“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

https://d.radikal.ru/d29/2002/3a/25edf7abfdd6.jpg

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan ikinci nömrəsi işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Nəşrin məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin “Azərbaycan xalq yazıçısı: Hüseyn İbrahimov” məqaləsi ilə açılır. Həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin oncildliyinə xülasə” resenziyası və digər məqalələr yer alıb.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Azərbaycan ədəbiyyatı”, “Mətbuat tarixi”, “Mətnşünaslıq”, “Folklorşünaslıq”, “Resenziya”, “Yubileylər” və “Xronika – 2019” bölmələrindən ibarətdir.

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Polşa, Tatarıstan, Hindistan, Monqolustan və Gürcüstanın alimləri daxildir.

Jurnal 1946-cı ildən 2019-cu ilə qədər “Ədəbiyyat məcmuəsi” adı ilə nəşr olunub.