Bir yaşıl çəməndə açdım səhəri,
Çiçəklər qızardı yanaqlarımda.
Dinlədim çayları, şəlaləriŞ
Sevinib dincəldi qulaqlarım da.

Dərələr, təpələr üzümə güldü,
Bilmədim haradan, haraya gəldim.
Elə bil çiynimdən yük götürüldü,
Elə bil yenidən dünyaya gəldim.

Ürkdü dağ keçisi şimşək çaxanda,
Torpaq naxış-naxış, göy naxış-naxış.
Ürək yorulanda, can darıxanda
Dədə-baba dağlar yaxşı ki, varmış.

*Bu şeir Xalq şairi Hüseyn ArifinH 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur