Bu məqaləni oxuyarkən, və ya yatağınızda yatdığınız an birdən -birə evinizin yıxıldığını və ya yandırıldığını düşünün…Övladlarınızı, ata -ananızı, bacı-qardaşınızı götürüb evdən qaçmağı, lakin çöldə də gözüdönmüş silahlı insanların gözlədiyini düşünün, nə edəcəyinizi bilmədən sadəcə qaçıb canınızı qurtarmağa çalışdığınızı düşünün, bunu bir anlıq xəyal edin… Arakandakı, Myanmardakı, Burmadakı, Patanidəki, Şərqi Türküstandakı və dünyanın bir çox yerində Müsəlman olan insanlar hər gün bu hadisəni gerçək olaraq yaşayırlar… İnsanları diri-diri kiçik, böyük demədən yandırıb seyr edən, qaçmağa çalışan insanları yenidən alova itələyərək, döyərək öldürməyə çalışırlar. Gənc qızlara təcavüz edib, işgəncə ilə öldürürlər. Sadəcə Müsəlman olduqları üçün bu vəhşəti törədirlər və orda həmin vəhşətə məruz qalan qardaşlarımız, körpələrimiz özünə müsəlman deyən, özünə insan deyən hər kəsdən kömək, yardım gözləyirlər necə ümidlə… Bu zülümlərin bitməsi üçün edəcəyimiz mübarizə sadəcə oturduğumuz yerdən aparacağımız fikri mübarizədir. Yəni o vəhşilikləri törədən insanlar etdiklərini doğru bildikləri üçün, illərlərlə, saatbasaat Darvinist, materialist təlqinlər aldıqları üçün edirlər. Onlara doğrular anladılsa, dünyanın yaşamaq uğrunda mübarizə meydanı deyil, Allahın yaratdığı imtahan yeri olduğu, insanların nəfs və tamahkarlıqla nəfslərinə görə yaşamalı olan təkamül keçirmiş heyvan növü deyil, nəfsini tərbiyə etməli, sevgi dolu, şəfqət dolu, vicdanlı, gerçək Quran əxlaqını özünə rəhbər etməli olan şərəfli bir varlıq olduğu, kor-koranə, yaradılmış bu dünyanı tükətib yox etməyə deyil, gördüyü, hiss etdiyi yaradılış dəlilləri üzərində düşünərək, təqdir edərək, dünyadakı gözəllikləri paylaşaraq, ədalətlə yaşamalı olduğu aşılanmalıdır elmlə, bilgi ilə və ən əsası da sevgi ilə… Amma bunu səbrlə, vaz keçmədən hər birimiz etməliyik. Heç birimiz “mənim etdiklərimdən nə olar” deməyək, bizə göstərilən bu görütülərə, bizə çatan bu xəbərlərə biganə qalmayaq, vicdanımızı sonuna qədər dinləyək və edək. Dünyanı dəyişmək istəyiriksə, bu xəbərləri duymaq, ürəkləri parçalayan bu görüntüləri görmək istəmiriksə əvvəlcə özümüzdən başlayaq, yaxın ətrafımızdan başlayaq. Kiçik bir hekayə misal çəkim, duyduğumda çox düşündürmüşdü məni. Bir gün bir uşaq evə yorğun gələn atası ilə oynamaq üçün atasına gedib-gəlib istəyini bildirir. Ata yorğun olduğu üçün uşaqla oyanamq istəmir, lakin övladını qırmamaq üçün də dünya xəritəsini götürür kiçik hissələrə ayrırı və deyir: “ Əgər bu xəritəni düzəldə bilsən sənlə oynayacam” . Uşaq xəritəni götürüb gedir və az müddət sonra qayıdır ki : “ Xəritəni düzəltdim atacan, gəl oynayaq”. Ata təəccüblənərək xəritəyə baxır ki, həqiqətən də düzəldib az müddətdə. “Bəs necə düzəltdin?” deyə soruşduqda, uşaq: “ Xərtiənin arxasında bir insan şəkli var idi, onu düzəltdim, xəritədə düzəldi”. Qısası, hər bir kəs özünü tərbiyə edib, Quranı rəhbər tutaraq əxlaqını gözəlləşdirməyə başladıqda, ətrafına anlatmağa başladıqda, dünyada rahat, güvənilir, sevginin hakim olduğu bir yerə çevrilər…
Ülviyyə Əlizadə