Siqaret çəkən qadın özündə cəsarət toplayıb pəncərədən aşağı baxanda təəccübləndi. Həyəcandan deməyə söz tapmadı, elə bil dili tutulmuşdu, kəkələyirdi. Mahmud pəncərəyə yaxınlaşdı, gözlərinə inanmadı.Fidanın bəxti gətirmişdi. Binanın altından keçən yumşaq torbalar daşıyan yük maşınının üstünə düşmüşdü.
Mahmud – Qancığın bəxti varmış. Bircə bu çatmırdı.
Fidan pəncərədən ona baxan Mahmuda baxıb için-için ağladı. Düşdüyü vəziyyətin şokundan hələ də özünə gələ bilmirdi. Ən pisi, çantası da qalmışdı o evdə. Yük maşını binadan çox uzaqlaşdıqdan sonra saxladı. Ətrafdakı insanlar Fidana qəribə baxırdılar. Fidan cəld yük yerindən tullandı, geriyə baxmadan qaçdı. Maşının güzgüsündən bunu görən sürücü təccüblə maşından düşdü. Ətrafdakı taksi sürücülərinə baxdı.
Sürücü – Bu qız maşının üstündəydi ki?
Taksi sürücülərindən biri – Hə, nətər minib?
Sürücü – Vallah, nə isə düşdüyünü hiss elədim, fikir vermədim.
Fidan qorxudan nə edəcəyini bilmirdi. Parka yaxınlaşanda bir az dincini almaq üçün dayandı. Hönkür- hönkür ağladı.
– İndi mən nə edim? Hər şeyim o əclafların evinndə qaldı. Ay allah, mən indi vəsiqəmi onlardan necə götürəcəm?
***
Səfər oteldə iş yerini nə qədər yığır cavab verən olmur. Üçüncü dəfə yığanda bir kişi cavab verir.
– Allo.
– Salam Cavid. Mənəm Səfər.
– Səfər müəllim, necəsiz?
– Yaxşıyam. Siz necəsiz? Fidan hardadır?
– Fidan xanım bugün işə gəlməyib. Xəbərimiz yoxdur.
– Aydındır, sabah gələcəm. Fidan xanıma deyərsiniz. Sağ ol.
– Sağ olun Səfər müəllim.
Kərim də təəccüblənir.
– Nəysə olmayıb?
– Bilmirəm. Biletləri almışam. Sabah biləcəyik. Hələdə demədin niyə qəfildən qayıtmağımızı istədin?
– İşlərim var, ona görə.
***
Fidan evə gələndə anası evdə yoxuydu. Anasının olmadığına sevinmişdi elə bil. Paltarını dəyişib yerinə girdi, sakitcə ağlayırdı ki, anası gələndə səsini eşitməsin. Çiçək qızını görəndə maraqla soruşdu.
– Nə yaxşı tez gəlmisən? Nəysə olub?
Çiçək yatağa yaxınlaşdı, ədyalı qızının başından çəkəndə ağladığını gördü.
– Niyə ağlayırsan? Nə olub?
Fidan anasını qucaqladı, hönkürtüylə ağladı. Çiçək nigaran qaldı.
– Nə olub sənə? Kim xətrinə dəyib?
Fidan ağlaya- ağlaya başına gələnləri anasına danışdı.
***
Kərimgili götürmək üçün Rafiq maşını işə saldı. Cəmilə həyətdə Rafiqə yaxınlaşdı.
– Hara gedirsən Rafiq?
– Kərim müəllimin tapşırıqları vardı, onları yerinə yetirməliyəm.
– Nə tapşırığı?
– Bağışlayın, bunu sizə deyə bilmərəm.
Rafiq maşına oturdu, sürüb həyətdən çıxartdı. Rafiq Cəmilə üçün asan adam deyildi. Cəmilə bunu son vaxtlar anlamışdı.
***
Fidan danışdıqca anası ağlayırdı.
Çiçək – O qadının işidir hamısı. Cəmilənin işləridir.
– Şeytandır, şəkilimi çəkiblər.Səfərə göstərəcəklər. Hər şeyim orda qaldı.Vəsiqəmdə.
– Bircə yolu var, polisə xəbər vermək lazımdır.
– Olmaz, Səfərgilin adı istər-istəməz hallanacaq. Böyük biabırçılıq olacaq. istəmirəm. Məgər Səfərlə atası məni tanımır?
Çiçək – Heç nə demirəm, bu işdə doğrudan Cəmilənin əli varsa, qızının başına gəlməyən qalmasın.
Çiçək qızının başını sığalladı.
– Sabah işə get, Səfər zəng eləyə bilər.Cəmiləni qabaqla, hər şeyi danış.
– Düz deyirsən. Səfərlə nişanlı olsam da anasına nifrət edirəm. O qadını öldürsəmdə ürəyim soyumaz.
– Hələ dəqiq bilmirik odur ya yox.
– Bizi ondan başqa düşmən bilən yoxdur.
Fidan anasına deyə bilməsə də , ürəyində dedi.
– Kərim dayı Təhminəni seçməkdə düz iş görübdür.
***
Rafiq Kərimgili aeroportda qarşıladı. çantalarını maşının baqajına qoydu. Kərim qabaqda oturmuşdu. Kərim Səfərə
– Mənim Bakıya qayıtdığımı evdəkilərə hələ deməyin.
– Niyə?
– Səbəbini soruşma.Deyərsən iki gündən sonra qayıdacaq.
– Yaxşı.
***
Səfər qapıdan içəri girəndə Cəmiləylə qızı təəccübləndi. Cəmilə oğluna xoşgəldim eləməkdən birbaşa suallar verdi.
– Gəldiyinizi niyə xəbər vermədiniz? Atan hardadır?
Səfər anasıyla görüşdü.
– Nəfəs al, ay ana. Atam qaldı türkiyədə. İki gündən sonra gələcək. imkan ver hamıyla görüşək.
Səfər bacısıyla və qonaqlarıyla görüşdü.
Lamiyə – İstirahət necə keçdi?
– Hər şey yaxşı idi, adam gəlmək istəmirdi.
Cəmilə – Qalıb dincələrdin, niyə qayıtdın? Atanıda tək qoydun.
– Axı, mənim də işlərim tökülüb qalıbdır.
Cəmilə şübhəli-şübhəli soruşdu.
– Atan tək qaldı?
Aynur – Cəmilə uşaq dincini almamış nə qədər sual-cavab elədin? Dincəlsin, sonra nə qədər istəsəz danışarsız.
Səfər Aynurun dediklərini təsdiqlədi.
– Ay sağ ol, ana imkan ver paltarımı dəyişim, yoldan gəlmişəm, əl-üzümə su dəysin.
Səfər pilləkanlarla ikinci mərtəbəyə qalxdı. Cəmilə Aynura yaxınlaşdı, qızların eşitməyəcəyi tərzdə dedi.
– O ləçərlə birlikdədir.
– İnanmıram, oğlun qəbul eləməz.
– Niyə eləmir, eləyər. Atasının oğludur. Elçiliyi, nişanı mənsiz eləmədilər?
Aynur bu dəfə susdu. Cəmilə özünə görə haqlı idi.
Qonaq otağında Cəmiləylə Lamiyə söhbət edirdilər. Lamiyə Cəmilənin ona verdiyi şəkilə baxırdı.
– Elə bu?
– Başqa cür imkan olmayıb. Özünü pəncərədən atıb.
Lamiyə təəccüblə Cəmiləyə baxdı.
– Necə? Yoxsa…
– Narahat olma, ölməyibdi.
Lamiyə elə bil rahatlıq tapdı.
Cəmilə – Bəxti qızıldanmış, yük maşınının üstünə düşübdü.
