Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bilgəh, Bakı, Azərbaycan — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.

Həyatı
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ећtrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[1] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il “Azərbaycan xalq rəqsləri” toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

Ailəsi
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – “Ећir evdən getdi” və “Musiqi müəllimi” filmlərində çəkilib.

Kinorejissor Eldar Quliyevin atasıdır.
Ssenarist Nərminə Quliyevanın babasıdır.
Cəmilə Muradasilovanın babasıdır.
Musiqi əsərlərinin notları PDF
Sənə də Qalmaz
Ağacda Leylək
Fəxri adları və mükafatları
Azərbaycan SSR Xalq Artisti (1964)
Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958)
Azərbaycan SSR Dövlət Mükafatı Laureatı
SSRİ Qırmızı Əmək Bayrağı Ordeni (iki dəfə)
SSRİ “Ећərəf nişanı” ordeni
Xəzər Universitetinin fəxri doktoru
“İstiqlal” ordeni — 07.11.1997[2]
Filmoqrafiya
İyirminci bahar (film, 1940)
Səbuhi (film, 1941) – bəstəkar
Qayğı (film, 1943)
Bakı döyüşür (film, 1944)
Qardaşlıq köməyi (film, 1944)
Ећəfa nəğməsi (film, 1944)
Əbədi odlar ölkəsi (film, 1945)
İran Azərbaycanının paytaxtında (film, 1945)
Zəfər bayramı (film, 1945)
Çağırışa cavab (film, 1947)
Sovet Azərbaycanı (film, 1948)
Sovet Azərbaycanı (film, 1950)
Doğma xalqıma (film, 1954)
Alagöz yaylağında (film, 1955)
Bəxtiyar (film, 1955) – bəstəkar
Görüş (film, 1955)- bəstəkar
Qızmar günəş altında (film, 1957) – bəstəkar
Bakı və bakılılar (film, 1957)
Ögey ana (film, 1958)- bəstəkar
Onu bağışlamaq olarmı? (film, 1959) – bəstəkar
Telefonçu qız (film, 1962) – bəstəkar
Möcüzələr adası (film, 1963) – bəstəkar
Arabaçı Həsən (Tacikfilm, 1965) – bəstəkar
Əbədi qardaşıq (film, 1965)
Sən niyə susursan? (film, 1966) – bəstəkar
Azərbaycan elmi (film, 1969)
O qızı tapın (film, 1970) – bəstəkar
Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
Mahnı qanadlarında (film, 1973)
Nəsimi (film, 1973) – bəstəkar
1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
Dərviş Parisi partladır (film, 1976) – bəstəkar
Xoşbəxtlik qayğıları (film, 1976) – bəstəkar
Ећir evdən getdi (film, 1977) – bəstəkar
Qayınana (film, 1978) – bəstəkar
Əlavə iz (film, 1981) – bəstəkar
Nəğməkar torpaq (film, 1981)
Əzablı yollar (film, 1982) – bəstəkar
Musiqi müəllimi (film, 1983) – bəstəkar
Damğa (film, 1984)
Layiqli namizəd (film, 1984)
Tənha narın nağılı (film, 1984) – bəstəkar
Cinayətin astanası (film, 1985)
Sökmək asandır… (film, 1985)
Xüsusi vəziyyət (film, 1986) – bəstəkar
Küləyapardı (film, 1986)
Mən Bakıda yaşayıram (film, 1986)
Sürəyya (film, 1987) – bəstəkar
Ürək nəğməsi (film, 1989)
Nakəs (film, 1991) – bəstəkar
Özüm və zaman haqqında (film, 1991)
Qayıdış (film, 1992)
Hər şey yaxşılığa doğru (film, 1997)
Tikdim ki, izim qala. II film (film, 1997)
Kədərimiz… Vüqarımız… (film, 1998)
Tikdim ki, izim qala. III film (film, 1998)
Məhv olmuş gündəliklər (film, 1999)
Mirzə Babayev (film, 2001)
Musiqişünas (film, 2001)
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(AzTV) – musiqisindən istifadə edilən bəstəkar
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Azərbaycan naminə (film, 2005)
Unudulmuş qəhrəman (film, 2005)
Ailəm (film, 2006)
Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
Bakı bağları. Mərdəkan (film, 2007)
Bakı bağları. Türkan (film, 2007)
Qəmbər Hüseynli (film, 2007)
Absurdistan (film, 2008) (tammetrajlı bədii film) – musiqisindən istifadə edilən bəstəkar
İstanbul reysi (film, 2010)
Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) – musiqisindən istifadə edilən bəstəkar
Mahnıları
Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – Laylay – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
Ећövkət Ələkbərova – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
Ећövkət Ələkbərova – Rusiya mahnısı – sözlər: Ənvər Əlibəyli
Ећövkət Ələkbərova – Gül oğlum – sözlər: Zeynal Cabbarzadə
Rəşid Behbudov – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
Rəşid Behbudov – Sənə də qalmaz – sözləri: Rəsul Rza
Rəşid Behbudov – Qızıl üzük – sözləri: Rəsul Rza
Rəşid Behbudov – Bakı – sözlər: Zeynal Cabbarzadə
Akif İslamzadə – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
“Qaya” vokal ansamblı – Toy mahnısı – sözlər: Zeynal Cabbarzadə
Mirzə Babayev – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
Azər Zeynalov – Bəxtəvər oldum – sözlər: Xaqani Ећirvani
İstinadlar
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
“T. Ə. Quliyevin В«İstiqlalВ» ordeni ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 1997-ci il tarixli, 640 nömrəli Fərmanı (azərb.)
Mənbə
Əhədoğlu, Y. “Belə bir ada da var” //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.