Şəfa VƏLİYEVA.Yeni şeirlər

sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

* * *

Əntiqə ünvanlı daha bir şeirim) 4 il əvvəl..

Biraz keçsin… unudarsan nə var ki…
Biraz keçsin… ürəyini sığalla…
Hər sığalda adım biraz silinsin
Ürəyindən…
Biraz keçsin… məni də qat yuxuna…
Yoz…
Yoz…
Yozz…
Sonunda özünü haqlı bil…
Bu dünyanı nağıllı bil…
Biraz keçsin…
Ömür dediyin də biraz deyilmiydi, sevgim?
Biraz… bir az…
Və az gələn birin ardından…
Xatirələrdə həmişə kölgələr iki olur..
Iki…
Biraz keçsin…
Unudarsan… nə var ki?!

* * *

Tanışdı bu mesaj…Bu sonuncu söz,
içimdə bir şeytan namaza durub…
ruhum bu dünyadan əlini üzüb,
Tanrı saatını olmaza qurub…

Bu da sevgidirmi?!
gülə bilmirəm…
hansı din gülməyi haram buyurub?
vallah, ayrılıqdan ölə bilmirəm,
qəmin bir adı da bayram qoyulub…

ömür çiy yeyilməz…
ovcumda bişən
o qara günləri nuş eləmədik…
insanlar tanıdım hər şəklə düşən,
ikimiz bir şəklə düşə bilmədik…