Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Əlliyə çatacaq yaşın, Ay Ana!” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 98. sayısınnda dərc olunub.
“Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçisi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, koordinatoru isə
“Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) dərgilərinin Azərbaycan təmsilcisinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzov.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan Aydınoğlunun şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
Qeyd edək ki, bundan öncə şeirləri “Usare”,”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti