Şair-publisist Əkbər QOŞALI.”Torpağa taprşırrıq ölən olanda”

Torpağa taprşırrıq ölən olanda,
Baxmarıq, ürəyi daşdı
yoxsa ki
ürəyi dağlıdı zalımoğlunun…
Və bir gün
üzə çıxar o ürək:
Ürəkdə dərd görünər,
dərddəsə ömür…
Bir də daş qoyarıq – adı: başdaşı…
Dünyanın o –
ən soyuq
daşına
isti sözlər yazarıq…
Yazıya ürək,
ürəyə dərd qoyarıq…
Beləcə,
dərd dolanar dünyada:
torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək…
Deyirəm,
gedim torpaq dərdimi yazım,
ürəklər daş olmamış…