Post Views: 19
Month: Dekabr 2018
-
“Hece Taşları” aylık şiir dergisinin 46. sayısı yayında
Gönül dağlarının koyaklarında, elvan elvan çiçek açar her mevsim, senin senden haberin yok belleme, kendinden dışarı adım atınca, haberin olmuyor olan bitenden, bir can uzaklarda canı derdinde, sense camekânda ona bakarsın, dilinde dolaşan lafları soyup, sözün çıkınını ortaya serip, erdem sofrasına bağdaş kurarak, bir sana bir bana derviş misali, paylaşmaktan korkuyorsan hayatı, nasıl dolaşırsın insan içinde.
Başkasının yarasını kaşırken, kendi yaran günden güne azıyor, ne sende merhem var ne merhem veren, dokununca kokusunu bırakan, içinde fesleğen çiçeği gibi, merhametten habersizce yaşarsın, türlü türlü bahaneler üretip, üzerine düşen sorumluluğu, başkasıyla paylaşmayı denersin, aklından geçenler kalbine uymaz, kalbinin sesini kulağın duymaz, her sabah aynayı karşına alıp, boşa konuşursun kendi kendinle.
Günden güne azalırız bu doğru, eksik olmaz sırtımızın yarası, soframıza konan kalkan bıçaklar, çevremizde uçar bühtan kuşları, dilimizde yaralanır sözcükler, Yârin kapısına vardığımızda, avcumuzu açıp boyun bükeriz, ‘hâlimiz hâl değil güzel bir hâle, tez zamanda dönder’ deyip dururuz, varlığın da yokluğun da bir sınav, olduğunu unuturuz insanız, sabah yuvasından aç uçan kuşlar, bir gün boş dönmezler rızık avından.
Yokluk dibe vurmuş varlık tavana, yiğit muhtaç olmuş kuru soğana, bir gün olur varlık yere çakılır, yıllardır nadasta bekleyen için, sürülmeyi sürülmeyi borlaştı, insanlar insandan uzağa kaçtı, erdemli yaşamak artık zorlaştı, sen sabır küpüne tekme vurmazsan, zamanı saati geldiği vakit, darlık damarında bir sürgün verir, yaraların kabukları dökülür, bir sabah gün kız oğlan kız doğarken, açar dallarında şükür çiçeği.
Tayyib Atmaca
-
2019-cu il təşkilat tərəfindən “İmadəddin Nəsimi ili” elan olunub
2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkiyənin Kastamonu şəhəri bu missiyanı başa vurur. Dekabrın 18-də şəhərdə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı dönəm toplantısı keçirildi.
İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak edirdilər.
Tədbirdən öncə iştirakçılar Türk dünyasının mədəniyyətinə həsr edilən kitab və rəsm sərgisi ilə tanış oldular.
Toplantını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açaraq Kastamonu şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin uğurla başa çatdığını dedi: “İl ərzində Kastamonu ortaq dəyərlərimizin önə çıxarılmasında mühüm rol oynadı. Şəhərdə Türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması və bir araya gətirilməsi üçün önəmli tədbirlər həyata keçirildi. Kastamonu müxtəlif tədbirlərə, festival və konfranslara, sərgilərə, təqdimatlara ev sahibliyi etdi”. Nazir TÜRKSOY-un çoxsahəli fəaliyyətinə də toxundu və bildirdi ki, 25 illiyini qeyd edən qurum bu illər ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib, ortaq türk mədəniyyəti və tarixinin dünyada tanıdılmasına nail olub.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov da sözünə yubiley ilində təşkilatın fəaliyyətindən bəhs edərək başladı. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkürünü bildirən baş katib 2013-cü ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğuladı. Qardaş cümhuriyyətlərin bu layihənin uğurla reallaşmasında böyük rol oynadığı vurğulandı.
Kastamonu valisi Yaşar Karadəniz isə ilboyu çoxsaylı tədbirlərə ev sahibliyi etməkdən məmnun olduqlarını dedi: “Kastamonunun “paytaxt” elan olunduğu müddətdə Türk dünyasının hər yerindən çox sayda tanınmış incəsənət nümayəndələri gəldi. Qəlblər birgə döyündü. Şəhərimiz nüfuzlu mədəni tədbirlərə də ev sahibliyi etməyin qürurunu yaşadı və Türk dünyasının ortaq dəyərlərini dünya coğrafiyasına tanıtdı”.
Kastamonu Bələdiyyəsinin başqanı Tahsin Babaş dedi: “Belə bir ünvana sahib olduğumuza görə, mövcud mədəni varlığımızı tanıtdığımız üçün əldə etdiyimiz bu fürsətə görə rolu olanlara təşəkkür edirik. Bu bir il ərzində Kastamonunun mədəniyyəti və tarixini dünyaya nümayiş etdirə bildik. Evliyalar şəhəri olan Kastamonu mənəvi özəllikləri ilə tanınır. Bu layihələrin, tədbirlərin gerçəkləşməsində TÜRKSOY-un böyük zəhməti oldu. TÜRKSOY mənəvi bağlarımızın möhkəmlənməsində böyük rol oynamaqdadır”.
Qırğızıstan mədəniyyət və turizm nazirinin müavini Bakıtbek Sekimov da ötən 25 il ərzində TÜRKSOY-un Türk dünyasına böyük töhfələr verdiyini, 2018-ci ilin Qırğızıstan üçün əhəmiyyətli il olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, 2018-ci il TÜRKSOY tərəfindən “Çingiz Aytmatov ili” elan olunmuşdu və bu çərçivədə Azərbaycanda, Türkiyədə, digər türkdilli ölkələrdə tədbirlər keçirildi. Bütün bunlar həm də qırğız xalqına hörməti ifadə edir.
Türkmənistan mədəniyyət nazirinin müavini ölkəsinin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini bildirdi: “Biz də öz növbəmizdə Türk dünyasının ortaq dəyərlərinin qorunmasında və inkişafında yaxından iştirakımıza görə məmnunluq hissi keçiririk”.
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay Əliyeva “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin ortaq mədəniyyət və irsimizin qorunması və təşviqinə mühüm töhfələr verdiyini qeyd etdi: “Bu layihənin gələcəkdə də davam etdirilməsi türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək, adət-ənənələri, incəsənəti, ədəbiyyatı qorumaq istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb olacaq”. Nazirlik rəsmisi xatırlatdı ki, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub və il çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.
G.Əliyeva TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il keçirilən “Türk dünyasının öncülləri” layihəsinin əhəmiyyətinə, bu çərçivədə Azərbaycan şəxsiyyətlərinə həsr edilən tədbirlərə də toxundu və 2018-ci ildə “Qara Qarayev ili”nin qurum tərəfindən yüksək səviyyədə qeyd olunduğunu vurğuladı.
Qeyd edək ki, toplantıda Azərbaycanın 2019-cu ildə böyük şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində “Nəsimi ili”nin keçirilməsi təklifi qəbul olundu.
Həmçinin Türkiyənin Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə gələn ilin “Aşıq Veysəl ili” elan olunması təklifi də dəstəkləndi.
Toplantıda 2019-cu ilin “Türk dünyasının mədəniyyət paytaxtı” barədə də qərar qəbul olundu. Gələn il bu missiyanı Qırğızıstanın Oş şəhəri davam etdirəcək.
İclasdan sonra Kastamonunun estafeti Qırğızıstanın Oş şəhərinə təhvil verməsi mərasimi keçirildi. Axşam isə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin təntənəli bağlanış mərasimi oldu.
Mehparə SULTANOVA
KastamonuMənbə: http://ataturk.az
-
Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər
PEŞMAN OLARSAN.
Saxavat Seyidmamedov ilə,
Müəllif: Səxavət Ənvəroğlu.
Dirənib sözündə demə bilirəm,
Bildiyin çoxdusa saxla özündə.
Düşün, qarşındakı kəs aciz deyil,
Qorxu hökm edərmiş ürkək gözündə.Qurmadıq dünyanı nə sən, nə də mən,
Söylə istəyini ruhən ürəkdən.
Uşaqlıq etməyək nə mən, nə də sən,
Zaman ələdikcə bizi ələkdən.Önə qoy papağı düşün dərindən,
Səhvini tutarlar dilindən sənin.
Özün də bilmədən peşman olarsan,
Sevinci alsalar əlindən sənin.İzzətin,hörmətin dəyərini bil,
“İnsanı ucaldar xoş söz, şirin dil”.
Ağlayanla ağla,gülən kəslə gül,
Yaşamaq yanmaqdır,nəfsə qul deyil!Sözümü unutma,qulağından as,
Qovula-qovula nadan olarsan.
Qarşında dayanan qarlı dağ olsa,
Üşüyə-üşüyə peşman olarsan.Qırmızı dəniz.
Misir sahilləri.2010.DƏRDLƏ ƏZDİN ELƏ MƏNİ.
Saxavat Seyidmamedovvv
Müəllif: Səxavət Ənvəroğlu.
Göz yaşını silə-silə,
Yöxdın məni bilə- bilə.
Dərdlərimə gülə-gülə,
Niyə üzdün belə məni?Polad kimi qırılmadım,
Çat saldıkar-yarılmadım.
Əzabından yorulmadım,
Saldın gözdən elə məni.Kimi görsəm,”can” demişəm,
Sancmamışam-“yan”demişəm…
Ömür boyu qəm yemişəm,
Dərdlə əzdin elə məni.Arif bilər söz qədrini,
Bağban bilər gül ətrini…
Dünya, qoyub ər xətrini,
Öydün sözdə elə məni.Duz-çörəyin başım üstə,
Daş qoymuşam daşın üstə.
Yaş gəldikcə yaşım üstə,
Bezib gəzdin elə məni.
Salma dildən dilə məni!Bandirma.(Türkiyə).
29.03.2009.
-
TOSAYAD Başkanı Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! (19 Aralık 2018 yıl)
TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye temsilcisi Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! İYİ Kİ DOĞDUNUZ! İYİ Kİ VARSINIZ! NİCE BİLE YILLARA! BAŞARILAR DİLİYORUZ!
