Azərbaycanlı şair Əziz MUSA.”Şuşa bizi gözləyir” poemasından bir parça

This image has an empty alt attribute; its file name is 62343206_702250623526083_4229520764732178432_o.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

28 il bundan qabaq bu günü mən Təbriz şəhərində idin. Dostum gilə qonaq getmişdim Azərbaycan nümayəndə heyyəti Tehranda Ermənistanın nümayəndə heyyəti ilə görüşüb müqavilə imzalayırdı.
O vaxtkı baş prokror Murad Babayev başda olmaqla bir dəstə Təbrizə gəlməli idi.Azərbaycan incəsənət ustaları başda Zeynəb Xanlarov olmaqla TƏBRİZDƏ idilər. . May ayının 8- də könsert olmalı idi. Döstum bilet almışdı Biz ayın 7- də Şəhriyarım məqbərəsini ziyarət edib axşam evə qayıdanda gördük ki ermənilər konsrtin afişalarını cırır.
Səhər tezdən dostum ağlaya-ağlaya gəlib dedi ki, ermənilər Şuşanı işğal ediblər. Elə bil başıma bir qaynar su tökdülər.
Azərbaycan nümayəndə heyyəti də kor-peşiman bakıya döndü.
Mən də səhərisi günü geriyə qayıtdım.

(POEMADAN BİR PARÇA)

Axır gilə-gilə gözümün yaşı,
O yerlər yuxuma girir hər gecə.
Unuda bilmirəm torpağı, daşı,
Ay Allah bu dərdə tablaşım necə.

Hələ qan qoxuyur yurdun səhəri,
Dağlara nur saçan günəş görünmür.
Viranə qalıbdı kəndi, şəhəri,
Qaçqın, köçkün ellər geriyə dönmür.

Qalıb yad əlində ölkənin tacı,
Şuşada bülbüllər susubdu çoxdan.
Həsrətin, hicranın yoxmu əlacı,
Ulu qeyrətimiz düşübdü taxtdan.

Daha fələklər də bizlərə baxmır,
Cıdırda dolaşır qotur yabılar,
Səsimiz, ünümüz zirvəyə qalxmır,
Yiyəsin gözləyir bağlı qapılar.

Qəm, qüssə göyərir torpaqda, daşda.
Yollarda , izlərdə abrımız gedib,
Biz necə gəzdirək papağı başda,
Qarabağ talanıb, Şuşamız gedib.

Yolları bağlıdı hələ bu köçün,
Çobanı, qoyunu nəfsin quludu.
Doğma Qarabağa qayıtmaq üçün,
Bir yol var , o da ki, döyüş yoludu.