Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Şəhid General
Bu gün Şəhid Generalımız Polad Həşimovun doğum günüdür..
Ruhu şad olsun..

Torpaq şəhid qanı içdi yenə də,
Boyandı ürəklər şəhid qanına.
Vətən şəhidliyin zirvəsində o-
And içdi vətənin şəhid canına.

General adına ilk layiq olan
Aprel döyüşlərin qəhrəman oğlu.
Polad iradəlim, polad hünərlim,
Getdin bu yolunla sən haqqa doğru.

Neçə ürəklərdə heykəlin qurub,
Bir şanlı tarixi yaşatdı bu ad.
General adından qəhrəman kimi
Şəhidlik adına ucalan Polad.

“Salam Generalım” deyən əsgərlər
Aldı generalı çiyinlər üstə.
Millət dalğa-dalğa, xalq axın-axın.
Hamı bir diləkdə, hamı bir səsdə.

Qisas tətiklərin çəkən ürəklər,
Asdı başı üstdən general şəklin.
Donan baxışlarda azadlıq odu.
Bürüdü hər yanı, bir alov təki.

Qarabağ sevdalım, vətən igidim,
Şəhid Generalım, Sən yaşıyırsan!
İgidlik məktəbin, müqəddəs adın,
Andınla əbədi Sən daşıyırsan!

2020.