Dilerim yüce mevlâdan
Gözlerin yaş,
Tekerin taş,
Memleketin savaş görmesin.Cebinde bitmesin para
Başın düşmesin hiç dara
Dırdırı çok bir kaynana
Başından eksik olmasın.Altında bir arap atı
Gezesin hep memleketi,
Malının bet bereketi
Azalmasın, daim artsın.Duaların kabul olsun
Mutluluğun bâki kalsın,
Beklediğin yolcu gelsin
Gözlerin yolda kalmasınDilerim hiç çekme tasa
Düşmeyesin derin yasa;
Bir kel ile bir de köse
Düğününde davul çalsın.Rüyaların gerçek olsun
Dilerim hep yüzün gülsün,
Seni sevmeyenler ölsün
Yüz yirmi yıl yaşayasın.Remzi’den sana nasihat
Adımını dikkatli at,
Her şeye eyleme inat,
DOĞUM GÜNÜN KUTLU OLSUNÖmür treni
Uzun, kara bir katar
Altmış vagonlu kadar
Büyük bir hızla akar
Geçti ömür treniNice dağları aştı
Nice tünelden geçti
Sonunda düze erdi
Geçti ömür treniÇok hızlı gidiyordu
Makinistini yordu
Şimdiyse artık durdu
Göçtü ömür treniArtık gelmez islimi
Düşünüyor teslimi
As duvara resmini
Geçti ömür treniNice yolcular bindi
Nice yolcular indi
Düşün, son inen kimdi
Geçti ömür treniRengi sarardı soldu
Şimdi miadı doldu
Artık jiletlik oldu
Geçti ömür treni(Tokat/17.8.2012)[
-
Şair Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbi prosesdə özünəməxsus dəsti-xətti ilə seçilən şair Şair Səxavət Ənvəroğlunun 2018-ci ildə “EcoPrint” nəşriyyatı tərəfindən 124 səhifə həcmində, 220 tirajla “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, şair-publisist Anar Məmmədovdur.
Kitaba müəllifin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Səxavət Ənvəroğlu ixtisasca dənizçidir. Ömrünün yarısından çoxu dənizdə üzməklə keçib. Lakin hara üz tutubsa, qəlbində Azərbaycanı aparıb və dağlalar sahhilə can atan kimi o da həmişə geriyə-Vətənə can atıb. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərinin ana xəttini təşkil edir. Müxətlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.
Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə “Sən olacaqsan (“PRİNT” nəşriyyatı, 2014) və “Ürək məndən inciyibdi” (“Adiloğlu” nəşriyyatı, 2016), “Dünyanın işindən baş açmaq olmur” (“Müəllim” nəşriyyatı, 2017) şeirləri kitabı işıq üzü görüb.
Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”. -
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.Mənbə: http://www.president.az
-
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilsin:
“11.4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2018-ci il.Mənbə: http://www.president.az
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Qasımov Tariel İsgəndər oğlu
“Tərəqqi” medalı ilə
Babayeva Məsumə Mustafa qızı
Babayeva SonaƏliyev Rahib Səyidağa oğlu
Əsədov İsa Qadir oğlu
Hüseynova Kəmalə Müzəffər qızı
Muradxanlı Ələsgər Calal oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.Mənbə: http://www.president.az
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq artisti”
Əliyeva Lətifə Cahandar qızı
Novruzova Nübar Qulu qızı“Əməkdar artist”
Abdullayeva Mehriban Abdulla qızı
Əsədov İlham Əsəd oğlu
Hüseynov Elnur Bəhrəmxan oğlu
Şərifova Güşvər Fətulla qızı“Əməkdar mədəniyyət işçisi”
Rəhimli Rafiq Səfər oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.Mənbə: http://www.president.az
-
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Əliyeva Mədinə Talış qızı
Həsənova Sənübər Abdulqafar qızı
Quliyev Oruc İslam oğlu
Musayeva Xalidə Məmmədəli qızı.İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2018-ci il.Mənbə: http://www.president.az
-
“YANAN XATİRƏLƏR” – Yeni kitab
Bu günlərdə Eltun Türkelin kitabı işıq üzü gördü.
Poeziya dünyasına “YANAN XATİRƏLƏR” adlı şeirlər toplusuyla qədəm qoymuş gənc şair Eltun Türkelin kitabı oxucularla ilk görüşüdür. Burada şairin saf ürəyinin qanı ilə yoğrulmuş ən ülvi, çılğın hissləri qeyri-adi lirik ricətlərlə, oxucuya təqdim olunur, kövrək, həzin qəlb dünyasına uyğun olan pak, təmiz məhəbbətin, varlığından uca tutduğu sevgili Vətəninin, səadət, ləyaqət, dostluq, ümumiyyətlə narahat bir yazarın könlündən hayqıran humanist hisslərin tərənnümü əsas yer tutur. Dəyərli şairimizin həssas oxucu kütləsinin qəlbinə yol tapacağına, seviləcəyinə ümid edirik.
Kitabın redaktoru pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Seyyid Süleymandır.
Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Mənbə: http://kultur.az
-
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.
Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2018-ci il.Mənbə: http://www.president.az
-
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər
Oğul
Məndən inciyirsən, söz demək olmur,
mən sənin atanam, ananam oğul.
Səni danlayıram sənin xətrinə,
yandıran deyiləm, yananam oğul.Ana olmayanda, ata tək qalır,
unu ələyirlər, bir kəpək qalır.
İp əldə darta-dart, çəkə-çək qalır,
çəkmə qırılanam, sınanam oğul.Mən ağıl vermirəm, ağlına qurban,
qara saçlarıyın ağına qurban.
Ana xiffətin var, mən ona qurban,
mən də Sarasızam, Sən anam oğul.Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya* * *
Sizin qızınızla görüşürük biz
Gedirik gah yolla,gah kənar izlə
Bunu mən bilirəm, siz bilmirsiniz
O gəlir sizin öz icazənizləTələbə yoldaşı,rəfiqəsi var
İşi də çox olur,bəzən dərsi də
Mənəm qızınızın,necə deyərlər
“Tələbə yoldaşı”, “rəfiqəsi” dəMən başa düşürəm siz anasınız
ürəyə sığılmış adi həyəcan
O evə dönüncə nigaransınız
Evdə olanda da mən nigaranamBir ömrün mənzili uzaq, ya qısa
Məhəbbət, doğmalıq, hansı qədimdir?
O sizin incə bir qızınızdısa
O mənin yeganə səadətimdirSiz də heyransınız, mən də bu qıza
Kimin qapısından o keçməlidir
Dünya elədir ki, biri tapırsa
Biri, təbiidir… itirməlidirDuruluq rəmzidir sizin qızınız
Gözündən oxunur qəlbi, isməti
Sizin bu sevdada uduzmağınız
Sizin borcunuzdur, mənim qismətimGərək daralmasın bu eşqə həyat
Deməyin biz kimik,nəçiyik,nəyik
Yad ikən doğmayıq, doğma ikən yad
Dünya qəribədir, biz qəribəyikSizin adınıza hörmət,ehtiram
Qadın qarşısında əyilib aləm
Mən də baş əyirəm, vidalaşıram
Qızınız gələcək mən getməliyəm…Minnətdaram mən..
Yenə səsin gəldi qulaqlarıma,
Həyata, dünyaya minnətdaram mən.
Sən ordan pıçılda eşidim səni,
Özgəsi çağırsa ona karam mən.Sən açdın bir qəlbin məhəbbətini,
Mən duydum bir qəlbin səadətini.
Sənsiz hər sözünü, hər söhbətini,
Sənsiz hər ədanı xatırlaram mən.Bu geniş dünyada öz aləmim var,
Sənlə sevincim var, sənsiz qəmim var,
Dünyada qazancım bir qələmim var,
Sənin xidmətində daim varam mən. -
Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər
DÜNYANIN ZOR ADAMI
Qoşa qanadımdı atam vә anam,
Mәn iki adamın bir adamıyam.
Adәmdәn adama yol gәldi ömrüm,
Sirdәn yaranmışam, sirr adamıyam.Çeşmә gözlәrimdә, çay gözlәrimdә,
Min bir gözәlliyi say gözlәrimdә.
Günәş ürәyimdә, Ay gözlәrimdә,
Üfüqdәn boylanan zәr adamıyam.Dünya heyranlıqdı, mәn heyrәtdәyәm,
Heyran olduğuma mәhәbbәtdәyәm.
Gecә dә, gündüz dә ziyarәtdәyәm,
Ocaq adamıyam, pir adamıyam.Bir sәsәm, süzülüb neydәn gәlmişәm,
Kitabam, әlifdәn-beydәn gәlmişәm.
Buluda qoşulub göydәn gәlmişәm,
Torpaqdan yoğrulan yer adamıyam.Eşqimlә dağ yarıb, daş oya bildim,
Bir gündә min bir gün yaşaya bildim.
Mәn ki bu yüklәri daşıya bildim?
Bu qoca dünyanın zor adamıyam.2008, 7 fevral
APARSIN
Kim gedәndә mәzarımın üstünә,
Nә gül dәrsin, nә çiçәklәr aparsın.
Dodağında Quranın bir ayәsi,
Ürәyindә xoş dilәklәr aparsın.Dağ döşündә yaralanmış ahuyam,
Dәrd evinin, qәm mülkünün şahıyam.
Dağ yandıran Füzulinin ahıyam,
Hesabını qoy fәlәklәr aparsın.İgid canım, şәhid canım, mәrd canım,
Ağrılara möhkәm canım, sәrt canım.
Qoyma sәndә meydan aça dәrd, canım,
Dәrdin varsa, ver külәklәr aparsın.Dünya şeytan, dünya meydan, dünya qan,
Baxıb gördük dünya axşam, dünya dan.
Bir gün mәni aparanda dünyadan,
Qoy ya ruhlar, ya mәlәklәr aparsın.At büdrәdi, meydan getdi, әr itdi,
Ay Zәlimxan, yan, qәlbini әrit, di.
Keçmişimi qara torpaq әritdi,
Sabahımı gәlәcәklәr aparsın.2008, 15 fevral
GƏLMİSƏN
Qardaş, söylә görüm İranda nә var,
Eşitdim o yerdәn tәzә gәlmisәn.
Sәnә bu yaşında gözәllәr baxıb,
Bir qız baxışında gözә gәlmisәn.Gözәllәr әlindәn alıb tabını,
Çәkiblәr mәclisdә haqq-hesabını.
Geyinә bilmәyib ayaqqabını,
Dönüb ayaqyalın bizә gәlmisәn.Ağıllı tәrpәnib tәdbir tökәnlәr,
Yaxanı çırmayıb yaxa sökәnlәr,
Üzünü görmәyib şallaq çәkәnlәr,
Mey içib, dilindә mәzә gәlmisәn.Arifә qurbandı şairin canı,
Gәl dostu-düşmәni yaxından tanı.
Dostumuz Nurәddin verib fitvanı,
Zәlimxan dilindә sözә gәlmisәn.
2008, 20 fevralÇALMA “MÜXƏMMƏS”İ,
TEZDİ, AY AŞIQEy külәk, dağıdıb
salma didәrgin,
Qoy duman yaşasın,
duman ömrünü.
Sünbülün öz ömrü,
dәnin öz ömrü,
Saman da yaşasın
saman ömrünü.Tufanlar ovcunda
sıxma dağları,
Atәşә yandırıb
yaxma dağları.
Ey qәfil zәlzәlә,
yıxma dağları,
Dağlardı yaşadan
insan ömrünü.Qoyma gül bağçalar
bәhәrsiz qala,
Qoyma axşamları
sәhәrsiz qala.
Qoyma at igidsiz,
yәhәrsiz qala,
Köhlәnә bağışla
meydan ömrünü. -
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Gülüstan” (Poema)
Azərbaycanın birliyi və istiqlal uğrunda
çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinəİpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdi.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə…
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin.
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu
– Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət…
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın!
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa
Əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir bir-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun ağalar!
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız, bayaqdan bəri,
-Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Böyükdür bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən
-Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış, Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də buludlamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gumltusu Oğuz xaqanın
Ruhuymuş, hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu, saraldı.
“Gülüstan” bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz oldu “Yanıq Kərəm”in
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanğılı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi Günün, Ayın da.
Qoca Nəbacinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?
Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
“Bu işə qol qoyan qollar sınaydı”.
Arazın suları qəzəbli, daşqın,
Şirin nəğmələri ahdır, haraydır,
Vətən, quşabənzər qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gozümüzdən yaş damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu gözdağını?..
Başı kəsiləndə bu məğrur elin
Könül fəryadını hiss etdinizmi
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düşünün, nələrə qol çəkmisiniz?
Bir damcı mürəkkəb bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə “ver” – dedi.
Lap yaxşı eyləyib doğrudan, bizə
Biri “baran” – dedi, biri “xər” – dedi.
Bizi həm yedilər, həm dəmindilər,
Amma arxamızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın.
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüş qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız ikən paralanmadın,
Köksünə yazıları qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?
Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarıda səf çəkib durdu.
Sular, sizdən təmiz, nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?
Ey Araz, səpirsən, göz yaşı sən də
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
“Can qardaş” deyirəm, o da “can” deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim, yetən yerə əlim yetməyir…
Qarışıb gözümdə, qarışıb aləm,
Dərd dərdi doğrayır, qəm qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub, sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular, ax, ax!..
Qəlbimin, ruhumun dilimin üstə,
Biz güldük, ağladıq, yenə də, ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə bir sazın üstə.
Şəhriyar yaralı misralardan,
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək,
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da – Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmətini tök də meydana,
Qoşundan silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan,
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:
“Heydər baba, göylər qara dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.
Bir uçaydım bu çırpman yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı”.1959
-
Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə
Ustad Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının zirvəsi sayılan “Heydərbabaya salam” poemasını 1951-ci ildə yazıb. Poema iki hissədən ibarətdir. Şair poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Poemanın 1-ci hissəi 77, 2-ci hissəsi isə 48 bənddən ibarətdir. Azərbaycan dilindədir. Beşlik formasındadır. Heca vəznindədir. Vahid süjet xətti yoxdur.
Heydər Baba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.Heydər Baba, kəkliklərin uçanda,
Göl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.Məmmədhüseyn Şəhriyar
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.Heydər Baba, sənin yüzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilmez idim döngələr var, dönüm var,
Itginlik var, ayrılık var, ölüm var.Heydər Baba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.Heydər Baba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndirəndə,
Yadındadır, nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.Şəngilava yurdu, aşıq alması,
Gahdan gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması,
Qalıb şirin yuxu kimin yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.Heydər Baba, Quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edərəm özüm də.Heydər Baba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.Heydər Baba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sər-nüviştin yazdırıb,
Salıb xalqı bir-birinin canına,
Barışığı bələşdirib qanına.Göz yaşına baxan olsa, qan axmaz,
Insan olan xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib kəndə köçəndə,
Şeyxülislam gözəl səsin çəkəndə,
Nisgilli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.Daşlı bulaq daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə bulaq, heyran olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.Heydər Baba, dağın daşın sərəsi,
Keklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.Heydər Baba, Sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözünde,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.Biçin üstü sünbül biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçerler.Heydər Baba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü-qüssə de.Qarı nənə gecə nağıl deyəndə,
Külek qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.Əmməcanın bal-bəlləsin yeyərdim,
Sondan durub üst donumu geyərdim,
Bağçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıx damlarını suvardı,
Heç bilməzdik dağdır, daşdır, divardır
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.Şeyxəlislam münacatı deyərdi,
Məşədrəhim ləbbadəni geyərdi,
Məşdəcəli bozbaşları yeyərdi,
Biz xoş idik, heyrat olsun, toy olsun,
Fərq eləməz, hər nolacaq, qoy olsun.Melikniyaz vərəndilin salardı,
Atın çapıb qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdən nə gözəl mənzərə.Heydər Baba, kəndin toyun tutanda,
Qız gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damdan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.Heydər Baba, bulaqların yarpızı,
Bostanların gülbəsəri, qarpızı,
Çərçilərin ağ nobatı, saqqızı,
Indi də var damağımda, dad verər
Itgin gedən günlərimdən yad verər.Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.Heydər Baba, Mirzəmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası
Hey düzülər gözlərimin rəfində,
Heyimə vurar xatirələr səfində.Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.Baxıcının sözü-sovu, kağızı
Inəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi
Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.Novruzəli xərməndə vəl sürərdi,
Gahdan yenib küləşlərin kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün, ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.Axşambaşı naxırınan gələndə,
Qoduqları çəkib vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə,
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq. .Yaz gecəsi çayda sular şarıldar,
Daş qayalar seldə aşıb karıldar,
Qaranlıqda qurdun gözü parıldar,
Itlər gördün, qurdu seçib ulaşdı,
Qurd da gördün, qalxıb gədikdən aşdı.Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.Şüca xaloğlunun Bakı sovqatı,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəstli qəddi, qaməti,
Cünəmməyin toyu döndü yas oldu,
vənəqızın bəxt aynası kas oldu.Heydər Baba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.Yaz qabağı gün güneyi döyəndə,
Kənd uşağı qar gülləsin sövəndə,
Kürəkçilər dağda kürək zivəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəklik kimi batıb qalıb, qardadır.Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb, səkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.Həccəsultan əmmə dişin qısardı,
Mollabağır əmoğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.Bostan pozub gətirirdik aşağı,
Doldururduq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtlardıq,
Çox yeməkdən lap az qala çatlardıq.Vərziğandan armud satan gelende,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.Mirzə Tağıynan gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən ışıq düşdü o tay bağçaya,
“Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
Heç bilmədik nə vaxt güllükdən aşdıq.Heydər Baba, ağaçların ucaldı,
Amma hayıf, cavanların qocaldı,
Toğluların arıqlayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qarəldi,
Qurdun gözü qaranlıqda bərəldi.Eşitmişəm yanır Allah çırağı,
Dayır olub məscidizin bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsurxanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xərmən üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salam malakəlam.Həci Sultan əmmə gedib Təbrizə
Amma nə Tebriz ki, gələmmir bizə,
Balam, durun qoyaq gedək evimizə,
Ağa öldü, tufağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.Heydər Baba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.Heydər Baba, yaru-yoldaş döndülər,
Bir-bir məni çöldə qoyub, çöndülər,
Çeşmələrim, çıraqlarım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya bizə xarabei-şam oldu.Emoğluynan gedən gecə Qıpçağa,
Ay ki, çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məşməmixan göy atını oynatdı,
Tüfəngini aşırdı, şaqqıldatdı.Heydər Baba, Qara kolun dərəsi,
Xoşginab’ın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəkliyin fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
Amir Qafar dam daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur,
Ya quruyub, bağçaları soldurur?Amir Qafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların haqqı üstə əsərdi,
Zalimləri qılınc təkin kəsərdi.Mirmustafa dayı, ucaboy baba,
Heykəlli-saqqallı Tolustoy baba,
Eylərdi yas meclisini toy, baba
Xoşginabın abi-rusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.Məcdüssadat gülərdi bağlar kimi,
Guruldardı, buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnıaçıq, yaxşı, dərin qanardı,
Yaşıl gözler çıraq kimi yanardı.Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr dönüblər,
Məhəbbətin çırağları sönüblər.Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin quruması, bitməsi,
Indi desək, əhvalatdır, nağıldır,
Keçdi getdi, itdi batdı, dağıldı.Mirəbdülün aynada qaş yaxması,
Çövçülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın dürbini, ya dəş bixeyr,
Xoşginabın xoş günü, ya dəş bixeyr.Sitar’əmmə nəzikləri yapardı,
Mirqadir də hərdən birin qapardı,
Qapıb yeyib dayça təkin çapardı,
Gülməliydi onun nəzik qapması,
Əmməmin də ərsiyinin şappası.Heydər Baba, Amir Heydər neyləyir?
Gəlin yenə samavarı göynəyir,
Daha qocalıb, alt əngini çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.Xanım əmmə Mirəbdülün sözünü,
Eşidəndə əyər ağzı-gözünü,
Məlkamıda verər onun özünü,
Davaların şuxluğunan qatarlar,
Əti yeyib, başı atıb yatarlar.Fizzəxanım Xoşginabın gülüydü,
Amir Yəhya əmiqızının quluydu,
Rüxsarə artist idi, sevgiliydi,
Seyid Hüseyn Mirsalehi yamsılar,
Əmir Cəfər qeyrətlidir, qan salar.Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacadan mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi.Göyərçinlər dəstə qalxıb uçarlar,
Gün saçanda qızıl pərdə açarlar,
Qızıl pərdə açıb, yığıb qaçallar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.Heydər Baba, qarlı dağlar aşanda,
Gecə karvan yolun aşıb çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıyla ağlardım,
Qış donduran ürəkləri dağlardım.Heydər Baba, gül-qönçəsi xəndandır
Amma hayıf, ürək qəzası qandır,
Zindəganlıq, bir qaranlıq zindandır,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.Heydər Baba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!Bir soruşun bu qarqınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer yüzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın.Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb, bağırır,
Mürüvvətsiz insanları çağırır.Heydər Baba, qeyrət qanın qaynarkən,
Qaraquşlar səndən qopub qalxarkən,
O sıldırım daşlarıynan oynarkən,
Qovzan, mənim hümmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.Heydər Baba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayıncan yatmaram.Heydər Baba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.Heydər Baba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar. -
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
SƏNDƏN ÖYRƏNDİM
Xəzərim! Gilavar narı əsəndə,
Üzüyumşaqlığı səndən öyrəndim.
Sinəndə oynarkən ağ ləpələrin
Baxıb, uşaqlığı səndən öyrəndim.
Bəzən köpürürsən, bəzən daşırsan,
Sahilin başına oyun açırsan.
Öpüb ayağını sonra qaçırsan,
Belə şıltaqlığı səndən öyrəndim.
Olanda xəzriylə sən əlbəyaxa
Hər dalğan çevrilir uca bir dağa.
