İbrahim İLYASLI.”Məmləkətim”

Səni
«dil demək» nədi?-
Heç sazla da
ağlamaq olmur,
Məmləkətim!
Dərdlərinə
ayna tuta bilmir
nə kaman, nə ud.
Biz
bir bəla kimi
doğulduq sənə,
sevgili yurd!

«Can Azərbaycan!» deyibən
şarkılar yazdıq adına.
«Yaşa! Yaşa! Yaşa!»
şüarlarında
basdırdıq səni.
Şuşa deyib – Şuşadan,
Laçın deyib – Laçından
asdırdıq səni.
Biz
bir bəla kimi
doğulduq sənə,
sevgili yurd!

Heç bu şeirdə də
qəminə layiq
ağrı yoxdu,
nöyütünə layiq
kibrit.
Xəcalət çək, ay şair,
ay şeir,
buradaca tükən,
buradaca bit!..