Lamiyə bilmirdi nə desin. Başını salmışdı aşağı, düşünürdü.Aybəniz ağlayırdı, göz yaşları dayanmırdı.
Lamiyə: – Ağlama Aybəniz, ağlamağın mənası yoxdur.
Aybəniz – Atama hər şeyi danışacam.
– Nəyi danışacaqsan?
– Hər şeyi.
– Başın xarabdır? Öldürər səni. Sən yaxşısı budur…ananın dediklərini elə. Rafiqlə çalış evlən.
– Bunu bacarmaram.
– Sən atan haqqında o əclafa danışmısan?
– Bugün dedim.
– Reaksiyası necə oldu? Yəni arxanca gəldimi?
– Yox gəlmədi.
– Onda bu əclaf ya sənə zəng edəcək, ya da aradan çıxacaq. Bir sual da verim. Qayıtsa qəbul edərsən?
– Qəbul etməyə məcburam.
– Başa düşdüm.
***
Kərim sənədlərə qol çəkirdi. Qapısı döyüldü, katibəsi əlində zərf içəri girdi.
– Kərim müəllim, poçtdan bu zərfi sizə göndəriblər.
Kərim zərfi katibəsindən aldı, üstünə baxdı.
– Göndərənin adı yazılmayıb. Yaxşı qızım, gedə bilərsən
Kərim zərfi açanda hərəkətləri yavaşladı. Zərfdə şəkillər vardı. Kərim şəkillərə baxdıqca əlləri əsdi. Gpzləri doldu. Şəkillərdə Təhminə lüt yataqda, hər iki yanında çılpaq kişilər vardı. Kərim şəkilləri topayla iki yerə cırdı. Əlləriylə üzünü tutdu, ağladı.
***
Təhminə televizora baxırdı. Qapı döyüldü. Qapıya yaxınlaşdı.
– Kimdi?
Qapının arxasından qadın səsi gəldi.
– Poçtdandı, sizə məktub var.
Təhminə qapını açdı. Qadın:
– Tətminə Mürsəlov?
– Bəli.
Qadın Təhminəyə zərf uzatdı. Təhminə qol çəkəndən sonra qapını örtüb bağladı. Zərfi açanda içində ona yazılmış vərəq gördü. Təhminə vərəqi oxuyanda gözləri doldu.
” Şəkillər indi sevgilinin əlindədir. Səndən doymadıq.”
Təhminə bir-bir şəkillərə baxdı.
– Əclaflar – deyib qışqırdı, şəkilləri yerə atdı. Ayaqlarını yerə döyərək qışqırırdı.
***
Səfər Fidanı evə yola salandan sonra evə gəldi. qonaqlarla , anası, bacısı şam yeməyini yeyirdilər. Səfər Aynurla görüşüb qucaqlaşdılar. Lamiyə ilə də əlnən görüşdü.
– Xoş gəlmisiz.
Lamiyə Səfərin üzündən öpdü.
– Xoş gördük.
Səfər utandı, gülümsəyib süfrə arxasına keçdi.
– Atam gəlməyib hələ?
Cəmilə – Yox gəlməyib.
– Qəribədir, mən də zəng etdim, telefona cavab vermədi. İndi lap narahat oldum.
Lamiyə – İş yerinə zəng etmisiz?
Səfər – Əl telefonuna zəng etmişdim, cavab vermədi.
Cəmilə – bir azda gözləyək.Xəbər çıxmasa iş yerinə gedərsən.
Qapı açıldı, kərim içəri keçdi.
Kərim – Axşamınız xeyir. Xoş gəlmisiz Aynur xanım.
Aynur ayağa qalxdı, Kərimə yaxınlaşdı.
– Xoş gördük
Əl-ələ görüşdülər. Lamiyə ayağa qalxdı, Kərimə yaxınlaşdı.
– Salam Kərəm dayı, necəsən?
Kərimlə Lamiyə qucaqlaşıb görüşdülər.
