Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Axşamlar gözümə görünən aysan,
Səhər pəncərəmə düşən günəşim
Sən mənə Tanrıdan verilən paysan,
Sən mənim qolumda gücüm-qüvvətim.

Arxa-dayağımsan, güman yerimsən
Başımı çiyninə yaslayım, durum.
Sən elə mənimçün özüm kimisən
Sözümün kəsəri, sınmaz qürurum

Sinəmdə adınla qoşa döyünən
Ürək daşıyıram, çəkisi ağır.
Özü ovcum boyda kiçik görünən,
Mənimçün döyünür, sənçün yaşayır