“ZƏFƏR KANTATASI” – SONETLƏR ÇƏLƏNGİ
 
İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizə həsr olunur.
 
I sonet
 
Şuşanın başına dolanır duman,
Bu dəfə sevinclə, qürurla, ərklə.
Oğullar silaha sarılan zaman,
Peyman bağlayarlar O BÖYÜK TƏKlə!
 
Allahın adıyla yola çıxanlar,
Vətən sevdasıyla silahlanarlar.
Müqəddəs kitabı köksə sıxanlar,
Qeyrəti ən güclü silah sanarlar.
 
Dünyanı nankora zindan eyləyib,
Namərdin bağrını al qan eyləyib,
Sonra da çəkərlər dağı üstünə.
 
İgidlər gözündə dağ təpələnir,
Təpələr ovulur, qum ləpələnir,
Yeriyir ərənlər yağı üstünə.
 
II sonet
 
Yeriyir ərənlər yağı üstünə,
Hicrana, həsrətə son qoymaq üçün.
Aslanlar tülkünün durur qəsdinə,
Əbədi nifrətə son qoymaq üçün.
 
Dedik adam kimi başa düşərlər,
Adamlıq nə gəzir, adamlıq hanı?
Daha ayaq tutub yeriməz şərlər,
Daha şüşədədi düşmənin canı.
 
Haydı, cavur üçün ağlamaq olmaz,
Donuzu darıda saxlamaq olmaz,
Bizim xeyrimizə işləyir zaman.
 
Siçantək girməyə deşik axtarır,
Arazdan o tayda keşiş axtarır, –
Gədələr başını itirib yaman.
 
III sonet
 
Gədələr başını itirib yaman,
Daha fayda yoxdu dədələrindən.
Belə alçaqlarda nə din, mə iman?! –
Daha kar aşmaz ki, hədələrindən.
 
Hərdən sümük atır böyük qardaşı,
Ağzı boş qalmasın, işləsin deyə.
Ordumuz önündə ordusu naşı,
Yalançı hay-küyü dirənir göyə.
 
Yad eldə ölənin qiyməti olmaz,
Çünki torpaq adlı qeyrəti olmaz, –
Sipər eyləyərlər sağın üstünə.
 
Daha başlarının daşı tükənməz,
Timsah gözlərinin yaşı tükənməz,
Ağı söyləyərlər ağı üstünə.
 
IV sonet
 
Ağı söyləyərlər ağı üstünə,
Ağlamaq – əzəli vərdişləridi.
Hər yandan od-alov yağır üstünə,
Bu gərdiş sonuncu gərdişləridi.
 
44 gün bəs etdi Müzəffər Ordum,
Dağıtsın düşmənin xanimanını.
Orduyla birlikdə döyüşdü yurdum,
Görməkçün o böyük ZƏFƏR anını.
 
Hər gün xoş xəbərlə açıldı səhər,
Dönüb şəfəqlərə saçıldı səhər,
Üzünə gün doğdu sökülən danın.
 
Oğullar bir anda selə döndülər,
Qürbət diyarlardan elə döndülər, –
Səsinə səs verdi Baş Komandanın.
 
V sonet
 
Səsinə səs verdi Baş Komandanın,
Otuz il həsrətdə üzülən xalqım.
Bildi qiymətini yetişən anın,
Cihadçün növbəyə düzülən xalqım.
 
Dünya görməmişdi hələ bu qədər,
Bir xalqın yumruqtək bir olduğunu.
Biləndə – zəhmət də getməyir hədər –
Vətənin müqəddəs pir olduğunu!
 
Ordumuz irəli atılan andan,
Gəldi ilk şad xəbər Suqovuşandan, –
Bildik nə deməkdi qələbə dadı.
 
Fərqi yox, kənd oldu, ya şəhər oldu,
Daha da birləşdi, səfərbər oldu,
Minlərlə könüllü vətən övladı.
 
