Kənan AYDINOĞLU.”Uşaq şeirləri” silsiləsindən

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı adından sizi doğum günü münasibəti ilə ürəkdən təbrik edirik.Ataya-anaya layiqli övlad olmağı Uca Tanrıdan diləyirik!

A KÖRPƏ BALA

Salmanov Tofiq Nazim oğluna

Əl tutub gəzəndə, a körpə bala,
Elə bil gözümdə cahan yeridi.
Çevrilib anana baxıb, güləndə,
Bir anlıq dünya da özü kiridi.

Sən hələ gözünü yumub, açanda,
Anan qucağında səni tutanda,
O yana, bu yana gəzib, qaçanda
Nə qədər sevindi üzü ananın.

Mən hələ atandan söhbət açmıram,
Əli ağrısa da bil, üzü güldü.
Ana qucağında deyəndə layla,
Səni gözlərində mərd oğul gördü,
Əli ağrısa da bil, üzü güldü.
1 avqust 2008.

Вы можете оставить комментарий, или ссылку на Ваш сайт.

Оставить комментарий

Темы для WP. Примеры на php и сниппеты.