Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir: ƏtraflıTürk olmaq çox çəkilməz bir dərddiTanrı dərdi türkə görə yaratmış. Və şah tacından şərəflidiTürk adını savunmaq… Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik ki, “Türkdən qorxurlar çünki zəfər alın yazısıdı türklərin”. Şair bu hökmündə özünə arxayındır. Yəni türkün zəfər çalması sadəcə alın yazısı olduğuna görə həyata keçmir, ortada min illərin faktları, sübutları vardır. Gerçəklikləri bilən şair özünə inamda daha qətiyyətli olur: “Çarəsizliyin başı üstə qosqoca türk bayrağı, surətini görüncə adamın sözü dilində, dili ağzında titrər al-qumaş kimi”. Bu misralara sondan önə doğru şərh vermək daha məqbul olar. “Al-qumaş kimi” təşbehi əslində al, yəni qırmızı rəngdə olan türk bayrağının qumaşdan olmasına işarədir. Və rənglərin paralelliyi: dilin və bayrağın al rəngdə olması. Eyni zamanda titrəmək felinin hər iki tərəfi özünə bağlaması gözdən yayınmır. Titrəmək felindən əvvəl dil və söz, sonra isə al-qumaş sözünün işlədilməsi, bir sözlə iki anlayışın arasında qurulmuş məntiqi bağdır. Bütün bunlardan sonra hadisənin baş vermə anı yada düşür. Yəni dilində sözünün, ağzında dilinin titrəməsi türk bayrağının surətini gördüyün zaman baş verər. Misraların ümumi əlaqəsindən belə başa düşmək olur ki, titrətməyə düşən başqalarına qarşı haqsızlıq etmiş tərəfdir. Bu haqsızlıq o qədər irəli yeriyib ki, məzlumun çarəsizliyi ilə nəticələnib. Ən əsası odur ki, çarəsizliyin çarəsi türk bayrağının özünü yetirməsindədir. Qosqoca türk bayrağı çarəsizliyə yardım əli uzadırsa, o zaman bu çarəsizliyi yaradanların aqibəti dili ağzında titrəməkdən başqa heç nə ola bilməz. Bənzər fikirlərə şairin başqa şeirlərində də rast gəlirik: Qiyamətin döşündən basıb,Tanrı dağlarına çıxan mələk səstürkün ən qoca nəğməsi,vətən haqqında azadlıq duası.Ən qanlı savaşı türkün məzar daşıymış. Bu misralarda sanki türk tarixinin bir ümumiləşdirilməsi nəzərə çarpır: – türkün səsinin Tanrı dağlarından gəlməsi- vətən haqqında azadlıq duasının türkün ən qoca nəğməsi olması- türkün ən qanlı savaşının onun məzar daşı olması Tanrı dağları ilə bağlılıq türkün ən qədim tarixinə aiddir. Vətənin azadlıq nəğməsini oxuyaraq böyük türk imperiyalarının qurulması dövrü orta əsrləri əhatə edir. Savaşa başladısa, məzar daşına çevrilməyi gözə alaraq vətənini xilas etməsi isə müasir türk tarixində olmuş hadisələrdir. Belə ki, XX əsrin əvvəllərində Çanaqqala zəfərindən keçərək özünə Cümhuriyyət qurmuş Türkiyə ilə yanaşı, XXI əsrin əvvəllərində öz torpaqlarını qəsbkar düşməndən azad etmiş Azərbaycanın gerçəklikləri buna misaldır.Türkçülük mövzusundan əlavə diqqəti çəkən əsas cəhətlərdən biri də Dəyanət Osmanlının yaratdığı obrazlardır. Məsələn, Dəyanət Osmanlının şeirlərində gecənin öz aləmi var. Şairin yaradıcılığından gecə özünəməxsus keçir. Biz gecəni gah şairin üşüdüyü günün fotosundan, gah da saçlarının qoxusu hopmuş sözlərindən keçərkən görürük. “Külək isə bütün canlıların ahıdır”. Özü cansız kimi qəbul olunmuş küləyin canlıların ahı olaraq obrazlaşdırılması təkrarsızdır. Yaxud da şairin ittiham etdiyi başqa obyektlərə baxaq: arılar və quşlar obrazlarına: Arılar baharı daşıdı çiçəklərdən,göyümüzün havasını quşlar apardı.Arılarla quşlar adamlardan öncəyaşayıb tükətdi sevgiləri. Öncə arıların çiçəklərdən baharı daşıması, sonra isə quşların göyün havasını aparması şikayət təsiri bağışlayır. Lakin məlum olanda ki, onların bu hərəkətləri məhz sevgidən imiş o zaman ittihamçı mövqeyindən geri çəkilirsən. Onların sevgini tükətməkdə ittiham olunmasının əsl səbəbini sevgilərinə tamamilə sahib çıxmaları ilə əlaqələndirirsən. Bütöv sevgi daşıyıcıları olduğu üçün haqq verirsən və əslində adamların