– Qız, sən necə böyümüsən? Maşallah, boyun məni keçibdi.
– Siz də dəyişməmisiz. Tanıdığım cavan Kərim dayısız.
Kərim süfrə arxasına keçir. Xadimə ona da boşqab gətirir.
Aynur əslində Gəncədə yaşamaq istədiyini deyir. Məqsədi bir dəfəlik Azərbaycana köçmək, qızını burda uyğun adam tapsa ərə verməkdir.
– Bircə qızdı. İstəyirəm yaxşı ailəyə köçsün. Sən də Səfər, anan dedi nişanlanmısan. Xo.bəxt ol oğlum.
Səfər – Çox sağ ol Aynur xala. Lamiyədən görəsən.
Lamiyə gözlərini Səfərdən çəkmirdi. Nə fikirləşdisə, bir Aybənizə, bir də Səfərə baxdı, gülümsədi.
Kərim Səfərə – Bir həftəlik mənimlə Türkiyəyə gedə bilərsən?
Cəmilə – Niyə? Nəysə olubdur?
Kərim – Dincəlmək istəyirəm. Tək getmək istəmirəm.
Səfər – Gedərəm. İki ildir istirahət eləmirsən. Hara getmək istəyirsən?
Kərim – Fərqi yoxdur, yeri özün seç.
Kərim ayağa qalxdı – Özümü yaxşı hiss eləmirəm. Tez getməyimi hörmətsizlik kimi qəbul eləməyin Aynur xanım. Gələndə ətraflı danışarıq sizinlə.
Aynur – Əlbəttə, hələ bir müddət sizi narahat etməli olacağıq.
Kərim – Narahat nədi? Xoşdur. Gecəniz xeyrə qalsın.
Süfrə ətrafında oturanlar – Gecən xeyrə, xeyrə qarşı -dedilər.
***
Səfər Fidanla işə gəldilər. Fidanın qaş-qabağı yer süpürürdü elə bil.
Səfər – Qaş-qabağa bax. Bir həftə qalacam, illik getmirəm.
Fidan – Təhminə bir həftə tək qalacaq.
Səfər gülümsəyir – Gör nəyi fikirləşir. Bəlkə dalaşıblar?
Fidan – Bilmirəm.
– Günorta zəng eləyərsən.
– Yaxşı.
***
Aybəniz otağında lamiyə ilə söhbət edirdilər.
Lamiyə – İndi sən evdə dustaqsan?
– Yox
– Onda hazırlaş, özümə paltar almaq istəyirəm. Şəhəri də yaxşı tanımıram.
– Axı, gecə Aynur xala dedi ki, tez-tez Bakıya gəlmisən. Əvvəl niyə bizə gəlmirdin? Ümumiyyətlə gələndə harada qalırdın?
– Nə qədər sual verdin? Oteldə qalırdım. Rəfiqələrimlə gəlirdim. Bir həftə qalıb gedirdim. Hazırlaş, Cəmilə xalaya deyim gedək.
Lamiyə otaqdan çıxdı. Cəmilə Aynurla Fidanı Səfərdən ayırmaq istədiyini deyəndə eşitdi. Gülümsəyib anasıgilin yanına gəldilər.
– Ana, Aybənizlə şəhərə çıxmaq istəyirik. Özümə paltar almaq istəyirəm.
Cəmilə – Bizdə sizinlə gəlirik. Dünəndən evdəyik.
Aynur – Gərək paltarımı dəyişim.
Aynur qonaq otağından çıxdı,pilləkanları qalxırdı. Lamiyə anasının oturduğu yerdə oturdu.
– Cəmilə xala, Fidanı niyə qəbul eləmirsiz?
– Çünki dəqiq bilirəm oğlumu sevib eləmir. Ona bizim şanımız, şöhrətimiz lazımdır. Qoy desinlər ki, filankəsin gəlinidir.
– Belə gözəl qızdır, ya necə?