– İnanmıram Səfər bu tələyə düşə.
– İnanacaq. Şəxsiyyət vəsiqəsi Mahmuddadır.
Lamiyəylə Cəmilə bir-birilərinə gülümsədilər.
Lamiyə – Sabah göstərəcəksiz?
– Bir azdan.
– Onda yatmamış göstərin. Mən yatmağa gedirəm. Gecəniz xeyrə.
– Gecən xeyrə.
***
Səfər yerinə təzə girmişdi, qapısı döyüldü. Səfər qapını açdı.
Cəmilə – Yatmırdın?
– Hazırlaşırdım. Bilirəm , ürəyində qalıbdı ki, atam niyə gəlməyib. Vallah işi vardı, ona görə.
– Atana görə gəlməmişəm.
Cəmilə pəncərəyə yaxınlaşdı.
– Doğrudanda dünya bir pəncərə imiş, baxırıq, gedirik.
Səfər anasının dediklərinə gülümsədi.
– Yaxşı cümlədir. Xeyir ola birdən-birə?
– Nə bilim, ağlıma gəldi. Bilirəm ki, məndən incimisən. Sən məndən inciyəndə mənim səndən də, atandan da qəlbim qırıldı. Atandan danışmağa dəyməz. Onsuzda ondan umacağım heç nə yoxdur.
– Sənə elə gəlmir ki, hər şeyi korlayan sən oldun? Fidan imkanlı ailənin qızı olsaydı, qəbul edərdin. Bir aydan sonra toy olacaq, sən hələ də öz dediyini deyirsən.
– Toy? Gördüklərimdən sonra o qızı qəbul edə bilmərəm.
Səfər getdikcə əsəbləşir.
– Nə görmüsən? O qızı neçə ay izləmişəm. İndiyəcən bir oğlanla görüşdüyünü görməmişəm.
Cəmilə əlindəki şəkili oğluna uzatdı. Səfər diqqətlə anasına baxır, şəkili əlindən alır. Şəkildə gördüklərinə inanmadı. Şəkili anasına uzatdı.
– Bu şəkil sənə hardandı? İndi mən hardan bilim ki, bu sənin işin deyil?
– Bilirdim ki, belə deyəcəksən. Fidana heç vaxt inanmamışam. İnanmaramda. Oğlumu, ərimi əlimdən alana niyə inanmalıyam? izlətdirdim. Şəkildə gördüyün kişinin adı Mahmuddur. Bir dəfə narkotik üstündə tutulubdur. İndi evində qızlar saxlayır.Şəkildə gördüyün qızları. Fidan da onlardan biri.
– Bəsdi, şər atma.
– İnanmırsansa, şəkilin arxasında Mahmudun yaşadığı evin ünvanı var. İzlətdirəndə bilmişəm.
– Şəkili yoxlatdıracam. əgər yalan olsa ana, səni, məni yaradana and olsun səni ömür boyu analıqdan siləcəm.
– Yalan olsa silərsən. Yadından çıxartma, analar həmişə övladlarının xoşbəxtliyini istəyirlər. Sabahdan öyrənə bilərsən.
– Sabah lazım deyil, bu gecədən öyrənəcəm. Çıx indi otağımdan, paltarımı dəyişməliyəm.
Cəmilə artıq heç nə demədi. Oğlunun otağından çıxanda qapını örtdü, bir az aralıda lamiyəni gördü. Lamiyəyə gülümsədi, başını tərpətdi. Demək istəyirdi ki, axır biz deyən olacaq.
***
Kərim Təhminəylə yaşadığı evdə idi. Yataq otağında çarpayının üstündə uzanıb fikrə getmişdi. Təhminəni qınaya bilmirdi, günahı özündə görürdü. Gözləri dolmuşdu, dəli kimi ağlamaq istəyirdi.
