Author:

  • İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər

    Adnan-Oktar

    İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. Gəlir bərabərsizliyi, sosial ədalətsizlik olmaz, məzlumların pulunu yeyənlər silinib gedərdi. Lakin sevgisizlik, dünyanı bu qorxunc mənzərəyə aparır. İnsanlar paylaşmaq əvəzinə israf etməyi üstün tutur. (daha&helliip;)

  • Eqoizm – ağıl ya ağılsızlıq?

    SavalanDüşünmək, həqiqətən də, böyük nemətdir. Bu gecə insanların bir çoxunun açıq həqiqətlərə, elmin ortaya qoyduğu vacib nəticələrə nə üçün belə biganə yanaşdığını düşünürdüm. Öncəliklə, insanların hadisələrə qarşı niyə heç reaksiya vermədiyi mənə çox təsir etdiyi üçün bunun mənşəyini düşünürdüm. Ardınca düşüncələrim uzandı və bu məqalə yarandı.

    Düşündüyüm şeylərdən biri də o idi ki, daha çox nə edə bilərik? İnsanların diqqətini dünyadakı bu qeyri-adi və fövqəladə hadisələrə necə yönəldə biləcəyimiz barədə düşündüm. Dünyanın müxtəlif yerlərində hər gün milyonlarla insan davamlı müharibə vəziyyətinin doğurduğu ölüm və işgəncə ilə, aclıq, səfalət və hər cür zülmlə qarşı-qarşıyadır. (daha&helliip;)

  • Aytaclar ölməsin deyə Quran əxlaqı

    sevincQuran əxlaqı sevgini öyrədir

    Həyatında Quranı ölçü götürən, həyatını Quranın hökmü, əmri və tövsiyələri ilə yaşayan, Quranda bildirilənləri əsas alan insanın sevgi anlayışı müasir cəmiyyətimizdəki sevgi anlayışından fərqlidir. Müasir cəmiyyətdə sevgi adı altında yaşanan münasibətlərdə hər kəs öz istəklərinin yerinə yetirlməsini gözləyir. Öz mənfəətini, öz rahatlığını güdür. Bu da təbii haldır. Çünki həyatının məqsədi yalnız bu dünyanı ən gözəl şəkildə yaşamaqdan ibarət olan biri üçün, əlbəttə ki, öz istəkləri hər şeydən öndə gəlir. (daha&helliip;)

  • Qatil üç nəfərdirmi?

    1924389_418816641615315_5921396742695770993_n

    Baş rolunu Skarlet Yohanssonunifa etdiyi “Lüsi” (Lucy) filmini kinosevərlər yaxşı xatırlayarlar. Mafiyanın əlinə düşmüş və bədənindən narkotik daşıyıcısı kimi istifadə edilən gənc bir qız… Sonra bu narkotiklərin zərbə nəticəsində bədəninə yayılaraq qıza normal insanların edə bilməyəcəyi mocüzəvi qabiliyyətlər qazandırması… Filmin əsas ideyası insanın öz beyninin sadəcə 10%-indən istifadə etdiyi halda, 100%-ə qaldırarsa nələrə qadir olacağını göstərmək və bununla da insanın təkamül nəticəsində nə zamansa gəlib bu hala çatacağına tamaşaçıda ümid oyatmaqdan ibarətdir. Lüsi də filmin baş qəhrəmanının adıdır. Bu ad filmin müəllifləri tərəfindən əbəs yerə seçilməyib. (daha&helliip;)

  • Siz sadəcə xəyal etdiniz, onlar isə yaşayırlar…

    UlviyyeBu məqaləni oxuyarkən, və ya yatağınızda yatdığınız an birdən -birə evinizin yıxıldığını və ya yandırıldığını düşünün…Övladlarınızı, ata -ananızı, bacı-qardaşınızı götürüb evdən qaçmağı, lakin çöldə də gözüdönmüş silahlı insanların gözlədiyini düşünün, nə edəcəyinizi bilmədən sadəcə qaçıb canınızı qurtarmağa çalışdığınızı düşünün, bunu bir anlıq xəyal edin… Arakandakı, Myanmardakı, Burmadakı, Patanidəki, Şərqi Türküstandakı və dünyanın bir çox yerində Müsəlman olan insanlar hər gün bu hadisəni gerçək olaraq yaşayırlar… İnsanları diri-diri kiçik, böyük demədən yandırıb seyr edən, qaçmağa çalışan insanları yenidən alova itələyərək, döyərək öldürməyə çalışırlar. (daha&helliip;)