Bu günlərdə iş yoldaşım Ayişə xanım mənə telefon açıb, Vətən müharibəsində şəhid düşən gənc zabit – xalası oğlu Muraddan danışdı. Onun həyat hekayətindən, döyüşlərdə göstərdiyi sücaətdən, qərəmanlıqdan söhbət açdı. İnternet üzərindən yazışmalarını göstərdi mənə. “Sizin şeirləri izləyirdi, sevirdi”- dedi. Əlbəttə, onu dinləyincə çox duyğulandım, çox kədərləndim. Şəhid zabitimizin döyüş yolundan danışılarkən isə qəlbim qürur hissi ilə doldu eyni zamanda. Sonra söhbət Muradın şeirlərindən düşdü. Ayişə xanım: ” O, uzun müddət Tükiyədə təhsil almışdı, əsasən Türkiyə türkcəsində yazırdı”- dedi. Şeirləri mənə göndərdi. Gənc olmasına rəğmən yetkin və istedadlı bir şairin şeirləri vardı qarşımda. Bir qələm adamı kimi də, sıradan bir oxucu kimi də bu şeirləri yüksək dəyərləndirməmək mümkün deyildi. Bu şeirlər müəllifinin söyləmək istədiyi mətləbə görə də, poetikasına görə də yetərincə duyğusal, düşündürücü və  mükəmməl idi.

Muradın həmin şeirlərini nöqtəsinə, vergülünə toxunmadan “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirəm!

Əziz şəhidimizin ruhu zəfər gününə, şeirləri Azərbaycan  gəncliyinə əmanət olsun!

İbrahim İlyaslı

Murad Nağıyev

Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçmüşdür. Təhsilə 271 nömrəli məktəbdə başlayan Murad Nağıyev, tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra, 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilmişdir.

Murad Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin bütün sirlərini öyrənmiş, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak etmişdir. Liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. Birinci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra (bütün hərbi məktəblər bağlandığı üçün), o, digər azərbaycanlı kurs yoldaşları ilə birlikdə vətənə geri qayıtmış və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilinə davam etmişdir. Murad Nağıyev 2020-ci ildə buradan məzun olmuş və bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.

Murad Nağıyev 2020-ci ildə Bakı yaxınlığında yerləşən N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmətə davam etmişdir.

O, 27 sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin gün yollanmış, qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da, o: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!” deyərək, döyüşə ən ön sıralarda atılmışdır. Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.

O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə, Murad Nağıyev həmin gün də israr etmişdi ki: “Bu gün kolonda bizim tank birinci gedəcək”.

Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Leytenant Murad Nağıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Murad eyni zamanda uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin Türkiyə türkcəsində şeirlər yazmışdır.

İstanbul ve Hayat

Yeni bir gün başlat hayatta.

Sabah güneş kendini göstermeye başlar,

Sonsuz ufuklarda.

İlk ışıklar akseder deniz üstünde.

Öylece izlemeye başlarsın güneşin doğuşunu,

Sonra dayanamazsın bu güzellik karşısında,

İçini bir ferahlık kaplar.

Yüzün güler, hayran kalırsın bu eşsizliğe.

Her şey uçuverir aklından,

Kilitlenip kalırsın bu manzaraya,

Ama uzun sürmez bu güzellik,

Hayat gibi güzel görünür ilk başta.

Ve bitti artık bu doyumsuz güzellik,

Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.

Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,

Sonra yüzün yanmaya başlar.

Bir tokat yemiş gibi yüzün yanar,

Evet bir tokat, hayattan yediğin bir tokat.

Ne tuhaf değil mi?

İlk önce aldanıp sonra yanmak.

Emre’ye veda

Kalbimde derin bir acı,

Hayatımda yeni bir vurulma.

Hayattan yeni bir kahpelik,

Sırtımda derin bir yara.

Yaşlı gözlerimde boş bakış,

Giden var fani dünyadan.

Yerleşen var gönlüme,

Yerleşen var kalbimin derinliğine.

Acım büyük, yüküm ağır,

Aldı seni benden hayat.

Kopardı seni bizlerden.

Ama kalbimdesin, gardaşım,

Kalbimdesin, arkadaşım.

Gittin be, gardaşım, gittin,

Çok uzaklara gittin.

Yetişemediğim yerlere gittin,

Gelemediğim, ulaşamadiğım yerlere.

Biliyor musun inanamadım gitmene?

Hep yanımda olacağını düşünmüştüm,

Beni asla bırakmayacağını düşünmüştüm.

Ama hayat kopardı seni bizlerden.

Hep şikayet ederdim hayattan,

Hep sana dert yanardım.

Hep sen dinlerdin beni,

Hep sen destek olurdun bana.

Gittin be, gardaşım, gittin.

Boşluk var hayatımda,

Yeri dolmayacak bir boşluk.

Büyük bir yara var asla kapanmayacak.

Ama biliyorum yine de yanımdasın,

Hep izliyorsun bir yerlerden beni.

Tam da düşündüğüm gibi oldu,

Hiç bir zaman bırakmayacaksın beni.

***

Gözlerinde bulduğum huzuru

ebedi uykumda bile bulamam, sevdiğim.

Değil seni üzmek, seni severken bile

incineceğinden korkarım, sevdiğim…

***

Her an içimi yakıyor hasretin, sevgili,

Kalbim duracak, ciğerim sönecekmiş gibi.

Her an içimi yakıyor hasretin,

Kül olup bitecekmiş gibi…

***

14 yaşında giydik üniformayı,

Cılız bedenlerimize gençligimizi harcadık Vatan uğruna.

Ama hiç bir zaman keşke demedik biz.

Siz sıcak yataklarınızda uyuyun diye.

Bakmayın gülüp eglendigimize,

Siz gezip tozarken biz ayağımız

                        yara-bere içinde egitim yaptık.

Siz sevgilinizle müzigin ritminde kendinizi kaybederken

Biz düdük sesiyle kollarımız parçalana kadar

“Vatan sağolsun!” diyerek süründük.

Siz alkolden 3 kuruşluk insanların kollarına düşerken

Biz yanı başımızda susuzluktan

bir heykel gibi yerlere yapışan adamlar gördük.

Siz “aşk” dediniz, biz “Vatan” dedik.

Ne yaptıysak olmadı, kötü olan yine biz olduk.

Olsun biz yine susar, bi sigara daha yakarız,

ama şunu asla unutmayın:

Şayet bir gün güneş bizimle doğup, bizimle batmazsa

sizin için de artık güneş doğmayacaktır.

Bizi tsk yı yıpratanlar diye lanse etmeye çalışanlara

ufak bi cevap olurmu bilmem…

Mənbə: https://edebiyyatqazeti.az/http://Mənbə: https://edebiyyatqazeti.az/