Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov tərəfindən noyabrın 29-da saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar noyabrın 25-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Mənbə: https://azertag.az