Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə…
Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə…

Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Araza “axma” – desəm mən, inan, axmaz bu gecə
Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə…

Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Mənbə: Klassik Ədəbiyyat İnciləri