Əli Rza XƏLƏFLİ.”Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru

Duman basan, çiskin çökən
gözlərimsən, Azərbaycan!

Əyim-əyim, büküm-büküm
dizlərimsən, Azərbaycan!

 

Sazın ruhu inciməsin, hər gələnə
saz olmusan,

Hər havaya çalınmısan, sazlarımsan,
Azərbaycan!

 

Qarabağın qara bəxti kösöv təki
qaralanda,

Sinəm üstə ocaq yanır,
közlərimsən, Azərbaycan!

 

…Qələm – qələm sınıq düşən
Xələflinin ürəyi qan,

Kəlmə-kəlmə qan ağlayan
sözlərimsən, Azərbaycan!