Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Qardaşım Kamrana.

On yeddi baharda, on yeddi qışda,
Dediyin hər şirin sözünə qurban!
Məğrurluq eyləyib igidtək duran,
Sənintək igidin yüzünə qurban!

Anamın dayağı, balası sənsən,
Mən köçsəm, cahanda qalası sənsən,
Anamın könlünü alası sənsən,
Cahana od tökən gözünə qurban!

Dərdimin tapılan çarası kimi,
Kənanın könlünün yarası kimi,
Gözünün gah ağı, qarası kimi,
Sənin gülümsəyən üzünə qurban!