməz qağa.. Aclıq olar şairlər çoxalanda. Çıxarmışıq kürsüyə qurumsağı, Dinləyirik çərənçi fırıldağı. Yağ götürməz deyiblər it qursağı. Aclıq olar şairlər …

Azərbaycan ədəbiyyatı

Mirzə TƏRXAN.Yeni şeirlər

Post Views: 85 * * * Bir az əsəbiyəm, incimə məndən. Silib atacağam səndən qalanı. Bir söz deyəcəyəm, bil ki, vəfasız, Sevmirəm həyatda şirin yalanı. Heç məyus deyiləm, sən getdiyinçün, Qədərim bu imiş, buna da şükür. Bir gün gələcək ki, ruhun görəcək, Cismini xələfin kəfənə bükür. Sən də gedəcəksən, mən də dünyadan, Bura bizim üçün …

Azərbaycan ədəbiyyatı

Elməddin Rahiboğlu.Yeni şeirlər

Post Views: 94 Bu gün həmin gündür tutub əlindən, Çıxmışdıq sevdanın göyərtəsinə Cəsarətlə, mətincəsinə Sıldırım qayalar, tikanlı yollar Hay verdi səsimə **** Bir palıd ağacın kölgəsində biz Söhbət eliyirdik, söhbətlər qəliz. Çünki ilk sevginin atəşindəydik. Addımı atmışdıq ilk pilləsinə… **** Bu gün həmin gündür, tutub əlindən Utancaq baxışla, Göz-gözə, üz-üzə , dalğın xəyallar. Barışdıq eşq …

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Namus” (Hekayə)

Post Views: 95 Rəhmanın qəfil və vaxtsız vəfatı Şəfiqəni elə sarsıtdı ki, o, həyat yoldaşının yoxluğuna inana bilmirdi. Hər qapı açılanda Rəhmanın işdən evə qayıtdığını zənn edir, sonra yanıldığını anlayaraq için-için ağlayırdı. 32 yaşında 4 uşaqla başsız qalmaq çətin idi. Ailəni dolandırmaq, övladlarına həm ata, həm də ana olmalı idi. Uşaqlarından yalnız böyük qızı Zeynəb …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Qopduğum göz yaşı”

Post Views: 90 qopduğum göz yaşı dalğalandığım ləpə gömgöy kəpənəkdi uçurduğum laylamdı anam çalan sevincindən gözəlləşdi bəlkə də iki dəfə təkcə mənə göstərdi gözəlliyini əl-ələ verdik ruhumuzda. notlaşdı dalğa-dalğa öpdü yanağımı məhrəmləşib. sərildi ayağıma sevgilim. dolanıb başına heyran heyran! sarıldım boynuna gözümə hopdu əsrarəngizliyi baxışımda sevgi pıçıldadı… sevgi öpüşdü sinəsində ot bitirmişdi mənim boyumda.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA. “A qaragözlünün qara nağılı”

Post Views: 123 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Asılıb ölmərəm, baxıb ölərəm Gözünün qıyqacı dar ağacından… Özümüz bilərək asıb öldürdük Zalım qəlbimizi yar ağacından… Darıxıb gəlmərəm… bezib gələrəm Insan çoxluğundan, dərd yoxluğundan… Qapını tapmağa nə var ki, gülüm, Umacaq olmasa bəxt ağlığından… Dünya dərd bəhrində bir qız …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Mənim əllərim uzalı…”

Post Views: 96 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Mənim əllərim uzalı… Sənin yolların… yolların… Nə ki, xoş gün tanımışdım Sənə yolladım… yolladım… Ünvanı olduğun sözlər Deyilmədi… deyilmədi… Səni sevən qız abrına Bükülmədi… bükülmədi… Günün xoş olsun, əzizim… Göyün buluddan kəmlənsin… Dərdin bu “qaraca qız”mı? “Allah başqa dərd …

Azərbaycan ədəbiyyatı

Ruslan DOST ƏLİ.”On bir il bir məktəb bitirdik, ancaq”

Post Views: 117 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan təmsilcisi hər şeyi başqa cür düşündük əvvəl, yaş ötdü, hər şeyin tərsini gördük. on bir il bir məktəb bitirdik, ancaq yaşadıq, həyatın dərsini gördük; kiçikkən yüz işə meyl salanlar, indi ölüm-zülüm bir işə girib. körpəykən divlərdən qorxub yatanlar, indi divlər ilə döyüşə girib! hər yerdə bir …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”İnandım”

Post Views: 90 Dolaşıq yollarda azdırdı məni, Kimə ümid oldum, kimə inandım. Dilim deyəmmədi qəlbim deyəni, Bütöv yalan oldu, kəmə inandım. İllərin dalına yükləndi ömrüm, Xəyal dənizində təkləndi ömrüm, “Yanıq Kərəmi”yə kökləndi ömrüm, İnləyən ürəkmiş, simə inandım. Müzəffər, aldanma kəmsə taleyin, Dartır ətəyini kimsə taleyin, Əgər qismətindən olsa gileyin, Bəxtin özünə də demə inandım.