Xəzrinin qəsdini çıxarır yoxa,
Mən bu qoçaqlığı səndən öyrəndim.SƏN DƏ GƏRƏK…
Oğlum, yazıq bu dünyamız beş günlükdür, deyənə.
Sən də gərək atan kimi el qədrini biləsən.
Cürətinlə, hünərinlə bəzəyəsən ömrünü,
Varlığınla bağlanasan vətənə sən, elə sən.
Oğlum, gərək “mən, mən” – deyib öyməyəsən özünü,
Arzum budur, görməyəsən qara günün üzünü.
Başqasının süfrəsinə dikməyəsən gözünü.
Süfrəndəki duz-çörəyi dostlarınla böləsən.
El içində zəhmətinlə qazanmasan etibar,
Bahar çağı gül bağına dolu yağar, qar yağar.
Mən nə deyim? Əcəb deyib bizim ulu babalar
Gərək bir gün öləndə də kişi kimi öləsənOLSUN, OLMASIN
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!
Can deyib, candan keçən cananın olsun, olmasın!
Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
Canına bağlı bu can da canın olsun, olmasın?
Bir gün hicran yollarında könlünə üz versə qəm,
Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın! –
Şux çiçəklər, güllər öpsün gül dodağmdan gərək,
Aşiqiıs bağçanda öz bağbanm olsun, olmasın!
Mən Süleyınan Rüstomom, dillon görüm, yandım ki, mən
Gündə min yol can sənin qurbaıım olsun, olmasm?ƏKSİNİ GÖRDÜM
Qəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,
Mən orda böyük eşqimin öz mülkünü gördüm.
Uçdum dağa bir durna qatanyla bərabor,
Göy göldə bu rəqqasələrin rəqsini gördüm.
Endim Xəzərin sahilinə, yelkənə bənzər
Quş ordusumın qar kimi ağ köksünü gördüm.
Sən bəxtimə bax, ayaa kimi mavi sularda
Axşam ayı, ulduzları, gundüz günü görduüm.
Hər tərpənişi naz dolu şıltaq ləpələrdə
Sandım ki, mən öz scvgilimin əksini gördüm! -
“Qurani-Kərim”
Bütün aləmlərə bütöv bir nursan
Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün Lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi ( Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”).
Bu haqda ”Əl-Bəqərə”surəsində buyrulduğu kimi:“O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar”.
Və yaxud da:
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! “(“Əl-Qədr” surəsi, ayə 2)
Hər bir dini kitab dövrün tələblərinə uyğun olaraq peyğəmbərlər vasitəsilə insanlara çatdırılrıdı.Allahla peyğəmbərlər arasında vəhylərə vasitəçilik edən,əmrləri peyğəmbərlərə çatdıran, Allah dərgahında xüsusi hörmətə sahib olan, dörd ən böyük mələyin ən böyüyü olan Həzrət Cəbrayıl (ə.) xüsusi rolu vardı.
Allah tərəfindən dünyaya Həzrət Cəbrayıl (ə.) vasitəsilə göndərilən sonuncu kitab “Qurani-Kərim”dir. Bu haqda “Əş-şüəara” surəsinin 192-ci ayəsində buyurulur:“Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”
Müsəlman dünyasının müqəddəs və təməl kitabı “Qurani-Kərim” adlanır. ”Qurani-Kərim” ərəb mənşəli alınma sözdür. Azərbaycan dilində “Qiraət” mənasını bildirir. Müsəlman aləmində “Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz) kimi qəbul edilir. ”Qurani-Kərim” 114 surə, 6236 ayə, 323.671 hərf, 77.807 kəlmə, 77394 sözdən ibarətdir. Ərəb dilindədir. Təxminən 23 ilə tamamlanıb. Surələr Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərlərində nazil olub. Doxsan surə Məkkədə, iyirmi dörd surə isə Mədinədə tamamlanıb. Kitabın surələrinin sistemli şəkildə nazil olaraq tamamlanması məhz 633-cü ilə təsadüf edir.
Kainatın yaradılmasının əsas və ilk şəxsi, nəbilərin sərvəri Peğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səllallhu əleyhi və alihi və səlləm) müqəddəs və təməl kitabımız “Qurani-Kərim” haqqında buyurub:
-“Aranızda ən xeyirliniz Qur’anı öyrənən və öyrədəndir”
-“Ümmətimin ən şərəfliləri, öndə gələnləri Qur’an hafizləridir”
-“Kim, Allahın kitabından bir ayəyə qulaq asarsa (dinlərsə) onun üçün qat-qat savab yazılır. Kim onu (Allahın kitabından bir ayəni) oxuyarsa, qiyamət günü onun üçün bir nur olar”
-“Kim Qur’anı oxuyar, əzbərlər, halal buyurduğu şeyi halal qəbul edər, haram buyurduğu şeyi də haram qəbul edərsə, Allah, həmin şəxsi Cənnətə salar”
“Qurani-Kərim”i ilk dəfə olaraq kitab halına salan Zeyd İİb Sabit olub. Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) sağlığında kitab halına salmayıb. Dünyada islam dini yayılandan sonra “Qurani-Kərim” müxtəlif dillərə tərcümə olunmağa başladı. Azərbaycanda “Qurani-Kərim”in ərəb dilindən Azərbaycan türkcəsinə tərcümə olunması məhz Azrbaycanda Sovet hakiyyətini dağılması və müstəqillik əldə etməsindən sonrakı dövrə təsadü edir. ”Qurani-Kərim”i Azərbaycanda dövlət müstəqilliyimizi əldə etdikdən sonra Vasim Məmmədəliyev və Ziya Bünyadov tərcümə etdi. Çağdaş dövrdə “Qurani-Kərim”i Ədəbi Elektron Məkanında elektron kitab halına ( daha çox pdf və exe fomat) salındı. Azərbaycanın dini qurumu Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında “Qurani-Kərim”in bütün surələri ayrı-ayrılıqda yazılı ədəbi dilin qaydalarına uyğun olaraq əlavə olunub. Hətta, Azərbaycan Ədəbi Elektron Məkanında bir çox saytlara mp3 versiyaları da var.
610-cu ildə Məkkə ilə Mədinə arasında olan Həra dağında Həzrət Cəbrayıl (ə.) vasitəsilə Həzrəti Məhəmməd Əli Mustafa (səllallahu ələyhi və alihi və səlləm) çatdırılıb. ”Əş-şuəra” surəsinin 195-ci ayəsində buyrulduğu kimi:
“Özü də açıq-aydın ərəb dilində”.
Müsəlman dünyasının müqəddəs və təməl kitabı, ilahi, nurani, səmavi kitabların sonuncusu “Qurani-Kərim”də iyirmi beş peyğəmbərin adı çəkilir:
1. Hz. Adəm (ə.s) 14. Hz. Musa (ə.s)
2. Hz. İdris (ə.s) 15. Hz. Harun (ə.s)
3. Hz. Nuh (ə.s.) 16. Hz. Davud (ə.s)
4. Hz. Hud (ə.s) 17. Hz. Süleyman (ə.s)
5. Hz. Saleh (ə.s) 18. Hz. Zülkifl (ə.s)
6. Hz. İbrahim (ə.s) 19. Hz. İlyas (ə.s)
7. Hz. İsmayıl (ə.s) 20. Hz. Əl- Yesə (ə.s)
8. Hz. Lut (ə.s) 21. Hz. Yunus (ə.s)
9. Hz. İshak (ə.s) 22. Hz. Zəkəriyyə (ə.s)
10. Hz. Yaqub (ə.s) 23. Hz. Yəhya (ə.s)
11. Hz. Yusuf (ə.s) 24. Hz. İsa (ə.s)
12. Hz. Eyyub (ə.s) 25. Hz. Məhəmməd (s.ə.v)
13. Hz. Şueyb (ə.s)İlk nazil olan “Əl-Ələq”surəsinin ilk beş ayəsidir. Sonuncu nazil olan surə isə “Ən-nəsr” surəsidir. “Qurani-Kərim”də 113 surə “Bismillah”la başlayır. Yalnız “Tövbə”surəsi “Bismillah”la başlamır. “Qurani-Kərim”in yalnız ”Əl-nəml”surəsinin əvvəlində və otuzuncu ayəsində “Bismillah” kəlməsi iki dəfə işlənir.
Dərin hörmət və ehtiramla,
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. -
Türkiye Cumhuriyetinin Kurucusu Sayın Mustafa Kemal Atatürk
Mustafa Kemal Atatürk (19 Mayıs[Not 2] 1881, Selanik – 10 Kasım 1938, İstanbul), Türk ordu subayı, mareşal ve Türkiye’nin ilk cumhurbaşkanı. Türkiye Cumhuriyeti’nin kurucusu ve önderidir. 1934’te Türkiye Büyük Millet Meclisi tarafından kendisine ”Türklerin atası” anlamına gelen Atatürk soyadı verilmiştir.[1]
Atatürk, Birinci Dünya Savaşı sırasında bir ordu subayıydı. Savaş sonunda Osmanlı İmparatorluğu’nun yenilgisini takiben Türk Kurtuluş Savaşı’ndaki Türk Ulusal Hareketi’ne önderlik etmiştir. Kurtuluş Savaşı sürecinde Ankara Hükûmeti’ni kurmuş, askeri eylemleriyle İtilaf Devletleri tarafından gönderilen askeri güçleri bozguna uğratmış ve Türkleri zafere götürmüştür. Atatürk daha sonra eski Osmanlı İmparatorluğu’nu modern ve seküler bir ulus devletine dönüştürmek için politik, ekonomik, toplumsal ve kültürel reformlar başlatmıştır. Liderliği altında binlerce yeni okul inşa edildi. İlköğretim ücretsiz ve zorunlu hale getirildi. Kadınlara sivil eşitlik ve politik haklar verildi. Köylülerin sırtına yüklenen ağır vergiler azaltıldı.[2][3]
Türk Orduları Başkomutanı olarak Sakarya Meydan Muharebesi’ndeki başarısından dolayı 19 Eylül 1921 tarihinde “Gazi” unvanını almış ve mareşalliğe yükselmiştir.[3] Cumhuriyet Halk Fırkası’ni kurmuş ve ilk genel başkanı olmuştur.[4] 1938 yılındaki vefatına kadar arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı olmuştur.[3]
Atatürk tarihte oynadığı önemli rolden dolayı pek çok yazar ve tarihçi tarafından incelenmiş ve hakkında 379 eser yazılmıştır. Bu yönüyle hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. Ayrıca dünyada ilk kez ve tek örnek olmak üzere, Birleşmiş Milletler’in UNESCO örgütü tarafından, kendisinin 100. doğum yılı olması sebebiyle ve tüm ülkelerin oy birliğiyle 1981 “Atatürk Yılı” olarak kabul edilmiştir. Dergilerinin Kasım 1981 sayısında da, Atatürk ve Türkiye konusu ele alınmıştır.
