Bu gün Orxan və Günelin doğum günüdür

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı adından sizi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, sizə möhkəm
can sağlığı, ailə səadəti arzu edirik.Gözəl ailə sahibi olmasını diləyirik.

Sevimli xalam uşaqları Günel və Orxanın anadan
olmasının 23 illiyinə.

Fevralın oğlan çağı,
Cahana göz açdılar.
Həyata gəlişiylə,
İnan ki,nur saçdılar.
Böyütdüyü ananın,
Qucağına qaçdılar.

Allah ata-ananı,
Arzusuna yetirdi.
İki körpə balanı,
Cahanmıza yetirdi.

Qohumun hər bir kəsi,
Çox istədi xətrini.
İllərin arxasında,
Çox bildilər qədrini.

Hər axşam cavan ana,
Beşiyin düz başında
Söylədi şirin layla.
Hər iki körpəsinin,
Böyütmək zəhmətini
Çəkdi həftəylə,ayla.

Fırlandı qərinə də,
Döndü zəmanəsi də.
Ananın qucağında
Ağlayan iki körpə,
Artıq bu gün böyüdü.
Ən çətin dar gündə də,
Onların köməyinə,
Çatdı ana öyüdü.

Xərinizi istəyib,
Deyim ürək sözünü:
Təbrik edib ürəkdən,
“Yüz yaşayın”-deyirəm!
Səhv addım da atmayıb,
“Düz yaşyın”-deyirəm!