Hacı Zərifə NOVRUZOVA.Yeni şeir

601561_599969033393140_1478104889_n

Sevgi ayrılığı

Nə Nüsrət Kəsəmənliyəm,
Nə Bəxtiyar Vahabzadə
Nə naşirəm, nə şairəm
Nə Nəriman Həsənzadə.

Sadəcə – vəhdən yazıram.
Başıma gələndən,
həm gəlməyəndən yazıram.
Gördüyüm pislərdən,
yaxşılardan yazıram.
Pak sevgidən, əqidəmdən,
bir də körpəmdən yazıram.

Zəlimxan Yaqubun dahiliyindən,
Nəğməkar şairin aliliyindən.
Gələcəklə, keçmişin
Yadlaşmasından yazıram.

Bir nankor atayla,
Nankor ananın,
Övladına dönük çıxıb,
Eyş – işrət arzusu ilə,
Ayrılmasından yazıram.
Bir yaşlı ananın,
Oğul övladına
Can yanğısından yazıram!

Heç nəyə dəyişmədiyi,
Dahi ülfətindən,
Məhəbbətindən yazıram!
Şah Cahanla Mumtaz Mahal
sevgisindən yazıram.
Dünyanı mat qoyan,
Könüllər oxşayan, gözlər oxşayan,
Böyük sevgi rəmzi olan,
7 möcüzədən biri,
“Tac Mahal” dan yazıram.
14 qız övladın nakam sevgisi ilə,
Yandırıb, yaxan
Şah Cahanla,Mumtaz Mahal
Ayrılığından yazıram!