VI sonet
 
Minlərlə könüllü vətən övladı,
Kükrədi, kükrədi, dənizə döndü.
Qürurla anıldı Vətənin adı,
Gördük ki, vətən də qiblədi, yöndü.
 
Ali Baş Komandan qürur yerimiz,
Ali Baş Komandan ZƏFƏR carçısı.
Haqqın əsgəriyik biz hər birimiz,
Nədən bizdə görsün dünya hər suçu?!
 
Həqiqət yoludu getdiyimiz yol,
Çinartək qoynunda bitdiyimiz yol, –
Göstərir hökmümü bizə hər anın.
 
Bilirik yağının hiyləsi nədi…
Ünvanı şəhidlik zirvəsinədi, –
Hər daşa, qayaya çilənən qanın.
 
VII sonet
 
Hər daşa, qayaya çilənən qanın,
Kiçik zərrəsində vətən yaşayır.
Sülhü bayraq edən Azərbaycanın,
Həqiqət səsində vətən yaşayır.
 
Düşmən namərddisə, söz anlamırsa,
Demək ki, başqa yol qalmayıb bizə.
Haqqı, düz sözü də düz anlamırsa,
Məcburuq qılıncla gətirək dizə.
 
Torpaqdan pay olmaz, qoy bilsin hamı,
Vətənə tay olmaz, qoy bilsin hamı,
Üstündə gəzdirməz bu torpaq yadı.
 
Sevgini bölməyə nə var? – soruşsan,
Uğrunda ölməyə nə var? – soruşsan, –
Vətəndir, Vətəndir, Vətəndir adı!
 
VIII sonet
 
Vətəndir, Vətəndir, Vətəndir adı,
Bu kolun, bu kosun, bu çəmənin də.
Vətən torpağının başqadır dadı,
Çiçək də gözəldi öz vətənində.
 
Bizim müqəddəsdir torpaq sevgimiz,
Dədə Qorqud adlı uludan gəlir.
Türkük – soyumuzu dəyişmərik biz, –
Təbrizdən, Kərkükdən, Boludan… gəlir.
 
Ucaldı göylərə türkün bayrağı,
Çəkdi sinələrə “Bayraqdar” dağı,
Kilsənin hayqıran zəngi lal oldu.
 
Bəxtinə gün doğan, şəfəq saçılan,
Ard-arda üçrəngli bayraq sancılan,
Füzuli, Cəbrayıl, Zəngilan oldu.
 
IX sonet
 
Füzuli, Cəbrayıl, Zəngilan oldu,
Ardınca gör neçə kəndlər, şəhərlər.
Bu yol qələbəyə aparan yoldu,
Burda istəyinə yetişməz şərlər.
 
Şad xəbər almaqçün hər gün səhəri
İnsanlar yatmayıb gözləyirdilər.
Cəbhədən verilən hər bir xəbəri,
İntizar içində izləyirdilər.
 
Ananın – südümüz halaldı sizə,
Vətənin taleyi ta qaldı sizə, –
Önündə mat qalan bir cahan oldu.
 
Övladsa girdiyi qanlı döyüşdə,
Müqəddəs döyüşdə, şanlı döyüşdə
Xalqa ZƏFƏR adlı bir ünvan oldu.
 
X sonet
 
Xalqa zəfər adlı bir ünvan oldu, –
Belə oğullara eşq olsun deyək!
Vətənçün, torpaqçün şirin can oldu,
Ruhları önündə hər an baş əyək!
 
Şəhidlik nur çilər imana, dinə,
İki min doqquz yüz səksən üç nəfər –
Şəhidlik donunu geyib əyninə,
Tanrı dərgahına eylədi səfər!
 
Dildə şüar etdi Vətən kəlməsin,
Burda bir sifəti vardır hər kəsin,
Cilidi dəyişməz, donu dəyişməz.
 
Daha bu törpaqdan silinməz izi,
Hər şəhid – sakini ürəyimizin, –
Ünvanı dəyişməz, yönü dəyişməz.
 
