Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara qözlü, anam.
Hara getsəm gözün mənə baxar.
Ana, qəlbim bu laylarla gəzər
Doğma səsin ömrü, günü bəzər
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana yana, ana.

Ana, səsin aydın səhər ola,
Ana, qəlbin keşik çəkər bizə.
Yolum üstə uzaq səfər ola,
İşıq dolar nurdan düşən gözə.
Mənim görək gözüm sənsən, ana,
Ömrüm günüm özüm sənsən, ana
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana yana, ana…

Mənbə: Klassik Ədəbiyyat İnciləri