https://a.radikal.ru/a37/1910/8b/6ef1cea54407.jpg

https://a.radikal.ru/a13/1910/94/0482a4bcbb6c.jpg

https://a.radikal.ru/a25/1910/5a/8b6841a20423.jpg

https://d.radikal.ru/d18/1910/db/bb5b7a7eed42.jpg

https://c.radikal.ru/c05/1910/a4/172c002dee9f.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq türk dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin çap olunması həm türk dövlətlərinin qardaşlıq münasibətinin nəticəsidir, həm də elm aləminə dəyərli töhfələrdən biridir.
“Azərbaycan türk dünyasına inteqrasiya baxımından mühüm addımlar atıb. Müstəqil Azərbaycan türk dünyasının aparıcı dövlətlərindən biridir və türk dünyası ölkələri ilə bir yerdədir. Bu, ulu öndərimiz Heydər Əliyevin açdığı, Prezident İlham Əliyevin dəstəklədiyi və uğrunda mübarizə apardığı böyük yoldur. Artıq türk dövlətlərinin iqtisadi, mədəni, elmi, ədəbi birliyi bu ölkələrin hər birinin inkişafına sanballı töhfələr verir”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.
Akademik vurğulayıb ki, bugünkü tədbir, dünən keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü türk dövlətlərinin apardığı ortaq siyasətə bariz nümunələrdəndir.
Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev çıxışında təşkilat haqqında ətraflı məlumat verib. Bildirib ki, akademiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatıdır. Onun yaradılması haqqında Saziş 2012-ci il avqustun 22-23-də Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanıb və quruma beynəlxalq status verilib. Təşkilat türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiqi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır. Təşkilatın gördüyü işlər türk birliyinə xidmətin tərkib hissəsidir.
Asxat Kesikbayev həm Azərbaycanın, mən də AMEA-nın türk dünyasında yeri və rolu olduğunu vurğulayıb, təqdimatı keçirilən kitablar haqqında fikirlərini bölüşüb.
Sonra tarix üzrə elmlər doktoru Eynulla Mədətli Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Elinə yol açan” kitabı, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova “Mən cahana sığmazam” Nəsiminin şeirlər kitabı, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatı antologiyası”, filologiya üzrə elmlər doktoru Almaz Ülvi “Mağcan Jumabayevin şeirləri” kitabları haqqında məruzələrlə çıxış ediblər.

Mənbə: https://azertag.az