XI sonet
 
Ünvanı dəyişməz, yönü dəyişməz,
Düşmənin üstünə şığıyanların.
Mənim igidlərim heç zaman düşməz
Qurduğu tələyə dığayanların.
 
Yarıldı yarılmaz deyilən sədlər,
Bir anın içində toz-duman oldu.
Söküldü bərələr, dağıldı bəndlər,
Hər zərbə düşmənə ah-aman oldu.
 
Hər qarış torpağı geri alınca,
Bayraqlar sancdınız bayraq dalınca, –
Şuşadan, Ağdamdan üzü bəri siz!
 
Həm Günə, həm Aya bəyan eyləyin,
Həm bütün dünyaya bəyan eyləyin, –
Qururla paylaşın bu ZƏFƏRi siz!
 
XII sonet
 
Qururla paylaşın bu ZƏFƏRi siz,
Yazılsın minlərlə “Şuşa dastanı”.
Dünyanın ən adil sülhsevəri siz,
Haqq olmaq qorudu Azərbaycanı.
 
“Şuşa, sən azadsan!” – sevgiyə bir bax!
“Şuşa, biz qayıtdıq!” – azadlıq himni!
Bizsiz qəribsəyən dərdli Qarabağ,
Gəlmişəm, dur özün qarşıla məni!
 
Nə bir ehtiyacdan, nə bir əsasla,
Qoymayın arxivlər küncünə, əsla,
Milyon yol göstərin bu səfəri siz!
 
Dünyanın qoy gözü ədalət görsün,
Bir də özlərində rəzalət görsün, –
Hamıya çatdırın bu xəbəri siz.
 
XIII sonet
 
Hamıya çatdırın bu xəbəri siz,
İgidlər qanıyla tarix yazdılar.
11 min 111 igid qazimiz,
Hər addım düşmənə qəbir qazdılar.
 
İki yüz iyirmi qəhrəmanımın,
Qanlı səngərlərdə izi yaşayır.
Ruhları – şahidi zəfər anımın,
Milyon könüllərdə özü yaşayır.
 
Min-min Mübarizlər yetirən xalqın,
Qoynunda Poladlar bitirən xalqın,
Düşmənə nifrəti, kini dəyişməz.
 
Arxa da vətəndi, ön də vətəndi,
İman da vətəndi, din də vətəndi,
Türk oğlu türklərin dini dəyişməz!
 
XIV sonet
 
Türk oğlu türklərin dini dəyişməz,
Həm də əqidəsi yerində qalar.
İstəsən dünyanı hey dolan, hey gəz,
Türkün sirr bildiyi sirrində qalar.
 
Yırtılar sonuncu yalan pərdəsi,
Düşmənin maskası üzündən düşər.
Dünyanı oyuna qatmaq istəyən,
Nə vaxtsa dünyanın gözündən düşər.
 
Şükür, qopdu zəli torpağımızdan,
Əbədi, əzəli torpağımızdan, –
Qayıtdı cənnətim, döndü din-iman.
 
Sevincdən çiçəyi çırtlayır, baxın,
Dağdan karvan-karvan eyləyib axın,
Şuşanın başına dolanır duman.
 
XV sonet
 
Şuşanın başına dolanır duman,
Yeriyir ərənlər yağı üstünə.
Gədələr başını itirib yaman, –
Ağı söyləyərlər ağı üstünə.
 
Səsinə səs verdi Baş Komandanın,
Minlərlə könüllü Vətən övladı.
Hər daşa, qayaya çilənən qanın,
Vətəndir, Vətəndir, Vətəndir adı!
 
Füzuli, Cəbrayıl, Zəngilan oldu,
Xalqa zəfər adlı bir ünvan oldu, –
Ünvanı dəyişməz, yönü dəyişməz.
 
Qururla paylaşın bu ZƏFƏRi siz,
Hamıya çatdırın bu xəbəri siz, –
Türk oğlu türklərin dini dəyişməz!
 
14-17 aprel 2022-ci il.