(daha&helliip;) -
Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər ƏLİYEV
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Mənbə: http://www.president.az
-
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏLİYEV
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Evlidir. Üç övladı, beş nəvəsi var.
Təltiflər və fəxri adların siyahısı:
Ordenlər
Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)
Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)
Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)
Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)
Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)
Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)
Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)
Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)
Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)
Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)
Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)
Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)
Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)
Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)
Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)
Fəxri elmi adlar
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)
Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)
Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)
Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)
Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)
Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)
Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)
İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)
Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)
Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)
Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)
Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)
Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)
Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)
Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)
Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
İdman təşkilatlarının mükafatları
Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)
Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)
Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)
Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)
MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)
Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)
Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)
Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)
Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)
Mənbə: http://www.president.az
-
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir.[2] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[3] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[4]
Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir.[5][6] Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.[6][7][8][9] Rəsmi dil türk dilidir.[10] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.
Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[11] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir.[12] Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[13]
XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[14] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir.[15] İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması “Üç Paşalar”ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[16] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.
Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[17]
Mündəricat
1 Etimologiya
2 Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
2.1 Təbii ehtiyatları
2.2 İqlimi
2.3 Daxili suları
3 Ərazi
3.1 İnzibati-ərazi bölgüsü
4 Əhali
4.1 Dil
4.2 Din
5 Tarix
5.1 Qədim dövr
5.2 Cumhuriyyət dövrü
5.3 İkinci dünya müharibəsi dövrü
5.4 Avropalı dövlətlərlə müttəfiqlik
6 Siyasət
7 İqtisadiyyat
8 Təsərrüfat sahələri
9 Ordu
10 Təhsil
10.1 Universitetler
10.2 Məktəbəqədər təhsil
10.3 İbtidai təhsil
10.4 Orta təhsil
10.5 Ali təhsil
11 Bayramlar və xüsusi günlər
11.1 Rəsmi bayramlar
11.2 Dini bayramlar
12 Şəkillər
12.1 İstinadlar
12.2 Xarici keçidlər
Etimologiya
Türkiyə adı iki komponentə bölünür: Türk etnonimi və “sahib” mənasında istifadə olunan –iyə şəkilçisi. “Türk” və ya “Türük” sözlərinə tarixdə ilk dəfə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbası istifadə edilərək səkkizinci əsrdə tikilən Orxon abidələrində rast gəlinib.[18] Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia şəklində qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[19] Ancaq imperator burada “türklər” adı altında macarları ifadə etmişdir.[20] Oxşar şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[21] Osmanlı İmperiyası da müxtəlif vaxtlarda digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.
Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
İki qitədə: Avropa və Asiyada yerləşən Türkiyənin sahəsi 779 min km 2 -dir. Ölkənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli adlanmaqla ümumi ərazinin 3%-ni (23,7 min km 2 ), Asiya hissəsi isə Anadolu adlanmaqla ümumi ərazinin 97%-ni əhatə edir. Avropa və Asiya hissələrini bir-birindən Egey dənizi, Bosfor və Dardanel boğazları ayırır. Türkiyə ticarət və hərbi-strateji yollar (avtomobil və dəmir) kəsimində və 3 dəniz (şimalda Qara, qərbdə Egey, cənubda Aralıq dənizi) əhatəsində yerləşir, bu da onun coğrafi və geosiyasi mövqeyinin əlverişliyini müəyyən edir. Türkiyə dağlıq ölkədir. Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 m-dir. Mərkəzi hissədə Anadolu yaylası, kənarlarında isə silsilələr yerləşir (şimalda Pont, cənubda Tavr). Anadolu yaylası 3 rayona bölünür: Qərbi, Daxili və Şərqi. Qərbi Anadolu – Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar şimal-qərbinin (Şərqi Frakiya) relyefi düzənlik olduğundan kənd təsərrüfatı baxımından əlverişlidir. Daxili Anadolu – Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m olan dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Şərqi Anadolu – İranla sərhəddə yerləşməklə ərazisində Türkiyənin ən yüksək nöqtəsi (5165 m) ucalan Ağrıdağdan ibarətdir. Pont dağları Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Pont dağları Sinopdan şərqdə 3000–3700 m-ə qədər ucalır (ən hündür nöqtə Trabzon yaxınlığında Qaçqar – 3937 m). Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə Türkiyə-İran sərhəddinədək Tavr dağları uzanır. O, Qərbi, Mərkəzi və Şərqi Tavrlara bölünür[22].Təbii ehtiyatları
Türkiyə təbii ehtiyatlarla o qədər də zəngin deyildir. Əsasən xromit (Toros), həmçinin daş və qonur kömür, civə, sürmə, mis, molibden, manqan, volfram, dəmir filizinin ehtiyatı vardır. Bəzən neft-qaz ehtiyatının olduğu da göstərilir[22].İqlimi
Qara dəniz sahillərində iqlim Aralıq dənizindən rütubətli subtropikə keçid təşkil edir. Burada iqlim yumşaqdır, bu da ölkənin mərkəz hissəsindən gələn soyuq atmosfer axınlarının qarşısını alan dağlar və dəniz hava kütlələri ilə əlaqədardır. Egey və Aralıq dənizi sahillərinin iqlimi subtropik Aralıq dənizi tiplidir (isti və quru yay, yumşaq və yağıntılı qış). Türkiyənin daxili hissələrinin iqlimi kontinental tipli subtropikdir. Ölkədə yanvarın orta temperaturu 4; 7 0 C, iyulun isə 20; 24 0 C-dir. Qərbə 635 mm, şərqə 2500 mm yağıntı düşür (əsasən oktyabr-mart). Şərq hissə çox şaxtalıdır (ən minimum temperatur -40 0 C burada qeydə alınıb)[22].Daxili suları
Konya düzənliyi istisna olmaqla ölkə ərazisində çay şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə yararlı deyildir. Yaşıl İrmak, Qızıl İrmak əsas, həmçinin Fərat, Dəclə çayları, Van isə gölüdür[22].Ərazi
Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[23]Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[24]
Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.
İnzibati-ərazi bölgüsü
Əsas məqalə: Türkiyənin inzibati bölgüsü
BlankMapTurkeyProvinces.pngAnkara
Kırklareli
Ədirnə
Təkirdağ
Çanaqqala
Balıkəsir
Bursa
Yalova
İstanbul
Kocaeli
Sakarya
Düzce
Zonquldak
Bolu
Biləcik
Əskişəhər
Kütahya
Manisa
İzmir
Aydın
Muğla
Dənizli
Burdur
Uşak
Afyon
İsparta
Antalya
Konya
Mersin
Karaman
Aksaray
Kırşəhər
Kırıkkale
Çankırı
Karabük
Bartın
Kastamonu
Sinop
Çorum
Yozqat
Nevşəhər
Niğdə
Adana
Hatay
Osmaniyə
Qəhrəmanmərəş
Kayseri
Sivas
Tokat
Amasya
Samsun
Ordu
Girəsun
Ərzincan
Malatya
Qaziantep
Kilis
Şanlıurfa
Adıyaman
Gümüşxanə
Trabzon
Rizə
Bayburt
Ərzurum
Artvin
Ərdəhan
Qars
Ağrı
İğdır
Tuncəli
Elazığ
Diyarbakır
Mardin
Batman
Siirt
Şırnak
Bitlis
Bingöl
Muş
Van
Hakkari
Əhali
Əsas məqalə: Türkiyə əhalisi
Türkiyə Statistika Qurumunun 31 dekabr 2016-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 79.814.000 nəfərdir .[25] Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .[26][27]Dil
Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır. Türkiyə türkcəsi bütün Türk xalqlarının əsas dili hesab olunur. Bunun səbəbi Türkiyə türkcəsinin bütün türk xalqları tərəfindən anlaşılmasıdır.Kondanın sorğusuna əsasən
Türkiyədə 18 yaşdan yuxarı
olan əhali arasında ən çox
danışılan 5 dil (2006)[28]
Ana dili Nisbəti
Türk dili
84.54%
Kürd dili
11.97%
Ərəb dili
1.38%
Zaza dili
1.01%
Laz dili
0.12%
Digər
0.98%
Din
Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir.[29]Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. Ümumilikdə nəzər saldıqda Türkiyə rəsmi dini olmayan bir dövlətdir və ölkənin konstitusiyasında da bu özünü Türkiyə vətəndaşı olan hər bir kəsin din və vicdan azadlığında təzahür edir. Ölkə ərazisində ümumilikdə məscid sayı isə 80.000-dən çoxdur.
Türkiyə torpaqlarında müsəlman olmayanların sayı 1914-cü ildə 19% olduğu halda bu sayı 1927-ci ildə 2.5%-ə düşmüşdür. Müasir dövrdə ölkədə katoliklər və ortodokslar da daxil olmaqla müxtəlif məzhəblərdən 120.000 xristian vardır ki, bu da ölkə əhalisinin 0.2%-dən daha azdır. Ölkədə açıq olan kilsə sayı isə 236-dır. İstanbul şəhəri 4-cü əsrdən bu yana Şərq Ortodoks Kilsəsinin mərkəzi hesab olunur.
Türkiyə ərazisində yaşayan yəhudi sayısı isə 26.000 hesablanmışdır. Türkiyədə ilk yəhudilər e.ə. 5-ci əsrdən etibarən məskən salmışlar. Sonradan 20-ci əsrdəki miqrasiyalara baxmayaraq hələ də az da olsa, ölkədə yəhudi əhali qalmaqdadır.
Tarix
Əsas məqalə: Türkiyə tarixi
Qədim dövrCelsus kitabxanası
Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması – Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.Cumhuriyyət dövrü
Əsas məqalə: Türkiyə Qurtuluş SavaşıTürk süvari birliklərinin İzmirə girişi
XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökumətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi “Milletin müdafiəsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə hökumətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.
İkinci dünya müharibəsi dövrü
1941-ci ildə Türk əsgəri tərəfindən Ayasofya Muzeyinin minarəsindən yerləşdirilən MG08 pulemyotu.
1941-ci il iyunun 18-də isə Türkiyə hökuməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş “Millətin müdafiəsi haqqında” qanuna əsasən hökumət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.
Avropalı dövlətlərlə müttəfiqlik
İkinci Qahirə Konfransında ABŞ prezidenti (Dövlət Başçısı) Roosevelt, Türkiyə Respublikasının Prezidenti İnönü və İngiltərə Baş naziri Churchill (3 dekabr 1943), Qahirə.
