Təhminə BAĞIROVA.”Qar qız”

Bağırova Təhminə Fərrux qızı 12.02.1977-ci ildə Kəlbəcər rayonunun Hacıkənd kəndində anadan olub. 1984-cü ildə həmin kənd məktəbinin 1-ci sinfinə daxil olub, Kəlbəcər yayonunun işğalı ilə bağlı orta təhsilini 1993-cü il 10 aprel tarixindən Göygöl rayon 3 saylı orta məktəbdə davam etdirərək, 1994-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 1996-cı ildə ADPU-nin Filologiya fakültəsinə daxil olub, 2001-ci ildə hımin ali məktəbi bitirib. 1999-cu ildən 2002-ci ilə qədər Kəlbəcər rayon 119, 2002-ci ildən 2007-ci ilə qədər Kəlbəcər rayon 84, 2007-ci ildən hal-hazıra qədər Bakı şəhərinin Sabunçu rayonundakı Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi fəaliyyət göstəririr. Bədii yaradıcılıqla da məşğul olan Təhminə xanım qələmini hekayə, şeir yazmaqla sınayır, məqalələr yazır. “Ədəbiyyat qəzeti”ndə “Manqurtun öcü” hekayəsi dərc olunub.

Vardı biri,yoxdu biri…..
Türkün özü, qıyqacı gözü, gülərmiş üzü,keçərmiş sözü!
Söyləmiş ulardan ulunun birinin özü:
“Tanrı Dağlarının yamaclarında
Qıyıqgözlü bir Qız vardı.
Yağılar basınca, yurdu .
Ucsuz çöllərə üz tutdu.
Qarlara qarışıb itdi…
Ayaz ata onu tapdı,
Öz buz evinə apardı.
Kam ana da gəldi o an,
Buz gözələ əlac etdi.
Qızın acıları bitti….
Açınca o gözlərini
Gördü bura evi deyil!
Qorxdu , ah – vay etdi yenə
Ormana üz tutdu yenə ….
Yaz gəldi , çiçəklər bitti.
Yenə də bir fəsil ötdü…
Qız çöllərdə qaçdı, qaçdı…
Yepyeni cığırlar açdı!
Ozan keçdi o ormandan
Qız duyduqca sazın səsin
O da yüksəltdi naləsin….
Ağlasa da , kar etmədi!
Könlündəki qəm bitmədi….

Günlər keçdi,
Ay dolandı!
Göy üzünü bulud aldı!
Qız yenə ormanda qaldı.
Xəbər yoxdu obasından!
Ayrılmışdı atasından-anasından…
Bir gün dan atan zaman
Bir Alp gəldi uzaqlardan!
Atı vardı quş qanadlı!
Qılıncından qan damlardı!

Qızı görən anda durdu!
-Kimlərdənsən ,-deyib sordu!
Qız titrəyən əlləriylə qapamışdı gözlərini….
Bayılaraq yerə düşdü!
Huşu yenə başdan uçdu…
Yerə qoydu dizlərini
Yumdu Qıyıq gözlərini…
Alp o anda yerə endi.
Qızı alb Ata mindi!
Çapıb getdi obasına .
Varınca öz odasına ,
Odun atdı sobasına…
Yarın getdi babasına,
Bilgə Qoca yetişincə
Odada qızı görüncə
Haray saldldırdı auluna :
-Xəbər verin Alp Aluna !
Deyin :
—Qızın bulmuş Oğlum!
Gözləyirəm onun yolun!
Ata gəlib qızın gördü,
Hiddətdən dizlərin döydü.
Balasın ölmüş sanmışdı,
Qızından o əl üzmüşdü.
İndi gördü qarşısında,
Heyrət vardı baxışında .
Nələr olmuş, yavrusuna?!
Nə işlər gəlmişdir başına?!
Ata qorxub titrəyirdi!
Hirsdən bığın çeynəyirdi!
Bəlkə , çirkli əllər dəymiş?
Bəlkə , namusu kirlənmiş?!
Əsəbdən sıxdı yumruğun!
Verdi o ən son buyruğun…
-Lənət olsun yağılara,
Sinəmdəki bu dağlara,
birini də çəkdi!
Yetdi!!!
Bu iş artıq burda bitdi!
Hazırlansın Alp Ərənlər!
Bizi sevən mənimlə gələr!
Alplar səflərə düzüldü…
Havada oxlar süzürdü!
Yağı eli viran qaldı!
Obası, eli talandı!
Ata intiqamın aldı!
Qızına müjdələr verdi!
Toy quruldu,düyün oldu!
Qar Qızı Alp gəlin aldı!
Gənclər muradına yetdi!
Nağılım burdaca bitdi!
Göydən də üç alma yox,
üçcə nar düşdü!
Birini kəsdik min oldu,yedik tox olduq!
Biri arxadaşların,biri də bal balaların:)
T.B.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir