Gənc yazar Kənan Aydınoğlunu “Kümbet” dərgisində çap olunan şeiri

Anam

Anam Aida xanıma.

Gözümün önündə duranda kədər,
Çarəsiz dərdimi bilirsən, Anam!
Nisgildən, həsrətdən dolanda gözüm,
Gözümün yaşını silirsən, Anam!

Hərdən ağlayanda cahanda zar-zar,
Mənim bu kölümdə açmasa bahar,
Bürüsə könlümü kədərlə qübar,
Kefsiz əhvalımı görürsən, Anam!

Payızın ilk günü elə gələndə,
Şeirim düşəndə bu şirin dilə,
Sonalar uçaraq düşəndə çölə,
“Can bala”-kəlməsin deyirsən, Anam!

Kədərli qəlbimə tapanda dərman,
Kindən uzaqlaşan bizim bu dövran,
Xoş əhval içində olanda Kənan,
Cahanda hər zaman gülürsən, Anam