Azərbaycan ədəbiyyatı

В Дербенте прошла встреча азербайджанских поэтов

Post Views: 83 В Центральной библиотеке города Дербента, прошло мероприятие приуроченное к году литературы и 2000-летию древнего города. На мероприятие собрались писатели, поэты, журналисты, творческая интеллигенция города. С вступительным словом к гостям обратился Председатель национально-культурной автономии азербайджанцев города Дербента Тельман Тагирли. В частности, он отметил, что азербайджанскими активистами создана общественная организация НКАА г. Дербент, рассказал …

Azərbaycan ədəbiyyatı

Mədinə İLHAMQIZI.”Ana”

Post Views: 98 Baxışlarında hiss olunur yorğunluğu illərin Gözlərin sanki dəniz niyə görsənmir gəmilərin ? Canım Anam Tanrıdan tək diləyim Ïslatmasın yanağlarını o gözəl gözlərin Həmişə mənə qüvvət verir sənin sözlərin Bilmirəm duysan səni sevindirər yoxsa kədərləndirər sözlərim Dünyamın ən gözəl mənzərəsidi gözlərin Çox istəyirəm xəyallarını gerçəkləşdirim Ana Dilimdə ən müqəddəs kəlmədir Ana Gülüşün cənnətimdir …

Azərbaycan ədəbiyyatı

“Ömür bir günlük yuxudu” adlı kitabın təqdimat mərasimi keçiriləcək

Post Views: 86 27 avqust 2015-ci il tarixində, saat 16:00-da, “Kitabevim.az” kitab evində yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar Vasif Zöhraboğlunun “Ömür bir günlük yuxudu” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının II hissəsi

Post Views: 90 Fatma Çiçəyi Nahidənin köməkliyi ilə övladlığa götürdü. O gündən özünü ana kimi xoşbəxt hiss elədi. Kişi tərəfindən xoşbəxt olmayan qadınlar yəqin övlad tərəfindən qadın kimi də xoşbəxtlik nədir, bilirlər!…Övladı və ona qadınlığını hiss elətdirən bir insan olmadığı üçün bu hissləri heç cür bir-birindən ayıra bilməyəcəm. Fatmanı daha əvvəlki kimi ərinin onu uşaq …

Azərbaycan ədəbiyyatı

Cavanşirli Şəfaqəti doğum günü münasibətilə təbrik edirik! (19 avqust 1987-ci il)

Post Views: 95 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə.Yeni şeirlər

Post Views: 151 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü *** Yalançı nağıllara allanardıq uşaqkən. Fələyin kəndirindən sallanardıq uşaqkən. Yerin buynuzlarından danışardı nənəmiz. Bizim də, əsnəməkdən ağrıyardı çənəmiz. Uşaqlıq çağımızdı; Bilməzdik ağıl nədir. Böyüdük, Yerdən qopduq, Öyrəndik nağıl nədir. Böyüdük, bir də gördük qırılıb eşqin simi. Sözü tapdayıb əzdik, Kibrit qutusu kimi. *** Həyat …

Azərbaycan ədəbiyyatı

Şəfa Vəliyeva (Yeni şeir) Yenə…

Post Views: 101 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə dərdlisən… yenə Gözlərin qaçır məndən… Baxışların hər dəfə Nağıl açır mənimlə… Utanımmı? Qaçımmı? Ürəyimə yol göstər… Üzü sənə açımmı Əllərimi, görəsən? Bilirsənmi, bilmirəm… Üzürsən ürəyimi… Kədərli şəkillərə Düzürsən gözlərimi….  

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Vətənim”

Post Views: 93 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sənə ox vurdular yaraladilar Ağına xətt çəkib qaraladılar. Səni hissə-hissə araladilar Küçələri qanla dolan vətənim Yağılara əsir olan vətənim. Xocalı deyəndə dilim qabarır Şuşam məni lap keçmişə aparır. Dağın qəribsəyib xəyala dalır Gözləri …