1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə hökuməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.Siyasət
1919-1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etdi, prosesin yekun mərhələsində isə Osmanlı səltənəti süquta uğradı, müasir sərhədlər daxilində (Hatay bölgəsini çıxmaq şərti ilə) Türkiyə Respublikası quruldu.İqtisadiyyat
Levent, İstanbul maliyyə mərkəzi
Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhzullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.Təsərrüfat sahələri
Türkiyə – sənaye-aqrar ölkəsidir. XX əsrin 80-ci illərindən başlayaraq Türkiyədə gətirilmə xammal və müəssisələrin köçürülməsi və ya bu ölkədə məhsullarını istehsal etməsi sayəsində emaledici sənaye yüksək inkişaf edir. Qara və əlvan metallurgiya, neft emalı (İzmir şəhərində), kimya (Bandırma şəhərində), tikinti materialları istehsalı, yüngül (toxuculuq), yeyinti sənayesi fərqlənir. İstilik Elektrik Stansiyaları (İES) əsas elektrik enerjisi istehsalı mənbəyidir, həmçinin bu stansiyalar kömürlə işləyir. Suriya ilə sərhəddə, Fərat çayının üzərində böyük hidroenerji kompleksi (SES) yaradılmışdır (həm Suriya, həm də Türkiyə istifadə edir). Neft və qaz idxal olunur. Elektrotexnika və elektronika sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Türkiyədə kənd təsərrüfatı da inkişaf etmişdir. Kənd təsərrüfatında əkinçilik heyvandarlığa nəzərən xüsusilə seçilir. Anadolu yaylası kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə pambıq, günəbaxan, şəkər çuğunduru, zeytun, fındıq, tütün, üzüm, dənli bitkilər (buğda, arpa, qarğıdalı, çəltik, vələmir) becərilir. “Samsun” və “Trabzon” növlü tütünlər, həmçinin fındıq əkininə görə dünyada seçilir. Türkiyə pambıq yığımına görə dünyada VI (0,8 mln ton), buğdaya görə dünyada IX (20 mln ton), şəkər çuğunduru yığımına görə isə IV-dür (2,7 mln ton). Heyvandarlıqda qoyunçuluq (anqor tiftiyi), quşçuluq və maldarlıq inkişaf etmişdir. Türkiyə nisbətən inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Daxili sərnişin və yük daşımalar əsasən avtomobil nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollarının uzunluğu cəmi 3,4 min km-dir. Xarici ticarət əlaqələrində dəniz nəqliyyatı əsas əhəmiyyət daşıyır. Mühüm dəniz limanları İstanbul, İzmir, Samsun, İsgəndərundur. “Türk hava yolları” həm daxili, həm də xarici sərnişin daşımaları həyata keçirir[22].Ordu
Əsas məqalə: Türkiyə Silahlı Qüvvələri
21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıqladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur .[30][31] 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .[32][33]Təhsil
Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid “Tələbə Seçmə Sınağı” vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.Universitetler
İstanbul Texniki Universiteti Maçka kampusu
Boğaziçi Universiteti
Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet – İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir. Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.Planlı təhsil, müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.
1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.İbtidai təhsil
Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.Orta təhsil
Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.Ali təhsil
Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:
Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.[34]
Bayramlar və xüsusi günlər
Əsas məqalə: Türkiyə bayramları
Rəsmi bayramlar
1 yanvar – Yeni il
23 aprel – Milli Suverenlik və Uşaq Bayramı
1 may – İşçi Bayramı
19 may – Atatürkü anma, Gənclik və İdman Bayramı
30 avqust – Zəfər Bayramı
29 oktyabr – Respublika Bayramı
Dini bayramlar
Ramazan Bayramı (3 gün)
Qurban Bayramı (4 gün) -
Azərbaycan Respublikası
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[6], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[7] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[8] Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[9][10][11][12] Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[11] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[13] 2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.
Mündəricat
1 Etimologiya
2 Tarix
2.1 Qədim dövr
2.2 Feodal dövrü
2.3 Yeni dövr
2.3.1 Azərbaycan Xalq Cümhuriyyəti
2.3.2 Sovet İttifaqının tərkibində
2.3.3 Üçüncü Respublika dövrü
3 Hökumət və siyasət
4 Xarici siyasət və ordu
5 İnzibati bölgü
6 Coğrafiya
6.1 İqlim
6.2 Biomüxtəliflilik
7 İqtisadiyyat
7.1 İqtisadiyyat tarixi
7.2 İxracat
7.3 İdxalat
7.4 Turizm
7.5 Elm və texnologiya
8 İnfrasruktur
8.1 Nəqliyyat
8.2 Enerji
9 Demoqrafiya
9.1 Din
9.2 Dil
9.3 Təhsil
9.4 Səhiyyə
10 Mədəniyyət
10.1 İncəsənət
10.2 Ədəbiyyat
10.3 Fəlsəfə
10.4 Musiqi
10.5 Kinematoqrafiya
10.6 Memarlıq
10.7 Mətbəx
10.8 İdman
11 Qalereya
12 İstinadlar
13 Xarici keçidlər
Etimologiya
Əsas məqalə: Azərbaycan (ekzonim)
Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, “Azərbaycan” toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[14]Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[15] Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: “Bəziləri güman edir ki, Azər pəhləvi dilində “atəş”, bayqan isə “keşikçi” və ya “atəş mühafizəçisi” deməkdir və beləliklə, söz “atəş məbədi” və ya “atəş mühafizəçisi” deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub”[16].
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.[17] Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: “Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və “Babəkin atəşi” deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib.”
Tarix
Əsas məqalə: Azərbaycan tarixi
Qədim dövrQobustan dövlət tarixi-bədii qoruğunda qayaüstü rəsmlər
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[18] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[19] Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.[20] Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.[21] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[22] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlu (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[23] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.[23] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[23]
Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur.[23] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[23]
Feodal dövrü
Əsas məqalə: Qafqaz Albaniyası2000-ci ildə İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.[24]
III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.[23] İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[23] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[23] Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.[23] Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[23] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[23] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş – monoteist din yox idi.[23] Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[23] Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.[23] Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi.[23] Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[23]Şəki rayonununda yerləşən Kiş kilsəsinin interyeri
VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[23] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[23] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[23] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[23]IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[23] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.[23] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.[23] Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[23] XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[23] Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[23]
Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[23] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[23] O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.[23] XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[23] Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[23] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[23] Azərbaycan dili dövlət dilinə çevrildi.[23]
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[23] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.[23] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[23] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[23] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[23] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı.[23]
Yeni dövr
Əsas məqalə: Mart soyqırımı
Medieval azerbaijani helmet 5.JPG
Medieval azerbaijani shield 2.JPG
Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər.[25] Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[23]Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[23] Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.[23] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).[23]
Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü.[23] Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı.[23] Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.[23] Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu Erməni Həvari kilsəsinin tabeçiliyinə verdi.[23] Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.[23] Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu.[23] Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.[23]
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi.[23] 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı.[26] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[23]
Azərbaycan Xalq Cümhuriyyəti
Əsas məqalələr: Azərbaycan Xalq Cümhuriyyəti və Bakı döyüşüBakını azad etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi
Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[23] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[23]Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[23] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.[23] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[23]
Sovet İttifaqının tərkibində
Əsas məqalə: Azərbaycan Sovet Sosialist Respublikası1942-ci ildə Biləcəri Dəmiryol Stansiyasından cəbhəyə yollanan batalyon
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[27] 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[23] 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[23] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[23] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[23] Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı.[23] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[23] Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[23]Azərbaycan Yazıçılar Birliyi binasında repressiyaya uğramış Azərbaycan yazıçılarına həsr edilmiş memorial lövhə
1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.[28] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[23] Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[23][29]Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[30][31] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.[32] İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[32] Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi.[33] 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı.[33] Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.[33] Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.[33] 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar.[33] 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi.[33] 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi.[33] İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[32].
1948-1953-cü illərdə azərbaycanlıları Ermənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.[23] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[23] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[23] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[23] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[23] 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[23] 213 iri sənaye müəssisəsi işə salındı.[23] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[23]
1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağ erməniləri ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş verdi. Tərəflər arasında döyüşlər Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[34] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra ermənilər Azərbaycandan çəkilmək qərarına gəlmiş və tanınmayan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.
Üçüncü Respublika dövrü
Əsas məqalələr: Qara Yanvar, Qarabağ müharibəsi, və Xocalı soyqırımıQarabağ müharibəsi zamanı Azərbaycan əsgərləri, 1992-ci il.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.[35] Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı və bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir.[23] Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.[23]1991-ci il sentyabrın 8-də prezident seçkilərində Azərbaycanın prezidenti Ayaz Mütəllibov seçilmişdir.[36] Azərbaycan və Ermənistan arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır.[37] 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımı baş vermişdir. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirmişdirlər və hazırda Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirlər.[38] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[39]
1992-ci ildə iyunun 7-də prezident seçkilərində Azərbaycanın prezidenti Əbülfəz Elçibəy seçilmişdir.[36] Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi.[40] Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur.[40] Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikada dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.[40] 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.[23]
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[41] “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[42] 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunmuşdur.[43]
15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyev qalib gəlmişdir.[44] Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin müxtəlif sahələrində ASAN xidmət kimi iri miqyaslı proqram və layihələr reallaşdırılmışdır.[45][46] 2012-ci ildən başlayaraq ölkədə mətbuat azadlığı və insan haqlarının vəziyyəti xeyli pisləşmişdir.[47][48][49][50] 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[51]
Hökumət və siyasət
Əsas məqalə: Azərbaycanın dövlət quruluşuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən ölkəyə başçılıq edir.
Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyət baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.[52]Azərbaycanın qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir və Milli Məclis Bakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125 deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləri Yeni Azərbaycan Partiyası (YAP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır.[53] Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq, Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.[54]
Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.[55]
Xarici siyasət və ordu
Əsas məqalələr: Azərbaycanın xarici siyasəti və Azərbaycan Silahlı QüvvələriAzərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada İkinci Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunan paradda
Azərbaycan Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.[56]Azərbaycanın Ermənistan ilə Qarabağ münaqişəsi üzərində torpaq mübahisəsi, Azərbaycanın həmçinin Ermənistan ilə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi məsələsinə görə davam edən konflikti var.[57] Xəzər dənizinin bölünmə prinsipinin razılaşdırılmaması olmadığından, Azərbaycanın İran və Türkmənistanla su sərhəd problemi var.[58][59] Bununla belə Azərbaycanla Türkmənistan Kəpəz yatağına görə mübahisə edir.[60] Hazırda Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.[61]
2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[62] 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.[63] 2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.[64]
2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir.[65] Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan “İstiqlal” və “Yalquzaq” snayper tüfənglərini, “Qaya” qumbaraatanı, Gürzə patrul maşını, Xəzri avtomatı və “Zərbə” PUA-nı qeyd etmək olar.[66][67]
İnzibati bölgü
Əsas məqalələr: Azərbaycanın inzibati bölgüsü, Azərbaycan rayonlarının siyahısı, və Azərbaycan şəhərlərinin siyahısı
Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.[68] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.Coğrafiya
Əsas məqalələr: Azərbaycan coğrafiyası və Azərbaycan təbiətiBazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən hündür nöqtəsidir.
Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir.[73] Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.[74] 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[75] Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.[76]
Şahdağ
Böyük Zirə
Beşbarmaq səddi
Əshabi-Kəhf mağarası
Qoturdağ palçıq vulkanı
İqlim
Əsas məqalə: Azərbaycanın iqlimi
Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir.[77] Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur.[78] Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır.[78] Ölkənin düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir.[78] Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.[78]Azərbaycanın orta qış temperaturu 4 °C, orta yay temperaturu 26 °C təşkil edir.[79] Azərbaycanda ən yüksək temperatur 6 iyul 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır: 46 °C.[80]
Biomüxtəliflilik
Əsas məqalələr: Azərbaycan florası, Azərbaycan faunası, və Azərbaycanın daxili sularıQarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir.
Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.[81] Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.[81]Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.[82] Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir.[82] Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir.[82] Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.[82] Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır.[82] Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur.[82] Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).[82]
Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.[83] Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.[83] Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.[83] Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. göstərmək olar.[83] Respublikada 240 endemik bitki növü mövcuddur.[83]
Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir.[84] Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir.[84] Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.[84] Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.[84] Uzunluqları 100 km-dən çox olan 24 çay vardır.[84] Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad, Sumqayıtçay, Viləşçay və s.[84]
İqtisadiyyat
Əsas məqalə: Azərbaycan iqtisadiyyatı
İqtisadiyyat tarixiBakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.[85] Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[85] 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir.[41] 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı.[86] Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyon ABŞ dolları həcmində ÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.[87]2010-cu illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilsə də, ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.[88] Hazırda Azərbaycanda yoxsulluq və korrupsiya ölkənin inkişafını kölgələşdirməyə davam edir.[44] 2016-cı ildə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları, Azərbaycan manatının məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb.[89] Həmin ilin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb.[90] Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyatı şaxələndirməkdir.[89]
Azərbaycan Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür.[13] Azərbaycanın ən tanınmış şirkətlərinə SOCAR, Azərbaycan Hava Yolları, Azərenerji, Azərsu, Azpetrol, Akkord, Azercell, Bakcell, Nar Mobile, Palmali Group və Azərsun Holding aiddir.[91][92]
İxracat
Hazırda Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir.[93] 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür.[93] Təzə ət (mal, toyuq və qoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir.[94] Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir.[94] Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.[94]ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı “The World Factbook” nəşrinin hesabatlarına əsaslanaraq, 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır.[87]
İdxalat
Azərbaycanın idxal etdiyi əsas mallar maşın, avadanlıqlar və onların hissələri, mexanizm və elektrik aparatlarıdır.[95] İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur.[95] Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir.[95] Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir.[94] O cümlədən Azərbaycan siqaretin yarıdan çoxunu, bərk buğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir.[94] Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir.[95] İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.[95] Azərbaycanda süd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.[94]Turizm
Əsas məqalə: Azərbaycanda turizmŞahdağ Turizm Mərkəzi
2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 1 milyard 437,3 milyon dollar, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.[96] Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib.[96]Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər və Qobustan dövlət tarixi-bədii qoruğu daxil edilib.[97] Azərbaycanın populyar turist məkanlarından Bakı bulvarı, Fəvvarələr meydanı, Atəşgah, Yanardağ, Şəki xan sarayı, Möminə Xatun türbəsi, Heydər Əliyev Mərkəzi, həm də ölkənin ən böyük xizək kurortu olan Şahdağ Turizm Mərkəzini qeyd etmək olar.[98][99][100]
Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən Turizm Şurası yaradılıb.[101] Şura turizm sahəsinin inkişafı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirir.[101] 2016-cı ildən xarici turistlərin Azərbaycanda daha çox alış-veriş etmələrinə müsbət təsir edən “Tax free” sistemi tətbiq olunur.
Elm və texnologiya
Əsas məqalələr: Azərbaycanda telekommunikasiya, Azərbaycan Milli Aerokosmik Agentliyi, və Azərbaycan ixtiraları və kəşfləriŞamaxı Astrofizika Rəsədxanası
21-ci əsrdə Azərbaycanda neft və qaz “bumu”, ölkədə elm və texnologiya sahələrində vəziyyəti yaxşılaşdırmasına kömək etdi və Azərbaycan hökuməti modernləşdirilmə və innovasiya yönəlmiş kampaniyaya başladı. 2017-ci ildə Azərbaycan yeni iqtisadi modelə keçməklə, iqtisadiyyatını ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirmək strategiyasına başlayıb.[102]Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.[103] İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır.[103] 1993-cü ildən yüksək səviyyəli milli .az domeninin inzibatçılığı həyata keçirilir.[103]
Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.[104] Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib.[104] Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.[104]
Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.[105] Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.[105] 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.[105] 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir.[106] Hazırda Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir: Azercell, Bakcell və Nar Mobile (Azerfon).[107]
Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.[108] Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb.[109] Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.[110] Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur.[111]
İnfrasruktur
Nəqliyyat
Əsas məqalə: Azərbaycanda nəqliyyatİçərişəhər metrostansiyasının gecə görünüşü
Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir.[112] 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir.[112] Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var.[112] Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” departamentləri yaradılıb.[112]Azərbaycanda xidmət göstərən 7 beynəlxalq hava limanı var.[13][112] Onlardan ən böyüyü Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir.[112] AZAL və onun struktur bölməsinə aid olan Buta Airways milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.[112] Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir.[112]
1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanılıb və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradılıb.[112] Hazırda Azərbaycan dəmir yolları Bakıdan Tümen, Rostov, Xarkov, Kiyev, Sankt-Peterburq, Moskva, Mahaçqala kimi istiqamətlərə gediş-gəliş həyata keçirir.[112] 2017-ci il oktyabrın 28-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib.[113]
1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[112] Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.[112]
Enerji
Əsas məqalələr: Azərbaycanda enerji və Azərbaycanda neft sənayesiXIX əsrin sonunda Bakıda Qara Şəhər.
Azərbaycanda neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi.[114] Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər.[114] Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.[114]Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir.[87] Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.[87] 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faizini istilik və elektrik enerjisi təşkil etmişdir.[93] Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizini mazut və 0,1 faizini isə dizel yanacağları təşkil etmişdir.[93] Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür.[93] Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.[115] 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[116]
Demoqrafiya
Əsas məqalələr: Azərbaycan əhalisi və AzərbaycanlılarAzərbaycanın etnik azlıqlarından biri olan molokanlar.
2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[117] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[117] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[117] Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlıdır.[1]Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.[1] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər, ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır.[117] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[118]
1994-cü ilin fevralında Azərbaycanın prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün “Bir millət, iki dövlət” konsepsiyasını yaratmışdır.[119] 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir.[1] Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.[1] 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.[1] 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.[120]
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar.[1] Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur.[1] Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır.[1] Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.[1]
Milli azlıq[1] Sayı[1] Dili[1] Sıx yaşadığı ərazi[1]
Ləzgilər 178000 Qafqazın Nax-Dağıstan dillərinə aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri Azərbaycanın şimal bölgələri
Ruslar
Molokanlar
141700 Hind-Avropa dillərinin Slavyan dilləri qoluna aid olan rus dili, eləcə də Azərbaycan dili Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri
Ermənilər 120700 Hind-Avropa dillərinin erməni qoluna aid olan erməni dili, eləcə də Azərbaycan dili Dağlıq Qarabağ, Bakı
Talışlar 76800 Hind-Avropa dillərinin ailəsinin Hind-İran dilləri qoluna aid olan talış dili, eləcə də Azərbaycan dili Azərbaycanın cənub bölgələri
Avarlar 50900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan avar dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
Axısqa türkləri / Mesxeti türkləri 43400 Türk dillərinin oğuz qoluna aid olan türk (Anadolu türkcəsi) və Azərbaycan (Azərbaycan türkcəsi) dilləri Azərbaycanın şimal və aran bölgələr
Tatarlar 30000 Türk dillərinin qıpçaq qoluna aid olan tatar dili, eləcə də Azərbaycan və rus dili Azərbaycanın şəhərləri, əsasən Bakı
Ukraynalılar 29000 Hind-Avropa dilərinin Slavyan dilləri qoluna aid olan ukrayın dili, eləcə də Azərbaycan və rus dilləri Bakı
Saxurlar 15900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan saxur dili, eləcə də Azərbaycan dili Zaqatala rayonu
Gürcülər (İngiloylar) 14900 Qafqazın Kartvel dillərinə aid olan gürcü dili, eləcə də Azərbaycan dili Qax rayonu
Kürdlər 13100 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan kürd dili, eləcə də (hazırda əsasən) Azərbaycan dili Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq köçürülmüşlər.
Tatlar 10900 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan tat dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
Yəhudilər:
Dağ yəhudiləri
Avropa (Əşkinazi) yəhudiləri
Gürcü yəhudiləri
8900 Afro-Asiya dillərinin Semit (Sami) dilləri qoluna daxil olan yəhudi dili, eləcə də Azərbaycan dili
Tat dilinin xüsusi dialekti sayılan Dağ yəhudiləri (Cuhuri) dili, eləcə də Azərbaycan dili
Quba rayonu (Qırmızı Qəsəbə) və Bakı şəhəri
Udilər 4100 Qafqazın Nax-Dağıstan dillərinə aid olan udi dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri; xüsusilə Qəbələ rayonu (Nic kəndi) və Oğuz şəhəri
Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur.[121] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən “qastarbayter” kimi Rusiyaya emiqrasiya etmişdir.[121] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[121] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[121] 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[122].BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi “İnsan İnkişafı Hesabatı” çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[87] 2016-cı ildə “Mercer Human Resource Consulting” beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir.[123] 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[124]
b•m•r
Ən böyük şəhərlər (Azərbaycan)
2017-ci ilin siyahıyaalınması
Yer Ad Rayon Əha. Yer Ad Rayon Əha.