Təhminə də pəncərədən şəhərə baxıb ağlayırdı. Əlində Kərimlə birgə çəkdirdiyi şəkilə baxıb ağlayırdı. Kərimdən ayrılmaq onun üçün çətin idi.
***
Səfərin ürəyi az qala partlayırdı, gözləri hirsindən qızarmışdı. Səfərin maşında oturmağıyla sürməsi bir oldu. Şəkilin arxasındakı ünvana sürdü, maşını beşmərtəbənin qabağında saxladı. Maşından düşüb, binaya baxdı. İkinci mərtəbəyə çıxıb qapıya yaxınlaşdı. Şəkilin arxasına yenidən baxdı,qulağını qapıya dirədi. Qadın-kişi gülüşü bir-birinə qarışmışdı. Səfər qapını hirslə, möhkəm döydü.
Qapını Mahmud özü açdı.
– Bu nə cür qapı döyməkdi? Qapının zəngini görmürsən?
Səfər Mahmudun yaxasından tutub başıyla burnuna zərbə vurdu. Mahmud içəri yerə sərildi. Səfər evə girdi, qonaq otağına keçdi. Otaqda iki kişi, yarıçılpaq qızlar vardı. Qızlar Səfəri görəndə qorxdu. Səfər digər otaqlara da baxdı, otaqların birində soyunmuş qadın vardı. Səfər qapının ağzına qayıtdı, Mahmudun yaxasından yapışdı.
– De gprüm Fidanı hardan tanıyırsan?
Mahmud anladı ki, qarşısındakı Cəmilənin oğludur.
– Fidan kimdir? – dedi.
Səfər şalvarının cibindən birgə çəkdirdikləri şəkili çıxardıb Mahmuda göstərdi. mahmud şəkilə diqqətlə baxıb dedi.
– Sən bizim Sevanı deyirsən ki. Nədi? Müştərisisən?
Səfər mahmudun üzünə yumruq vurdu.
– Sualıma cavab ver, oğraş
– Bizim qızlardan biridir. Bugün özünü yaxşı hiss etmədi, gəlmədi. Sabah gələrsən. Yəqin işə çıxar.
Qan elə bil Səfərin beyninə vurdu.
– Nə vaxtdan burdadı?
– Üç gün olar.
Səfər təəccübləndi. Bəyaqda bir kişi soruşurdu.
– Harda tanış oldun?
– Avtobusda, üzümə güldü. Baxmada kişiyəm…
Səfər Mahmudun üzünə tüpürdü.
– Binamus oğraş, şərəfsiz.
Səfər evdən çıxdı. Otaqdakı müştərilərdən biri dillənməli oldu.
– Bu kimdi? İmkan vermədi zövq alaq.
Mahmud – Sevdiyi qız bizimlə işləyir. Cavandıda, öyrənib, bilmir acığını kimdən çıxsın.
***
Səfər maşını birbaşa işə sürdü. Maşını sexinin qarşısında saxladı. Başını rola söykəyib hönkür-hönkür ağladı.
Səhər saat səkkiz olardı. Fidan evdən çıxıb Təhminənin qapısını döydü. Təhminə yuxulu-yuxulu qapını açdı.
– Sabahın xeyir. Səhər-səhər qapını elə döydün ki…
Fidan Təhminə dəvət etməmiş içəri girdi.
– Başıma elə iş gəlib ki, sakit ola bilmirəm. Bilmirəm kimdi, dünən əgər pəncərədən özümü atmasaydım, bəlkə də məni zorlayacaqdılar.
Təhminə gözlərini ovuşdurdu.
– Necə? Nə zorlamağı? Dayan, əl-üzümü yuyum danış görüm nə olub.
***
Cəmiləgil süfrə arxasında oturmuşdu. Heç kim danışmırdı. Cəmilə gecədən oğluna görə narahat idi, Aybəniz isə öz aləmindəydi.
Aynur sükutu pozdu.
– Səfər gecə hara getdi? Qapını elə çırpdı ki, vallah, yerimdən dik atıldım.
Cəmilə – Deyəsən Türkiyədə olanda Fidanı izlətdirib. Tapşırdığı adam o ilanı başqa adamla görüb Səfərə çatdırıb.
Lamiyədən başqa Aybəniz də , anası da təəccübləndi.
Aybəniz – Fidan Səfərə xəyanət edib? İnanmağım gəlmir. İnana bilmirəm ki, o belə ağılsızlıq edə. Səfər onun üçün əsl yağlı tikədir.
Cəmilə tərs-tərs qızına baxdı.
– Camaatın qızları fərəsətlidir. Axmaqlar acından ölənə ilişəndə, cırcıramalar güldən gülə qonurlar.
Aybəniz danışmağın mənasız olduğunu başa düşdü. Lamiyə diqqətlə Aybənizə baxdı, Cəmilədən fərqli olaraq təmkinliydi.
Həyətdən tanış qadının səsi eşidildi – Cəmilə. Çölə çıx Cəmilə. Cəmilə.
Aynur – Cəmilə, elə bil səni çağırırlar.
Cəmilə – Lənət şeytana. Odur.
Cəmilə ayağa qalxır, onunla birgə Aynurgildə ayağa qalxırlar.
Həyətdə Rafiq Çiçəyə yaxınlaşır.
– Çiçək xala, fikir vermə, get xahiş edirəm.
Çiçək – Getməyəcəm. Hardasan ay ilan?
Cəmiləgil çölə çıxdılar. Cəmilə Çiçəyi qarşısında görəndə əsəbdən özünü cilovlaya bilmədi.
– Qapıdan qovmaqla deyil ki. Zəli olub boğazından yapışırlar.
Çiçək – Zəli sənsən ki, qızımdan əl çəkmirsən? Nə istəyirsən bizdən, ay vicdansız? Pisliyindən geri qalmırsan.
Cəmilə – Uzaq durun ailəmdən, oölumdan , yoldaşımdan.
Çiçək – O adamlar kimdir bilmirəm qızımın üstünə saldın, öyrənəcəm. Birdə qızıma ilişsən səni bütün dünyaya rüsvay edəcəm. Kərim müəllim gəlsin, bütün zibillərini deyəcəm. Sənə nə edir, haqq edir.Yaxşı kişidir ki, indiyəcən səni saxlayıb.
Cəmilə – Nə?
Çiçək həyətdən çıxır, Aynur Cəmiləyə yaxınlaşır.
– Fikir vermə, keçək içəri.
Cəmilə astaca deyir: – Düz bilmişəm, o qadını Kərimə ana-bala ilişdirib.
Aynur – O adamları deyəndə kimləri nəzərdə tuturdu?
– Mən nə bilim? Pozğun qızının əməlləridir hamısı. Bunların fırıldağından baş açmaq olur ki?
Cəmilə diqqətlə Rafiqə baxdı. Rafiq başını aşağı salmışdı, nə isə düşünürdü.
***
Təhminə Fidanı dinlədikdən sonra anladı ki, bunu zorlayanlarla Fidanı aldadanlar eyni adamdı.
Fidan – Şəxsiyyət vəsiqəm onlarda qalıbdır. Mən neyləyəcəm indi?
– Bircə yolun var, polisə getməlisən, hər şeyi olduğu kimi danışmalısan.
– Birdən üzümə dursalar ki, bura könüllü gəlibdir. Həm də mənim nişanlım var. Tanınmış nəsildilər.
Təhminə təəccüblənir – Tanınmış nəsil deyəndə ki, Səfər kimlərdəndir?
Fidan diqqətlə Təhminəyə baxdı, həqiqətləri deməkdə çətinlik çəkirdi.
– Təhminə, bilmirəm sənə necə deyim. Məni düzgün başa düşməməyindən qorxuram.
– Səni niyə düzgün başa düşməyim ki?
