This image has an empty alt attribute; its file name is necibexanim.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Bu zəfəri bizə bəxş edən şəhidlərimizi böyük ehtiramla yad edib, ruhları qarşıdında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm.

Gözün aydın olsun Azərbaycanım,

Mübarək bu əzmin, azad nəfəsin!

Şanlı Ordumuzun rəşadətiylə,

Yayıldı dünyaya qələbə səsin!

Oğullar doğuldu, böyüdü ər tək,

Silaha sarılıb, vətən dedilər.

Doğma torpağını azad etməyə,

Hər biri ən əziz vətən idilər.

Ali Baş Komandan bir rəhbər kimi,

“Qarabağ bizimdir”, bizimdir, dedi.

Milli Ordumuzun mərd ərənləri,

Bu yolda qələbə lazımdır, dedi.

Neçə il işğalda olan Qarabağ,

Bu gün azadlığın nəfəsin duydu.

İgid oğullarım, mərd oğullarım,

Yeni bir tarixin təməlin qoydu.

Qarabağ adının azadlığını,

Yazdılar vətənin zəfər adına.

İgidlik rəmzini bir əsgər kimi,

Bəzədi qəhrəman türk soyadına.

Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,

Aldı sinəsinə al bayrağını.

Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,

Sildi gözümüzdən həsrət dağını.                 

Qələbə qazandı Azərbaycanım,

Bu zəfər tarixin silinməz yaşı.

Sevindi dünyanın hər bir yerində

Vətənin can deyən qərib soydaşı.

Gözün aydın olsun Azərbaycanım,

Qaliblər içində qalib olmuşuq.

Vətən səmasında azad göyərçin,

Vətən torpağında səngər qurmuşuq.

Biz “Odlar Yurdu”yuq, alovlu, odlu,

Türk oğlu, türk kimi bir cəngavərik..

Parça-parça olub paralansaq da,

Yenə bütövləşib, meydanda nərik.             

Budur qələbəmiz, bayrağımız tək

Başımız üstündə hey dalğalanır.

Dəmir yumruq olan vətən sevgimiz

Ruhumuz önündə öz haqqın anır.

Susdurdu düşməni igid, ərənlər,

Dil açıb hər yerdə qürur, əzmimiz.

Haqqın sədasında ucalsın hər an,

Oxunsun hər yanda vətən himnimiz.

Biz Turan elliyik, türk oğlu türkük,

Əl-ələ vermişik vətən göyündə.

Qoy bilsin hər bir kəs qələbəmizlə

Turan yaradırıq vətən deyəndə.

Azad yaşayacaq gələcək nəsil,

Bu zəfər hər kəsə doğma ocaqdı.

Qələbə qazanan Azərbaycanım,

Həqiqət yolunda dayanacaqdı!