Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Xəyalın mənlədir, sevgin mənlədir,
Hissim dildə deyil, bu qəlbindədir,
Əllərin çatmayır… ruhum sənlədir…
Sən uzaqsan.

Ulduzlar gecəyə incə yaraşıq,
Parlayan, nur saçan, sönməz bir işıq,
Gözüm yollardadır, fikrim dolaşıq…
Sən uzaqsan…

Kaş duya biləydin bu ah-zarımı,
Bölüşə biləydin intizarımı,
Yoxluğun puç edir hər sabahımı,
Sən uzaqsan…

Şirindir yoxluğun, incimə-küsmək,
İndi xəyalın da çox əziz mənə,
Onlar səni xatırladır, çünki yenə,
Sən uzaqsan…

Yanımdasan, mənimləsən, darıxıram,
Qaranlığda otururam, sənlə rəsmimə baxıram,
Sən olan həyatda məna tapıram,
Sən uzaqsan….

Ürəyim çırpınır adınla qoşa,
Mənə bir ruh verir, deyir ki, YAŞA,
Biz bir oyunçuyuq, həyat tamaşa,
Bircə SƏN UZAQSAN…