– Sənin görüşdüyün Kərim Səfərin atası Kərimdir.
– Necə?
– Sənə çantanı gətirdiyim gün səni Kərim dayıyla binanın qabağında Səfər də, mən də görmüşdüm. Düzdür, bilirdik Kərim dayının həyatında qadın var. Sən olduğunu o gün öyrəndik.
– Başa düşürəm. Bəs, Səfər pis olmadı.
– Atası nə iş tutur tutsun, Səfər həmişə onun yanındadır. Münasibətlərinizi də normal qarşıladı. Anasının xasiyyətinə bələdiydi.
– Səfər sizə qonşu…
– Bilmir.
Təhminə divanda oturub Fidanın əllərindən tutdu.
– Qurban olum bilməsində. Kərimdən özüm qaçdım, bir-birimizin üzünə baxa bilmədik.
– Niyə?
– Səni qaçıran adamlar məni də qaçırmışdı. Eyni ünvandı.
– Nə danışırsan?
Təhminə ağladı: – Mənim sənin kimi bəxtim gətirmədi, iki- üç kişi zorladı.
Fidan qorxusundan qışqırdı, ağladı. danışa bilmirdi.
Təhminə onu sakitləşdirdi – Sən qızsan. Polisə getsən , o əclaflar nə qədər üzünə dursalar da inanmayacaqlar.
– Polisə gedə bilmərəm. Sən niyə getmədin?
– Məni hədələdilər. Getsəydim, yenə qaçırdıb öldürəcəkdilər. Kərimi də aləmə yayacaqdılar. İndi dəqiq bilirik, o adamlar Cəmilənin işidir. Sən belə elə, get işə. Demirsən Səfər hər gün zəng edir.
– Aha…
– Get işə, yenə zəng etsə, hər şeyi danış. İmkan vermə anası səni qabaqlasın.
Təhminənin dedikləri Fidanın ağlına batmışdı. Lakin ağlamaya da bilmirdi. Təhminəni qucaqladı, ikisi də uşaq kimi ağladılar.
***
Fidan sexin qapısını açmaq istəyəndə Səfərin maşınını gördü. Maşına yaxınlaşdı, maşının nömrələrinə diqqətlə baxdı.
– Səfər.
Sexin qapısına yaxınlaşanda qapının açıq olduğunu hiss elədi. Qapını açıb, içəri keçdi. İkinci mərtəbəyə qalxanda Səfərin oturduğu yerdə oturub, başını masanın üstünə qoyub yatdığını gördü. Bir anlıq sevindi, nişanlısına yaxınlaşdı. Əliylə Səfərin başına sığal çəkdi, astaca oyandırmağa çalışdı.
– Səfər, sevgilim.
Səfər gözlərini açdı, qarşısında Fidanı görəndə ayağa qalxdı. Fidan onu qucaqlamaq istəyəndə imkan vermədi. Fidan çaşdı, udqundu. Səfər var gücüylə Fidana şillə vurdu. Fidan masanın üstünə sərildi. Səfərin hirsi soyumadı, saçlarından tutdu, Fidana yenə şillə vurdu.
– Üç gün dözmədin? Mən olmayan kimi özünə kişi tapdın.
– Qurban olum Səfər, vurma məni. Dediklərimi eşit, sonra istəyirsən lap öldür.
Səfər Fidanı dinləmirdi, özündən zəif sevgilisini ancaq döyürdü.
– Yalanların ortaya çıxdı, ləçər. Niyə? Niyə xəyanət etdin mənə?
Fidanın döyülməkdən halı pisləşirdi, Səfər də elə vurduqca vururdu. Sonuncu dəfə necə vurdusa Fidan pilləkandan qışqıraraq yıxıldı. Səfər tutmaq istəsə də bacarmadı. Fidan yerə sərildi, tərpənmirdi. Səfərin gözləri doldu…
Ardı var…