Bilinməlidir ki, dini mənada şahid olduğumuz xurafatın İslamla heç bir əlaqəsi yoxdur. Şahid olduğumuz quruluş Qurana tamamilə zidd olan zülm və nifrət sistemidir. Xurafatın tək tərəfli, dinə xas olduğunu düşünmək də fərqli xurafat növüdür… Sağın, solun, hər fikrin, ideologiyanın, müsəlmanın, xristianın, musəvinin də xurafatçısı çoxdur. Yəni «bu inanc və ya bu düşüncədə olanlara xurafatçı deyilir» deyə bir tərif vermək düzgün olmaz. Hansı növ xurafat olursa-olsun, hər növü rifah içində yaşamağa, cəmiyyətlərin inkişafına mane olur.
Xurafatın mənası, hadisələrə dar çərçivədən baxaraq hər hansı bir fikri, düşüncəni, inancı, hərəkəti bilgisiz və şüursuzca müdafiə etmək, başqa inanc, düşüncə və davranışlara qarşı tolerantlıq nümayiş etdirməmək, dözümsüz olmaq və düşməçilik etməkdir.
Müdafiə etdiyi düşüncələrdə tənqid qəbul etməyən, öz düşüncələrini qatı üsulla doğru qəbul edən, heç bir yeniliyi qəbul etməyən xurafatçılıq tolerantlığın əksidir.
Tolerantlıq isə ən bəsit təriflə bizdən fərqli düşünən insanların ola biləcəyini qəbul etmək, onların fikir və davranışlarını anlamaq, sabit fikrə qapılmadan yeri gəldikdə qarşlıqlı müzakirə aparmaqdır.
Xurafat mədəniyyətdən uzaq cəmiyyətləri dost-düşmən, inananlar-inancsızlar deyə iki yerə bölən, hamısını bir-birinə düşmən edən düşüncə tərzidir. Xurafatçılar ancaq öz sistemlərini tanıdığından və yalnız öz doğru bildiklərini həyata keçirməyə indeksli olduğundan eqoist, anlayışsız, təcavüzkar və hörmətdən uzaqdırlar.
Ona görə cəmiyyət olaraq sevgini, hörməti yaymalıyıq. Sevgisizliyin, nifrətin heç kimin həyat səviyyəsini artırmayacağının fərqinə varmalıyıq.