Bakı
Bakı
Sumqayıt
Sumqayıt 1 Bakı Bakı şəhəri 2.245.800 11 Xankəndi Xankəndi şəhəri 55.700 Gəncə
Gəncə
Mingəçevir
Mingəçevir
2 Sumqayıt Sumqayıt şəhəri 339.000 12 Cəlilabad Cəlilabad rayonu 45.900
3 Gəncə Gəncə şəhəri 331.400 13 Şəmkir Şəmkir rayonu 42.300
4 Mingəçevir Mingəçevir şəhəri 103.200 14 Xaçmaz Xaçmaz rayonu 41.600
5 Xırdalan Abşeron rayonu 98.100 15 Ağcabədi Ağcabədi rayonu 40.800
6 Lənkəran Lənkəran şəhəri 87.800 16 Bərdə Bərdə rayonu 39.800
7 Şirvan Şirvan şəhəri 85.000 17 Salyan Salyan rayonu 38.200
8 Naxçıvan Naxçıvan şəhəri 81.800 18 Göyçay Göyçay rayonu 36.800
9 Yevlax Yevlax şəhəri 68.400 19 İmişli İmişli rayonu 35.200
10 Şəki Şəki şəhəri 67.400 20 Ağdaş Ağdaş rayonu 31.900
Din
Əsas məqalə: Azərbaycanda dinGəncədəki İmamzadə türbəsinin tavanı
Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir.[125][126] 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93.4%-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir.[127] Yerdə qalan 0.5 %-ə isə digər dinin mənsubları aiddir.[127] Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icma fəaliyyət göstərir.[128]Müsəlman əhalisinin 65 faizi şiə, 35 faizi isə sünnilərdir.[129] Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır.[129] Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır.[129] Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.[129]
Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar.[129] Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur.[129] 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri “vəhhabi” və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.[129]
Dil
Əsas məqalə: Azərbaycan dili
Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir.[130] Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.[130] Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.[130]Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.[130] Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.[130] Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.[130] Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.[130]
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.[130] Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilis və rus dili tədris olunur.[131]
Təhsil
Əsas məqalə: Azərbaycanda təhsilAzərbaycan Milli Kitabxanasının Foyesi
Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[132] Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir.[133][134] Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir.[135]Azərbaycanın ən məşhur universitetləri Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universitetidir.[136] BMT-nin hazırladığı “İnsan inkişafı hesabatı 2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.[135]
Səhiyyə
Əsas məqalə: Azərbaycanda səhiyyə
2005-ci ildə AMEA Əlyazmalar İnstitutunda saxlanılan Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarından üçü — İbn Sinanın “Tibb elminin qanunu” əsəri (II cild), Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin “Əl-Məqalə əs-Sələsun” əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi “Dünyanın yaddaşı” siyahısına daxil edilib.[137]2016-cı ildə BMT rəsmisinin bildirməsinə görə, Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.[138] 2016-cı ilin əvvəlinə ölkədə 32,5 min həkim və 54,9 min orta tibb işçisi çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika, 79 təcili tibbi yardım stansiyası (şöbəsi), 137 qadın məsləhətxanası, 250 uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssi-sələri fəaliyyət göstərmişdir.[139]
Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir.[140] Ödənişli şəxsi tibbi xidmət də təklif olunur.[140] Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.[140]
Mədəniyyət
Əsas məqalə: Azərbaycan mədəniyyətiAzərbaycan milli geyimlərindən biri
Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.[141]İncəsənət
Əsas məqalələr: Azərbaycan incəsənəti, Azərbaycan xalçaları, və Azərbaycan milli geyimləri
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir.[142] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.[142]XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[142] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. “Molla Nəsrəddin” və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[143] “Molla Nəsrəddin” jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[143] Müasir satirik qrafikanın inkişafı əsasən “Kirpi” jurnalının fəaliyyəti ilə bağlıdır.
Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmışdır.[144][145]
Azərbaycan mədəniyyəti ilə Avropa mədəniyyətinin qarşılıqlı təsiri əhəmiyyətli nəticələr doğurmuşdur. Bəhruz Kəngərli Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. XX əsrdə fəaliyyət göstərən məşhur Azərbaycan rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Qəzənfər Xalıqov və Toğrul Nərimanbəyov idi.[146]
Ədəbiyyat
Əsas məqalələr: Azərbaycan ədəbiyyatı və Azərbaycan folkloruNizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində İmadəddin Nəsimi rəsmi
Azərbaycan ədəbiyyatının ən qədim nümunələri Zərdüşt peyğəmbərə aid edilən “Avesta” kitabı və Kitabi-Dədə Qorqud dastanıdır. Orta əsrlər Azərbaycanda ədəbiyyatının inkişafında mühüm rolu İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Nizami Gəncəvi oynamışlar. Orta əsrlərin digər parlaq simalarından Molla Vəli Vidadini və Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Vaqifi qeyd etmək olar. Həmin dövrdə Azərbaycan aşıq sənətinin mahir icraçılarına Aşıq Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Aşıq Ələsgər və s. aşıqları misal çəkmək olar.XIX əsrdə Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatına inteqrasiya etməyə başlamışdır. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat”, “Dərviş Məstəli Şah Cadükuni Məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti Xırsi-Quldurbasan”, “Sərgüzəşti Mərdi-Xəsis” və “Mürafiə vəkillərinin hekayəti”) ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, “müsəlman dünyasının Molyeri” adlandırılmışdır.[147] 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan “Müsibəti-Fəxrəddin”i yazmışdır.[148] Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan “Nadir şah”ın müəllifidir.[149] Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.[150] XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur.
Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Səməd Vurğun daxildir. Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər.[151]
Fəlsəfə
Əsas məqalə: Azərbaycan fəlsəfəsi
Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfəsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoymuşdur. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəll fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yatmışdır. Azərbaycanda fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci yarısında ölkənin ictimai şüurunda varlığın təkamülü, başlanğıcı və sonunun, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və onları ehtiva və təmsil edən mifologiya və dinIə bağlı, kökləri keçmiş minilliklərə gəlib çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçiin keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsələri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da əksini tapmışdır. Müasir elm e.ə. l minilliyin birici yarısında Azərbaycanda zərvanilik, maqlar (muğlar) təlimi və zərdüştilik fəlsəfəsinin geniş yayıldığını göstərir. Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər özünəməxsus mərhələ olmuşdur. Bu dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış ölkədə fəlsəfonin sonrakı inkişafı xristian və islam mədəniyyətləri məcrasında davam etdirilmişdir. VII-VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf elməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vazifasinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu. O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdon Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhmod Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikırliliyi ilə səciyyələnən mötəzili cərəyanın Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bordəi, Əbusəid Əhməd Bərdəi, Bəhmənyar Azərbaycani və b. idi. XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fiıkri üçün bütövlükdə idealizmlə panteizmin, irrasionalizmlə rasionalizmin, mövcud sosial quruluş və etik normaların qəbulu ilə onların tənqidi, orta əsrlərin mürəkkəb şəraitində azadfikirliliyin mövcudluğu səciyyəvi idi.[152]Musiqi
Əsas məqalələr: Azərbaycan musiqisi və Azərbaycan rəqsləri2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.
Azərbaycan musiqisi eklektik və çoxşaxəlidir. Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu, nəfəsli musiqi alətlərinə isə tulum, ney, zurna, balaban, tütək daxildir.[153] Azərbaycanın xalq musiqi janrları olan muğam, meyxana və Azərbaycan aşıq yaradıcılığı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.[154]Azərbaycan Qərb klassik musiqisi ilə XX əsrdə tanış olmuşdur və bu Azərbaycan klassik musiqisi janrını formalaşmışdır. 1907-ci ildə “Leyli və Məcnun”u bəstələyən Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[155] Azərbaycanda müasir professional balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. Ölkədə həm də Azərbaycan cazı, Azərbaycan roku, Azərbaycan hip-hopu kimi müasir musiqi janrları daim inkişaf edir. Azərbaycan pop musiqisi isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.[156]
Kinematoqrafiya
Əsas məqalələr: Azərbaycan kinematoqrafı və Azərbaycan televiziya kanallarının siyahısıHeydər Əliyev Mərkəzində “Arşın mal alan” filminin rəngli formatda premyerası
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[157] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.[157] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[157] Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu.[157] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[157] Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[157] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[157]1950-ci illərinin ikinci yarısından sonra, xüsusilə 1960-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi.[157] Bu illərdə kinostudiyada “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Telefonçu qız”, “Yenilməz batalyon”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək” kimi sənət əsərləri yaradıldı.[157] 1970-1990-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar.[157] Həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən “Sevil”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Ad günü”, “Babək”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Atları yəhərləyin”, “Yaramaz”, “Fəryad” filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.[157]
SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[157] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Qala”, “Sahə”, “Çölçü”, “Buta”, “Dolu”, “Nabat”, “Nar bağı” kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş və mükafatlar qazanmışdır.[158][159][160] Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[161][162]
Memarlıq
Əsas məqalə: Azərbaycan memarlığıAzərbaycan memarı Əcəmi Naxçıvaninin əsas əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan Mömünə Xatun türbəsi.
Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[163] X-XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[164] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[164] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[164]Müasir Azərbaycanda Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[164] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[164]
Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri məhv edilmişdir.[165] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində müasir memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.[166]
Mətbəx
Əsas məqalə: Azərbaycan mətbəxiDovğa
Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.[167] Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.[167] Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.İdman
Əsas məqalə: Azərbaycanda idman200 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Ramil Quliyev
Ənənəvi idman növü olan güləş Azərbaycanın milli idman növü hesab edilir.[168] Azərbaycanın digər ənəvi oyunlarına nərd, çövkən və zorxana daxildir.[168] Ölkədə döyüş sənətləri olan cüdo, karate və boks ilə məşğul olan xeyli insan var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmişdir.[169] 2017-ci ildə Bakı şəhərində 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir.[170] 1996-cı ildən Azərbaycan Olimpiya Oyunlarında təmsil olunur və indiyə kimi 7 qızıl, 25 gümüş və 43 bürünc medalı qazanmışdır.[171]Azərbaycan dünyada şahmat ölkələrindən biri kimi tanınır.[172] Ölkənin kişilər üzrə şahmat yığması üç dəfə Avropa çempionu, qadın yığması isə Avropa çempionatının bürünc medalçısıdır.[173][174] 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası keçirilib.[175]
Voleybol hazırda ölkədə ən məşhur idman növlərindən biridir. Azərbaycanın Azərreyl və Lokomotiv Bakı Avropa Qadınlar CEV Çağırış Kubokunun qalibi olmuşlar.[176][177] Ölkədə digər populyar idman növlərindən futzal, gimnastika və cüdonu qeyd etmək olar.[178]
1992-ci ildə Azərbaycan Premyer Liqasının qurulmasından sonra futbol daha populyarlıq əldə etmişdir.[179] Azərbaycandan UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında “Qarabağ”, “Qəbələ” və “Neftçi” isə Avropa Liqasının qrup mərhələsində dəfələrlə iştirak edib.[180][181] 2019-cu ildə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.[182] 2020-ci ildə Bakıda UEFA Avro 2020-nın qrup mərhələsi və 1/4 finalına ev sahibliyi edəcək.[183]
2000-ci ildən sonra Azərbaycanda Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 2018 Cüdo üzrə Dünya Çempionatı kimi beynəlxalq idman yarışları keçirilib.[184][185] Hal-hazırda ölkədə Tour d’Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisi keçirilir.[186]




