– Heç atılan dırnağın da deyil. Maşallah, sənin düşdüyün ev qızıldır. dünəndən sənə göz qoyuram, kaş bir az tez gələrdin.
– Deyəsən onları ayırmaq istəyirsiniz?
– Bacarsaydım, dünyanın xoşbəxti olardım.
– Başqa oğlanla görüşsəydi, şəkilini çəkib Səfərə göstərərdiz.
– Səfər kimi ağılsızı caynağına keçirən qız ona xəyanət edər?
Lamiyə daha heç nə demədi.
Cəmilə – Gedim mən də hazırlaşım.
Cəmilə pilləkanları qalxa-qalxa Lamiyəyə baxır. Ürəyində ” Bu qızın deyəsən Səfərə gözü düşübdür”
***
Kərim açarla qapını açır, Təhminəni səsləyir. Hamamda çimən Təhminə cavab verir.
– Burdayam, şıxacam bir azdan.
Kərim mətbəxə keçir, özünə çay süzür, qonaq otağına gəlir. Təhminə əynində hamam xalatı gəlir. Bir-birilərinin gözlərinə baxırlar.
Təhminə – Necəsən?
Kərim Təhminəyə yaxınlaşır, əliylə üzünə toxunur.
– Yorğunam. Sən necəsən?
– Özümdə bilmirəm necəyəm. Hər halda nəfəsim gedib gəlir.
İkisi də gülümsədi.
Təhminə – Paltarımı geyinim gəlirəm.
– Yaxşı
Təhminə yataq otağına getdi. Kərim divanda oturub çayını içirdi.
***
Cəmiləgil şəhəri gəzir, bir-bir paltar dükanlarına girirlər, Lamiyə müxtəlif paltarları əynində yoxlayır, bir azda satıcılara naz edirdi.
***
Təhminə Kərimin yanına gəldi, divanda yanına oturdu.
– Dünən mənə poştdan…
Kərim sözünü kəsdi.
– Bilirəm. Bu haqda danışmaq istəmirəm. Başa düş, mənim üçün çox ağırdı. yeri gəlmişkən, oğlumla Türkiyəyə gedirəm. bir həftə qalacam.
– Qaçırsan.
– Qətiyyən.
Kərim Təhminənin başını sığalladı.
– Özünü də, məni də aldatma. Nə qədər çalışsaq da əvvəlki kimi ola bilməyəcəyik.
Kərim ayağa qaxdı, pəncərəyə tərəf getdi.
– İkimizə də zaman lazımdır. Elə bilirsən mənə asandır? Mənim ucbatımdan oldu hər şey.
– Qadınına toxundular. Səni hədəf göstərib məni vurdular. Səndə susursan, qaşırsan.
– Xahiş edirəm , danışma.
Təhminə Kərimin yanına gəldi, qolundan çəkdi.
– Niyə? Polisə xəbər vermədik. Niyə? Axı Kərim Kərimovun adı hallanacaq. Ona görə.
– Sənə olan hisslərimi başa düşməmisən. indiyəcən başa düşməmisən. Adımı düşünən olsaydım… nə isə…
– Rahat ol, ürəyindən keçənləri de. O zəngdən sonra oldu hər şey. O qadın, o ləşər kimdirsə ondan sonra oldu. O qadın sənin arvadın idi Kərim. Yalandan and içməklə deyil, məmur arvadı olmaqla deyil. Sənin arvadın əsl əxlaqsızdı. Bu işlərlə məşğul olan qadın əxlaqlı ola bilməz.
Kərim Təhminənin üstünə qışqırır.
– Bəsdi!… Cəmilə mənim qorxumdan bu cür iyrənc hərəkət edə bilməz.
– Cəmilə səndən qorxur? İnanmıram.
Kərim Təhminənin üzünə şillə vurdu, peşman oldu. Təhminə hərəkətsiz qalmışdı.
– Bağışla, bağışla məni.
– Çıx get.
– Səndən ayrıla bilmərəm.
– Heç vaxt toxuna da bilmərsən. Bir müddət bir-birimizi görməsək ikimiz üçün də yaxşı olar.
– Nə lazım olsa Rafiqə deyərsən. Hər gün sənə baş çəkəcək.
– Lazım deyil, tək qalmaq istəyirəm. get xahiş edirəm.
– Bir həftədən sonra gələcəm. Axşam yola çıxıram.
Kərimin ürəyindən Təhminəni öpmək keçirdi, bacarmadı, gözləri doldu.
– Bağışla məni
Kərim otaqdan çıxdı, qapını açdı. Təhminəyə baxanda göz yaşlarını silirdi. Kərim başını aşağı salıb evdən çıxdı, qapını asta örtdü.
***
Səfər Fidanı maşınla evinə gətirmişdi. Çiçək yaxşı süfrə hazırlamışdı. Üçü də süfrə arxasında şirin-şirin söhbət edirdilər.
Səfər – atamla qayıdandan sonra birlikdə gedərik ev taparıq. Fərəsətin varsa, mənsiz də tapa bilərsən.
Fidan – Yazıq canım, indi mən işə nəzarət edim, ya ev tapım.
Səfər Çiçəyə – Çiçək xala, bu qız bacarmayacaq. Qəzet elanlarına baxa bilərsən?
Çiçək gülür – Yaşayan siz olacaqsınız oğlum. Yaxşısı budur gələndə bir taparsınız.
Fidan – Həyət evi olsun, bağı olsun.
Səfər zarafatyana – Hə, toyuq-cücədə saxlayarıq. Bərəkətdir.
Üçü də gülüşürlər.
***
Kərim evə gələn kimi çəmədanını hazırladı. Səfər də evə gəldi, hər kəslə salamlaşdı, otağına keçdi. Çəmədanını hazırlayıb əlində aşağı düşdü. Atası da qonaq otağında onu ayaq üstə gözləyirdi.
– Gedə bilərik, hazıram.
Qonaq otağındakı qonaqlar ayağa qalxdılar.
Cəmilə – Sağ-salamat gedin. Çatanda xəbər edin.
Səfər – Mütləq. Gecəniz xeyrə.
Aybəniz qardaşıyla atasıyla görüşdü. Kərimgil evdən çıxdılar. Onları aeroporta Rafiq apardı. Səfər maşından atasından əvvəl düşdü, qapını örtdü. Kərim Rafiqə – Hər gün Təhminəyə baş çəkərsən. Cəmilə xanım hara gedir mənə xəbər edərsən. Sənə zəng edəcəm.
– Baş üstə Kərim bəy.
Kərim maşından düşdü.
***
Səhər Cəmilə tezdən evdən çıxdı. Taksiylə oğrun-oğrun həmişə evinə gəldiyi rəfiqəsini ziyarət elədi. Mahmud da Cəmiləni gözləyirdi. Mahmudun bacısı sevil qardaşıyla rəfiqəsinə çay süzdü. Cəmilə Fidanın şəkilini və oğlunun iş yeri yazılan vərəqi Mahmuda uzatdı.
– Neynirsən elə, bu qızı tələnə sal. Təki oğlumun gözündən düşsün.
– Çətin qıza oxşayır.
Sevil – Əslində, mənim bir planım var. Bu qız heç vaxt Səfərə xəyanət edən deyil. Mahmudun qızlarından biri onu asanlıqla aldada bilər. Uşaq oyuncağıdır.
Mahmud – Necə?
Cəmiləylə Mahmud maraqla Sevilə baxırdılar. Sevil danışdıqca ikisinin də üzündəki ifadələr dəyişilirdi. Cəmilənin üzü güldü, Mahmud isə bacısının planına heyran qalmışdı. Səfərlə Kərimin uzaqlarda olması Cəmilə üçün şans, Fidan üçün isə, həyatının ən böyük uğursuzluğu idi.