asm

Üst-başı çirkli,ütüdənsə əsər-əlamət yox idi.Saqqallı görünürdü.Deyəsən yuxusuzluqdan gözləri şişmiş,qızarmışdı.Qəbiristanlığa gedib-gələnlər ruhi xəstə sanaraq ondan yan keçməyə çalışırdılar.O özü də hamıya ölgün nəzərlərlə baxaraq uzaq olmağa çalışırdı.Bir qəribə hərəkətini isə nəzərdən qaçırmadım;əlində tutduğu narı alacaqlarmış kimi hamıdan gizləməyə çalışırdı.Yaxınlaşıb salam verdim.
-Əleykəssəlam,-dedi.
-Narahat görünürsünüz.Bir kömək lazım deyil ki?
Əllərini arxasına apardı,narı gizləməyə çalışdı.Məzlum görkəmlə başını buladı:
-Yox,çox sağ olun,-dedi.Gözlədiyim var,gəlməlidir.
Başını aşağa dikdi.Sağ ayağı ilə yeri astaca döyəcləməyə başladı.Öz-özünə danışmağa başladı:”Neçə gündür söz vermisən,gəl çıx də…Nar da xarab olur.”Hiss etmişdim ki baxışlarını yaxınlıqda olan məzardan çəkmir.
-Yaxşı,işinizdə olun,-dedim.Bir azdan qayıdacam.Hələlik.
Başını yüngül tərpətdi:
-Hələlik.
Onun qəribə hərəkətləri yadımdan çıxmırdı.Hiss edirdim dərdli adamdır.Təxminən yarım saatdan sonra həmin yolu geri qayıdırdım.Uzaqdan onu aramağa başladım.Var-gəl edirdi:
-Hə,bir də salam!Necəsən?Gəlmədi?
Başını buladı:
-Yox,gəlmədi.Həmişə sözünə sadiq olub,vəfalı olub.Amma iki gündür onu gözləyirəm,söz versə də yoxdur…
-Axı kimdir sizi belə gözlədən?
-O də…-başı ilə məzara işarə etdi.O gecə yuxumda gördüm.Dedi mənə nar söz vermişdin ha,gətirərsən yanıma.
Dəhşətə gəldim.Bir az irəli gedib sağa döndüm.Başdaşındakı yazını oxudum.
Qəribə hala düşmüşdüm.Kişinin mızıltısını eşidirdim:”Dəli idi,qısqanc idi…Sevgisi sonsuz idi,vəfalı idi.Sözü bütöv idi.Amma gəlmir…Gələcək,bilirəm,söz veribsə gələcək…”
Qəbiristanlığı tərk etdim.Özlüyümdə hamını danlayırdım ki,deməyin sevgi yoxdur,məhəbbət yoxdur.Deməyin Leyli-Məcnun dövranı gedib.Deməyin…
Çevrilib geriyə baxdım,kişi var-gəl edə-edə məzarın başına fırlanırdı…